Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4413/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-188/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları
1. Cavabdeh 27.12.2017-ci il tarixli, 86 saylı əmri ilə, böyük mütəxəssis (operator) İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 27.12.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmiş və onunla 07.12.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsi 27.12.2017-ci il tarixdə ləğv edilmişdir. Əmrin verilməsinə əsas 2017-ci ilin ikinci yarım ili üzrə 26.12.2017-ci il tarixli akt göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunması ilə bağlı Cavabdeh 27.12.2017-ci il tar ixli, 86 saylı əmrinin ləğv edilməsini, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 01 dekabr 2001-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdehnə Məhkəmənin makinaçı-operatoru Salahova Murvət Əhliyyət qızı sosial məzuniyyətdən qayıdana qədər həmin vəzifəni müvəqqəti icra etmək üçün işə qəbul edilmişdir. İşə qəbul edilərkən əmək funksiyasına ona verilmiş mətnlərin yazılması yaxud personal kompyuterdə azərbaycan, rus, ingilis, latın, kiril əlifbaları ilə təxirə salınmadan, səhvsiz çap edilməsi və yazılması daxil edilmişdir. 17.06.2005-ci il tarixli, 07 saylı əmrlə sosial məzuniyyətdə olan Salahova Murvət Əhliyyət qızı tutduğu vəzifədən azad edilmiş və 17.06.2005-ci il tarixdə məhkəməyə müddətsiz böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndində bunlar qeyd edilmişdir. 17.06.2005-ci il tarixində bağlanmış əmək müqaviləsində iş funksiyasına heç bir dəyişiklik edilməmişdir. 07.12.2011-ci il tarixli əmək müqaviləsinin təkrar bağlanmasına dair əmrdən xəbəri olmayıb və həmin əmr ona verilməmiş, əmək müqaviləsinin yeni şərtlərlə bağlanmasına dair razılıq verməmişdir. Həmin müqavilənin ona təqdim olunması barədə qeydlər yoxdur. Cavabdeh 27.12.2017-ci il tarixli, 86 saylı əmrilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv olunaraq tutduğu vəzifədən azad olunmuşdur. Həmin əmrdə onun əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiy i üçün və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi göştərilmişdir. Onun işdən çıxarılmasına əsas olaraq 2017-ci ilin 2-ci yarım ili üçün Cavabdeh icraatında olan mülki, cinayət, inzibati və prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsinə dair işlər üzrə aşkar edilmiş nöqsanlar barədə tərtib edilmiş 26.12.2017-ci il tarixli akt göstərilmişdir. Buna baxmayaraq adı gedən akt ona göstərilməmiş və onun tərtib olunması barədə heç bir məlumatı yoxdur. Həmin aktla tanış olmaq istədikdə ona rədd cavabı verilmişdir. Əmrdə qeyd edilən əmək funksiyaları arasında işlərin yerinə yetirilməsi ona aid edilmədiyindən işdən azad edilməsi tam əsassızdir. Belə ki, həmin əmrdə xeyli sayda mülki işlər üzrə təyinat məktubları nın yazılmadığı, işlərin tikilmədiyi, qərardadların surətlərinin tərəflərə göndərilmədiyi qeyd olunsa da bu onun əsas əmək funksiyalarına aid deyildir. Əmrdə göstərilən icra intizamına səbəb olan əmək funksiyaları ona həvalə edilməmiş və onların icrasına razılıq verməmişdir. Əgər ona həmin əmək funksiyaları həvalə edilmiş olsa idi bunun üçün əlavə əmək haqqı ayrılmalı idi. İclas katibinin üzərinə qoyulmuş əmək funksiyalarının icrasının ondan tələb edilməsi tam əsassızdır. 2 aya yaxın iclas katibinin olmaması səbəbindən onun üzərinə düşən vəzifələrin icrasının ondan tələb edilməsi ilə razı deyil. O, Məhkəmənin Həmkarlar İttifaqının üzvüdür. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən hər hansı bir işçi ilə əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarla r ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməlidir. Təqdimata həmçinin müvafiq əsaslandırılmış sənədlər əlavə edilməlidir. Həmkarlar ən geci 10 gün müddətində özünün yazılı əsaslandırılmış qərarını işəgötürənə təqdim etməlidir. Cavabdehin Həmkarlar təşkilatına müraciət etməsi faktı olmamış, əgər bu fakt olsaydı 27.12.2017-ci il tarixli, 86 saylı əmrdə öz əksini tapardı. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi birbaşa həmkarlar təşkilatının əsaslanmış qərarına əsasən verilir. 26.12.2017-ci il tarixli, 3 saylı protokolu Həmkarlar Təşkilatının katibi Elnarə Ağayevanın respublikada olmadığı halda tərtib edilmişdir. Belə ki, bu fakt Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 04.07.2018-ci il tarixli, 33/2454 saylı cavab mə ktubunda öz əksini tapmışdır. Elnarə Ağayeva həmin ərəfədə əmək məzuniyyətində idi və ölkə hüdudlarından kənarda olmuşdur. Ona görə də işdən azad edilməsini qeyri-qanuni hesab edir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Cavabdeh sədrinin 18.12.2017-ci il tarixli, 85 saylı əmrinə əsasən, 2017-ci ilin ikinci yarım ili üzrə Məhkəmənin icraatında olan mülki, cinayət, inzibati və prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsinə dair işlər üzrə yoxlama keçirilməsi üçün komissiya yaradılmışdır. Komissyanın 26.12.2017-ci il tarixli aktı ilə xeyli sayda təyinat məktublarının yazılmadığı, işlərin tikilmədiyi, həmin işlərin bəzilərində qərardadların surətlərinin tərəflərə göndərilmədiyi və xəbənamələrin iş materiallarına əlavə edilmədiyi, cinayə t işləri üzrə hökmlərin çıxarılmasına baxmayaraq, hökmlərin bəzilərinin icraya yönəldilməməsi, mülki işlərin səhifələnməməsi və siyahıya alınmaması müəyyən olunmuşdur. Həmin pozuntuların xeyli hissəsi böyük mütəxəssis vəzifəsində işləyən İddiaçı öz əmək funksiyalarına səhlənkar yanaşması və bu funksiyaları lazımınca yerinə yetirilməməsi ilə bağlı olmuşdur. Bütün bunlar Cavabdehndə işin normal ahənginin pozulması, habelə məhkəmə qərarlarını icra edən orqanların və barəsində belə qərarlar çıxarılan şəxslərin də mənafelərinə ziyan vurulması ilə nəticələnmişdir. Yoxlama zamanı komissiya üzvləri nöqsanlara yol vermiş bütün işçilərin izahatları alınmış və lazımı tədbirlər görülmüşdür. Eyni zamanda həmin izahatın verilməsi iddiaçıya da təklif olunmuşdur, lakin o izahat verməkdən imtina edərək bil dirmişdir ki, heç kimə izahat verməyəcək, məhkəmə sədri özü ondan izahat tələb etsin. İddiaçı izahat vermədiyindən bu barədə akt tərtib olunmuşdur. İddiaçı əmək fəaliyyətində kobud səhvlərə yol vermiş və əmək vəzifələrini lazımınca icra etməmişdir.
5. Şuşa Rayon Məhkəməsinin (hakim A.Həsənov) 31 may 2019-cu il tarixli, 2(077)-133/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı əmrdə göstərilən əsasların onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmadığını qeyd etsə də, onun bu dəlillərinin 07.12.2001-ci il tarixli əmək müqaviləsinin 3.2-ci bəndinə və 07.12.2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinə uyğun deyil Həmin bəndlərdə işçinin məhkəmə sədrinin əmrlərinin və tapşırıqlarının yerinə yetirilməsi və zərurət yarandıqda Məhkəmənin normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə işçinin müvəqqəti olaraq məhkəmədə digər işlərin icrasına cəlb edilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçı onunla 07.12.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmadığını qeyd etsə də, həmin müqavilədəki imzanın ona məxsus olmadığını da inkar etməməsini, yoxlamanın nəticəsi barəsində olan aktla tanış olduqdan sonra iddiaçının izahat verməkdən imtina etməsini, ilk X3 qərarında iclas katibi kimi qeyd edilmiş şəxsin ölkədən kənarda olması faktının əmr verilərkən məlum olmamasını nəzərə alan məhkəmə iddianı təmin etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Abbasov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Məmmədov) 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3222/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şuşa Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev) 2(102)-822/2020 nömrəli iş üzrə 17 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3222/19 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
10. Kass asiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, əmrin verilməsi əsaslarından biri olan iddiaçının onun ilə bağlanmış 07 dekabr 2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinin tələblərinin pozulmasına istinad edildiyi halda apellyasiya instansiyası məhkəməsi ilk növbədə həmin müqavilə bağlı şikayətin dəlili üzrə birinci instansiya məhkəməsində müqavilədəki imzanın iddiaçının ona məxsus olmasını inkar etməməsi, həmçinin də müqaviləni təkcə iddiaçı deyil, işəgötürən kimi həmin vaxt məhkəmə sədr olmuş şəxsin də imzalaması kimi qiymət verməsi ilə kifayətlənməyərək mübahisənin obyektiv və ədalətli həlli baxımından iş üzrə məhkəmə xətti - ekspertiza təyin edilməsi yolu ilə həmin dəlilinin əsaslı olubolmamasına digər sübutlarla yanaşı hüquqi qiymət verməli idi. İdd iaçının əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinin 07 dekabr yazılmasını, lakin müqavilənin ilinin göstərilməməsinə də apellyasiya instansiyası məhkəməsi diqqət yetirməmişdir. Bundan əlavə, Həmkarlar komitəsinin 26 dekabr 2017-ci il tarixli iclasının qərarında adı qeyd edilən katib X5 həmin vaxt Azərbaycan Respublikasının ərazisində olmadığı halda qərarda onun imzasının olması həmin imzanın onun tərəfindən icra edilməməsi və ya digər şəxs tərəfindən icra edilməsi anlamına, həmin qərarın qanuni olmaması, beləliklə də, iddiaçının ədalətli məhkəmə araşdırması hüququ pozulması nəticəsinə gəlməyə tam əsas verir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliye v və F.Məmmədov17 mart 2021-ci il tarixli, 2(105)-188/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şuşa Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edərək, yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən azad edilməyə əsas kimi göstərilən Abşeron rayon Məhkəmə sədrinin əmri ilə təşkil edilmiş Komissiyanın 26 dekabr 2017-ci il tarixli yoxlama aktının müxtəlif formada tərtib edil məsi, hər yoxlama aktında müxtəlif komissiya üzvlərinin olması və müxtəlifliyi onun tərəfindən dəfələrlə bildirilsə də, buna hüquqi qiymət verilməmişdir. 15 ay davam edən inzibati məhkəmə prosesində dəfələrlə əmrin verilməsinə yeganə əsas kimi göstərilmiş yoxlama aktının məhkəməyə təqdim olunması tərəfindən xahiş olunsa da, cavabdeh bundan hər dəfə qəti surədə imtina etmişdir. Şuşa rayon məhkəməsində iddiaçı yenidən bu xahişlə müraciət etdi. Bundan sonra Məhkəmənin tələbi ilə cavabdeh məhkəməyə akt təqdim edir. İddiaçı məhkəmədən həmin aktın surətini ona təqdim olunmasını xahiş edir. Bu zaman hakim ona bildirir ki, aktda imza və möhür yoxdur. Baxmayaraq ki, uzun müddət məhkəmə çəkişmələri gedir və dəfələrlə yoxlama aktının təqdim edilməsi xahiş edilmişdir. Həmin akt məhkəmə tərəfindən geri qaytarılmışdır. Daha sonra isə Cavabdeh tərəfindən 21 may 2019-cu il tarixdə Şuşa rayon məhkəməsinə 26 dekabr 2017-ci il tarixli akt təqdim olunur. Həmin aktı təqdim edən və imzalayan 3 şəxsdən biri hakim Şövkət Nəcəfova göstərilmişdir. İddiaçı həmin vaxt Şövkət Nəcəfovanın məzuniyyətdə olduğunu və ölkə hüdudlarından kənarda olduğunu bilirdi. Bu məlumatın dəqiqləşdirilməsinə dair dövlət sərhəd xidmətinə sorğu ilə müraciət edilməsi haqqında iddiaçı vəsatətlə Şuşa rayon məhkəməsinə yazılı müraciət etdi. Vəsatət Şuşa rayon məhkəməsinə təqdim olunduqdan dərhal sonra vəsatətə məhkəmə araşdırılması zamanı baxılmadan Şuşa rayon məhkəməsinin