Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4414/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı3, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(107)183/2019 nömrəli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı rayon Məhkəməsinin (hakim R.Şirinov) 03.09.2018-ci il tarixli, 2(075)676/2018 nömrə li qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı6, X3, X4, İddiaçı3, X5 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “evin və həyətyanı torpaq sahəsinin real bölgüsünün aparılması” tələbinə dair iddiası təmin edilərək, E ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət fərdi yaşayış evinin təyinatı dəyişdirilmədən bölünərək həyətə girəndə sağ tərəfdəki 1 otaq, 1 aynabənd və 1 artırmanın İddiaçı1, sol tərəfdəki 1 otaq, 1 aynabəndin Cavabdeh1 mülkiyyətinə verilməsi, JN-1633F KOD 40701004 saylı şəhadətnaməyə əsasən X6 və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş E ünvanında yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun bölünərək 0.0525 ha həyətyanı torpaq sahəsinin iddiaçılar İ ddiaçı1, İddiaçı6, X3, X4, İddiaçı3, X5 və İddiaçı7, 0.0375 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 mülkiyyətinə verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, Ə.Məcidov, İ.Quliyev) 10.01.2019-cu il tarixli, 2(107)-183/2019 nömrəli qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə İsmayıllı rayon Məhkəməsinin 03.09.2018-ci il tarixli, 2(075)-676/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edi lmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı6, X10, X11, İddiaçı3, X12 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “evin və həyətyanı torpaq sahəsinin real bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsi ilə 24.05.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, E ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət yaşayış evinin və həyətyanı torpaq sahəsinin ½ hissəsinin naturada bölgü aparmaqla İddiaçı1 və qardaşı Cavabdeh1 paylı mülkiyyətində olan ev və torpaq sahəsinin real bölünərək İddiaçı1 payının ayrılması və ayrıca reyestrdən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərə k, E ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət fərdi yaşayış evinin təyinatı dəyişdirilmədən bölünərək həyətə girəndə sağ tərəfdəki 1 otaq, 1 aynabənd və 1 artırmanın iddiaçı X1, sol tərəfdəki 1 otaq, 1 aynabəndin Cavabdeh1 mülkiyyətinə verilməsi, Aqrar İslahat Komissiyasının 25.11.2003cü il tarixli, 11 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-1633F KOD 40701004 saylı şəhadətnaməyə əsasən X6 və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş E ünvanında yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinin şəhadətnamədə göstərilən mülkiyyətçilərin paylarına uyğun bölünərək 0.0525 ha həyətyanı torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı6, X3, X4, İddiaçı3, X5 və İddiaçı7, 0.0375 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cav abdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı3 və vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarının araşdırılmamasında, düzgün olmayan hüquqi nətəcəyə gəlməkdə, maddi hüquq normalarının tətbiqində səhvə yol verməkdə birinci instansiya məhkəməsini günahlandırmış, lakin işin hansı faktiki halının araşdırıldığı, fərqli nəyin aşkara çıxarıldığı məlum olmamış, nəyə görə birinci instansiya məhkəməsinin düzgün olmayan hüquqi nəticəyə gəldiyi əsaslandırılmamış, maddi hüquq norması kimi düzgün tətbiq edilməmiş hansı hüquq norması olduğunu göstə rməmiş, yalnış Mülki Məcəlləin 146, 152, 214, 215 və 560-cı maddələrinin məzmununu qətnaməyə köçürməklə kifayətlənmişdir. Göründüyü kimi məhkəmə həm bərabərlik prinsipini pozmuş, həm də sübutları düzgün qiymətləndirə bilməmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş və nəticədə qanuni və saslı olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. Ona görə də onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(107)-183/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının v axtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı3 vəkili P, digər iddiaçılar İddiaçı1, İddiaçı6, X10, X11, X12, İddiaçı7, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı X8, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarına görə, X6 16 noyabr 2005-ci il tarixdə vəfat etmişdir. E ünvanında 0.09 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahə dən ibarət fərdi yaşayış evinə 1963-cü il tarixdə İsmayıllı rayon X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı Kadastrı İdarəsi tərəfindən texniki pasport verilmişdir. Aqrar İslahat Komissiyasının 25 noyabr 2003cü il tarixli 111 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-1633F KOD 40701004 saylı şəhadətnaməyə əsasən B və ailə üzvlərinin mülkiyyətinə 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Valideynləri vəfat etdikdən sonra birinci iddiaçı və birinci cavabdeh ailə üzvləri ilə birlikdə E ünvanında 0.09 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət fərdi yaşayış evində yaşamışlar. Xanımzadə Həşimova vəfat etməmişdən əvvəl 25 yanvar 1999-cu il tarixdə yazılı şəkildə vəsiyyətnamə yazaraq ona məxsus əmlakların nədən və harada yerləşməsindən asılı olmayaraq, o cümlədən İsmayıllı şəhəri, Oktyabrın 60 illiyi küçəsi, ev 2-də yerləşən fərdi yaşayış evinə həyətə girəndə sağ tərəfdəki 1 otaq,1 aynabənd və bir artırmanı birinci iddiaçıya və həmin fərdi yaşayış evinin həyətinə girəndə sol tərəfdəki 1 otaq və 1 aynabəndi birinci cavabdehə vəsiyyət etmişdir. E ünvanında 0.09 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət fərdi yaşayış evinin kommunal xidmətləri (qaz, işıq və su) birinci iddiaçı və birinci cavabdeh tərəfindən ayrı-ayrılıqda, 0.09 hektar həyətyanı torpaq sahəsinə dair ödənişlər isə müştərək qaydada ödənilir. Apellyasiya kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, mülk iyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bundan əlavə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmam ış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İş materiallarından görünür ki, sözügedən ev (daşınmaz əmlak) ümumiyyətlə dövlət qeydiyyatına alınmamış və paylar müəyyən edilməmişdir. Bundan başqa mübahisə edilən torpaq sahəsi isə birgə mülkiyyət olmaqla mülkiyyətçilərin payları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya kollegiyası Azərbaycan Respublikasının 16, 146, 152, 214, 215 və 560-cı maddələrinə istinad edərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv etməklə, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Lakin kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, nəticədə apelyasiya şikayətinin tam təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında olan 27 aprel 2006-cı il tarixli JN 1633F KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon X9 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə İsmayıllı şəhər sakini X6 və ailə üzvlərinin birgə mülkiyyətinə 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X6 vəfat etdikdən sonra həmin torpaq sahəsi hazırda iddiaçı və cavabdeh olan şəxslərin paylı mülkiyyətindədir. Apellyasiya kollegiyası mübahisə predmeti olan yaşayış evinin qeydiyyata alınmadığını və payların müəyyən edilməd iyi, torpaq sahəsinin isə birgə mülkiyyət olmaqla payların müəyyən edilmədiyi əsas gətirərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi iş mahiyyəti üzrə baxmağa tam hüquqlu məhkəmə olaraq, iş materiallarında olan sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, torpaq sahəsinin paylı mülkiyyətdə olduğunu və həmin torpaq sahəsi üzrə payların naturada ayrılmasının mümkünlüyünü araşdırmamış və bununla bağlı zəruri prosessual hərəkətləri həyata keçirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın ayrılmasına naturada yol vermirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilən normaların tələblərindən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi ilkin olaraq torpağın naturada ayrılmasının mümkünlüyü məsələsi üzrə araşdırma aparmalı, ümumi mülkiyy ətdə olan əşyaya tənasübsüz zərər vurmadan onun naturada ayrılmasının qeyri-mümkün olması müəyyən edildikdən sonra iddia tələbinin torpaq sahəsinin naturada real bölgüsü hissəsinin rədd edilməsi qənaətinə gələ bilərdi. Azərbaycan Respublikasının MPM-nin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamam ilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləlilə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiya sı məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tari xli qərarı; “X19rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli 2(107)-183/2019 nömrəli qətnaməsi qismən- mübahisəli torpaq sahəsinin paylara uyğun bölünməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4414/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4414/2019
01.07.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver