Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4402/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əlibaba qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Astara rayonu Təngərüd Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt edilmiş yolun açılması, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və X9 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(106)-807/2023 nömrəli mülki iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı Əlibaba qızının və ailə üzvülərinin mülkiyyətlərinə həyətyanı torpaq sahəsi verilmiş, iddiaçı həmin sahədə fərdi yaşayış evi inşa etmişdr. Bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN-154A (KOD:********) saylı Şəhadətnamədə verilmişdir.
2. Astara Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsinə əsasən, iddiaçının cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qarşı “özgənin sahibliyində olan torpaq sahəsindən p iyada və nəqliyyat vasitələrinin keçməsi üçün servitut qoyulması” tələbi barədə iddiası əsassız olmasına görə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş iddiaçının mülkiyyətində, ümumi istifadədə olan olan 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və cavabdehlərin özbaşınalığına son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, mülkiyyətdə olan 0,15 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş avtomobil yolu olmuş və o və ailə üzvləri uzun müddət ərzində həmin yoldan is tifadə etmişlər. Lakin son vaxtlar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gediş-gəliş avtomobil yolunu tamamilə zəbt etmişlər və iddiaçı ancaq ensiz piyada keçidi ilə evinə gedib, gəlir. İddiaçının evinə avtomobilin keçməsi isə mümkün deyildir.
5. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi (oğlu) X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahat verərək iddia tələbini qəbul etməyərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolu gedən yolu zəbt etmədiyi bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/8307 nömrəli ekspert rəyindən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara rayonu, Təngərüd kəndi ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci İİ tarixli, 88 saylı qərarı əsasında JN-154A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələr yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,15 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur, (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir).
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara rayonu, Təngərüd kəndi ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarına əsasən JN-209A (kod 80110018 saylı) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərinə 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə təqdim ed ilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə (üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə) daşınmaz əmlakın dövlət reyestrindən 04 mart 2020- ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış sənədi tərtib olunmuşdur. Cavabdeh2 və ailə üzvlərinin daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətlərində olan həmin 0,09 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, yol kimi mübahisələndirilən torpaq sahəsi “Təngərüd kəndi ərazisində həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” tərtib olunmuş kompleks yerquruluşu layihəsində ümumi istifadədə olan yol kimi öz əksini tap mışdır. Layihədə həmin yolun son nöqtəsi İddiaçı (ailə üzvlərinə) JN-154A və Cavabdeh2 (ailə üzvlərinə) JN- 209A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin giriş hissəsinə qədər (tərəflərin torpaq sahələrinin birləşən istinad nöqtəsinə qədər) işlənilmiş və bu da faktiki vəziyyətə uyğun gəlmir. Yəni “həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” kompleks yerquruluşu layihəsi (sözügedən mübahisəli əraziyə aid hissəsində) o vaxtı texniki xətalara görə naturaya uyğun tərtib olunmamışdır (yuxarıda bu barədə məlumat verilmişdir). Başqa sözlə layihədə tərəflərin (İddiaçı və Cavabdeh2) həyətyanı torpaq sahələrinin birləşən istinad nöqtəsinə qədər işlənilən yolun faktiki vəziyyətlə müqayisəsi zamanı məlum oldu ki, həmin yolun son nöq təsi İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsinə kimi gedib çatmır. İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsi isə layihədə nəzərdə tutulan yolun son nöqtəsindən təxminən 12-14 m məsafədən sonra başlayır. Araşdırma zamanı kompleks yerqurluşu lahiyəsində öz əksini tapan həmin yolun (başlanğıc) hissəsidən başlayaraq bütövlükdə digər Cavabdeh1 tərəfindən qapı qoyularaq tutulması müəyyən olunmuşdur. Beləliklə, kompleks yerquruluşu layihəsində öz əksini tapan ümumi istifadə üçün nəzərdə tutulan həmin yolun giriş (başlanğıc) hissəsindən başlayaraq bütövlüklə digər Cavabdeh1 tərəfindən hasara alınaraq istifadə edilməsi müəyyən edildi. Layihədə nəzərdə tutulan həmin yolun Cavabdeh2 tərəfindən isə istifadə edilməməsi müəyyən olundu.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı əsasında verilmiş JN-154A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərinə 0,15 ha həyətyanı torpaq sahəsinə baza məlumatlarında başqa avtomobil yolu mövcud deyildir. Faktiki vəziyyətdə də İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yolun olması müşahidə edilmədi.
11. Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia qismən təmin edilmiş, Astara rayo n Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətlərinə verilmiş, JN-154A (KOD:********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən və Cavabdeh1 tərəfindən hasara alınaraq istifadə edilən avtomobil yolunun Cavabdeh1 tərəfindən açılması, mülki işə üzrə ekspertiza xərci olan 50 (əlli) manat pulun Cavabdeh1 alınaraq dövlət hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin “Cavabdeh2 nisbətdə yolun açılması hissəsində” və “cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması” hissəsində təmin edilməməsi qət edilmişdir.
12. Məhkə mə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,15 ha həyətyanı torpaq sahəsinə gedən yol hesab edilən ərazi Cavabdeh1 tərəfindən hasara alınaraq istifadə edilir. Həmin həyətyanı torpaq sahəsinə baza məlumatlarında başqa avtomobil yolu mövcud deyildir. Faktiki vəziyyətdə də iddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə başqa yerdən yolun olması müşahidə edilməmişdir. Lakin iddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,15 ha həyətyanı torpaq sahəsinə gedən yolun Cavabdeh2 tərəfindən tutulması halı isə müəyyən edilməmişdir. Odur ki, iddia tələbi Cavabdeh2 nisbətdə yolun açılması hissəsində və “cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsində təmin edilə bilməz. Çünki cavabdehlərin qanunsuz və özb aşınalıq hərəkətləri iddiaçıya qarşı davam edilməsi, nədən ibarət olması faktı məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, iddia bu hissədə təmin olunmamalıdıdır.
13. Məhkəmə öz hüquqi mövqeyini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların adlarına JN-154A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmiş 0.15 hektar həyətyanı torpaq sahəsinə gedən və digər Cavabdeh2 tərəfindən zəbt edilmiş avtomobil yolunun bilavasitə Cavabdeh2 tərəfindən açılması, mülki iş üzrə ekspertiza xərci olan 50 manat pulun Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, iddiaçının iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumunun 50 manat hissəsinin Cavabdeh2 alınaraq iddiaçıya verilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə “yolun açılması” hissəsində və “cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması” hissəsində isə təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, iddiaç ının heç bir mülkiyyətinə toxunmadığı halda, hakim iddianı təmin edərkən Konstitusiyanın müvafiq maddəsinə istinad etmişdir. Halbuki, iş materiallarında preyudisial əhəmiyyətli qərarlarla və yazılı sübutlarla açıq-aşkar iddiaçının mülkiyyətinin digər Cavabdeh2 tərəfindən zəbt edildiyi halda iddia tələbi ona münasibətdə qismən təmin olunmuşdur. O, iddiaçını onun heç bir mülkiyyətindən məhrum etməmiş, onun barəsində sərəncam verməmiş, ondan istifadə etməmişdir. Ümumiyyətlə, iş materiallarında belə bir halı təsdiq edən heç bir sübut yoxdur. "Azərbaycanda torpaqların zəbt edilməsi qanunla qadağan olunur deyən Məhkəmə digər cavabdehin ikinci "Torpaq sahəsinin planı"nda açıq aşkar 0,847 ha torpaq sahəsinin zəbt edildiyi qeyd olunduğu halda buna müdaxilə etməmişdir. İş materiallarında onun iddiaç ının torpaq sahəsini zəbt etməsi barədə heç bir sübut yoxdur. Digər cavabdeh isə həm də Təngərüd kəndinin baş planında "1514BB" koordinatı ilə göstərilmiş bələdiyyənin ehtiyat fond torpaq sahəsini, iddiaçının xüsusi mülkiyyəti olan torpaq sahəsinin bir qismini və hətta həyətyanı torpaq sahəsinin bir neçə addımlığında yerləşən Təngərüd çayının süni kanalı boyunca) 0.02 ha-ya yaxın dövlət torpağını zəbt edib öz təsərrüfatını qeyri-qanuni olaraq genişləndirmişdir. Yerində müayinə aparılsa bunun şahidi olmaq olar.Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə çıxarılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Əgər torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunursa, onda məhkəmə iddiaçının pozulmuş əm lak hüquqlarını digər cavabdehin qarşısında qorumaq üçün obyektiv və qanuni bir qətnamə qəbul etmiş olardı. İddiaçı ona məxsus olan əmlak barəsində sərbəst sərəncam verə bilmir, ondan sərbəst istifadə edə bilmir, çünki digər cavabdeh 04 mart 2020-ci il tarixində onun daşınmaz əmlakının, yəni torpaq sahəsinin təxminən yarısını üstündə inşa etdiyi qanunsuz fərdi yaşayış evi ilə birlikdə öz adına rəsmiləşdirmişdir. İddiaçının dövlət qeydiyyatı haqqında ərizəsinə də məhz elə buna görə imtina cavabı verilmişdir. Cavabdehin iş materiallarında olan diskə köçürülmüş sənədləri buna sübutdur. Yuxarıda qeyd etdiyi kimi, o, iddiaçının əmlakını zəbt etmədiyi halda məhkəmə onun geri qaytarılmasının məcburiliyini qeyd edir. Halbuki, iş materiallarında iddiaçı onun əmlakını zəbt etməsi yaxud özbaşına tu tmağı barədə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə 01 mart 2023-cü il tarixində keçirilmiş yekun məhkəmə baxış iclasının yeri və vaxtı barədə onu rəsmi qaydada məlumatlandırmamış və beləliklə, onu MPM-nin 47.2- ci maddəsində müəyyən edilmiş prosessual hüquqlardan istifadə etməkdən məhrum etmişdir. Məhkəmə tərəfindən ona heç bir rəsmi bildiriş göndərilməmişdir. Məhkəmə onun 26 iyul 2022-ci il tarixində keçirilmiş məhkəmə baxış iclasında Almaniya Federativ Respublikasında yaşayan qardaşı, mərhum atasının notarial vəsiyyətnaməsi üzrə həm vərəsəsi olan qardaşı X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi haqqında verdiyi şifahi və yazılı vəsatətini şifahi şəkildə təmin etsə də, bu barədə yazılı şəkildə heç bir qərardad qəbul etm əmiş və beləliklə onun iştirakı olmadan qətnamə qəbul etmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə isə həm ekspert rəyinin və həm də mütəxəssis rəyinin həqiqliyinə və mötəbərliyinə kifayət qədər şübhə olduğu halda, həmin rəylərə heç bir müdaxilə etməmiş, onlara dair heç bir hüquqi dəyərləndirmə aparmamış və beləliklə, ekspert və mütəxəssis rəyini özü üçün məcburi hesab edərək, onları məzmununda heç bir dəyişiklik edilmədən, olduğu kimi qətnaməyə daxil etmişdir. Məhkəmə MPM-nin 82.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, onun istifadəsində və mülkiyyətində olan torpaq sahəsində ekspertiza tədqiqatları aparılmasından azad edilməsi haqqında 26 iyul 2022-ci il tarixli, 2 (018)-647/2022 saylı qərardad qəbul etdiyi halda, qətnamənin nəticə hissəsində ondan ekspertizanın dəyəri olan 50 (əlli) manat pulun alınaraq iddiaçıya verilməsini qət etmişdir. Məhkəmə İddiaçı və digər Cavabdeh2 məhkəməyə təqdim etdiyi sübutlardan heç birini ona göndərməmiş və təqdim etməmişdir. O, şəxsən 29 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında Astara Rayon Məhkəməsinin preyudisial əhəmiyyət kəsb edən 24 avqust 2016-cı il tarixli, 2(018)34/2016 saylı qətnaməsinə, Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(018)- 13/2018 saylı qətnaməsinə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(016)-3372/2018 saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019- cu il tarixli, 2(102)-3256/2019 saylı qərarına və Astara Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsini hakimin diqqətinə çatdırsa da belə, məhkəmə iddia ərizəsini icraata qəbul etmişdir. Halbuki Məhkəmə MPM-nin 153.3-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış bir qərardad çıxara bilərdi. Məhkəmə 3 mülki iş üzrə qanuni qüvvəyə minmiş Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(018)-13/2018 saylı qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(016)-3372/2018 saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019- cu il tarixli, 2(102)-3256/2019 saylı qərarı və Astara Rayon Məhkəməsinin 05 avqust 2021 -ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsi ilə müəyyə n edilmiş faktları həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə şərait yaratmış və həmin faktları yenidən sübut etməyə təşəbbüs göstərmişdir. Nəticədə, məhkəmənin mübahisələndirilən hazırkı qətnaməsi hüquqi müəyyənlik prinsipini pozur və yuxarıda adlarını sadaladığı preyudisial əhəmiyyətli məhkəmə aktları ilə kolliziya yaradır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə digər Cavabdeh2 Məhkəməyə diskdə təqdim etdiyi "Torpaq sahəsinin planı"-da qeyd edilmiş 0,848 ha zəbt torpaq sahəsinin statusunu, mülkiyyətçisini müəyyənləşdirməli idi, bəlkə iddiaçının iddia etdiyi yol həmin zəbt olunmuş torpaq sahəsinin hüdudları daxili ndən keçir. Əslində bu elə doğrudan da belədir. Bu barədə dəlillərini şikayətdə tam təfsilatı ilə göstərmişdir. Məhkəmə bu halda digər Cavabdeh2 iddiaçıdan zəbt etdiyi 0,07 ha həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi haqqında qətnamə qəbul etməklə iddiaçıya qanuni məxsus olan gediş-gəliş yolunun, o cümlədən avtomobil yolunun açılmasına nail ola bilərdi.
16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuş, etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətinin 3-cü səhifəsinin birinci abzasında: “Mən iddiaçının heç bir mülkiyyətinə toxunmadığını halda, hakim iddianı təmin edərkən Konstitusiyanın müvafiq- 13-cü maddəsinə istinad etmişdir. Halbuki, iş materiallarında preyudisial əhəmiyyətli qərarlarla və yazılı sübutlarla açıq-aşkar iddiaçını n mülkiyyətinin digər Cavabdeh2 tərəfindən zəbt edildiyi halda iddia tələbi mənə münasibətdə qismən təmin olunmuşdur. ” deyə bildirilib. Cavab olaraq bildirmişdir ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/8307 nömrəli ekspert rəyindən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara rayonu, Təngərüd kəndi ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci İİ tarixli, 88 saylı qərarı əsasında JN-154A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Xamradova (Cəfərova) Mehparə Əlibala qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələri yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,15 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur, (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Astara rayonu, Təngərüd kəndi ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarına əsasən JN-209A (kod 801 10018 saylı) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərinə 0,09 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə (üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə) daşınmaz əmlakın dövlət reyestrindən 04 mart 2020ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış sənədi tərtib olunmuşdur. Cavabdeh2 və ailə üzvlərinin daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətlərində olan həmin 0,09 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Apellyasiya şikayətinin 6-cı səhifəsi nin ilk abzasında: “MPM-nin 82.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, mənim istifadəmdə və mülkiyyətimdə olan torpaq sahəsində ekspertiza tədqiqatlarının aparılmasından azad edilməyim haqqında 26 iyul 2022-ci il tarixli, 2(018)-647/2022 saylı qərardad qəbul etdiyi halda, qətnamənin nəticə hissəsində məndən ekspertizanın dəyəri olan 50 (əlli) manat pulun alınaraq iddiaçıya verilməsini qət etmişdir. ” qeyd olunsa da, onun Azərbaycan Respublikası MPM- nin 228.2 maddəsinin tələblərinə müvafiq olaraq, Qərardadda buraxılmış səhvlərin düzəldilməsi barədə Astara Rayon Məhkəməsinə ünvanladığı ərizədən sonra həmin göstərilən qərardad dəyişdirilmişdir. Odur ki, tərəflərə 27 iyul 2022-ci il tarixli, 2(018)-647/2022 saylı Qərardad (qoşma olaraq əlavə edirəm) göndərilməklə yanlışlığın düzəldilməsi barədə məlumat verilmişdir. Cavabdehin qeyd etdikləri absurddur. Cavabdeh Apellyasiya şikayətinin 8-ci səhifəsinin sonuncu abzasında- “Mən məhkəmədən rəsmi qaydada heç bir bildiriş almadığıma görə yekun məhkəmə iclasında iştirak etməmişəm” kimi sübuta yetirilməyən, əsası olmayan yanlış fikirlərini qeyd etmişdir. Cavab olaraq qeyd etmək zəruridir ki, Astara Rayon Məhkəməsi də digər məhkəmələr kimi elektron məlikəmə sisteminə daxildir; yəni tərəflərə istənilən halda sms məlikəmə bildirişi göndərilmişdir. Apellyasiya şikayətinin 9-cu səhifəsində cavabdeh “məhkəmə digər Cavabdeh2 məhkəməyə diskdə təqdim etdiyi “Torpaq sahəsinin planı ”ııda qeyd edilmiş 0,848 ha zəbt torpaq sahəsinin statusunu, mülkiyyətçisini müəyyənləşdirməli idi, bəlkə iddiaçının iddia etdiyi yol həmin zəbt olunmuş torpaq sa həsinin hüdudları daxilindən keçir. Əslində bu elə doğrudan da belədir" cümlələrinə əsaslanaraq iddia tələbinin qanunsuz və əsassız təmin edilməsini hesab edir. Bununla bağlı isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı (qoşma olaraq əlavə edirəm) ilə bir daha müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin 26-cı səhifəsinin ikinci abzasında qeyd etdiyi, “ilkin iddiaçı X3 (hazırki mülki işdə İddiaçı əri - R.X) qonşusu Cavabdeh2 ilkin iddiaçı X4 həyətyanı torpaq sahəsinin “B”-dən “D”-yə qədər olan sərhədindən onun həyətyanı torpaq sahəsinin bir hissəsinə müdaxilə edərək, onu zəbt etmişdir” fikirləri tamamilə absurddur. Odur ki, hazırki mübahisə birinci instansiya məhkəməsi tərəfindən cavab dehin apelyasiya şikayətində mübahisələndirdiyi hissədə düzgün həll olunduğundan, yəni iş üzrə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizə xarakteri daşıdığından iddia tələbimin rədd edilməsi üçün heç bir hüquqi əsaslar mövcud deyil. Yəni, apellyasiya şikayətində tutarlı fakt dəlil göstərilməmiş, şikayəti əsaslandıran mötəbər hüquqi sübut növləri təqdim edilməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayəti mülahizələrdən ibarət olduğundan ona etiraz edir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) X13 iddia tələbinin məzmununa, həmçinin apellyasiya şikayətinə iddiaçı tərəfindən verilmiş etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, təxminən 30 ildir ki, onların yaşadıqları evə avtomobi l yolu cavabdeh tərəfindən zəbt edilmişdir. Təxminən 8 ildir ki, evlərinə avtomobil yolunun açılması ilə bağlı məhkəmələrdə müxtəlif şəxslərə qarşı müxtəli iddialar qaldırmışdır. Bütün bu məhkəmələrin gedişi prosesində ona məlum olmuşdur ki, onların evinə gedən avtomobil yolu məhz cavabdeh Rüstəm Xammədov tərəfindən zəbt edilmişdir. Hazırda onlar öz evlərinə getmək üçün digər qonşusu tərəfindən onların gedişgəlişinə icazə verilmiş dar bir çığırdan istifadə edirlər. Hesab etmişdir ki, apellyasiya şikayəti tam əsassızdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-807/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X19 (sədrlik edən və məruzəsi), X14 və X15) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işə baxan məhkəmə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq əsaslandırmışdır. Kassasiya şi kayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (Nümayəndə) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2023-cü il tarixli, 2(106)-807/2023 saylı qətnaməsinin ləğv edilməsi və Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların adlarına JN-154A saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmiş 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən və digər Cavabdeh2 tərəfindən zəbt edilmiş avtomobil yolunun digər Cavabdeh2 tərəfindən açılması, mülki iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pulun Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, İddiaçı iddia ərizəsinin verilməsinə gö rə ödədiyi dövlət rüsumunun 50 (əlli) manat hissəsinin Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə «yolun açılması» hissəsində və «cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması» hissəsində isə təmin olunmaması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 İddiaçı ziyan vurmaq məqsədi ilə hansı hərəkətləri həyata keçirdiyini, hansı hüquqlarından bu və ya digər formada sui-istifadə etdiyini əsaslandıra bilməmişdir. Mülki işin materialları arasında ümumiyyətlə Cavabdeh1 İddiaçı hər hansı yolla və ya hər hansı məbl əğdə maddi və mənəvi ziyan vurması barədə heç bir yazılı sübut yoxdur.
24. İddiaçı öz əmlakından maneəsiz və dinc istifadə edir. Cavabdeh1 onun mülkiyyətindən cəmiyyətin marağı naminə də istifadə etmir. İddiaçının iddia etdiyi avtomobil yolu onun xüsusi mülkiyyəti deyil, əksinə mənim mərhum atamız Murtuza Xanmuradovun qanuni həyətyanı torpaq sahəsidir. Cavabdeh1 mərhum atasının 19 aprel 1999- cu il tarixli notarial vəsiyyətnamə üzrə vərəsəsidir. Astara Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(018)-34/2016 saylı qətnaməsi ilə iddiaçıların qeyri-qanuni gedişgəliş yolu kimi istifadə etdikləri həmin həyətyanı torpaq sahəsindən istifadə edilməsinə qadağa qoyulmuşdur. Həmin qadağa bu gün də öz qanuni qüvvəsində qalır.
25. İddiaçının qanuni həyətyanı torpaq sahəsinin bir qismini özbaşın a tutan və zəbt edən digər Cavabdeh2dur və həmin özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsi məhz elə digər Cavabdeh2 tərəfindən aidiyyəti üzrə İddiaçı geri qaytarılmalıdır. İddiaçının iddia etdiyi avtomobil yolu da məhz elə digər Cavabdeh2 İddiaçı zəbt etdiyi torpaq sahəsindən keçir. Bunu Astara Rayon Məhkəməsi də özünün 10 avqust 2018-ci il tarixli, 2(018)13/2018 saylı qətnaməsində də məhz elə bu cür də təsdiq etmişdir. Həmin qətnamə bu gün də öz hüquqi qüvvəsini saxlayır və hazırkımülki işdə preyudisial əhəmiyyət kəsb edir.
26. Həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya instansiyası məhkəməsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş bir neçə qətnamə, o cümlədən Astara Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(018 )-34/2016 saylı qətnaməsini, Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(018)-13/2018 saylı qətnaməsini və Astara Rayon Məhkəməsinin 5 avqust 2021-ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsini təqdim etmişdim. Qeyd edim ki, Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(018)-13/2018 saylı qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(016)3372/2018 saylı qətnaməsi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(016)-3372/2018 saylı qətnaməsi isə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019-cu il tarixli, 2(102)-3256/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələr qanuni qüvvəyə minmiş və artıq icra olunmuş qətnamələrdir. La kin istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi mülki işin materialları arasında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri olduğu halda hazırkı mülki iş üzrə icraata xitam verməmiş, yaxud xitam verilməsi haqqında heç bir qərardad qəbul etməmişdir.
27. İddiaçının, açılmasını iddia etdiyi avtomobil yolu isə mərhum Rüstəm Xamuradovun atası Murtuza Xanmuradovun qanuni mülkiiyyəti olan 153A nömrəli həyətyanı torpaq sahəsinin tərkib hissəsi olduğuna görə iddiaçının ondan istifadə etmək, ona dair sərəncam vermək hüququ yoxdur. Ümumiyyətlə, iddiaçıya məxsus olan "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" sənədində onun iddia etdiyi yol gediş-gəliş yolu kimi göstərilməmişdir.
28. Mülki işin materiallar arasında olan 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı nümayəndəsi Nahid Xamradova ünvanladığı 17 mart 2022-ci il tarixli məktubla onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Belə olan halda iddiaçının nə mülkiyyət hüququndan, nə istifadə hüququndan, nə ipoteka, nə servitut və nə də daşınmaz əmlaka dair digər hüquqlarından söhbət belə gedə bilməz.
29. Mülki iş üzrə Cavabdeh1 ekspertin qarşısında qoyulmalı olan suallarını yazılı şəkildə birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin sualların rədd edilməsi haqqında heç bir məhkəmə aktı qəbul edilməmiş, onların rədd edilməsinin səbəbləri əsaslandırılmamışdır. Apellyasiya instansiyasıməhkəməsi də bu səhvləri təkrar etmişdir.
30. Məhkəmə ekspert və mütəxəssis rəyini özü üçün məcb uri hesab etmiş, həmin rəydə bircə cümlə də olsa dəyişdirilməmişdir. Ekspert rəyi MPM-nin 88-ci maddəsində göstərilmiş ardıcıllıqla və qaydalarla qiymətləndirilməmişdir. Məhkəmə sübutlara qərəzli, qeyri-obyektiv və laqeyd yanaşmışdır. Ümumiyyətlə, məhkəmə mülki işin materialları arasında olan sübutlara heç baxmamışdır. Hər iki instansiya məhkəməsi bircə İddiaçı şəxsiyyət vəsiqəsini araşdırmışdır ki, onu da düzgün araşdırmamışdır. Belə ki, hər iki məhkəmə instansiyası iddiaçının doğum tarixini qətnamədə yanlış və səhv göstərmişdir. Bu, bir daha onu deməyə əsas verir ki, hər iki məhkəmə instansiyası sübutları ümumiyyətlə heç araşdırmamışdır.
31. Hazırkı mülki işlə tamamilə oxşar olan əvvəlki bir neçə mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktları məhkəməyə t əqdim etsəm də həmin faktlar məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Digər tərəfdən, digər Cavabdeh2 məhkəməyə diskdə təqdim etdiyi iki "Torpaq sahəsinin planı" sənədini müqayisə etdikdə, həmin sənədlərdəki faktlar arasında kəskin ziddiyyətlərin mövcud olduğu asanlıqla müəyyən etmək olar. Hər iki "Torpaq sahəsinin planı" sənədi kağız daşıyıcı üzərində çıxarılaraq kassasiya şikayətinə əlavə edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsində mülki işə baxılması üçün məhkəmə baxış iclası 18 may 2023-cü il tarixinə təyin edilmişdi. Cavabdeh1 16 may 2023-cü il tarixində, saat 16:02-də Şirvan Apellyasiya Məhkəməsinin elektron poçt ünvanına 12 səhifədən ibarət vəsatət göndərmişdir. Vəsatətdə xahiş etmişdir ki, mülki iş üzrə digər Cavabdeh2 birinci instansiya məhkəməsinə diskdə təqd im etdiyi 4 mart 2020-ci il tarixli "Torpaq sahəsinin planı" sənədi 3 may 2005-ci il tarixli "Torpaq sahəsinin planı" sənədi ilə müqayisəli şəkildə araşdırılsın. Həmin vəsatət 16 may 2023-cü il tarixində saat 14:56-da, yəni məhkəmə baxış iclasının tarixindən iki gün öncə məhkəməyə daxil olmuşdur. Lakin Apellyasiya məhkəməsinin qətnaməsində qaldırılmış vəsatətin heç adı çəkilməmişdir.
33. Digər Cavabdeh2 yazılı sübutları diskə köçürməklə məhkəməyə təqdim etmişdir. Mülki işin materialları arasında digər cavabdehin iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş heç bir sənədi yoxdur. Məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, yazılı sübut lar diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Bu isə həmin sənədlərə sübut kimi istinad edilməsini istisna edir (bax: N.Əbilovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2008-ci il tarixli qərarı).
34. İddiaçı Cavabdeh1 birinci instansiya məhkəməsində Almaniyada yaşayan qardaşı, mərhum atasının notarial vəsiyyətnamə üzrə həmvərəsəsi Yadigar Xanmuradovun mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində dəvət edilməsi haqqında həm şifahi və həm də yazılı vəsatət qaldırdığı halda həmin vəsatət təmin edilməmiş və vəsatətin təmin edilməməsinin səbəbləri qətnamədə göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu prosessual norma pozuntusuna heç bir reaksiya verməmişdir.
35. Birinci instansiya məhkəməsinin "Tik inti-texniki ekspertizanın təyin edilməsi haqqında" 26 iyul 2022- ci il tarixli qərardadda ekspertlərin qarşısında qoyulmuş suallardan heç birinə əsaslandırılmış cavab verilməmişdir. Məsələn, iddiaçının 0,15 hektardan ibarət həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilməli olduğu halda, onun yalnız 0,09 hektar həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Əslində, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin heç bir döngə nöqtəsi və koordinatlarının ölçüləri müəyyən edilməmişdir. Ekspert iddiaçının yerdə qalan 0,06 hektar həyətyanı torpaq sahəsinin harada yerləşdiyini, kim tərəfindən zəbt edildiyini, yaxud istifadə edildiyini müəyyən edə bilməmişdir. Bundan başqa, ekspert digər Cavabdeh2 mülki işin materialları arasında olan iki "Torpaq sahəsi nin planı" sənədini müqayisəli şəkildə araşdırmamışdır. Hər iki torpaq sahəsinin planı sənədi faktlar nöqteyi nəzərindən bir-birini tamamilə rədd və inkar edir. Bu faktlar kassasiya şikayətində tam təfsilatı ilə əsaslandırılmışdır.
36. Məhkəmə digər Cavabdeh2 diskdə təqdim etdiyi sübutları ümumiyyətlə araşdırmamış, qətnamədə həmin sübutların heç adları belə çəkilməmişdir. Məhkəmə yalnız ekspert və mütəxəssis rəyini heç bir dəyişiklik etmədən qətnaməyə daxil etmişdir.
37. İşdə iştirak edən şəxslərin ekspert və mütəxəssis rəyləri barədə mülahizələri ümumiyyətlə dinlənilməmişdir.
38. Digər Cavabdeh2 məhkəməyə diskdə təqdim etdiyi 4 mart 2020-ci il tarixli "Torpaq sahəsinin planı"nın təsviri Azərbaycan Respublikasının Prezidentinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövl ət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə” 17 iyun 2015-ci il tarixli, 553 nömrəli bir Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planının təsvirinə qətiyyən uyğun gəlmir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını sizdən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.4. Əg ər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqan larının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadla rdan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
29. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı kassator tərəfindən tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyi ndən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
30. Belə ki, iş materiallarında mövcud olan və Cavabdeh1 apellyasiya və kassasiya şikayətlərində də istinad etdiyi Astara Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 və X2 cavabdehlər X6, X5,X10 cvə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı “cavabdehlər X6, X5 və X10 qanunsuz gediş-gəliş yolu kimi istifadə etdikləri, JN-153A seriyalı, KOD 80110018 saylı "Torpa“ın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X7 və X8 məxsus 0,15 hektar həyətyanı torpaq sahəsindən istifadəyə qadağa qoyulması, cavabdehlər X6, X5, X10 JN-154A saylı “torpağın mü lkiyyətə verilməsinə dair” şəhadətnaməyə əlavə edilmiş “verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” sənədinə uyğun olaraq onların gediş-gəliş yolunun və həyətyanı torpaq sahəsinin bütün 23 döngə nöqtəsinin mövcud ekspert rəyinə əlavə edilmiş sxem əsasında naturada cavabdehlərə tanıtdırılması, mülki işlə bağlı olan bütün məhkəmə xərclərinin ödənilməsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki işə baxılaraq, iddia qismən təmin edilmiş və cavabdehlər X6, X5 və X10 qanunsuz gediş-gəliş yolu kimi istifadə etdikləri, JN153A seriyalı, KOD 80110018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X7 və X8 məxsus 0,15 hektar həyətyanı torpaq sahəsindən istifadəyə qadağa qoyulmuşdur.
31. Astara Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(018)-815/202 1 saylı qətnaməsinə əsasən, iddiaçının cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qarşı “özgənin sahibliyində olan torpaq sahəsindən piyada və nəqliyyat vasitələrinin keçməsi üçün servitut qoyulması” tələbi barədə iddiası əsassız olmasına görə təmin edilməmişdir.
32. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən qətnamələrlə həll edilən iddia ilə hazırki iş üzrə iddia arasında əlaqənin olub-olmaması, həmin qətnamələrlə müəyyən edilən, qət edilən halların hazırki mülki işə təsiri məsələlərini araşdırıb hüquqi qiymət verməmişdir.
33. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və y enidən sübut edilmir. Həmçinin MPM-in 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.Apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə araşdırma aparmaqla qeyd edilən prosessual hüquq normalarının tələbləri də nəzərə alınmaqla əvvəlki qətnamələrlə müəyyən edilən halların hazırki mülki iş üzrə nəzərə alınmalı olub-olmaması və ya iş üzrə icraata xitam verilməsi üçün əsasların olub olmaması müəyyən etməklə iş üzrə yekun məhkəmə etməli olduğu halda bu istiqamətdə araşdırma və hüqu qi qiymətləndirmə aparmamışdır.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin 16 may 2023-cü il tarixində, saat 16:02-də Şirvan Apellyasiya Məhkəməsinin elektron poçt ünvanına 12 səhifədən ibarət vəsatət göndərdiyi, həmin vəsatətin 16 may 2023-cü il tarixində saat 14:56-da, yəni məhkəmə baxış iclasının tarixindən iki gün öncə məhkəməyə daxil olduğu, lakin Apellyasiya məhkəməsinin qətnaməsində qaldırılmış vəsatətin heç adının çəkilmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən cavabdehin qeyd edilən vaxtda elektron kabinet vasitəsilə vəsatət göndərməsi təsdiq olunmur. Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin birinci instansiya məhkəməsində Almaniyada yaşayan qardaşı, mərhum atasının notarial vəsiyyətnamə üzrə həmvərəsəsi Yadigar Xanmuradovun mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində dəvət edilməsi haqqında həm şifahi və həm də yazılı vəsatət qaldırdığı halda həmin vəsatət təmin edilmədiyi və vəsatətin təmin edilməməsinin səbəblərinin qətnamədə göstərilmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, iş materialları ilə belə bir vəsatət v erilməsi təsdiqlənmir.
36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
37. Kassasiya şikayətində zəbt edilmiş avtomobil yolunun digər Cavabdeh2 tərəfindən açılması, mülki iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pulun Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, İddiaçı iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumunun 50 (əlli) manat hissəsinin Cavabdeh2 alınaraq İddiaçı verilməsi tələb edilsə də məhkəmə kollegiyası bildirir ki, kassasiya qaydasında belə tələblər barədə qərar qəbul medilə bilməz. Çünki MPM-in 403.1-ci maddəsinin tələbinə müvafiq olaraq MPM-in 402-ci maddəsində nəzər də tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İş üzrə Cavabdeh1 isə mahiyyəti üzrə baxılıb həll edilməli olan göstərilən xarakterili tələbləri olmamışdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşdə sadəcə iddiaçının iddia tələbi olmuş və həmin iddiaya baxılaraq qətnamə qəbul edilmişdir. Kassatorun şikayəti sadəcə iddianın ona qarşı təmin edilən hissəsi ilə razılaşmaması ilə əlaqəli olmalı idi.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2023-cü il tarixli 2(106)-807/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.