sədri Allahverən Həsənov tərəfindən özbaşına olaraq aktı imzalayan şəxsə və Cavabdeh sədrinə məlumat verməsi nəticəsində yeni bir yoxlama aktı tərtib olunara q məhkəməyə təqdim edilmişdir. Bu isə hakimin sübutları toplanmasında cavabdehə xidmət edən faktların əldə edilməsinə yardım edərək saxta aktın yenisi ilə əvəz olunmasını həyata keçirmişdir. Bütün bunları məhkəmə iclasında Şuşa rayon məhkəməsinin hakimi Allahverən Həsənov, hakim Şövkət Nəcəfova ilə bu barədə danışdığını etiraf etmişdir. Bundan sonra hakim Allahverən Həsənovun yolverilməz, qanunsuz hərəkətlərindən sonra cavabdeh tərəf məhkəməyə ilkin təqdim etdiyi yoxlama aktını təkrar dəyişdirilərək məhkəməyə sübut kimi təqdim etmişdir. Bu dəfə isə akta imzalayan şəxs başqa şəxslə Cavabdeh digər hakimi Cəmilə Səfiyeva ilə əvəz, olunur. Bundan sonra iddiaçı hakimə etiraz edir, etirazı isə qəbul edilməmişdir. Sonuncu təqdim etdikləri aktın ümumiyyətlə tarixi yoxdur. Məhkəmə tarixsiz aktı h eç bir sübut olmadan sübut kimi qəbul etməklə qərəzliyini açıq biruzə vermişdir. Bu yoxlama aktının reallıqda mövcudluğunun şübhəli və ciddi məqamları olduğu halda buna məhkəmə səthi yanaşmışdır. Yaxud da ümumiyyətlə fikir verməmişdir. Bir sənədin qısa müddətlərdə 3 formada tərtibi (onda nöqsanlar tapıldıqca dəyişdirilərək təqdim edilməsi) onun doğruluğuna əsaslı şübhələr yaradır və onun saxtalığını sübut edir. Bu yoxlama aktlarına vizual müşahidə etməklə qeyd olunanların doğru olduğunu müəyyənləşdirmək olar, lakin 2 fərqli yoxlama aktının hansının doğruluğunu MPM-nin 77.1-ci maddəsinə əsasən onu təqdim edən, ona istinad edən tərəf sübut etməlidir. Məhkəmə tarixsiz yoxlama aktını və 26 dekabr 2017 tarixli yoxlama aktını heç bir sübut olmadan qəbul edilmişdir. Cavabdeh məhkəməyə 3 akt təqdi m edib birinci məhkəmə tərəfindən geri qaytarılıb ondan sonra təqdim edilən 2 fərqli aktın mövcudluğu öz-özlüyündə həmin sənədlərin mötəbərliyinə şübhələr olduğuna baxmayaraq yoxlama aktı əmrin verilməsi üçün əsas kimi qəbul edilmişdir. Məhkəmə iş materiallarına əsasən qətnamədə qeyd edir ki, iddiaçı ilə bağlanmış 07 dekabr 2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərində işçi kimi iddiaçının məhkəmə sənədlərinin müəyyən olunmuş vaxtda hazırlanması, məhkəmə sədrinin əmrlərinin və tapşırıqlarının yerinə yetirilməsi, zərurət yarandıqda məhkəmə iddiaçının normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə işçinin müvəqqəti olaraq məhkəmədə olan digər vəzifələrin icra olunmasına cəlb edilə bilməsi şərti nəzərdə tutulur. Komissiyanın 26 dekabr 2017-ci il tarixli yoxlama aktın da məktubların yazılmaması, işlərin tikilməməsi, qərardadların surətlərinin tərəflərə gondərilməməsi və s hallarda məhz işçi ilə bağlanmış 07 dekabr 2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərində nəzərdə tutulmuş əmək funksiyalarına aid olması qənaətinə gəlmişdir. Məhkəmə işinin aparılması spesifikasına. özünə məxsus xüsusiyyətlərinə nəzər yetirdikdə 6 ay müddətinə 548 iş barədə-məktubların yazılmaması, işlərin tikilməməsi, qərardadların surətlərinin tərəflərə gondərilməməsi öhdəliklərin mütəxəssis-operatorun günahı ucbatından yaranmasını təsəvvür etmək belə üzdə aci təbəssüm yaradır. Məhkəmə işçisi olaraq hər kəsə məlumdur ki, məhkəmə icraatında olan işlər yekunlaşsa belə, protokollar yazılmayıbsa, qətnamə yazılmayıbsa onun tikilməsi mümkünsüzdür. Protokol və qətnamə, qər ardad isə iddiaçı tərəfindən deyil, iclas katibi və hakim tərəfindən tərtib edilir. Protokolu olmayan işlər isə necə tikilə bilər, səhifələnə bilər və ya siyahıya alına bilər? Sənədlər isə iddiaçıya yazılmaq üçün verilmədiyi halda onların yazılmasını tələb etmək hüququ yoxdur. Belə səlahiyyətlər iddiaçıya verilməmişdir. Əgər İddiaçı işlədiyi hakim İlham Kərimimin işlərində bu qədər nöqsan olsaydı o bu yoxlamadan sonra Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməzdi. Məhkəmə qətnamədə qeyd edir ki, apellyant məhkəmə sədrinin əmri ilə təşkil edilmiş Komissiyanın 26 dekabr 2017-ci il tarixli aktının sonradan tərtib edilməsi və aktda göstərilən pozuntuların onun əmək funksiyasına aid olmadığını göstərsə də, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Halbuki iddiaçının həm yazılı, həm şifahi izahatında məhkəmənin diqqətinə MPM-nin və Azərbaycan Respublikasının Məhkəmələrində “Kargüzarlığın aparılmasına dair" təlimatın müvafiq bəndlərini göstərərək akta göstərilən pozuntuların bir başa iclas katibinin əmək funksiyalarına aid olmasını məhkəmənin diqqətinə çatdırmışdır. Belə ki, akta göstərilir ki, ümumilikdə 548 işin iclas protokolları yazılmamış, işlər tikilməyib, siyahıya alınmayıb, səhifələnməyib, icraya göndərilməyib, arxivə verilməyib. MPM-nin 272.1-ci maddəsinə əsasən protokolun tərtib edilməsinə məhkəmə katibi cəlb olunur. Məhkəmə katibin cəlb olunmasından İmtina edə bilər. Protokolu hakim özü, məhkəmə iclasına sədrlik edən və ya işə baxan məhkəmə tərkibinin digər hakimi cəlb edilə bilər. Azərbaycan Respublikasının Məhkəmələrində "Kargüzarlığın aparılmasına da ir” təlimatın 160-cı bəndinə əsasən işin (materialın ) cildin ilk səhifəsində məsləhətçi (məhkəmə iclas katibi ) tərəfindən əlavə olaraq mündərcat vərəqi doldurulur və imzalanır. (36 nömrəli əlavə) Məhkəmənin iş materialı üzrə apardığı bütün hərəkətlər həmin mündəricat vərəqində (bildiriş vərəqəsinin, hökmün, qətnamənin, iddia ərizəsinin, ərizənin, şikayətin göndərilməsi, sənəd tələb olunması və s) göstərilməlidir. Həmin təlimatın 220-ci bəndinə əsasən etiraza baxıldıqdan sonra məhkəmə iclas katibi cinayət işini ümumi qaydada hazırlayır (sənədləri ardıcılıqla tikir, vərəqələri nömrələyir, siyahıya alır və imza edir) Həmin təlimatın 209-cu bəndinə əsasən məhkəmə iclas katibi icra sənədi tərtib edir, hakim tərəfindən imzalanıb məhkəmənin möhürü ilə təsdiq olunduqda sonra onu hakimin müşayə tedici məktubu ilə aidiyyəti üzrə göndərilməsi üçün kargüzarlıq xidmətinə təqdim edir. Həmin təlimatın 210-cu bəndinə əsasən baxılıb qurtarmış işi və ya materialı məhkəmə iclas katibi kargüzarlıq xidmətinə təqdim edir. Kargüzarlıq xidmətinin əsas vəzifələrinə aid 7.6-cı bənddə sənədləri İşlər üzrə formalaşdırmaq və arxivə vermək göstərilmişdir. İclas katibinin üzərinə qoyulmuş funksiyaların iddiaçıdan icrasının tələb edilməsi tam əsasızdır. Nə 07 dekabr 2001-ci il tarixli, nə də heç vaxt iddiaçının imzalamadığı 07 dekabr 2011-ci il tarixli əmək müqavilələrin heç birində bu işlərin görülməsi iddiaçının əmək funksiyama aid edilməmişdir. Azərbaycan Respublikası ƏM-nin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixt isas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı (AR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təsdiq edilmiş Vahid Tarif -X7 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Qanunun tələbindən göründüyü kimi, əmək müqaviləsində dəqiq və birmənalı göstərilməyən, əmək funksiyası onun əmək funksiyasına aid olmayan işçidən necə tələb oluna bilər? Nə üçün dəqiq və birmənalı iclas katibinin əmək funksiyasına aid olan işlərlə əlaqədar iclas katibi deyil, operator mütəxəssis cəzalandırılır? (X11 iclas katibi Cavabdeh sədri Elçin Kazımovun qohumudur) Digər tərəfdən iddiaçı yoxlama keçir ilməsini görməmişdir və hər hansı iş barədə ondan kimsə heç nə soruşmayıb və həmin sənədlərə onun iştirakı ilə belə baxılmayıb. Hər hansı çatışmamazlıqlar barədə iddiaçıdan soruşulmayıb və izahat tələb edilməyib. Yoxlama aktı məhkəmədə tərəfindən tələb edildikdən sonra tərtib edilib, bu səbəbdən müxtəlif formada yoxlama aktları ortaya çıxmışdır. Buda onu sübut edir ki, həqiqətdə heç bir yoxlama olmamışdır. Bu deyilənləri araşdırmaq istəməyən məhkəmə dəlillərimi əsassız hesab edilmişdir. Mübahisələndirilən əmrdə məhz yoxlama aktı əsas kimi göstərilib. 07 dekabr 2011-ci il tarixli Əmək müqaviləsinin 3.2-ci bəndinə əsasən zərurət yarandıqda məhkəmənin normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə işçi müvəqqəti olaraq məhkəmədə olan digər işlərin icrasına cəlb oluna bilər. İddiaçıya məhkəmə iclas katibi, hakim köməkçisi vəzifələrinin icrası həvalə edilməmişdir. Yoxlama aktında qeyd edilən işlərin görülməsinə dair göstərişlər, tapşırıqlar kim tərəfindən verildiyi, hansı formada verildiyi aydınlaşdırılmamışdır. Yeni təyin edilmiş sədrin dərhal X11 operator mütəxəssisinə əlavə tapşırıq verməsi, işlər barədə birbaşa göstəriş verməsi inandırcı hesab edilə bilməz. Çünki yoxlama aktından sonra məhkəmə sədri çatışmamazlıqları aradan qaldırmaq üçün hər hansı göstəriş verə bilərdi. Sədr tərəfindən və hakim İlham Kərimli tərəfindən hər hansı tapşırıq, müvafiq səlahiyyətlər və öhdəliklər iddiaçıya verilmədiyi halda onların icrası və əmək müqaviləsində göstərilməyən vəzifələrin yerinə yetrilməsinin tələb edilməsi, yaranmış nöqsanların təkcə mütəxəssis operator olaraq iddiaçının üz ərinə qoyulması yalnış yanaşmadır. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Belə hallar mövcud deyil və cavabdeh tərəfindən belə sübutlar təqdim edilməmişdir. Məhkəmə bunlara fikir verməmişdir. Məhkəmə isə əsassız yerə öz mülahizələrinə əsasən bu vəzifələrin daşıyıcısının iddiaçının olduğu qənaətinə gəlmişdir. "Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığı aparılmasına dair təlimatın 58-ci bəndinə əsasən bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra məhkəmə sədrinin əmr i ilə rəsmiləşdirilir. Bu kimi hallarda həm əmək müqaviləsinin, həm də əmrin qeydiyyatı müvafiq kitabda aparılmalıdır. Həmin təlimatın 59-cu maddəsinə əsasən kargüzarlıq xidməti bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları). habelə digər əmrləri (sərəncamları) xüsusi qeydiyyat kitabında (13 nömrəli əlavə) və ya kompüter vasitəsilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Bu barədə iddiaçının qeydləri təkrar olaraq araşdırılmamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, iş üzrə keçirilmiş 29 noyabr 2020-ci il tarixli, 4//765 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 07 dekabr 2011-ci il tarixli işə götürən səlahiyyətini həyata keçirən Cavabdeh sədri X9 ilə İddiaçı adından olan əmək müqaviləsi nin 13-cü səhifəsinin aşağı sağ küncündəki 3 ədəd imza və 4-cü səhifədə “11.2 İşçi” hissəsində “imza” qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. İddiaçının yazılı və şifahi izahatlarında məhkəmənin diqqətinə hər səhifəsində bir-birindən fərqliliyi açıq ayın görünən bu imzaların ekspert tərəfindən nə üçün İddiaçı tərəfindən icra olunması qənaətinə gəlməsi səbəbinin cavabdeh tərəfindən əvvəllərdə təqdim edilmiş saxtalaşdırılan faktlarla və sübutlarla təsdiq olunan sənədlərlə bağlı məhkəmənin xüsusi qərardad çıxarması haqqında iddiaçı vəsatətlər versə də, buna da əməl edilməmişdir. İddiaçı məhkəmənin diqqətinə ekspertin rəyini təkzib edən hallan çatdırsa da, buna heç bir münasibət bildirilməmişdir. Həmkarlar Komitəsinin 26.12.2017-ci il tarixli rəyi ilə bağlı Ali Məhkəmənin birba şa göstərişi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsinin qənaətini-yəni Həmkarlar Komitəsindən razılıq alınıb, əmr verilərkən bu razılıq rəhbər tutulub. Həmkarlar Komitəsinin qərarına (saxta, iclas keçirilmədən sonradan protokol tərtib etmə, səlahiyyəti olmayan şəxslərin imza etməsi, iclasda olmayan şəxsin imza etməsi halları) məhkəmənin işəgötürənin heç bir məsuliyyət daşımaması fikrini rədd edir və razılaşmır. Belə ki, X5 göstərilən tarixdə işdə olmaması və Həmkarlar Komitəsinin 26.12.2018-ci il tarixli razılıq məktubunun sonradan tərtib edilməsi, Cavabdeh sədrinin 18.12.2017-ci il tarixli 83 saylı əmrinin məzmunu ilə də tam təsdiq edilir. İddiaçının barəsində əmrin verilməsinə əsas olaraq yoxlama aktı qeyd edilib, halbuki Həmkarlar Komitəsinin 26.12.2017-ci il tarixli razılıq mək tubu olsaydı hökmən qeyd edilərdi. Məhkəmə araşdırılması zamanı belə çatışmazlıqlar ortaya çıxdıqdan sonra eyni gündə cavabdeh saxla sənədlər hazırlayaraq qərəzli niyyətini həyata keçirmişdir. Razılıq məktubunun tarixi sonradan hazırlandığından 2017-deyil, 2018 göstərilmişdir. Bu fakt 04.07.2018-ci il tarixli 33/ 2454 saylı Azərbaycan Respublikası Dövlət Sərhəd Nəzarətinin sorğuya cavab məktubunda öz əksini tapmışdır. Ali Məhkəmənin qərarında X5 Azərbaycan Respublikası ərazisində almadığı halda, qərarda onun imzasının olması həmin imzanın onun tərəfindən icra edilməməsi və ya digər şəxs tərəfindən imza edilməsi anlamına, həmin qərarın qanuni olmaması, beləliklə də, iddiaçının ədalətli məhkəmə araşdırması hüquqi pozulması nəticəsinə gəlməyə əsas verildiyi bildirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi yuxanda qeyd olunan faktla bağlı əmr verilərkən Həmkarlar Komitəsinin həmin razılığını rəhbər tutması və Həmkarlar Komitəsinin qərarına işəgötürənin hər hansı məsuliyyət daşımadığı təkrar bildirilmişdir. MPM-nin 420-ci maddəsinin tələblərinə əsasən, məhz kassasiya instansiyasında işə baxan Məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburiliyinə əhəmiyyət verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində hazırki işimlə bağlı əsassız qətnamənin çıxarılması Cavabdeh sədrinin birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinə təsiri və müdaxiləsi nəticəsində baş vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsində işin obyektiv baxılmasına iddiaçıda əsaslı şübhələr yarandığından, tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin bütün tərkibi nə etiraz edilmişdir. Etiraz təmin olunmamışdır. Həmkarlar Komitəsinin 26.12.2017-ci il tarixli razılıq məktubunun saxtalığı daha bir sənədlə sübut olunur, Sumqayıt Apellyasiya Məhkəməsində əvvəlki məhkəmə baxışında iddiaçıdan xəbərsiz, məhkəmədən kənar cavabdehdən sənədlər-sübutlar qəbul olunaraq iş materiallarına əlavə edilmişdir. İddiaçı bu sənədlərin mövcudluğunu qətnamə elan edildikdən sonra, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərkən protokollarla tanış olduğu zaman iş materiallarına əlavə olunduğuna gördü. Məhkəməyə müraciət edərək həmin sənədləri əldə etdi. (Qəbul etmə tarixi iş materiallarında göstərilmişdir) Bu sənədlərdə yuxarıdakı sənədin saxtalığının daha bir tərəli aşkar olunmuşdur. İş materiallarının 224-cü səhifəsində cavabdeh tərəfindən sübut kimi təqdim edilən 14 f evral 2017-ci il tarixli hesabat seçki yığıncağının protokolundan görünür ki, ilk həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc Quliyeva, üzvlər isə İsmayıl İsmayılov və Elnarə Ağayeva seçilmişlər. Lakin Abşeron rayon ilk həmkarlar ittifaqı komitəsinin 26 dekabr 2017-ci il tarixli yığıncağının guya iddiaçının işdən azad edilməyi barədə razılıq verilməsinə dair təqdimata baxılan zaman protokolda X12, üzvləri isə Elnarə Ağayeva, Şərafət Kazımovun iştirak etdiyi göstərilmişdir. Göründüyü kimi 26.12.2017-ci ildə guya keçirilmiş iclasda ilk həmkarlar İttifaqı Komitəsinin üzvü seçilmiş İsmayıl İsmayılov deyil, başqa bir şəxs Şərafət Kazımovun adı qeyd edilmişdir. Bu şəxslərdən heç biri iclasda iştirak etməmi,. Elnarə Ağayeva isə iclasda iştirak etmədən sonradan tərtib edilmiş protokolu imzalamışdı r. 04.07.2018-ci il tarixli, 33/2454 saylı Dövlət Sərhəd xidməti Sərhəd Nəzarətinin məktubu ilə Elnarə Ağayevanın respublikada həmin vaxt olmaması sübutla təsdiq edilir. Üzv olmayan Şərafət Kazımovun adı protokolda qeyd edilsə də, (komitə üzvləri seçilən zaman o, Cavabdehndə işləmirdi) və üzv seçilən İsmayıl İsmayılov iştirak etməmişdir. İclasda adları göstərilən 3 nəfərdən birinin həmin vaxt ölkə hüdudlarından kənarda olması, iştirakı göstərilən digər şəxsin isə ümumiyyətlə orda iştirak etməyə səlahiyyətinin olmaması tam qanun pozuntusu, saxtakarlıqdır. İddiaçının barəsində əmr verilərkən Həmkarlar Komitəsi tərəfindən verilməyən rəy əsasında onun işdən azad edilməyi qanun pozuntusudur. Sumqayıt Apellyasiya Məhkəməsi bu məsələdə cavabdehin xeyrinə Həmkarlar Komitəsinin saxta, kvota olmay an iclası və olmayan rəyinə görə işə götürən heç bir məsuliyyət daşımadığı qeyd edilməklə iddiaçının hüquqlarını pozmuşdur. Nəticə etibarilə əmrin verilməsinə əsas olmuş rəyin saxta və səlahiyyətli olmayan həmkarlar təşkilatının iclası tərəfindən verildiyini məhkəməyə sübut kimi təqdim etməkdir. Bu isə həmin iclasın səlahiyyətsiz olması və verdiyi rəyin əsaslandırılmaması onun etibarsızlığına əsas hesab olunmalıdır. Buna məhkəmə qaydasında hüquqi qiymət verməli olduğu halda cavabdeh rəyə əsasən əmrin verildiyini əsaslı hesab edərək rəyin saxta tərtib edilməsi və səlahiyyətsiz olmasına ümumiyyətlə hər hansı münasibət bildirilməmişdir. Əmrin ləğv edilməsi üçün əsas faktlar, sübutlar məhkəmə tərəfindən dəyərləndirilməmişdir. Məhkəmə mübahisələndirilən əmrin ləğv edilməsi tələbi üzrə bu faktla ra düzgün hüquqi qiymət verməməklə Əmək Məcəlləsinin 80cı maddəsinin tələblərini aşkar şəkildə pozmuşdur. "Həmkarlar haqqında" qanunun 13-cü maddəsinə əsasən Əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının hüquqları Həmkarlar ittifaqları bu Qanunun, «Əməyin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv ed ilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Təkcə bu maddənin tələblərinin pozulması, saxta rəyin əldə edilməsi (konkret sübutlarla təsdiq edilmişdir), sonradan tərtib edilməsi (əmrdə əsas olaraq göstərilməmişdir) əsas verir ki, 27.12.2017-ci il tarixli, 86 saylı əmr ləğv edilsin. Apellyasiya şikayəti ndə Cavabdeh sədrinin iddiaçıya qarşı qərəzli olmasını onun əsaslandıra bilmədiyi qeyd edilmişdir. Sədr təyin edilən zaman iddiaçının heç bir xəta törətmədiyi halda ona töhmət verilməsi, səlahiyyətlərini aşaraq töhmət barədə əmrin əmək kitabçasına qeyd edilməsi, yoxlamanın aparılmaması və iddiaçının şəxsən bu işə cəlb edilməməyi, yoxlama akt tərtib edilmədiyi üçün tanış edilməməyi, yalnız iddiaçının ciddi cəzalandırılmağı və işdən azad olunmağı, işlədiyi hakimin başqa işçilərinin məsuliyyətə cəlb edilməməsi, Həmkarlar komitəsinin rəyi olmadan verilmiş əmrin doğruluğunu sübut etmək məqsədilə saxta rəyin hazırlanması, saxta yoxlama aktlarının təqdim edilməsi, izahat verməkdən imtina barədə ayrı-ayrı formada iki aktın tərtibindən iddiaçıya qarşı qərəzli mövqe aydın görünür. Məhkəmə instansiya larında Cavabdeh sədrinin birbaşa müdaxiləsi nəticəsində məhkəmə işinin süni surətdə uzadılması, məhkəmədə hakimlərin tərəddüd etməsi hallan da bu qərəzin müəyyən hissəsidir. Cavabdeh sədrinin əmri ilə guya keçirilən yoxlama aktına əsasən 6 ay ərzində 548 işə görə nə hakim İlham Kərimli, nə köməkçi, nə də iclas katibi barədə hər hansı intizam tədbirinin görülməməsi. bütün nöqsanların böyük mütəxəssisin (operatorun) üzərinə qoyulması sədrin qərəzli mövqeyindən xəbər verir. Bütün bunlar iş materiallarında olan sənədlərlə təsdiq edilir. Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Əmrlər verilərkən iddiaçının uzun müddət məhkəmədə çalışd ığı və bu günədək nöqsanları olmayan, (işlədiyim16 il müddətində barəsində heç vaxt intizam tənbehi tətbiq edilməmişdir. Bu barədə Cavabdehnə iddiaçının müraciətinə cavab məktubu iş materiallarına əlavə edilmişdir) iddiaçının bu əsaslarla işdən azad etmək niyyəti cavabdehin qərəzli mövqeyindən xəbər verir. Sumqayıt Apellyasiya Məhkəməsi 07 dekabr 201 1-ci il tarixli əmək müqaviləsinə dair Ali Məhkəmənin qərarında göstərilən iddiaçının qeyd etdiyi dəlillər üzrə hər hansı araşdırma təkrar olaraq aparılmamışdır. Belə ki, 27.12.2017-ci il tarixli Əmrdə 07.12.2011-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi mübahisələndirilir, baxmayaraq ki, 07.12.2001-ci il tarixli əmək müqaviləsi və 17.06.2005-ci il tarixli əmək müqaviləsinə dəyişiklik qüvvədədir. 07.12.2011-ci il tarixli əmək müqaviləsini n təkrar bağlanmasına və əvvəlki əmək müqaviləsi, ona dəyişikliklər barədə əmr verilməmişdir. 