Məhkəmə qərarları › İş №2(102)-4409/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4409/2021

03.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4409/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-260/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 04 iyul 2007-ci i l tarixli müqaviləyə əsasən icraçı "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci bloku, 8-ci mərtəbəsində, ümumi sahəsi 57 kv. olan, 1 otaqlı, 38 saylı mənzili tikib payçı İddiaçı təhvil verilməyi, sonuncu isə mənzili qəbul edib hər kv.metr üçün 342 manat olmaqla, cəmi 19.494 manat pay haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 2. 04.07.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən payçı İddiaçı tərəfindən həmin müqavilə üzrə 19.494 manat pay haqqı ödənilmişdir. 3. "xxxx" MMC-nin direktoru Q.Məmmədova qarşı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanmışdır. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına da ir cinayət işi həmin iş üzrə çıxarilmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmündən (həmin hökmdə İddiaçı zərər çəkmiş şəxs qismində tanınmışdır) təqsirləndirilən şəxs X11 və zərər çəkmiş şəxslər X2, X7 və X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protestinə baxilarkən Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qərarı ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verilmişdir.

4. İddiaçı həmin mənzilin ona təhvil verilmədiyini bildirərək aşağıdakı iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 04.07.2018-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 57 kv.olan 1 otaqlı mənzilin ona verilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırilmışdır ki, o, 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin ünvan 2 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbəsində ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzili almış, bunun müqabilində 19494 manat ödəniş etmiş və ona maliyyə arayışı verilmişdir. Lakin indiyədək cavabdeh mənzili ona təhvil verməmişdir. "xxxx" MMC-nin direktoru Q.Məmmədova qarşı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanmışdır. Hazırda "xxxx" MMC "xxxx" MMC adlanmış, yəni "xxxx" MMC-nin sadəcə olaraq adı dəyişdirilmişdir. O cümlədən, həmin MMC-yə A.S.Tağıyev yeni direktor təyin edilmişdir. Mübahisəli bina hazır olmasına baxmayaraq, cavabdeh müxtəlif vədlərlə mənzili təhvil vermir.

7. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

8. Abşeron Rayon Məhkəməsinin (hakim Ş.Nəcəfova) 15 may 2018-ci il tarixli, 2(012)-2404/2018 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi, ödənilmiş 30 man at dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

9. Məhkəmə Mülki Məcəllənin 385.1, 427.2, 752.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, 04.07.2007-ci il tarixli müqavilədə binanın təhvil verilmə müddəti 2008-ci il göstərilsə də, onu vaxtında təhvil verməmiş, iddiaçı isə mənzilin haqqını ödəmişdir. Beləliklə, cavabdeh aralarında olan razilaşma üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) 12 noyabr 2018-ci il tarixli, 2(105)-3502/18 nömrəli qətnaməsi ilə cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşero n Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-2404/2018 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı "xxxx" MMC-yə qarşı iddiası təmin edilmiş, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzil İddiaçı təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslı və mahiyyətcə düzgün olsa da, apellyasiya qaydasında ləğv edilməlidir. Çünki, cavabdeh birinci instansiya məhkəməsinin 15 may 2018-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Mübahisələndirilən müqavilə ilə cavabdehin üzərinə götürdüyü qeyri-yaşayış sahəsini təhvil verilməsi barədə öhdəliyin yerinə yetirilməsi vəzifəsi sonuncunun üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası cavabdehin əvvəllər "xxxx" MMC-yə məxsus olan inşa edilən yarımçıq tikilini Cavabdeh MMC davam etdirilməsi və bununla da iddiaçı qarşısında heç bir məsuliyyətin daşımaması barədə gətirdiyi dəlili qəbul etməyərək qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış və cəmiyyətin direktoru Q.Ə.Məmmədovun imza və möhürü ilə təstiq edilmiş 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən bir otaqlı 38 sayl ı mənzili İddiaçı satmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən bir otaqlı mənzilin 1 kv.metrinin dəyəri 342 manat müəyyən edilməklə ümumi satış qiyməti 19.494 manat məbləğində müəyyən edilmişdir. Müqaviləyə əsasən mənzil alıcının mülkiyyətinə verir, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəyir. Binanın təhvil verilmə müddəti 2008-ci ildir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən mənzilin dəyəri 01 sentyabr 2008-ci il tarixədək ödənilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Rüstəmov (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və V.İbayev) 2(102)-378/2016 nömrəli iş üzrə 21 yanvar 2016cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində istinad etdiyi qeyd olunan halların, mövcud olub-olmamasını aydınlaşdırmaq üçün nə işin baxilmasını təxirə salaraq cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməsi üçün Azərbaycan Respublikası MPM 69.1-ci maddəsinə müvafiq olaraq tədbirlər görməmiş, nə qeyd olunan xüsusatlarla bağlı məhkəməyə məlumat verməyən İddiaçı ətraflı didirməmiş və nə də müvafiq sorğu da verməmiş, nəticədə apellyasiya şikayə tində göstərilən Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünün olubolmaması, əgər vardırsa həmin hökmlə İddiaçı mülki iddiasının təmin edilərək X10 Baxışovun xeyrinə 19.494 manat pul vəsaitinin tutulub-tutulmaması, qeyd olunan hökmün qanuni qüvvəyə minib-minməməsi və iş üçün əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırilmamış, nəticədə işin həqiqi halları müəyyən edilməmiş qalmış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) 24 yanvar 2020-ci il tarixli, 2(105)-459/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 ma y 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək Cavabdeh MMC rəhbərliyi tərəfindən ünvan 3 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzilinin iddiaçıya təhvil verilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1, 157.2, 178.8-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh MMC-nin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və Cəmiyyət bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası iş materiallarını araşdıran zaman müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar etməyərək nümayənd əsinin iştirakı olmadan iş üzrə qərar qəbul etməklə prosessual pozuntuya yol vermişdir. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) 2(102)-3170/2020 nömrəli iş üzrə 30 iyun 2020-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökm ü ilə zərərçəkmiş şəxslərin, o cümlədən İddiaçı iddiası təmin edilərək, təqsirləndirilən şəxs Qasım Məmmədovdan 14.494 manat pulun tutulub ona ödənilməsi qərara alınıb. Zərəçəkmiş şəxslər, mülki iddiaçilar, o cümlədən İddiaçı hökmdən apelyasiya şikayəti verməmişlər. Lakin sonradan, yalnız dövlət ittihamçısının verdiyi apelyasiya protestinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 08 noyabr 2016-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxs Qasım Məmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ləğv edilib və təqsirləndirilən şəxs Qasım Məmmədovun həmin maddələr üzrə olan cinayət təqibinə təqsirləndirilən şəx sin ölməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilib. Cavabdeh təşkilat "xxxx" MMC, direktoru olmuş X13 Baxışovu aldadaraq dələduzluq yolu ilə onun ödədiyi pulu mənimsədiyini, buna görə də onun məhkəmənin hökmü ilə məhkum edildiyini, həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs, mülki iddiaçı kimi tanınaraq iddiasının təmin edildiyini, həmin hökmün sonradan prosessual əsaslara görə ləğv edildiyini, lakin mülki iddialara aid hissədə hökmün qüvvədə olduğunu və bu səbəbdən də İddiaçı sözügedən pul məbləğini hökmün icrası qaydasında mərhum Qasım Məmmədovun vərəsələrindən tələb etməli olduğunu göstərib, iddia tələbinə etiraz edir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, sözügedən cinayət işini tələb edib ona baxış keçirmədən, hökmün qəbul edildiyi 08 sentyabr 2015-ci il tarixdən ötən 1 il 2 ay müddət ərzində hökmün mülki iddiaya aid hissəsinin icraya yönəldilib-yönəldilmədiyini, icra olunub-olunmadığını, apelyasiya icraatı mərhələsində həmin cinayət işinə baxilarkən mülki iddialar üzrə müvafiq qərarların qəbul edilib-edilmədiyini, dövlət ittihamçısının apelyasiya protestinə əsasən sözügedən hökmün əsaslılığının tam yoxlanilıb-yoxlanılmadığını araşdırmadan, bir sözlə hazırkı məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddianın əsaslı olması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Daha sonra, apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə sözügedən mənz ilin hazırki hüquqi statusuna aydınlıq gətirmədən, 2007-ci ildən ötən müddət ərzində mənzilin istifadəyə verilib-verilmədiyini, başqa şəxsə satilıb-satılmadığını və sair halları aydınlaşdırmadan, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi cavabdeh təşkilata təklif etmədən, 13 ildən sonra qaldırilmış iddia üzrə sözügedən mənzilin iddiaçıya təhvil verilməsini cavabdeh təşkilata həvalə etmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov və Z.Məmmədov) 10 fevral 2021-ci il tarixli, 2(105)-260/21 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsinin ləğv edil məsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1, 157.2, 178.8-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, sözügedən hökm qüvvəyə minmədən şikayətlər verildiyindən hökm mülki iddiaya aid hissədə icraya yönəldilməmişdir. Apellyasiya icraatı mərhələsində həmin cinayət işinə baxilarkən hökm ləğv edilmiş və cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verildiyindən, mülki iddialar üzrə müvafiq qərarlar qəbul edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədən, həmin müqaviləyə əlavə edilmiş kassa mədaxil qəbzindən görünür ki, mənzilin dəyəri iddiaçı tərəfindən tam məbləğdə cavabdeh təşkilata ödənilmiş və həmin müqavilə üzrə iddiaçının cavabdeh təşkilata ödənilməmiş borcları yoxdur. Həmin müqavilə bilavasitə cavabdeh təşkilatın sədri tərəfindən imzalanmaqla, iddiaçı təşkilatın dairəvi möhürü ilə təsdiq edilmişdir. Lakin həmin ödənilmiş pul vəsaitinin təyinatı üzrə xərclənməməsinə, yaxud mənimsənilməsinə iddiaçı deyil, "xxxx" MMC məsuliyyət daşıdığından, bu hal cavabdehi müqavilə üzrə öhdəliyin icrasından azad etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçilarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 20. "xxxx" MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin y enidən baxilması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırilmışdır ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki Kollegiyasının göstərişlərini və Mülki Prossesual Məcəllənin 88-cı maddəsinin tələblərini nəzərə almayaraq birinci instansiya məhkəməsi kimi sübutları düzgün qiymətləndirməyib qanunsuz və əsassız qətnamə qəbul edib. Məhkəmə öz qətnaməsinin 5-ci səhifəsinin 4-cu abzasında qeyd edib ki, işin şin mübahisə olunmayan hallarından görünür ki, 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən icraçı "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1- ci bloku, 8-ci mərtəbəsində, ümumi sahəsi 57 kv. olan, 1 otaqlı, 38 saylı mənzil tikib payçı İddiaçı təhvil verilməyi, so nuncu isə mənzili qəbul edib hər kv.metr üçün 342 manat olmaqla, cəmi 19.494 manat pay haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 04.07.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən payçı İddiaçı tərəfindən həmin müqavilə üzrə 19.494 manat pay haqqı ödənilmişdir. Məhkəmə kollegiyası nəzərə almayıb ki, elə işin mübahisə olunan əsas hallarından biri odur ki, iddiaçının mübahisəli mənzil üçün ödədiyi vəsait mənzil tikintisinə sərf olunmayıb və hazırki cavabdeh “Abşeron LTD2013" MMC buna görə heç bır öhdəlik götürməyib. Məhkəmə kollegiyası nəzərə almayıb ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 İyul 2007-ci il tarixi müqaviləyə əsasən cavabdehdən aldığı ünvan 4 ünvanında inşa etdiyi 14 mərtəbəli binanın 1-cı blok ümumi sahəsi 57 kv.m olan 1 otaqlı yaşayış mənzilin onun üçün inşa edilməsi nəzərdə tutulub. Lakin "xxxx" MMC-nın keçmiş rəhbər Qasım Məmmədovun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 31 may 2012-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb, Kooperativin direktoru həbs olunub. Kooperativ binanın tikintisi dayandırılaraq yarımçıq qalıb. İddiaçının adına yazilmış müqaviləni “Fuad-LTD" MMC-nın təsisçisi və direktoru X11 imzalayıb. Sonradan "xxxx" MMC "xxxx" MMC ilə əvəz olunub və əvvəllər "xxxx" MMC-yə məxsus olan inşa edilən yarımçıq tikilini Cavabdeh MMC davam etdirib Pay hüququ ilə həmin binanın yeni təsisçiləri binanın tikintisinə öz vəsaitlərini sərf edib yalnız üç bina inşa edə bilib lər. Lakin mübahisəli mənzillə bağlı İddiaçı tərəfindən mənzil tikintisinə ödədiyi vəsaitdən bir manatda olsun həmin mənzilin tikintisinə sərf olunmayıb. Buna görə də o, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparilan cinayət ışı üzrə cavabdeh zərərçəkmış və mülki iddıaçı qismində tanınıb. Məhkəmə kollegiyası öz qətnaməsində göstərilənləri qeyd etsə də və bu göstərilən faktları bilsə də, həmin faktlarla bağlı düzgün nəticəyə gəlməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)68/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli hökmü ilə direktoru X11 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308-ci maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, cavabdehin mülki iddiası təmin edilərək Qas ım Məmmədovdan İddiaçı xeyrinə 19.494 manat pul vəsaitinin tutulması qərara alınıb. Bundan sonra cavabdeh İddiaçı "xxxx" MMC-yə qarşı “mənzil tələbinə dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin üzərinə ünvan 5 ünvanında inşa etdiyi 14 mərtəbəli binanın 1-ci blok, ümumi sahəsi 57 kv.m olan 1 otaqlı yaşayış mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə kollegiyası iddianı təmin edərkən nəzərə almayıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, 08 Sentyabr 2015-cı il tarixli hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin 08 Noyabr 2016-cı il tarixli qərarı ilə ləğv edilsə də, tərəflər arasında mövcud olmuş mübahisə üzrə qəbul edilmiş məhkəmə hökmü ilə iddia tələbinin müqətdəratına aydınlıq gətirilib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 Sentyabr 2015-ci il tarixli hökmü ləğv edilsə də, həmin hökmdən də görünür ki, İddiaçı mənzil üçün ödədiyi vəsait mənzil tikintisinə, o cümlədən Cəmiyyətin hesabına odənilməyib, mənimsənilib. Bu fakt istintaq və məhkəmə zamanı da sübuta yetirilib. Göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmünün ləğv olunmasına əsas “Fuad-LTD" MMC-nin təsisçisi və direktoru X4 dünyasını dəyişməsi ilə əlaqədar olub. Cinayət işinin 28 oktyabr 2015-ci il tarixdən 11 ay 20 gün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olması, hökmün qüvvəyə minməməsi, şikayətlər verildiyindən hökm mülki iddiaya aid hissədə icra yonəldilməməsi iddiaçının mənzil tikintisi uçun ödədiyi vəsaitin mənzil tikintisinə sərf olunması anlamına gəlmir. Məhkəm ə kollegiyasının məntiqindən belə ki, əgər hökm qüvvəyə minsəydi və əgər Qasım Məmmədov dünyasını dəyişməsəydi onda iddiaçının mənzil tikintisi uçun odədiyi vəsaitin mənzil tikintisinə sərf olunmadığı və mənimsənildiyi aşkar edilmiş olardı. Məhkəmə kollegiyası nəzərə almayıb ki, cinayət işinin icraatına xitam verilməsi və mülki iddialar üzrə müvafiq qərarlar qəbul edilməməsi o demək deyil ki, iddia tələbi üzrə mübahisəli mənzilin cavabdehdən tələb edilməsi qanunidir və əsaslıdır. Cavabdeh bu barədə öhdəlik götürməyib. Məhkəmə kollegiyasının gəldiyi nəticədən belə çıxır ki, “Fuad-LTD" MMC-nin təsisçisi və direktoru X11 dünyasını dəyişibsə belə, iddiaçı tərəfindən mənzil tikintisi üçün ödənilən, lakin mənzil tikintisinə sərf olunmayan və Qasım Məmmədov tərəfindən mənimsənilən vəsait barədə s übutlar aşkar olduğu halda mübahisəli mənzil yenə də cavabdehdən tələb olunmaqla iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası nəzərə almayıb ki, cavabdeh İddiaçı mənzil üçün ödədiyi 19.494 manat pul vəsaiti onun iddiası əsasında Qasım Məmmədovun hüquqi varisindən tələb oluna bilər. Məhkəmə kollegiyası öz qətnaməsinin 6-cı səhifəsinin sonuncu 7-cı səhifəsinin sonuncu abzaslarında qeyd edib ki, cavabdehin iddiaçının tələb etdiyi mənzilin pulunu MMC-yə deyil, onun direktoru olmuş Qasım Məmmədova ödədiyindən, onun iddiaçı qarşısında heç bir öhdəliyi olmadığı barədə dəlilinə gəldikdə, cavabdeh qanunla nəzərdə tutulmuş qaydada təsis edilmiş və hazırkı iş üzrə mövcud müqavilə bağlanan zaman mərhum Qasım Məmmədov cavabdeh MMC-nin təsisçisi və direktoru vəzifəsində çalışmışdır. Məhkəmə kollegiyası n əzərə almayıb ki, hüquqi şəxsin nizamnamə kapitalından, payının hüquq və vəzifələrin 28 dekabr 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X11 “Fuad-LTD" MMC-dəki hüquq, vəzifələrim və nizamnamə kapitalını 5 (beş min) manata alıcı X1. Həmin müqavilənin 2-ci bəndində qeyd olunub ki, X4 “Fuad-LTD" MMC-dəki hüquq, vəzifələrim, nizamnamə kapitalını alqı-satqı müqaviləsinə kimi qeydə alınan bütün yazilı öhdəliklər satıcılara, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra isə alıcıya aid edilib. Bu müqavilə imzalanıb notariat qaydada təsdiq edildikdən sonra X14 Cəmiyyətin direktoru təyin edilmiş və Cəmiyyətin adı dəyişdirilərək Cavabdeh MMC olub. Buna görə də, İddiaçı ilə “Fuad-LTD" MMC arasında bağlanan 04 iyul 2007-ci il tarixli müqaviləyə görə “Abşeron LTD-2013" MMC məsuliyyət daşıya bilməz. Məhkəmənin öz qətnaməsində gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil. Məhkəmə kollegiyası öz qətnaməsinin 8-ci səhifəsinin 1-cı və 2-ci abzaslarında qeyd edib ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi icra orqanı kimi direktor həyata keçirir. O, cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, o cümlədən əqdlər bağlayır. Başqa sözlə desək, mərhum Qasım Məmmədov MMC-nin direktoru kimi mübahisələndirilən müqaviləni bağlayarkən səlahiyyətli şəxs olmuş və o, həmin əqdi cəmiyyətin adından, cəmiyyətin məqsədləri üçün bağlamışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən tam məbləğdə cavabdeh təşkilata ödənilmiş və həmin müqavilə üzrə iddiaçının cavabdeh təşkilata ödənilməmiş borcları yoxdur, həmin müqavilə bilavasitə təşkilatın sədri tərəfindən imzalanmaqla iddiaçı təş kilatın dairəvi möhürü ilə təsdiq edilmişdir. Lakin, ödənilmiş pul vəsaitinin təyinatı üzrə xərclənməməsi yaxud mənimsənilməsi iddiaçının deyil, “Abşeron LTD-2013" MMC məsuliyyət daşıdığından, bu hal cavabdehi müqavilə üzrə öhdəliyindən azad etmir. Məhkəməsi kollegiyası da, birinci instansiya məhkəməsi kımı qətnamə qəbul edərkən nəzərə almayıb ki, cavabdehin müqaviləyə görə iddiaçıya tikilib təhvil verilməsi nəzərdə tutulan 57 kv.m olan 1 otaqlı mənzili iddiaçıya təhvil verməmək və ya həmin mənzili inşa etməmək məqsədi olmayıb. Məhkəmə kollegiyası da nəzərə almayıb ki, “Fuad-LTD" MMC-nın təsisçisi və direktoru X11 Cəmiyyətin rəhbəri həbs olunduğundan əvvəllər "xxxx" MMC-yə məxsus olan inşa edilən yarımçıq tikilini “Abşeron LTD2013" MMC davam etdirib və pay hüququ ilə həmin binanın yeni təs isçiləri binanın tikintisinə öz vəsaitlərini sərf edərək yalnız 3 bina inşa edə biliblər. Plana uyğun olaraq "xxxx" MMC hazırki “Abşeron LTD-2013" MMC 3 bina deyil, 9 bina inşa etməli idi. Cavabdeh MMC yeni təsisçiləri tərəfindən mənzil və qeyri-yaşayış sahəsi alan zərərçəkmişləri yalnız inşa olunan 3 binaya üzrə sahələrə yerləşdirə biliblər. Belə ki, yeni təsisçilər "xxxx" MMC üzrə yarımçıq qalmış binaları təhvil alarkən "xxxx" MMC-nin keçmiş rəhbərliyi tərəfindən 236 nəfərə yaxın vətəndaşların aldadılması və onların zərərçəkmiş kimi tanınmaları, bəzi vətəndaşların da əllərində binalar üzrə saxta müqavilələrin olmasından xəbəri olmayıb. Buna görə də Cavabdeh MMC və onun rəhbərliyinin mənzilin tikintisi vəsaiti ödənilməyən 57 kv.m olan 1 otaqlı, 38 saylı mənzilə görə iddiaçının qarşısınd a heç bir öhdəlik götürməyib və buna görə də məsuliyyət daşıya bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçilarının izahatları

23. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırilmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxilmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 43.1. Hüquqi şəxs q anunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

26. Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanma sı haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

27. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

28. Maddə 87.1, 91.1 və 91.2. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.

29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanilır.

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırilmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 41. 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən icraçı "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1- ci bloku, 8-ci mərtəbəsində, ümumi sahəsi 57 kv. olan, 1 otaqlı, 38 saylı mənzil tikib payçı İddiaçı təhvil verilməyi, sonuncu isə mənzili qəbul edib hər kv.metr üçün 342 manat olmaqla, cəmi 19.494 manat pay haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 04.07.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən payçı İddiaçı tərəfindən həmin müqavilə üzrə 19.494 manat pay haqqı ödənilmişdir.

42. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin (cinayət işini tələb edib ona baxış keçirmədən, hökmün qəbul edildiyi 08 sentyabr 2015-ci il tarixdən ötən 1 il 2 ay müddət ərzində hökmün mülki iddiaya aid hissəsinin icraya yönəldilib-yönəldilmədiyini, icra olunub-olunmadığını, apellyasiya icraatı mərhələsində həmin cinayət işinə baxılarkən mülki i ddialar üzrə müvafiq qərarların qəbul edilib-edilmədiyini, dövlət ittihamçısının apellyasiya protestinə əsasən sözügedən hökmün əsaslılığının tam yoxlanılıb-yoxlanılmadığını araşdırmadığı) barədə göstərişini nəzərə alaraq qeyd etmişdir ki, qeyd olunan cinayət işi çox epizodlu olmaqla 50 cilddən ibarətdir. Hazırki mübahisə yalnız həmin iş üzrə zərərçəkən qismində tanınmış və hazırkı işdə iddiaçı olan İddiaçıla bağlı hissəsindən getdiyindən, qeyd olunan cinayət işi üzrə təqdim olunan alqı-satqı müqaviləsi, ödəniş qəbzi, eləcə də hökm və qərar iş materiallarında mövcud olduğundan, həmin hökmlə də iddiaçının xeyrinə 19.494 manat pulun tutulması öz əksini tapdığından, cinayət işinin tələb olunaraq baxış keçirilməsi zərurəti olmamışdır.

43. Araşdırma nəticəsində həmçinin müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi həmin iş üzrə çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmündən təqsirləndirilən şəxs X11 və zərər çəkmiş şəxslər X2, X7 və X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protestinə baxılması üçün 28 oktyabr 2015-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qərarı ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verilmişdir.

44. Göründ üyü kimi sözügedən cinayət işi (hökm qüvvəyə minmədən) təqsirləndirilən şəxs X11 və zərər çəkmiş şəxslər X2, X7 və X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protestinə əsasən 28 oktyabr 2015-ci il tarixdən 11 ay 20 gün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Hökmün qüvvəyə minmədən şikayətlər verildiyindən hökm mülki iddiaya aid hissədə icraya yönəldilməmişdir. Apellyasiya icraatı mərhələsində həmin cinayət işinə baxılarkən hökm ləğv edilmiş və cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verildiyindən, mülki iddialar üzrə müvafiq qərarlar qəbul edilməmiş dir.

45. Apellyasiya kollegiyası mübahisəli mənzilin hüquqi statusuna aydınlıq gətirmədən, 2007-ci ildən ötən müddət ərzində mənzilin istifadəyə verilib-verilməməsi, satılıb-satılmaması barədə kassasiya instansiya məhkəməsinin göstərişinə gəldikdə isə qeyd etmişdir ki, bununla bağlı cavabdeh təşkilata 15 oktyabr 2020-ci il tarixdə sorğu göndərilmiş və növbəti məhkəmə iclasında yəni 04 noyabr 2020-ci il tarixdə cavabdehin vəkili Vəkil sorğunun cavablandırılması məqsədilə məhkəmə baxışının təxirə salınması barədə vəsatəti təmin etsə də, lakin növbəti məhkəmə baxışınadək sorğu cavablandırılmamışdır. Bu məqsədlə məhkəmə baxışı bir neçə dəfə təxirə salınsa da cavabdeh nə məhkəmənin sorğusunu cavablandırmış, nədə ki vəkili məhkəmə baxışında iştirak etməmişdir. Əksinə növbəti 10 fevral 2021-ci il tarixli məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir ki, bu da iddiaçının haqlı narazıçılığına səbəb olduğundan, məhkəmə kollegiyası cavabdeh bu vəsatətini işin baxılmasının bilərəkdən uzadılması kimi qiymətləndirərək işə baxılması tamamlanmışdır.

46. Bu baxımdan hesab edilmişdir ki, Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə əsasən öz tələb və etirazının əsası kimi üzərinə sübutetmə yükü daşıyan cavabdeh qeyd olunan halı təsdiq edən sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

47. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, MMC hüquqi şəxs olaraq qanunvericiliyə və nizamnaməyə uyğun olaraq fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdəsinə mülki vəzifələr götürür. Onun orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənlə şdirilir. Cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası Mülki Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsis edilmiş və hazırki iş üzrə mövcud müqavilə bağlanan zaman mərhum Qasım Məmmədov cavabdeh MMC-nin təsisçisi və direktoru vəzifəsində çalışmışdı. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi icra orqanı kimi direktor həyata keçirir. O, cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, o cümlədən əqdlər bağlayır. Başqa sözlə, mərhum Qasım Məmmədov MMC-nin direktoru kimi mübahisələndirilən müqaviləni bağlayarkən səlahiyyətli şəxs olmuş və o, həmin əqdi cəmiyyətin adından, cəmiyyətin məqsədləri üçün bağlamışdır.

48. İşə əlavə e dilmiş tərəflər arasında bağlanmış müqavilədən, həmin müqaviləyə əlavə edilmiş kassa mədaxil qəbzindən görünür ki, mənzilin dəyəri iddiaçı tərəfindən tam məbləğdə cavabdeh təşkilata ödənilmiş və həmin müqavilə üzrə iddiaçının cavabdeh təşkilata ödənilməmiş borcları yoxdur. Həmin müqavilə bilavasitə cavabdeh təşkilatın sədri tərəfindən imzalanmaqla, iddiaçı təşkilatın dairəvi möhürü ilə təsdiq edilmişdir. Lakin həmin ödənilmiş pul vəsaitinin təyinatı üzrə xərclənməməsinə, yaxud mənimsənilməsinə iddiaçı deyil, "xxxx" MMC məsuliyyət daşıdığından, bu hal cavabdehi müqavilə üzrə öhdəliyin icrasından azad etmir.

49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və və ya başqa kooperativi n üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ayrı-ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hü ququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. 51. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında göstərmişdir ki, Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, MM-in 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanu nvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər.

52. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Bu baxımdan cavabdehin iddiaçı qarşısında öhdəliyi yarandığından və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddia tələbi əsaslıdır.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Kassasiya şikayətinin bir sıra dəlilləri iş in faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanilmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: "xxxx" MMC-nin kassasiya şikayə ti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-260/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanilsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar