Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4416/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXX qızının Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarılma, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı XXX qızının, onun vəkili Vəkil, Cavabdeh1 və vəkili X10 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-577/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı XXX qızı tərəfi ndən verilmiş kassasiya şikayətinə dair işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı XXX qızı (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə bərabər Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 200 kv.m torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) və üzərində tikilmiş yaşayış sahəsindən (bundan sonra – mübahisəli yaşayış sahəsi) çıxarılması və onun həmin yaşayış sahəsinə köçürülməyinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, C avabdeh2 ilə 2014-cü ildə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan bir övladları anadan olmuşdur. Onun ailəsinə laqeyd münasibəti nəticəsində ailələri dağılmışdır. Mübahisəli torpaq sahəsi Abşeron rayonu, Hövsan Südçülük sovxozunda yerləşir, sahəsi 200 kv.metrdir və o, bu torpaq sahəsinin bir sotunu 2200 manat verməklə, ümumi 4400 manat məbləğinə satın almışdır. Ona məxsus olan torpaq sahəsində dörd otaqdan ibarət olan 100 kv.metrlik yaşayış evi və 24 kv.m-lik dükan tikdirmişdir. Evin və dükanın tikilməsi üçün tərəfindən 15000 manat pul xərclənmişdir. Tikinti üçün sərf edilmiş vəsait anası tərəfindən ona verilmişdir. O, anasının evində yaşamaqla həmin evin tikintisini aparmışdır. Təxminən bir neçə ay bundan əvvəl tikdirdiyi dükanın çardağını vurdurmaq üçün anası ilə birlikdə ustanı həmin torpaq sahəsinə gətirdikdə orada tanımadığı bir neçə şəxsi görmüş, yaxınlaşıb burada nə etdiklərini soruşarkən, ərinin onun xəbəri və razılığı olmadan makler ilə əlbir olaraq torpaq sahəsini üzərində olan tikililərlə birlikdə Şamaxı rayonu, Şərədil kənd sakini olan Cavabdeh1 5000 manata satdığını bilmişdir. Aralarında mübahisə başlamış, torpaq sahəsini öz puluna X6 aldığını, tikintinin öz vəsaiti hesabına apardığını bildirdikdə, torpağı və tikintini satın alan adam özünü deyə təqdim edərək buradan çıxmayacağını demişdir. Belə olan halda, o, yaşadığı ərazi üzrə aidiyyəti qurumlara müraciət etmiş, şikayət ərizəsi araşdırılma aparılması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin (Pİ) 2-ci Polis Bölməsinə (PB) göndərilmişdir. İzahatı alınan zaman əri ona zəng edərək Yasərlə ar alarındakı haqq hesabı həll edəcəyini, onun evini qaytaracağını vəd etmiş, şikayətinin geri götürməsini xahiş etmiş, onun vədinə inanıb şikayətini geri götürmüşdür. Polis Bölməsində isə ona işin mülki iş olduğu və məhkəməyə müraciət etməsi bildirilmişdir. Hər iki cavabdehin onu aldadaraq ondan pul almaq istədiyini başa düşmüşdür. Hesab edir ki, onun halal zəhməti ilə aldığı torpaq və tikdirdiyi tikililər ona qaytarılmalıdır. Daha sonra, iddiaçı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yalnız Cavabdeh1 (bundan sonra – cavabdeh) cavabdeh qismində cəlb edilməsini və sonuncunun ailə üzvləri ilə birlikdə mübahisəli torpaq sahəsi və üzərində tikilmiş mübahisəli yaşayış sahəsindən çıxarılması və onun həmin yaşayış sahəsinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Pİ-nin 2-ci PB-nin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 yanvar 2018-ci il tarixli qərarına əsasən, 26.12.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz evdə yaşayan İddiaçı müxtəlif qurumlara ünvanladığı ərizəsində bildirmişdir ki, Cavabdeh2 həyat yoldaşı İddiaçı Binə qəsəbəsində aldığı torpaq sahəsini onun xəbəri olmadan 5000 manata makler ilə əlbir olaraq satmışdır. Araşdırma zamanı İddiaçı 28.12.2017-ci il tarixdə təkrar ərizə və izahat verərək şikayət və tələbi olmadığını bildirmiş, 20.11.2017-ci il tarixdə müxtəlif qurumlara yazmış olduğu şikayət ərizəsinin icrasının dayandırılmasını xahiş etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 14.03.2008-ci il tarixli, 239a saylı Abşeron rayonuna təhkim olunmuş X15 saxlanılmış torpaqlardan X7 Abşeron rayon Hovsan Südçülük sovxozu ərazisindən 7,0 hektar torpaq sahəsi ayrılması barədə tərtib olunmuş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi haqqında sərəncamına əsasən, X5 təsərrüfatı məqsədi ilə X15 saxlanılmış torpaqdan Abşeron rayon Hovsan Südçülük sovxozu ərazisində torpaqdan 7,0 hektar torpaq sahəsi ayrılması üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmişdir. Komissiya vasitəsilə torpağa baxış keçirilərkən müəyyən olunmuşdur ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi X16 aid olmadığına, Abşeron rayon Hovsan Südçülük sovxozunun ərazisində yerləşdiyi uqodiyasına görə yararsız kimi uçota alınmışdır. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2000-ci il 15 mart tarixli qərarı ilə təsdiq edilmiş “Orüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarına uyğun olaraq və yuxarıda göstərilən şərtlər nəzərə alınaraq, Abşeron rayonunun X17 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun Hovsan Südçülük sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə X7 7,0 hektar torpaq sahəsinin 99 il müddətinə sərəncam qaydasında ayrılması qərara alınmışdır. 12 dekabr 2016-cı il tarixli etibarnaməyə əsasən, X4 oğluna və İddiaçı XXX qızına Abşeron rayonu, Hövsan Südçülük sovxozunda yerləşən 7,0 torpaq sahəsindən 200 kv.mnə dair etibarnamə ilə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və sair hərəkətlər etməyi 25.06.2063-cü il tarixə kimi etibar etmişdir. A bşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-313/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddianın təmin edilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 200 kv.m torpaq sahəsi və üzərində tikilmiş yaşayış sahəsindən çıxarılması, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” 30.11.2004-cü il tarixli qərarına istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə torpaq vergisi vermiş, tikinti işi aparmışdır. Qeyd olunan faktlar nəzərə alınmaqla, Hövsan Südçülük sovxozunda yerləşən 200 kv.m torpaq sahəsi və ona məxsus olan həmin torpaq sahəsində 4 otaqdan ibarət 100 kv.m sahəsi olan yaşayış evi və sahəsi 24 kv.m olan dükan iddiaçının sahibliyinə verilmişdir və onun sözügedən əmlak üzrə ən azından “qanuni gözləntiyə” dair hüquqları yaranmışdır. Bundan başqa, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və mübahisəli evdə yaşamaq üçün hüquq əldə etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin olunmalıdır. Məhkəmə öz mövqeyini həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 27, 164.1, 164.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 5, 9.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin (bundan sonra – MPM) 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsini və onun üzərində inşa edilmiş tikilini 18.09.2017-ci il tarixdə X1 ümumi etibarnamə əsasında almışdır. Həmin torpaq sahəsi Abşeron Rayon Hövsan Südçülük sovxozu üzrə 31.01.2000-ci il tarixli 01 saylı əmrdən çıxarışa əsasən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 10.01.2000-ci il tarixli 005 nömrəli sərəncamı, Hövsan Südçülük sovxozunun İslahat Komisiyasının və Həmkarlar Komitəsinin 29.01.2000-ci il tarixli 01 nömrəli protokoluna uyğun olaraq həmin Sovxozda fəhlə işləyən özünə məxsus evi və torpaq sahəsi olmayan və mənzil sahə sinə ciddi ehtiyacı olan X2 verilmişdir. Həmçinin, həmin torpaq sahəsi və üzərində olan tikili artıq iki ildir ki, onun faktiki sahibliyindədir və o, ailəsi ilə orada yaşayır, habelə Binə Bələdiyyəsinə torpaq və əmlak vergisini ödəyir. Abşeron Rayon Məhkəməsi mülki işə baxarkən onu məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmamışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə yanlış və qanunsuzdur. İddiaçını tanımır və onu heç vaxt görməmişdir. Ən azından ekspertiza təyin edilməklə iddiaçının iddia etdiyi və onun sahibliyində olan torpaq sahələrinin koordinatları mövcud sənədlərə uyğun olaraq yerində müəyyən edilməli idi. Onun faktiki sahibliyində olan torpaq sahəsinə dair hüquqlar Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisəli torpaq sahəs i sənədsiz torpaq sahəsidir. İşin faktiki hallarına hüquqi qiymət verməyən Abşeron Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-3028/2019 nömrəli iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Məmmədova və S.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli torpaq sahəsi və onun üzərində tikilmiş yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul olunaraq, iddia tələbi rədd olunmuşdur. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiy a instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddiana qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının cavabdehin və onun ailə üzvlərinin çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Ev özbaşına tikilidir və ona dair hər hansı hüquq tanına bilməz. Bununla belə, məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mübahisəli özbaşına tikilinin bir hissəsindən yaşayış sahəsi kimi istifadə etmişdir. Hazırda cavabdeh də həmin özbaşına tikilidən yaşayış sahəsi kimi istifadə edir və yaşayış sahəsi onun mülkiyyətində deyil. Odur ki, onu n iddiaçını özbaşına tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4506/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış, cavab dehin kassasiya şikayəti təmin edilməmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi biri digərindən asılı olan iki tələb üzrə fərqli qərar qəbul etməklə iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli ünvandan çıxarılması barədə iddia tələbini rədd edərkən sübutları birtərəfli qiymətləndirmiş, qanunun tələblərinə uyğun əsaslandırma aparmamışdır. Ona görə də, qətnamə qanuni və əsaslı sayıla bilməz. Belə ki, mübahisəli torpaq sahəsinə dair məhkəmə instansiyalarına biri digəri ilə ziddiyyət təşkil edən iki sərəncam təqdim olunmuşdur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi həmin sənədlərin eyni torpaq sahəsinə aid olub-olmamasını yoxlamamış, bu məqsədlə heç bir araşdırma aparmamış, iddiaçının keçmiş faktiki əri Cavabdeh2, torpaq sahəsinə dair iddiaçıya etibarnamə vermiş XXX və eyni zamanda cavabdehin xeyrinə 200 kv.metr torpaq sahəsindən imtina etmiş XXX dindirilməmiş, mübahisəli torpaq sahəsinə dair sərəncam vermiş İcra Hakimiyyəti orqanı və Südçülük sovxozunun nümayəndəliyinin bu barədə fikri öyrənilməmişdir. Kassasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə cavabdehin torpaq sahəsindən və evdən çıxarılması barədə tələbi rədd edərkən cavabdeh tərəfindən təqdim olunmuş sənədlərə ümumiyyətlə qiymət verməmiş, torpaq sahəsini tərəflərdən hansının daha əvvəl əldə etməsini, torpaq sahəsində yerləşən evin kimin tərəfindən tikilməsini müəyyən etməmiş, cavabde hə etibarnamənin XXX tərəfindən hansı əmlaka görə verilməsinin etibarnamədə göstərilməməsini, mübahisəli əmlakın isə sonuncunun mülkiyyətində olmamasını nəzərə almamış, mübahisəli torpaq sahəsinin keçmiş əri Cavabdeh2 tərəfindən 5000 manata satılmasına dair iddiaçının dəlilinin yoxlanılması məqsədi ilə cavabdehə (onun nümayəndəsinə) sual belə verməmiş, mübahisəli əmlaka münasibətdə tərəflərdən hansının sahiblik hüququna malik olmasına obyektiv qiymət verməmişdir. Əgər mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçı tərəfindən və onun vəsaiti hesabına inşa edilməsi müəyyən olunarsa, bu zaman mübahisəli əmlaka münasibətdə Mülki Məcəllənin 163, 164-cü maddələrinin tələblərinə müvafiq olaraq onun sahiblik hüququna qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi işin g östərilən hallarını yoxlamadan, onlara müvafiq hüquqi qiymət vermədən iddiaçının mübahisəli torpaq sahəsindən və evdən cavabdehin çıxarılması barədə subyektiv hüquqa malik olmaması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçı eyni hüquqa əsaslanaraq həm də özünün mübahisəli torpaq sahəsinə və evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Həmin hissədə isə, məhkəmə iddianın təmin olunmasını əsaslı saymış, bununla da iddiaçının subyektiv hüququna münasibətdə ziddiyyətli nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçı, cavabdehin evdən və torpaq sahəsindən çıxarılmasını tələb etməkdə subyektiv hüquqa malik olmamış, özünün evə köçürülməsini isə tələb etməkdə subyektiv hüquqa malik olmuşdur. Nəticədə məhkəmə anlaşılmaz bir nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə mübahisəli torpaq sahəsinə və evə kimin hüququnun olmasını müəyyən edə bilməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 163, 164-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşə təkrar baxan apellyasiya məhkəməsi MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq, Cavabdeh2, torpaq sahəsinə dair iddiaçıya etibarnamə vermiş X8 və cavabdehin xeyrinə 200 kv.metr torpaq sahəsindən imtina etmiş X3 3-cü şəxs qismində işə cəlb etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-577/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) apellyasiya şikayəti təmin edilmi ş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan 200 kv.mlik torpaq sahəsi və onun üzərində inşa edilmiş ev Hövsan Südçülük sovxozunda yerləşməklə tərəflərdən heç birinin həmin əmlak üzərində hər hansı bir hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçının iddia etdiyinə görə, cavabdeh tərəfindən zəbt olunmuş və istifadə edilən evin iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq və evlə eyni olması iddiaçının izahatları ilə öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin göstərmişdir ki, mübahisəli tikilinin və mağazanın iddiaçı tərəfindən inşa edilməsini sonuncu heç bir sübut və sənədlə təsdiq etməmişdir. Belə ki, məhkəmə iclası zamanı cavabdeh bildirmişdir ki, mübahisə olunan torpaq s ahəsi və yarımçıq tikili Cavabdeh2 tərəfindən ona 2017-ci il tarixdə 5000 manata satılmış və həmin vaxt Cavabdeh2 anası XXX mübahisə olunan torpağa sərəncam və sair əməliyyatların aparılması üçün ona etibarnamə vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Ona görə də, iddia tələbi rədd olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 180.1, 180.2, MPM-nin 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Məhkəmə Ali Məhkəmənin göstərişlərinə əməl etməmiş, işi araşdırmamış, ədalətsiz nəticəyə gəlmişdir. Məhkəmə cavabdehə yerləşdiyi yer belə məlum olmayan torpaq sahəsinə dair verilmiş etibarnaməni əsas götürərək Mülki Məcəllənin 164-cü maddəsinin tələblərini pozmuş, işin mübahisələndirilməyən hallarına düzgün qiymət verməmiş və nəticədə torpaq üzərində sahiblik hüququ əldə etmiş iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehin iddiaçını yaşadığı evdən məhrum etməsi üçün həmin yaşayış sahəsinə və torpaq sahəsinə hər hansı hüququnun olm amasına baxmayaraq məhkəmə öz qətnaməsində bu hallara qiymət verməmiş, Konstitusiyanın 43-cü maddəsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxma yaraq 3-cü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
163. Sahibliyin verilməsi 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. 163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir. Maddə
164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq səl əfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qər arının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair hüququnun olduğunu təsdiq edən sübut qismində məhkəməyə 14.03.2008-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə XXXa torpaq sahəsi ayrıldığına və sonuncunun həmin torpağın bir hissəsinə dair ona 46 illik etibarnamə verdiyinə istinad etmişdir. Halbuki Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Başqa sözlə etibar e dilən hüquq münasibətlərinə öz adından və ya özü üçün deyil, təmsil etdiyi şəxsin adından və ya onun xeyrinə daxil ola bilər. Eyni zamanda baxılan iş üzrə məhkəmələr tərəfindən iddiaçının mübahisəli torpaq sahəsinin faktiki sahibi olduğu, mübahisəli tikilinin və mağazanın iddiaçı tərəfindən inşa edildiyi müəyyən olunmadığı üçün mübahisəyə Mülki Məcəllənin 164-cü maddəsinin tətbiqinə əsas olmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-577/2021 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.