07.12.2011-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndində qeyd edilmişdir ki, işçi 08 dekabr 2011-ci il tarixdən Cavabdehndə böyük mütəxəssis (operator) vəzifəsinə işə qəbul edilir. Lakin iddiaçı 17 iyun 2005-ci il tarixli, 07 saylı əmrlə böyük mütəxəssis vəzifəsinə müddətsiz işə qəbul edilmişdir, əmrə əsas olaraq 17.06.2005-ci il tarixli əmək müqaviləsinə dəyişiklik göstərilmişdir. Bütün qeyd olunana əmək müqavilələrin bağlanılması və müvafiq əmrin verilməsi barədə əmək kitabçasında qeydlər aparıldığı halda 07.12.2011-ci il tarixli əmək müqaviləsinə dair hər hansı qeydlər aparılmamışdır. Sadəcə olaraq cavabdehin bunun texniki səhv edildiyini bildirməsi ilə məhkəmə hesab etmişdir ki, bu hallar ın araşdırılmasına ehtiyac yoxdur. Apellyasiya məhkəməsi bu halları Ali Məhkəmənin məcburi göstərişlərinə əsasən təkrar araşdırmalı və bu hallara diqqət yetirməli olduğu halda bunu etməmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsini 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və yu səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) serinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmrdə qeyd edilən əmək funksiyalarının pozulması və bunun nəticəsində iş ahənginin pozulmasının və hətta bunun məhkəmə qərarlarını icra edən orqanların və barəsində qərarlar çıxarılan şəxslərin də Mənafeyinə ziyan dəyilməsi ilə nəticələndiyi qeyd edilmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 71-ci maddəsini 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək intiazmının pozulması nədə ifadə olunması, nədən ibarət olması barədə, digər şəxslərin də mənafeyinə ziyan dəyilməsi barədə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin} hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh tərəfindən sübutların təqdim edilməsi təmin edilməmişdir. Əmək Məcəlləsinin 71, 80, 186, 189-cu maddəsinin tələbləri cavabdeh tərəfindən kobud pozulmaqla iddiaçının işdən azad edilməyinə baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsi qeyd edilən maddi hüquq normalarının tələblərinə cavabdeh tərəfindən riayət edilməməsinə fikir vermə miş və bunu açıqlamaq belə niyyətində olmamışdır, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquq və azadlıqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli. 5 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası "İnsan hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının iştirakçısı və onu 2002-cİ ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Konvensiyasını ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyasının məcburiliyini tanıyır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozu lması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman insan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirilərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi prosessual pozuntularla çıxarılmışdır;. İşə apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddələrində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılan zaman prosessual normaları kobud pozuntusuna yol vermiş hakimlər barəsində MPM-nin 394-cü maddəsinə əsasən xüsusi qərardad çıxarır. Bu barədə iddiaçının vəsatətlərinə ümumiyyətlə münasibət bildirilməmişdir. İşə Sumqayıt Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmə prosesləri lüzumsuz yerə uzadılmış 8 dəfə məhkəmə iclası təyin edilmişdir. Ekspertin rəyindən görünür ki, əvvəl Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ekspertizaya müqavilənin əsli təqdim edilməmişdir, daha sonra ekspert vəsatət vermiş və vəsatət təmin edilmişdir. Məhkəmə baxışında ağlabatan müddət hədləri məqsədli şəkildə asılmışdır. Artıq 4-cü ildir ki, məhkəmə mübahisələri gedir, iddiaçı hüquqlarının müdafiəsinə nail ola bilmir, işsiz qalmağı nəticəsində əmək haqqından məhrumiyyətləri isə davam etməkdədir. Nəticədə, himayəsində olan atası X4 müalicəsini lazimi səviyyədə aparmaq imkanından məhrum olduğ undan atası 13 aprel 2021-ci il tarixdə vəfat etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
18. Maddə 70, bənd ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
19. Maddə 186, bənd
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bə ndi ilə ləğv etmək.
20. Maddə 187, bənd
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
21. Maddə 80, bənd 1-3. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edi lir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 28. 07.12.2001-ci tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 10.12.2001-ci il tarixdən Cavabdehndə makinaçı-operator Salahova Mürvət Əhliyyət qızı sosial məzuniyyətdən qayıdana qədər həmin vəzifəyə müvəqqəti olaraq işə qəbul edilmiş, əmək müqaviləsi müddətli bağlanmış və müddət M.Ə.Salahovanın sosial məzuniyyətdən qayıtdığı günə qədər müəyyən edilmişd ir. 29. 17.06.2005-ci tarixli əmək müqaviləsindən görünür ki, tərəflərin razılığı ilə 03.11.2003-cü il tarixli əmək müqaviləsinin 1.2 və 2.1 bəndlərinə dəyişiklik edilmiş, məhkəmənin makinaçı-operatoru Salahova Mürvət Əhliyyət qızı sosial məzuniyyətdən qayıdana qədər həmin vəzifəyə müvəqqəti sözləri "böyük-mütəxəssis vəzifəsinə" sözləri ilə və "müddətli" sözləri "müddətsiz" sözləri ilə əvəz edilmişdir.
30. Müəyyən edilmişdir ki, Cavabdeh sədri Məhkəmənin ilk X3 sədrinə 26.12.2017-ci il tarixli məktub ünvanlayaraq məhkəmənin 18.12.2017-ci il tarixli, 85 saylı əmri əsasında Cavabdeh icraatında olan mülki, cinayət, inzibati və prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsinə dair işlər üzrə aşkar edilmiş nöqsanlar barədə tərtib edilmiş 26.12.2017-ci il tarixli akta əsasən məhkəmənin böyük mütəxəssisi (operatoru) İddiaçı tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsini xahiş etmişdir.
31. Cavabdeh ilk X3 yığıncağının 26.12.2017-cil il tarixli, 3 saylı protokolundan görünür ki, üzvlərin yığıncağı keçirilmiş, İddiaçı öz əmək funksiyalarına səhlənkar yanaşması və bu funksiyaları lazımınca yerinə yetirməməsinə görə tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir. 32. 26.12.2018-ci il tarixdə ilk X3 sədri Cavabdeh sədrinə ünvanladığı məktubdan görünür ki, məhkəmənin böyük mütəxəssisi (operatoru) İddiaçı tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir.
33. Cavabdeh 27.12.2017-ci il tarixli, 86 saylı əmrinin surətindən görünür ki, Cavabdeh böyük mütəxəssisi (operatoru) İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiy inə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 27.12.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmiş və onunla 07.12.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsi 27.12.2017-ci il tarixdə ləğv edilmişdir. Əmrin verilməsinə əsas 2017-ci ilin ikinci yarım ili üzrə 26.12.2017-ci il tarixli akt göstərilmişdir.
34. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəis müavini tərəfindən imzalanmış 07.2018-ci il tarixli, 33/2454 saylı məktubdan görünür ki, X5 23.12.2017-ci il tarixdən 03.01.2018-ci il tarixədək dövlət sərhədindən hərəkəti belə olmuşdur: 23.12.2017-ci il tarixdə ölkədən çıxış, 04.01.2018-cil tarixdə ölkəyə giriş.
35. Sumqayıt İnzibati Məhkəməsinin 03.08.2018-ci il tarixli, 2- 1(85)-646/2 018 saylı qərarından görünür ki, İddiaçı Cavabdehnə qarşı “işə bərpaya dair” iddiası rədd edilmişdir.
36. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 28.11.2018-ci il tarixli, 21(105)-661/2018 saylı qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-646/2018 saylı, 03 avqust 2018-ci tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamış və iddiaçıya ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilmişdir. İş materiallarında olan aktlarla o da müəyyən edilir ki, iddiaçı izahat verməkdən imtina etmişdir.
38. Müəyyən edilmişdir ki, məhkəmənin sədri 26 dekabr 2017-ci il tarixdə məhkəmənin Həmkarlar Komitəsinə müraciət edərək iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsini xahiş etmiş, Həmkarlar Komitəsi də buna razılıq vermişdir. İddiaçı məhkəmə sədrinin əmri ilə təşkil edilmiş Komissiyanın 26 dekabr 2017-ci il tarixli aktının sonradan tərtib edilməsi və aktda göstərilən pozuntuların onun əmək funksiyasına aid olmadığını göstərsə də, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir.
39. İş materiallarında olan iddiaçı ilə bağlanmış 07 dekabr 2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərində işçi kimi iddiaçının məhkəmə sənədlərinin müəyyən olunmuş vaxtda hazırlanması, məhkəmə sədrinin əmrlərinin və tapşırıqlarının yerinə yetirilməsi, zərurət yarandıqda məhkəmənin normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə işçinin müvəqqəti olaraq məhkəmədə olan digər vəzifələrin icra olunmasına cəlb edilə bilməsi şərti nəzərdə tutulub. Komissiyanın 26 dekabr 2017-ci il tarixli aktında məktubların yazılmaması, işlərin tikilməməsi, qərardadların surətlərinin tərəflərə göndərilməməsi və s. hallar da məhz işçi ilə bağlanmış 07 dekabr 2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinə nəzərdə tutulmuş əmək funksiyalarına aiddir.
40. Bundan başqa iddiaçı 07 dekabr 2011-ci il tarixində onunla əmək müqaviləsi bağlanması, həmin müqavilənin də sonradan tərtib edilməsini bildirsə də bu, iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində müqavilədəki imzanın ona məxsus olmasını inkar etməmişdir. Eləcə də iş materiallarında olan həmin müqavilənin təsdiq edilmiş surətindən görünür ki, müqaviləni təkcə iddiaçı deyil, işəgötürən kimi həmin vaxt məhkəmə sədr olmuş şəxs də imzalayıb.
41. Apellyasiya kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. İş üzrə keçirilmiş 29 noyabr 2020-ci il tarixli, 4/765 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 07 dekabr 2011-ci il tarixli işə götürənin səlahiyyətlərini həyata keçirən Cavabdeh sədri X9 ilə İddiaçı adından olan əmək müqaviləsinin 1-3-cü səhifələrinin aşağı sağ küncündəki 3 ədəd imza və 4-cü səhifədə «11.2 İşçi:» hissəsində «İmza» qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur.
42. Apellyasiya məhkəməsi Həmkarlar Komitəsi nin 26 dekabr 2017-ci il tarixli iclas protokolunu imzalayan katibin həmin gün ölkədə olmaması barədə iddiaçının dəlili ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarından görünür ki, belə razılıq alınıb və işəgötürən kimi məhkəmə sədri də əmr verərkən Həmkarlar Komitəsinin həmin razılığını rəhbər tutub. Həmkarlar Komitəsinin qərarına isə işəgötürən hər hansı məsuliyyət daşımır.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona qarşı qərəzli münasibət göstərilməsini qeyd etsə də, bunu əs aslandıra bilməmişdir. Bundan başqa apellyant əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinin 07 dekabr yazılmasını, lakin müqavilənin ilinin göstərilməməsini qeyd etmişdir. Məhkəmə iclasında iddiaçının bu dəlilinə cavabdehin nümayəndəsi cavab olaraq bunun texniki səhv olduğunu bildirmişdir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara müvafiq hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tə rəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-188/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed ildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov