Məhkəmə qərarları › İş №2(102)-4402/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4402/2022

01.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4402/2022 01.08.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2985/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh QSC-nin kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh QSC-yə qarşı işə bərpa tələbi barədə iddiası təmin, Cavabdeh QSC-nin zərər tələbi barədə qarşılıqlı iddiası rədd edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2985/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilməyib. Cavabdeh QSC (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2985/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, kassasiya şikayəti verilərkən dövlət rüsumu ödənilməmişdir. Mülki Prosessual Məcəllənin 108.1.7-ci maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 407.4-cü maddəsinə görə şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Apellyasiya instansiyası kassasiya şikayətini Ali Məhkə məyə göndərərkən cavabdeh tərəfindən dövlət rüsumunun ödənilib-ödənilməməsinə diqqət yetirməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Hazırki işdə də ilk iddia tələbi əmək fəaliyyəti ilə bağlıdır və Cavabdeh QSC həmin tələb üzrə iddiaçı yox, cavabdehdir. Bu da o deməkdir ki, ilk iddia tələbi əmək fəaliyyəti ilə bağlı olsa da, şikayəti verən c avabdeh dövlət rüsumunu ödəməkdən azad deyil. Həmçinin o da nəzərə alınmalıdır ki, Cavabdeh QSC-nin zərərin ödənilməsi barədə qarşılıqlı iddiası da var və bank bu tələb üzrə də kassasiya şikayətinə görə rüsum ödəməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayəti verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsa sən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2985/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar