Məhkəmə qərarları › İş №2(102)-4410/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4410/2023

19.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4410/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(103)451/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzili vətəndaş İddiaçı daimi istifadəsinə verilməsi və onunla həmin mənzilə kirayə müqaviləsinin bağlanmış hesab edilməsi qərara alınmışdır. 2. xx.xx.2018-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə”yə görə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilin 30,4 kvadrat metr yaşayış sahəsinin müddətsiz İddiaçı istifadəsinə verilməsi barədə 102 saylı MKİS-in rəisi ilə müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiy a məhkəməsində icraat

3. İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdehlər) qarşı “mənzildən çıxarılma” barədə iddia qaldıraraq, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 186 saylı, 16 may 2018-ci il tarixli sərəncamı ilə onun uzun müddət yaşayıb istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzili daimi istifadəsinə verilmişdir. Onunla 08 iyun 2018-ci il tarixdə Binəqədi rayon 102 saylı Mənzil Kommunal istismar Sahəsi arasında “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” birtipli müqavilə imzalanmış, bu ünvana pasport qeydiyyata alınmışdır. Lakin ona məxsus mənzil qeyri-qanuni olaraq cavabdeh tərəfindən zəbt edilmiş, qanunsuz olaraq mənzilə daxil olmaqla mənzildə yaşamağa başlamış və onun dəfələrlə tələb etməyinə baxmayaraq mənzildən çıxmamışdır. Nəticədə hüquqları kobud şəkildə pozulmuşdur. Halbuki, bu əmlakın daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaq üçün qanuni gözləntisinə malikdir.

5. Cavabdehin vəkili iddianı qəbul etmədiklərini bildirərək, cavabdehin mübahisəli mənzildə əvvəlki sahibin razılığı ilə yaşadığını, iddiaçının həmin mənzildə heç vaxt yaşamadığını, saxtakarlıq yolu ilə həmin mənzilə sənədlərin əldə etdiyini və iddianı formal olaraq qaldırdığını bildirərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh vəkilinin dediklə rini təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(001)88/2022 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilərək, Cavabdeh Hüseyn oğlunun Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzilindən çıxarılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan iddiaçının qanuni istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilin 30,4 kvadrat metr yaşayış sahəsinə daxil olaraq orada yaşayır. Məhkəmə cavabdehin mübahisəli mənzildə əvvəlki sahibin razılığı ilə yaşadığını, iddiaçının saxtakarlıq yolu ilə həmin mənzilə sənədlərin əldə etdiyi nə dair cavabdeh tərəfin mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh tərəf qeyd olunan dəlillərə dair heç bir sübut təqdim etməmişdir. Əksinə mübahisəli mənzilin iddiaçının qanuni sahibliyində olması iş materialları ilə tam sübuta yetir.

8. Cavabdeh tərəfindən qeyd olunan normaların tələbləri pozulduğundan iddiaçının sahiblik və istifadə hüququ ilə özünə məxsus olan mənzildən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh oradan çıxarılmalı, həmin mənzil iddiaçıya qaytarılmalıdır.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 17.1, 17.2-ci maddələrinə, Az ərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 153.1, 153.2, 155.1, 157.2, 157.4, 152.1, 164.2, 180.1, 180.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Apellyasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(103)-451/2023 saylı qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzili İddiaçı daimi istifadəsinə verilmiş və onunla həmin mənzilə kirayə müqaviləsinin bağlanmış hesab edilməsi qərara alınmış və xx.xx.2018-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə”yə görə Sərəncam əsasında yaşayış sahəsinin müddətsiz İddiaçı istifadəsinə verilməsi barədə 102 saylı MKİS-in rəisi ilə müqavilə bağlanmışdır.

14. Hazırki iş üzrə cavabdeh tərəf sözügedən sərəncamı inzibati qaydada mübahisələndirmiş, iddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi və müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş və həmin iddia tələbi subyektiv hüququ olmadığı üçün mümkün sayılmamışdır. Mübahisəli mənzil iddiaçının qanuni istifadəsindədir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaq üçün iddiaçı qanuni gözləntiyə malikdir. Cavabdeh isə hər hansı qanuni əsas olmadan mübahisəli mənzilə daxil olaraq yaşayır, bununla da iddiaçının sahiblik və istifadə hüququnu pozmaqla, məhdudlaşdırır. Ona görə iddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuş, məhkəmə tərəfindən isə əsaslı olan iddia tələbi təmin edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 221-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya şikayətini və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzili iddiaçının daimi istifadəsinə verilmiş və onunla həmin mənzilə kirayə müqaviləsinin bağlanmış hesab edilməsi qərara alınmış və xx.xx.2018-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə”yə görə Sərəncam əsasında yaşayış sahəsinin müddətsiz İddiaçı istifadəsinə verilməsi barədə 102 saylı MKİS-in rəisi ilə müqavilə mübahisəli mənzil iddiaçının qanuni istifadəsindədir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, bu əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaq üçün iddiaçı qanuni gözləntiyə malikdir. Halbuki iş materiallarında iddiaçının d aşınmaz əmlakın dövlət reyestrindən çıxarış alması üçün müraciət etməsini təsdiq edən hər-hansı sübut təqdim olunmamışdır. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İşin əsl halları Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr. 60 saylı binanın 40-cımənzilində uzun illərdi ki, ailə üzvləri ilə yaşamışdır. Sübut olaraq, uzun illərdir həmin mənzilə dair ödədiyi kommunal ödənişləri - işıq, qaz, su çeklərini təqdim etmişdir. Belə ki, 2008-ci ilin yayında o zaman mənzilin istifadəçisi olan X1 dəvəti ilə, cavabdeh və ailə üzvləri həmin mənzilə köçmüş və yaşamışdır. Bu zaman həm Barikovun sağlığında, həm də o vəfat edəndən daha sonra mənzi lin bütün xərcləri işıq, qaz, su cavabdeh tərəfimdən ödənmişdir. İddiaçı həmin mənzildə heç bir zaman yaşamadığı halda, sərəncamda guya ki, orada uzun müddət yaşadığı yazılmış, ona dair sərəncam verilmişdir. İddiaçı saxtakarlıq yolu ilə həmin mənzilə sənədlərin əldə etmişdir. İddiaçı heç bir məhkəmə iclasında iştirak etməmiş, həmin mənzildə guya ki, nə zamansa yaşadığını təsdiq edən heç bir sənəd təqdim etməmiş, bununla da MPM-nin 77.1. maddəsini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi

20. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçin in arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər;

21. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

22. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərin ə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istina d etdiyi halları sübut etməlidir;

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

33. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya ş ikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

35. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya in stansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

36. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzili iddiaçının daimi istifadəsinə verilmiş və onunla həmin mənzilə kirayə müqaviləsinin bağlanmış hesab edilməsi qərara alınmış və xx.xx.2018-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə”yə görə Sərəncam əsasında yaşayış sahəsinin müddətsiz iddiaçının istifadəsinə verilməsi barədə 102 saylı MKİS-in rəisi ilə müqavilə bağlanmışdır.

37. Hazırki iş üzrə cavabdeh tərəf sözügedən sərəncamı inzibati q aydada mübahisələndirmişdir. Belə ki, Cavabdeh Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi və müqavilənin bağlanması vəzifəsinin öhdəsinə qoyulması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(103)-3472/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş və həmin iddia tələbi subyektiv hüququ olmadığı üçün mümkün sayılmamışdır.

38. Mübahisəli mənzil iddiaçının qanuni istifadəsindədir və məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, bu mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaq üçün iddiaçı qanuni gözləntiyə malikdir. Cavabdeh isə hər hansı qanuni əsas olmadan mübahisəli mənzilə daxil olaraq yaşayır, bununla da iddiaçının sahiblik və istifadə hüququnu pozmaqla, məhdudlaşdırır.

39. Ona görə də iddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuş, məhkəmə tərəfindən isə əsaslı olan iddia tələbi təmin edilmişdir.

40. Məhkəmə kollegiya cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ səlahiyyətli orqan tərəfindən tanındığına görə, onun bu hüququ əmlakdan istifadə hüququ hesab olunur və istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməlidir (Mülki Məcəllənin 158.1.2 və 158.4-cü maddələri).

41. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hes ab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(103)-451/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar