Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4413/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4413/2022 (Açar sözlər: borcun tutulması və ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 14 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1311/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qət naməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh arasında Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu E.S.Zeynalov tərəfindən 08 oktyabr 2015-ci il tarixli, 3M-605 nömrəli reyestrlə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 360.000 (üç yüz altmış min) manat (ekvivalenti 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dollarına bərabər olan) məbləğində borcunun olduğunu tam etiraf etmiş və həmin borc məbləğini 5 il müddətinə hissə-hissə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 2. 09 oktyabr 2015-c i il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.metr, yaşayış sahəsi 63,2 kv.metr, yardımçı sahəsi 45,2 kv.metr olan 3 otaqlı mənzilini İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 250.000 manat məbləğində müəyyən edilmişdir.
3. Həmin müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmış və xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Hüq uqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 1912 nömrəli kitabının 76360 nömrəli vərəqində qeydlər edilməklə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 52 saylı Notariat Kontoru tərəfindən 08 oktyabr 2015-ci il tarixli, 3M-605 nömrəli reyestrlə təsdiq edilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn ödənilməmiş 272.860 (iki yüz yetmiş iki min səkkiz yüz altmış) ABŞ dolları borcun ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı t ərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh İddiaçı xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi Cavabdeh ilə bağlanmış 08 oktyabr 2015-ci il tarixli, 3M-609 saylı reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108,4 kv.metr, yaşayış sahəsi 63,2 kv.metr, yardımçı sahəsi 45,2 kv.metr olan 3 otaqlı mənzilə (reyestr nömrəsi **********28-05301-093068, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli) yönəldilməklə, ipoteka predmetinin yenidən qiymətləndirilərək açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin, satışdan əldə olunan pul məbləği kifayət etmədikdə isə iddia tələbinin c avabdehin digər əmlaklarına yönəldilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə borcun qaytarılması manat-ABŞ dolları ekvivalentində nəzərdə tutulduğuna görə tərəflər arasında borc üzrə hesablaşma ABŞ dolları ilə aparılmış, borc müqaviləsindən sonra cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq ona 2017-ci ilin fevral ayına qədər hissə-hissə hər ay 5.000 ABŞ dolları məbləğində ödənişlər etməklə, cəmi 80.000 ABŞ dolları məbləğində p ul qaytarmışdır. Lakin 2017-ci ilin mart ayında cavabdeh növbəti ödənişi yubandırdığına görə onunla əlaqə saxladıqda ona əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini və buna görə də borc üzrə vaxtında ödəniş etməyə imkanı olmadığını bildirmiş, yaxın 1-2 ay ərzində borc üzrə ödəmələri hissə-hissə davam etdirəcəyinə söz versə də, lakin bu günədək müxtəlif bəhanələrlə borcun qalan hissəsini ödəməkdən boyun qaçırmış, müqavilə üzrə borc öhdəliyini lazımi qaydada və vaxtında icra etməmiş və bu günə kimi borcunu ödəməmişdir. Beləliklə, bu günə qədər Cavabdeh ona 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində olan ümumi borcdan 80.000 ABŞ dolları ödəməklə cəmi 272.860 (iki yüz yetmiş iki min səkkiz yüz altmış) ABŞ dolları məbləğində borcu qalmışdır. İpoteka müqavilə si bağlanan zaman tərəflər arasında razılaşmaya əsasən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 250.000 (iki yüz əlli min) manat müəyyən olunmuşdur. Hesab edir ki, hal-hazırda daşınmaz əmlak bazarında müşahidə olunan ucuzlaşma tendensiyası ipoteka predmetinin real bazar qiymətlərindən nisbətən baha olması səbəbindən yenidən qiymətləndirilməsi zərurətini yaradır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2- ci bəndinə uyğun olaraq, xx.xx.2017-ci il tarixdə iddiaçı (ipoteka saxlayan) İddiaçı cavabdeh (ipoteka qoyan) Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş və borclu (ipoteka saxlayan) tərəfindən bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Por talı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2017-ci il tarixdə həmin idarədə qeydə alınmışdır.
6. Cavabdeh tərəf iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş, qeyd etmişdir ki, cavabdeh iddiaçıya ümumilikdə 160.000 ABŞ dolları məbləğində pul verilmişdir, iddiaçı bu puldan 80.000 ABŞ dolları aldığını etiraf edir, amma X4 tərəfindən iddiaçıya ödənilmiş 80.000 ABŞ dolları məbləğində pulu isə iddia ərizəsində göstərməmişdir. İddiaçı etiraf etmədiyi 80.000 ABŞ dolları pulu müxtəlif vaxtlarda və hissələrdə olmaqla iddiaçıya birlikdə işlədikləri M.Süleymanov ilə ödənilmişdir. İddiaçı, 2017-ci ilin dekabr ayında M.Süleymanov tərəfindən guya aldadılması ilə əlaqədar polisə şikayət etmişdir. Şikayətinin əsasını isə guya M.Süleymanovun anbarının olduğu, həmin anbarı guya özəlləşdirərək iddiaçıya 135.000 ABŞ dollarına satacağı adı ilə ondan 135.000 ABŞ dolları pulu alaraq mənimsədiyi ilə bağlı şikayət edərək M.Süleymanovu şərləmişdir. Lakin, polis araşdırması zamanı iddiaçının M.Süleymanovun barəsində yazdığı şikayət öz təsdiqini tapmamışdır, xx.xx.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
7. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh yanında mağaza müdiri işləmişdir. Tərəflərin necə işlədiklərini, hansı şərik münasibətlərinin olduğunu bilmir. Sonradan Səbuhi dedi ki, aralarında pul məs ələsi var. Hissə-hissə olmaqla ümumilikdə 80000 ABŞ məbləğində pulu şəxsən Murad adlı şəxsə təqdim etmişdir. İcarə haqqını manatla, borc məbləğini isə dollarla verirdi. Şəxsən ödənişi Murada verirdi, əmanət olaraq verilirdi və bildirilirdi ki, bu pulu apar çatdır. Bildiyinə görə, Muradın iddiaçı tərəflə qohumluq münasibəti var idi.
8. X2 ötən məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, tərəflərlə heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdeh yanında mağaza müdiri işləmişdir. Məişət texnikası satırmışlar. O, Cavabdeh İddiaçı olan borcundan malları satmaqla aylıq 5000 ABŞ dolları məbləğində olmaqla, 80 000 ABŞ dolları məbləğində pulu iddiaçının nümayəndəsi olduğu Murad adlı şəxsə çatdırmışdır. Ona pulu cavabdeh verirdi, o isə verilən əmanəti aparıb verirdi. 16 ay ərzində davamlı olaraq mün təzəm şəkildə 2000, 5000, 10000 ABŞ dolları ödənişlər olub. Yəni aybaay ödənilən məbləğlərdə dəyişikliklər olurdu. Borcdan olan ödənişlər dollarla olurdu, icarə haqqı isə manatla ödənilirdi. Sadəcə o bilinirdi ki, Cavabdeh ilə İddiaçı arasında biznes əlaqəsi var. Ortaq başqa münasibətləri olmamışdır. 9. 10.09.2021-ci il tarixli, Əmlak Espert Mərkəzi tərəfindən verilmiş ƏEM/S44895/21 ekspert rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzilin bazar dəyəri 248.000 manat və likvid dəyəri 235.000 manat qiymətləndirilmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.N.Novruzova) 29 sentyabr 2021-ci il tarixli, 2(005)-746/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 272860 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyy ən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, borc tələbi üzrə tutmanın Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin likvid dəyərinin 235000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına İddiaçı borc tələbinin ödənilməsi qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi də haqlı olaraq iddiaçının borcun ödənilməsi ilə bağlı tələbini məhz müqavilə hüququ çərçivəsində dəyərləndirmişdir. Belə ki, onun cavabdehə qarşı tələbi tərəflər ara sında bağlanılmış “borcun etirafı” müqaviləsindən irəli gəlir.
12. Məhkəmə qeyd etmişdir ki,tərəflər bağladıqları müqavilədə borcun məbləğini həm də onun verildiyi zamankı dollar ekvivalenti ilə xüsusi qeyd etmiş, eyni zamanda borcun, öhdəliyin icra edildiyi gün manatın dollara olan məzənnəsi nəzərə alınmaqla qaytarılacağını müəyyənləşdirmişlər. Məhkəmənin qənaətinə görə bu, onların iradə ifadələrinin həqiqi mənasının borcun məhz, verildiyi zamankı dollar ekvivalenti ilə qaytarılmalı olması məzmununda olması deməkdir; çünkü əks halda onlar müqavilədə borcun məbləğini həm də ABŞ dolları ilə ifadə etməz və icra zamanı dolların konvertasiyasının əsas götürüləcəyini nəzərdə tutmazdılar.
13. Məhkəmə belə qənaətə gəlmişdir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdə liyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu vaxtında və lazımı qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
14. Məhkəmə araşdırması zamanı tərəflər arasında imzalanmış 08 oktyabr 2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında 342.860 (üç yüz qırx iki min səkkiz yüz altmış) ABŞ dolları ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı borclu olması müəyyən edilmişdir. Həmin məbləbdən 80000 ABŞ dolları qaytarlmasın iddiaçı tərəf eti raf etmişdir. İddiaçı cavabdehin ona 80.000 ABŞ dolları qaytarmasını etiraf etdiyi üçün cavabdehi həmin məbləği qaytarması halını sübutetmə yükündən azaddır.
15. Məhkəmə qeyd etmişdir ki, tərəflər müqaviləni bağlamaqla borcun fiksə olunmuş məbləğini və eyni zamanda onun sabit pul vahidində dəyərini də göstərməklə müəyyənləşdirirlər.Borcun məbləğinin eyni zamanda ABŞ dollarının ekvivalentinə münasibətdə müəyyən edilməsi borcun həmin vaxtdakı dəyərinin göstəricisidir. Tərəflər borc məbləğinin dəyərini də müəyyənləşdirmişlər ki, qaytarılmalı olan pul məhz həmin dəyərdə olmalıdır. Təsadüfi deyil ki, müqavilədən sonra qaytarılmış məbləğlər məhz ABŞ dolları ilə hesablanmışdır. Bütün hesablaşmalarda pulun ABŞ dolları ilə qaytarılması təsdiq olunur. Müqavilənin 2.4-cü bəndinə əsasən borcun manat v ə ya dollarla qaytarılması razılaşdırılmışdır. Cavabdeh tərəf pulun ona manatla verildiyini bildirsə də, məhkəmə iclasında və məhkəməyə təqdim etdiyi etirazında etiraf etmişdir ki, borcu ABŞ dolları valyutası ilə iddiaçıya qaytarmışdır. Eyni zamanda, cavabdeh mövcud borcundan müxtəlif vaxtlarda və hissələrdə olmaqla, iddiaçıya pul qaytardığını bildirsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
16. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan mənzilin likvid dəyəri 235.000 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh ipoteka predmeti olan mənzildən başqa hazırki kredit müqaviləsi üzrə hər hansı əmlakı iddiaçı qarşısında ipoteka ilə yüklü etmədiyindən və qeyd edilən hal qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “satışdan əldə olun an pul məbləği kifayət etmədikdə isə iddia tələbinin cavabdehin digər əmlaklarına yönəldilməsi” hissəsində təmin edilə bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3.3, 47.4, 59.3.1-ci maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7, 8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apel lyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, eyni məsələ ilə bağlı əvvəllər tərəflər arasında məhkəmə mübahisəsi olmuş, həmin iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında borcun Azərbaycan manatı ilə qaytarılmalı olması qeyd olunmuşdur. Bundan əlavə, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. 2013-cü ildə cavabdeh iddiaçıya məxsus məişət texnikasının satışı mağazasında işçi kimi fəaliyyət göstərmiş, 2015-ci ilin oktyabr ayında İddiaçı mağazada olan malların alınması üçün sərf etdiyi vəsaiti cavabdehdən istəmiş, mal qalığının dəyəri 310.000 manat olmuş, malın satışından ə ldə olunacaq 50000 manat gəlir nəzərə alınmaqla iddiaçı cavabdehə təklif etmişdir ki, 360.000 manat borcun etirafı haqqında müqavilə bağlasınlar. Cavabdeh bu təkliflə razılaşaraq müqavilə bağlamışdır. Malların satışından əldə edilən pul vəsaiti hissə-hissə İddiaçı ödənilmişdir. İddiaçı ondan xahiş etmişdir ki, onun “Accessbanka” ABŞ dolları ilə borcu olduğu üçün ona ödənilən pulu ABŞ dolları ilə ödəsinlər. Cavabdeh borcun 160.000 ABŞ dolları məbləğində hissəsini qaytarmışdır. Malların satışından gəlir əldə olunmadığından, 50.000 manat pulu qaytarmaq mümkün olmamışdır. Malların satışından əldə edilən pul vəsaitinin 30.000 manat pul texniki xərclərə: nəqliyyat xərcləri, servis xidməti xərcləri, işçilərə verilən əmək haqqı, icarə haqlarına ödənilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qə bul edərkən borcun məbləği barədə riyazi səhvə də yol vermişdir. Belə ki, iddiaçı cavabdehin ona 342.000 ABŞ dolları məbləğində borcunun olmasını, həmin borcun 80000 ABŞ dolları məbləğində hissəsinin ödənildiyini və 272.000 ABŞ dolları məbləğində borcun qaldığını bildirmişdir. Halbuki, iddiaçının dedikləri nəzərə alındıqda riyazi hesablama ilə borcun məbləği 262000 ABŞ dolları məbləğində olmalı idi.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1311/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(005)-746/2021 saylı qətnaməsinin borcun məbləği hissəsində d əyişdirilməsi, Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan borcun məbləğinin 227250 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilədə cavabdehin iddiaçıya ekvivalenti 342.860 ABŞ dollarına bərabər olan 360.000 manat məbləğində borcunun olduğunu etiraf etməsi borcun ABŞ dolları ilə qaytarılmalı olmasını ehtiva etmir. Müqavilədən görünür ki, cavabdeh iddiaçıya məhz 360.000 manat məbləğində borclu olmasını etiraf etmiş, həmin borcun müqavilə bağlanan anda 342.860 ABŞ dolları ekvivalentində olması mötərizədə qeyd olunmuşdur. Borc verilən 360.000 manat pul mülkiyyət kimi verildiyindən, mülkiyyət kimi də qaytarılmalıdır.
22. Apellyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ona verilmiş 360.000 manatdan 80.000 ABŞ dollarını qaytarmışdır. Həmin məbləğdə borcun qaytarılması iddiaçı tərəfindən də etiraf edilmişdir. Cavabdeh borcun 160.000 ABŞ dolları məbləğində hissəsini qaytarılmasını bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki, tərəflər arasında əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində işə baxılarkən Cavabdeh nümayəndəsi olan atası Qurbanov İlham Əli oğlu həmin borcdan 150.000 ABş dolları məbləğində olan hissəsini qaytardıqlarını, iddiaçıya təxminən 75.000 manat borclu qaldıqlarını bildirmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, borcun 80.000 ABŞ dolları məbləğində olan hissəsinin hər ay 5000 ABŞ dolları olmaqla 16 ay ə rzində qaytarılmasını iddiaçı etiraf edir. İş materiallarından görünür ki, cavabdeh borc məbləğini 2015-ci ilin noyabr ayından başlamaqla hissə-hissə qaytarmış, borcun qaytarılması birinci dəfə 1 ABŞ dolları 1,05 manat ekvivalenti ilə, qalan 15 dəfə isə 1 ABŞ dolları 1,7 manat ekvivalenti ilə hesablanmışdır. Belə olan halda cavabdehin iddiaçı qarşısında 227250 manat pul öhdəliyi var. (5000x1,05=5250; 75000x1,70=127500; 360000-(5250+127500)=227250)
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə pul məbləği tutulmalı olması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə düzgün nəticəyə gəlsə də, borcun məbləğini düzgün müəyyən etməmişdir. Buna görə də Cavabdeh İddiaçı xeyrinə tutulması olan borcun məbləği 227 250 manat məbləğində müəyyən edilməlidir
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 882.1, 882.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(103)-1311/2022 saylı qətnaməsinin apellyasiya şikayətinin təmin edilməsi hissəsində - borcun məbləği hissəsində dəyişdirilməsi və Cavabdeh oğlundan iddiaçı Hüseynov Ayaz Məhəmməd oğlunun xeyrinə tutulmalı olan borcun məbləğinin 262.860 ABŞ dolları məbləğində müəyyən edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci ducvöM˝ borcun etirafı haqqında mücərrəd müqavilə˝də n görünür ki, cavabdeh 342860 ABŞ dolları ekvivalent kimi göstərmişdir. Belə ki, o pulu ABŞ dolları şəklində almış və ödəmələri də ABŞ dolları ilə etmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə ölkədə birinci devalvasiya olmuşdu (xx.xx.2015) və sahibkarlar manat üzərindən bu tipli əməliyyatları aparmaqdan çəkinmişlər. Belə olan halda, məhkəmənin borcun məhz manat şəklində ödənilməsi qərarına gəlməsi 882-ci maddənin mahiyyətinə ziddir. Belə ki, borc etiraf edildiyi şəkildə qaytarılmalıdır. Ödənişlərin ABŞ dolları ilə aparılması işin mübahisəsiz halıdır. Nəzərə alınmalıdır ki, həmin dövrdə ABŞ dollarının əldə edilməsi ciddi məhdudiyyətlə yaranmışdı və borcu – cavabdeh özünün risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 448.1-ci maddəsi nin tələbi). Bundan irəli gələrək cavabdeh özünün öhdəliklərini düzgün anlamış və risk dairəsinə düşən öhdəliyi – borcun ABŞ dolları ilə qaytarılmasını olduğu kimi icra etmişdir. Sonradan cavabdehin bundan boyun qaçırması və mövcud olmayan bəhanə ilə ABŞ dolları ilə apardığı ödənişlərə hüquqi don geyindirməyə çalışmasıməhkəmə tərəfindən qəbul edilməməli olduğu halda, edilmişdir. Apellyasiya instansiyası qətnaməsini qəbul edirkən maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur.
28. Həmçinin Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(103)-1311/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilən hissəsində rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışd ır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi üzrə işin faktiki halları düzgün müəyyənləşdirilməmiş,istinad edilən sübutlara düzgün qiymət verilməmiş, nəticədə prosessual hüquq normaları səhv tətbiq və təfsir edilmişdir. İddiaçı etiraf etmədiyi 80.000 ABŞ dollarının verilməsi şahid ifadələri və cavabdeh tərəfindən sübut edilməsinə baxmayaraq məhkəmə cavabdehin “heç bir sübut mötəbər sübut təqdim etməmişdir” qənaətinə gəlməsini bildirir. Halbuki, İddiaçı borc qaytarılan heç bir halda sənədləşdirmə aparılmamış, yəni etibar edilmişdir. Lakin məhkəmə tərəfindən etiraf edilmiş 80.000 ABŞ dolların hansı sənədlər əsasında sübut edilməsi araşdırılmamışdır. Məhkəmənin gedişində cavabdeh bildirmişdir ki, Ayaz xahiş etmişdir ki, onun “AccessBank”-a olan borcu ABŞ dolları ilə olduğ u üçün ona ödənilən pulu ABŞ dolları ilə ödəsin. Ona görə də Ayaza ödənilən 280.000 manat pul 160.000 ABŞ dolları kimi ödənilmişdir. Lakin qətnamədə bu barədə heç bir qeyd yoxdur. b)
30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hər iki tərəf qətnamədən kassasiya şikayəti verdiyindən qətnamə həmin kassasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. İddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, borcun etirafına dair müqavilədə 360.000 manat borcun müqavilə bağlandığı tarixə 342.860 ABŞ dolları ekvivalentinə bərabər olmasının qeyd olunması borcun gələcəkdə ABŞ dolları ilə qaytarılması üçün əsas ola bilməz. Müqavilədə cavabdeh iddiaçıya məhz 360000 manat məbləğində borclu olmasını etiraf etmiş, həmin borcun müqavilə bağlanan anda 342860 ABŞ dolları ekvivalentində olması mötərizədə qeyd olunmuşdur. Borc verilən 360000 manat pul mülkiyyət kimi verildiyindən, mülkiyyət kimi də qaytarılmalıdır. Həmçinin müqavilə üzrə ödənişlərin ABŞ dolları ilə aparılması tərəflər arasında hesablaşmanın ABŞ dolları ilə razılaşdırılması qənaətinə gəlməyə əsas vermir. Çünki borcun manat və ya dollar ilə qaytarılacağı müqavilənin 2.4-cü bəndində şərtləşdirlmişdir.
46. Cavabdehin kassasiya şikayətinin borcdan 160.000 ABŞ dolları qaytarılması barədə dəlilərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, bu dəlillər sübutların düzgün qiymətlndirilməməsi ilə bağlı dəlillərdir. Məhkəmələr tərəfindən isə işdə olan sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir.
47. Eyni zamanda, qeyd olunmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərar a aldı: İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1311/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.