Məhkəmə qərarları › İş №2(102)-4409/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4409/2019

28.06.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4409/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X2 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Qanbayev Emil Məhəmməd oğlunun, cavabdeh X3 və vəkili Nuriyev İlham Qubad oğlunun iştirakı ilə, İddiаçı İddiaçı Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-377/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qax Rаyоn Məhkəməsinin (M.İ.Qarayev) 29 oktyabr 2018-ci il tarixli, 2(02 4)-724/2018 nömrəli qətnаməsi ilə İddiaçı cavabdeh Qax Rayon X6rşı “Qax Rayon Dövlət Kukla Teatrından işdən azad eilməsi barədə 01.09.2018-ci il tarixli 14 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının 01.09.2018-ci il tarixdən ödənilməsi” barədə tələbinə dair iddiası təmin edilmiş, Qax Rayon Dövlət Kukla Teatrının müdiri X1 İddiaçı işdən azad edilməsi barədə 01.09.2018-ci il tarixli 14 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxmaya görə 01.09.2018-ci il tarixindən əmək haqqının ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev) 2(107)-377/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Qax Rayon Dövlət Kukla Teatrı və onun vəkili X7 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsi, Qax Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddiаçı İddiaçı cavabdeh Qax Rayon X6rşı 01 sentyabr 2018-ci il tarixli, 14 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsinə dair tələbi təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Qax Rayon X6rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi onunla əsаslаndırmışdır ki, o, Qax rayon Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən xalq kukla teatrında 1970-ci ildən aktyor kimi işə başlamış, xeyli sayda tamaşal ar, müxtəlif obrazlar yaratmışlar. Eyni zamanda “İsmayıl Dağıstanlı” adına xalq dram teatrında rejissor kimi neçə-neçə əsərə quruluş vermiş və həmin tamaşalarda aktyor kimi müxtəlif rollar ifa etmişdir. Çalışdığı dövrlərə neçə-neçə festivalların laueratı olmuşdur. 1992-ci ildə xalq kukla teatrına Dövlət statusu verildikdən sonra teatra direktor vəzifəsinə təyin olunmuş, 1996-cı ilə qədər teatrın direktoru vəzifəsində çalışmışdır. Teatrın direktoru vəzifəsindən azad olunduqdan sonra teatrda quruluşçu rejissor vəzifəsində çalışmışdır. Bir-neçə tamaşaya quruluş verib həmin tamaşalarda rol oynamışdır. 2003-cü ildən rayon kino-qurğuları Birliyinə direktor təyin olunması ilə əlaqədar teatrdan ayrılmışdır. 1993-cü ilin iyul ayından YAP-ın üzvüdür. Qax rayon təşkilatının qurucularından biridir. 01.02.2014-cü il tarixdən Qax Rayon Dövlət Kukla Teatrında işə qəbul edilmişdir. 01.10.2014-cü il tarixli 14 nömrəli əmrlə isə Qax Rayon X4ruluşçu rejissor vəzifəsinə təyin edilmişdir. Buna baxmayaraq aralarında 02.09.2014-cü il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə sonradan dəyişikliklər edilmişdir. Belə ki, həmin müqavilə müddətsiz bağlanmış və 2.1-ci bənddə “hə” sözünün altından xətt çəkilmişdir. Sonradan dəyişiklik edilərək “yox” sözünün altından xətt çəkilmişdir. Sözügedən müqavilənin 2.3-cü bəndindəki “mövsümü iş”, “01.09.2015” və “1” sözləri sonradan yazılmışdır. Adi gözlə nəzər yetirilsə müqaviləyə sonradan dəyişiklik edildiyi nəzərə çarpır. Həmin müqavilənin sonradan saxtalaşdırılması ondan ibarətdir ki, 01.09.2018-ci il tarixli 14 nömrəli əmrlə həmin müqaviləyə istinad e dilmişdir ki, müqavilənin müddəti bitib. Halbuki müqavilə müddətsiz bağlanmışdır. Eyni zamanda müqavilə 01.09.2014-cü ildə bağlandığı halda, necə ola bilər ki, o, 01.10.2014-cü il tarixli 14 nömrəli əmrlə Qax Rayon X4ruluşçu rejissor vəzifəsinə təyin edilsin?. O, 01.02.2014-cü il tarixdən Qax Rayon Dövlət Kukla Teatrında müddətsiz işə qəbul edilmiş, sonradan başqa vəzifəyə keçirilmişdir. Lakin cavabdeh əsassız olaraq müqavilənin müddəti bitdiyi üçün 3 il sonra əmr vermişdir ki, işdən azad edilsin. Bundan başqa, o, teatrın yeganə ali təhsilli işçisidir. Bununla da, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur. Həmin maddənin tələbinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata k eçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuş, müəssisənin adı, hüquqi ünvanı, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyi konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.Göstərilənlərə əsasən, İddiaçı Qax Rayon Dövlət Kukla Teatrından işdən azad edilməsi barədə 01.09.2018-ci il tarixli, 14 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının 01.09.2018-ci il tarixdən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiаçı İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-377/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işə ye nidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Qanbayev Emil Məhəmməd oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən cavabdeh X3 və vəkili Nuriyev İlham Qubad oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-377/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında o lan: 01.09.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, Qax Rayon Dövlət Kukla Teatrının direktoru X3 ilə İddiaçı arasında bağlanan həmin müqavilə əsasında R.A. Məmmədov teatrda mövsümü işlə bağlı 01 sentyabr 2014-cü il tarixdən 01 sentyabr 2015-ci il tarixinədək 1 il müddətinə quruluşcu rejisor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Qax Rayon Dövlət Kukla Teatrında 01.09.2014-cü il tarixdən bağlanmış əmək müqaviləsi əsasında quruluşçu rejisor vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin növü qrafasında “müddətli”, əmək müqaviləsinin qutardığı tarix isə “01.09.2015”-ci il göstərilmişdir. Həmin bildiriş 09.10.2014-cü il tarixdə elektron informasiya sisteminə daxil edilməklə imzalanmışdır. Qax Rayon Dövlət Kukla Teatrı üzrə Əmək Müqaviləsinin qeydiyatı jurnalından edilmiş çıxarışdan görünür ki, 01 sentyabr 2014-cü il tarixdə başqa işcilərlərlə də müddətli, yəni bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. Onlarla bağlanmış əmək müqaviləsi sıra ilə jurnala işlənmiş və hər bir işci həmin jurnalda adının qarşısında xüsusi qrafada imza etmışdır, o cümlədən İddiaçı bağlanmış müddətli əmək müqaviləs həmin jurnalda 6-cı sırada qeyd edilmiş və Rahib Mahmudov adının qarşısına imza etməklə orada göstərilən məlumatların doğruluğunu təstiq etmişdir. İT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 01.02.2014-cü il tarixdən (əmr № 01.02.2014, 2 §3) Qax Rayon Dövlət Kukla Teatrında rejissor assenti vəzifəsinə təyin edilmiş, 01.09.2014ci il tarixdə (əmr № 01.09.2014) isə qurulu şçu rejissor vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respblikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. 01.09.2018-ci il tarixli əmrdən (əmr № 01.09.2018, 14) görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.b bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. 03.09.2018-ci il tarixli xxxxxxx0001XO nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin bildiriş elektron informasiya sistemində 03.08.2018-ciil tarixdə qeydiyyata alınmışdır. Qax Rayon Dövlət Kukla Teatrının kollektivi tərəfindən teatrın rəhbərliyinə ünvanlanan müraciətin surətindən görünür ki, həmin müraciətdə adı çək ilən şəxslər cavabdeh İddiaçı öz sıralarında görmək istəmədiyini bildirmişlər. İş materiallarından görünür ki, İddiaçı 01 fevral 2014-cü ildə Qax Rayon Dövlət Kukla Teatrında rejisor assenti vəzifəsində işə qəbul edilmiş, 01 sentyabr 2014-cü il tarixdə onunla teatrın rəhbərliyi arasındabir bir il müddətinə, yəni 01 sentyabr 2014-cü il tarixdən 01 sentyabr 2015-ci il tarixə kimi olan dövr üçün müddətli əmək müqaviləsi bağlanmış və İddiaçı Teatrda quruluşçu rejisor vəzifəsinə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi də başqa işçilərlə bağlanmış əmək müqaviləsi kimi bu məqsədlə ayrılmış xüsusi jurnalda qeydiyatı aparılmış və İddiaçı jurnalda adının qarşısında imza etməklə onunla müddətli müqavilə bağlamasını təstiq etmişdir. Bundan əlavə tərəflər arasında 01.09.2014-cü ildə bağlanmı ş əmək müqaviləsi elektron informasiya sistemində 09.10.2014-cü ildə qeydə alınmaqla imzalanmışdır. Müqavilə müddəti başa çatdiqdan sonra tərəflərin razılığı ilə 2015, 2016, 2017-ci ildə müqavilə bir il müddətinə uzadılmışdır. 01 sentyabr 2018-ci ildə müqavilənin müddəti başa çatdıqda Teatrın rəhbərliyi əmək müqaviləsini uzatmaq istəmədiyindən 01.09.2018-ci il tarixli 14 nömrəli əmrlə Azərbaycan Respiblikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən İddiaçıla bağlanmış əmək müqaviləsininə xitam vermişdir. Cavabdeh tərəf R.A. Məmmədovla olan əmək müqaviləsini yenidən uzatmaq istəmədiklərini onunla əsaslandırmışdır ki, Rahib Mahmudov bir neçə dəfə əmək intizamını pozmuş, bununla bağlı 14.04.2017-ci il və 28.03.2018-ci il tarixlərdə ona şiddətli töhmət verilmişdir. Bundan əlavə əm ək kollektivi ilə onun arasında münaqişəli vəziyyət yaranmış və bir qrup işci teatrın rəhbərliyinə İddiaçı işləmək istəmədikləri barədə müraciətlər etmişdir. Ona görə də İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi gün onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verilmişdir. Yuxarda sadalanan sübütlara obyektiv hüquqi qiymət verməklə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki ki, tərəflər arasında 01 sentyabr 2014-cü il tarixdə bağlanmış Əmək Müqaviləsi bir il müddətinə, yəni müddətli müqavilə bağlanmışdır. Həmin müqavilə tərəflərin razılığı ilə üç dəfə uzadılmışdır. 2018-ci il sentyabr ayının 01-də müqavilənin uzadılmış müddəti başa çatdığı üçün elə həmin gün cavabdeh tərəf İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bununla da cavabdeh tərəf Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinin tələbinə uyğun olaraq əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsində göstərilir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı izahatlarında qeyd etmişdir ki, 01 sentyabr 2014-cü ildə onunla bağlanan əmək müqaviləsi müddətsiz bağlanmışdır. Teatrın rəhbərliyi onu işdən uzaqlaşdırmaq üçün hə min müqavilədə düzəlişlər edərək, müqavilənin müddətli olmaqla bir il müddətinə bağlanması məzmununa uyğunlaşdırılmaqla saxtakarlıq etmişdir. Teatrın direktoru Nazim Mahmudov bununla bağlı izahatında göstərmişdir ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə sonradan heç bir düzəliş olunmamışdır. Müqavilə bağlandığı vaxtdan onun bir il müddətinə bağlandığı göstərilmişdir. Eyni gündə digər işcilərlə də əmək müqaviləsi bağlandığı üçün bütün müqavilələrin mətnində müqavilə ilə bağlı tarixləri, müqavilənin müddətli olması, müqavilənin mövsümi işlə əlaqədər bağlanması hissəsini özü yazmış, müqavilənin qalan hissələrini başqa işciyə həvalə etdiyi ücün müqavilədəki qalan hissəsi həmin işci tərəfindən yazılaraq tamamlanmışdır. Sonradan müqaviləyə heç bir əlavə edilməmişdir. Apellyasiya instansiyası mə hkəməsi İddiaçı əmək müqaviləsinin sonradan dəyişdirilməsi ilə bağlı dəlilini əsassız hesab etmişdir. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla onun dəlili tam şəkildə təkzib olunur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin bir il müddətinə bağlanması təkcə müqavilənin mətnindən deyil, başqa sübutlarla da təstiq edilir. Birincisi, 01 sentyabr 2014-cü ildə yalnız İddiaçıla bağlanmış müqavilə deyil, Teatrın digər işciləri ilə bağlanmış müqavilələrin hamısı müddətli müqavilə olmuşdur. İkincisi,əmək müqavilələrinin qeydiyatı jurnalında olan qeydlərdən görünür ki, orada müqavilələrin bağlandığı tarix “01.09.2014”, müqavilənin müddətinin bitməsi isə “01.09.2015” göstərilmişdir. Yəni müqavilə bir il müddətinə bağlanılmışdır. Elə h əmin jurnalda İddiaçı adının qarşısında şəxsən imza edərək həmin məlumatların doğruluğunu təsdiq etmişdir. Üçüncüsü, tərəflər arasında bağlanmış əmək müqaviləsindəki məlumatlar 09.10.2014-cü il tarixdə elektron informasiya sisteminə daxil edilməklə imzalanmışdır. Orada da müqavilənin bir il müddətinə, yəni müddətli bağlanması qeyd edilmişdir, həmin məlumatların sonradan, yəni İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ərəfəsində dəyişdirilməsi, əvvəlki tarixə yeni məzmunda düzəlişlər edilməsi mümkün deyildir. Ona görə də apellyasiya instansiyası məhkəməsi İddiaçı müqaviləyə sonradan düzəlişlər edilməsi ilə bağlı dəlillərini əsassız hesab etmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, quruluşçu rejisor işi daimi xarakterli iş olduğu halda Teatrın rehbərliyi onunla müddətli müqavi lə bağlamaqla Əmək Məcəlləsinin 45 maddəsinin dördüncü hissəsinin tələblərini pozmuşdur. Bununla bağlı iddiaçının nümayəndəsi izah etmişdir ki, Teatırdakı işlərin xüsusiyətindən asılı olaraq həmin işlər mövsümi xarakter daşıdığından bütün işçilərlə müddətli müqavilə bağlanır. Sonradan ehtiyac olduqda, həmin müqavilə tərəflərin razılığı ilə uzadılır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlili ilə bağlı hesab etmişdir ki Teatrın rəhberliyi İddiaçıla əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsinin yuxarda qeyd edilən tələbini pozmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsin birinci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 42-ci maddəsinin dördüncü hissəsində Məcəllənin 4 7-ci maddəsinin müəyyən edilmiş halların istisna olması da qeyd edilmişdir. Qeyd olunan Məcəllənin 47 maddəənin “f” bəndində göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməklə onların qarşılıqlı razılığı ilə bağlanmış əmək müqaviləsi müddətlə bağlana blər. Qeyd edilənlərə əsasən Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əmək müqaviləsi bağlanarkən cavabdeh tərəf Əmək Məcəlləsinin 45-ci maddəsinin dördüncü hissəsinin tələbini pozmamışdır. İddiaçı oz iradəsinə uyğun olaraq, öz arzusu ilə 01.09.2014-cü ildə müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci madd əsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunu b olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-377/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiаçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-377/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar