Məhkəmə qərarları › İş №2(102)-440/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-440/2022

01.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-440/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Məmmədli Əhməd Məhəmməd oğluna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-440/2022 (Açar sözlər: torpaq sahəsinin boşaldılması, ekspertizanın səlahiyyətli şəxs tərəfindən aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1519/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh Məmmədli Əhməd Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzr ə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonun Nic qəsəbəsində 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə JN-0058 nömrəli (kod: ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

2. Həmçinin Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonun Nic qəsəbəsində 2,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, mülkiyyət hüququ JN-0059 nömrəli (kod: ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Məmmədli Əhməd Məhəmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında olan, cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış ağac dirəklərin və taxta hasarın sökülərək açılması, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi; İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və torpaq sahəs inin ətrafında olan, cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış ağac dirəklərin və taxta hasarın sökülərək açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.46 ha torpaq sahəsinə verildiyi vaxtdan istifadə və sahiblik etməyə başlamışlar. Torpaq sahəsinin 0.5111 ha hissəsi kəndin suvarılmayan dağ ərazisindən, 1.9494 ha hissəsi isə suvarılan düzənlik ərazisindən verilmişdir. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqləşdirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 1.9494 ha torpaq sahəsinin təxminən 0.50 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək həmin ərazini ağac dirəklərlə hasara alması m əlum olmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsindən çıxmasını tələb etsə də, nəticəsi olmamışdır. İddiaçı2 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş 1.14 ha torpaq sahəsinə mülkiyyətçilər həmin vaxtdan istifadə və sahiblik etməyə başlamışlar. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqləşdirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 0.6307 ha torpaq sahəsinin təxminən 0.25 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək və həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsindən çıxmasını tələb etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır.

5. Birinci instansiya məhkəməsində cav abdeh Məmmədli Əhməd Məhəmməd oğlu iddianı qəbul etməyərək göstərmişdir ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. İddiaçılarla aralarında mübahisələndirilən torpaq sahəsi uzun illərdir onun istifadə və sahibliyindədir. Həmin torpaq sahəsini yararsız və istifadəsiz vəziyyətdən aqrotexniki vasitələr və üsullarla qulluq göstərməklə hazırkı vəziyyətə çatdırmışdır. Həmin torpaq sahəsində müxtəlif növ ağaclar əkib yetişdirmişdir. Bunu bütün kənd camaatı və eləcə də iddiaçıların özləri bilirlər. Yaxın vaxtlara qədər istifadə və sahibliyində olan bağ sahəsinin mülkiyyət sənədlərinin iddiaçılarda olan sənədlərlə əlaqəsinin olub-olmadığını bilməmişdir. Çünki, həmin ərazidə onun özünə məxsus torpaq sahəsi də mövcuddur. Hesab etmişdir ki, istifadə və sahibliyində olan torpaq sahəsi onun özü nə məxsusdur. Bu barədə xəbər biləndən sonra isə məsələnin əsl mahiyyəti ilə maraqlanmağa başlamış və son nəticədə ona məlum olmuşdur ki, iddiaçılar müxtəlif «yollar və vasitələrlə» mübahisələndirilən torpaq sahəsinə, yəni hazırkı bağ sahəsinə mülkiyyət sənədləri əldə etmişlər. Bundan sonra iddiaçılarla qarşılıqlı razılıq əldə edilməsinə dəfələrlə cəhd etmiş, hətta onlara ayrı yerdən torpaq sahəsi alınıb verilməsini də təklif etmişdir. Lakin bütün təkliflərə baxmayaraq iddiaçılar edilən təklifləri qəbul etməmişlər. İddiaçılara birinci növbədə mübahisə predmeti üzrə barışıq sazişinin bağlanmasını təklif edir.

6. Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia ərizəsi qismən təmin olunmuş, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı dövlət aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsinin cavabdeh Məmmədli Əhməd Məhəmməd oğlundan alınaraq, İddiaçı1 qaytarılması, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı dövlət aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsinin cavabdeh Məmmədli Əhməd Məhəmməd oğlundan alınaraq İddiaçı2 qaytarılması, cavabdehin istifadəsində olan mübahisəli 0.19 31 ha və 0.4589 torpaq sahələrində olan ağac dirəklərinin sökülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın cavabdeh Məmmədli Əhməd Məhəmməd oğlundan tutularaq “X1” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsələr də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur.

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar JN-0058 saylı, kod 40600068 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin v ə JN-0059 saylı, kod 40600068 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin cavabdeh Məmmədli Əhməd Məhəmməd oğlu tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneə törədildiyini iddia etsələr də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut təqdim etməmişlər. Məhkəmə araşdırması zamanı ekspertiza rəyi ilə mübahisəli 1.14 ha torpaq sahəsinin yalnız 0.1931 ha hissəsinin və 2.46 ha torpaq sahəsinin yalnız 0.4589 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavab deh Məmmədli Əhməd Məhəmməd oğlu qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1519/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov sədrlik edən, məruzəçi, M.Əsədli və A.Mahmudov) cavabdeh Məmmədli Əhməd Məhəmməd oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

13. Apellyasiya instans iyası məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlil təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh Məmmədli Əhməd Məhəmməd oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsinin qətnaməsi Müstəqil Məhkəmə Ekspertizasının 05 aprel 2021-ci il tarixli, 99 say lı ekspert rəyi ilə əsaslandırılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək “X1” MMC-nin işçiləri Şükür Hüseynovun, Nizami Səmədovun və Emin Quliyevin hərəkətləri barədə yazmışdır. Həmin müraciətdə 09 iyul 2021-ci il tarixdə cavabdehə ünvanlanmış 260 saylı cavab məktubunda hazırda özəl məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar hüquqi tənzimləmə məsələləri davam etdiyindən Ədliyyə Nazirliyi tərəfindən bu proseslərə başlanmamış və heç kimə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi, məhz buna görə hüquqi və fiziki şəxslər hazırda bu ekspertiza xidmətlərini göstərə bilmədikləri göstərilmişdir. Məktubun son abzasında təkrar ekspertizanın aparılması və onun icrasının Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmə si ilə bağlı məhkəməyə vəsatət vermək barədə hüququn olduğu qeyd olunmuşdur.Məhkəmələr maddi hüquq normalarını tamamilə yalnış tətbiq etməklə işi hərtərəfli araşdırmadan qətnamə qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən m əhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi“qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla“müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Mad də

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

165. Sahibliyin pozulması 165.1. “Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48.“Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə

50. Torpaq sahəsi üzərində istifadə hüququ

5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Maddə 55.“Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

106. İşdə iştirak edən şəxslərin izahatla rı 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti təmin edilməli, apelly asiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Belə ki, iddia tələbini qismən təmin edən məhkəmələrin qənaətinə görə İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı dövlət aktında göstərilən 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsi, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı dövlət aktında göstərilən 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsi cavabdeh Məmmədli Əhməd Məhəmməd oğlu tərəfindən zəbt edilmişdir.

27. Məhkəmələr bu nəticəyə gələrkən “"xxxx" MMC-nin 05.04.2021-ci il tarixli, 99 saylı e kspert rəyinə istinad etmişdir.

28. Lakin “Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir.

29. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər.

30. İşə əlavə olunmuş ekspert rəyi bu tələblərə cavab vermir. 31.Cavabdeh apellyasiya icraatında ekspertin rəyini məhz bu əsaslarla mübahisələndirmiş və onun səlahiyyətli şəxs tərəfindən verilmədiyinə istinad etməklə, ekspertiza təyin olunmasını və ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunması barədə yazılı vəsatət vermişdir. Lakin məhkəmə kollegiyası həmin vəsatətə heç bir münasibət bildirməmiş, sözügedən ekspert rəyinin bu baxımdan qiymətləndirməsini aparmamışdır. Halbuki, MPM-nin 88-ci maddəsində bəhs olunan sübutların qiymətləndirilməsi, məntiqi və hüquqi əsaslar üzərində qurulmuş təfəkkür prosesi olmaqla, məhkəmədən sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, mötəbərliyin i müəyyən etməyi tələb edir. Həmçinin sübutların qiymətləndirilməsində obyektivlik və hərtərəflilik təmin edilməlidir.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir“(Hiro Balani İspaniyaya qarşı iş üzrə“9 dekabr 1994-cü il,“Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə“21 yanvar 2007-ci il tarixli Qəra rları).

33. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. MPM-nin müəyyən etdiyi qaydalara riayət edilməməklə“ və ya onlardan yayınmaqla“ çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən“ ədalətli hesab edilə bilməz.“

35. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

36. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1519/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar