Məhkəmə qərarları › İş №2(102)-442/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-442/2023

18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-442/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qohumluq faktının müəyyən edilməsi, ərizənin mümkünlüyü, yolverilənliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1526/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 kassasiya şikayətinə 18 yanvar 202 3-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X10 20 aprel 2019-cu ildə vəfat etmişdir.

2. Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-825/2020 saylı qətnaməsi ilə Ərizəçi iddiası qismən təmin edilmiş, Ərizəçi X2 bacısı olması faktı müəyyən olunmuşdur.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-2041/2020 saylı qətnaməsi ilə Maraqlı şəxs2 apellyasiya şikayəti təmin olunmuş, Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(021)-825/2020 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi qohumluq faktının təsdiq edilməsinə dair hissədə də rədd edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2623/2021 sa ylı qərarı ilə iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)2041/2020 saylı, 12 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi (bundan sonra “ərizəçi”) Bərdə Rayon Məhkəməsinə müraciət edərək, X6 onun bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

6. Maraqlı şəxs1 iş üzrə maraqlı şəxs qoyulub.

7. Ərizə onunla əsaslandırılıb ki, ərizəçi xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur. Ərizəçinin atası X18, anası isə X11r. Ərizəçinin atası Hümbət Hümbətov iki dəfə ailə həyatı qurub, birinci dəfə ailə qurduğu X12 nikahından 28 may 1948-ci ildə X10 doğulm uşdur. Daha sonra ərizəçinin atası Hümbət Hümbətov anası X19 ilə ailə həyatı qurub. Atası xx.xx.1998-ci ildə, anası xx.xx.1990-cı ildə, atasının birinci evliliyindən olan bacısı X10 isə xx.xx.2019-cu ildə vəfat etmişdir. X6 ərizəçi ilə qohumluq əlaqəsinin müəyyən edilməsi ərizəçiyə bacısından miras qalmış evin vərəsə kimi tərəfindən qəbul edilməsi ilə bağlıdır.

8. Ərizəçi bu faktı başqa qaydada təsdiq etdirə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

9. Ərizəçi Mülki prosessual Məcəllənin 307.2-ci maddəsinə istinad etmişdir.

10. Bərdə Rayon Məhkəməsinin 2(021)-2371/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilib. (hakim Qamət Əbilov)

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırıb ki, X6 Ərizəçi bacısı olması faktı iş mat erialları ilə tam sübut olunur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 307.1., 307.2.5, 308 və 311-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri: - qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. X2 rəsmi sənədlərlə təsdiq olunmuş qardaşı X20 olmuşdur və bu barədə rəsmi məhkəmə qətnaməsi vardır. Hümbətova Enfiranın ölümü ilə onun əmlakına miras açıldıqdan sonra Abullayeva (Hümbətova) Dürdanə Hümbət qızının ərizəsi əsasında Bərdə Rayon Məhkəməsində işə baxılmış, onun ərizə si təmin olunsa da, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsində ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təsdiq edilmişdir ki, Ərizəçi Hümbətova Enfiranın bacısı olmasına dair dəlillər əsaslı deyildir. İşin bu hallarına baxmayaraq hazırki məhkəmə qətnaməsi ilə yenidən nəticəyə gəlinmişdir ki, guya ərizəçi, X2 bacısıdır. Bu hissədə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar göstərilir; - hazırki işdə onun iştirakı bilərəkdən təmin edilmədiyinə görə, o, zəruri sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin sübutlar X17 alınmış ərizəçinin anasının nikahın olmamasına aid arayış və bundan əlavə Bərdə Rayon Məhkəməsinin ləğv edilmiş xx.xx.2020-ci il tarixli qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin qüvvədə olan xx.xx.2020-ci il qətnaməsidir; - həmçin in məhkəmə hər iki şəxsin doğum haqqında şəhadətnaməsinə istinad edib. Belə olan halda da qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac yox idi.

15. Apellyasiya baxışında şahid X13 göstərib ki, ərizəçi onun qardaşı arvadıdır. Ərizəçinin atası X14r. Enfira Hümbətovanı ərizəçinin bacısı kimi tanıyıb.

16. Apellyasiya baxışında şahid X8 göstərib ki, ərizəçi ilə qonşu olub. Ərizəçinin anası Səriyyə və atası Hümbət qohum idilər. Hümbətin üç arvadı olub, Səriyyə üçüncüdür. Səriyyənin iki övladı olub – Xalid və Dürdanə. X30 ilə necə qohum olmasını bilmir.

17. Apellyasiya baxışında X25 göstərib ki, ərizəçi onun xalasıdır. Ərizəçinin atası X9 1-ci evliliyi Enfiranın anası Suğra ilə, ikinci evliliyi isə Səriyyə ilə olub.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 iyu l 2022-ci il tarixli, 2(104)-1526/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)

19. Apellyasiya instansiyası məhkəməsi işdəki sübulatlarla müəyyən etmişdir ki, ərizəçinin atası X18, anası X16r. Ərizəçinin atası H.Hümbətov birinci dəfə X12 ilə ailə qurub və onların bu nikahından 28 may 1948-ci ildə Enfira Hümbətova adlı uşaqları doğulub. Daha sonra H.Hümbətov ərizəçinin anası X23 ilə ailə qurub. H.Hümbətov xx.xx.1998-ci ildə, S.Həziyeva xx.xx.1990-cı ilə, Enfira Hümbətova isə 20 aprel 2019-cu ildə vəfat edib. Enfira Hümbətova ilə qohumluq əlaqəsini müəyyən edilməsi ərizəçiyə bacısından miras qalmış evin vərəsə kimi tərəfindən qəbul edilməsi ilə bağlıdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktın müəyyən olunmasına dairdir və həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu ərizədə qeyd olunmaqla, onun lazımi sənədləri almasının mümkün olmadığı təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin X6 bacısı olması faktı ərizəçinin təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmə araşdırılması zamanı əldə edilmiş sübutlarla tam təsdiq olunur.

21. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, Ərizəçi Enfira Hümbətova ilə qohumluq əlaqəsinin müəyyən edilməsi sonuncuya bacısından miras qalmış evin vərəsə kimi tərəfindən qəbul edilməsi ilə bağlı olm uş və o, bununla bağlı Enfira Hümbətovanın doğum haqqında akt qeydi barədə məlumatların əldə olunması üçün X24 müraciət etmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş 27 may 2021-ci il tarixli 654-05\69 saylı arayışla X10 barəsində Maraqlı şəxs1 arxivində doğum haqqında akt qeydinin aşkar olunmadığı göstərilmişdir. Bundan sonra ərizəçi eyni müraciətlə Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət etmiş, lakin qeyd olunan orqan tərəfindən də 15 iyun 2021-ci il tarixli, 95/2-5277/16 məktubla vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatların ailə həyatına dair məlumat hesab olunduğu və onların əldə edilməsinə məhdudiyyət qoyulduğu üçün E.Hümbətovanın doğumu haqqında arayışın istənilməsinə dair sorğuya cavab verilməmişdir.

22. Apellyasiya instansiy ası məhkəməsi eyni tələbə baxılması və bununla əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edib ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-2041/2020 saylı qətnaməsinə əsasən həmin mülki işə iddia icraatı qaydasında, cavabdeh X15 qarşı baxılmışdır. Hazırkı mülki işə isə xüsusi icraat qaydasında Maraqlı şəxs1nə qarşı baxılmışdır ki, bu da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnaməsinin olması halını istisna etmişdir.

23. Bundan başqa, hazırkı işdə ərizəçi eyni tələblə məhkəməyə müraciət etsə də, ərizəçinin sonradan məhkəməyə müraciət etməsi üçün yeni əsas yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gən cə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-2041/2020 saylı qətnaməsindən görünür ki, məhkəmə mərhum Enfira Hümbətovanın adına verilmiş doğum şəhadətnaməsinin surəti olduğuna görə iddiaçının mərhum Enfira Hümbətova ilə bacı olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyacın olmadığını qeyd edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat idarəsinin Arxivindən doğum akt qeydlərinin alınmasının mümkün olduğunu qeyd etmişdir ki, bununla əlaqədar olaraq da Ərizəçi həmin məlumatların əldə edilməsi üçün yenidən ilk öncə X24, sonra isə Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət etmiş, lakin hər iki müraciətlə bağlı qeyd olunan orqanlardan müsbət cavab verilməmişdir. Göründüyü kimi, ərizəç i doğum akt qeydləri barədə məlumatları başqa qaydada əldə edə bilmədiyi üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 72 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 307, 308 və 311-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətini dəlillərinə uyğun əsaslandırlıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayət inə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.5. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəlləni n 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gə ldiyi nəticəni düzgün hesab etmir.

32. İşdən görünür ki, ərizəçi D.X3 bacısı olması faktının müəyyən edilməsini xahiş etmişdir.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçi D.X1 bacısı olması faktının müəyyən edilməsi ilə bağlı iddiası olmuş, həmin iddia Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-825/2020 saylı qətnaməsi ilə təmin edilsə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-2041/2020 saylı qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2020ci il tarixli, 2(021)-825/2020 saylı qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2623/2021 saylı qərarı ilə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020 -ci il tarixli, 2(104)2041/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

34. Ərizəçi yenidən eyni tələblə, bu dəfə xüsusi icraat qaydasında və Maraqlı şəxs1 maraqlı şəxs olmaqla təkrarən məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi eyni iş üzrə məhkəmə qətnaməsinin olması ilə bağlı işin halına dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəlki mülki işə iddia icraatı qaydasında, cavabdeh X15 qarşı, hazırkı mülki işə isə xüsusi icraat qaydasında Maraqlı şəxs1 maraqlı şəxs olmaqla baxılmışdır ki, bu da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnaməsinin olması halını istisna etmişdir.

35. Bundan b aşqa, apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, hazırkı işdə ərizəçi eyni tələblə məhkəməyə müraciət etsə də, ərizəçinin sonradan məhkəməyə müraciət etməsi üçün yeni əsas yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-2041/2020 saylı qətnaməsindən görünür ki, məhkəmə mərhum Enfira Hümbətovanın adına verilmiş doğum şəhadətnaməsinin surəti olduğuna görə iddiaçının mərhum Enfira Hümbətova ilə bacı olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyacın olmadığını qeyd edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat idarəsinin Arxivindən doğum akt qeydlərinin alınmasının mümkün olduğunu göstərmişdir ki, bununla əlaqədar olaraq da Ərizəçi həmin məlumatların əldə edi lməsi üçün yenidən ilk öncə X24, sonra isə Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət etmiş, lakin hər iki müraciətlə bağlı qeyd olunan orqanlardan müsbət cavab verilməmişdir. Göründüyü kimi, ərizəçi doğum akt qeydləri barədə məlumatları başqa qaydada əldə edə bilmədiyi üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini əsaslı saymır.

37. Belə ki, ərizəçinin eyni faktın müəyyən edilməsi ilə bağlı əvvəllər iddia icraatı qaydasında başqa cavabdehlərə qarşı iddia ərizəsi, hazırki işdə isə başqa maraqlı şəxs olmaqla xüsusi icraat qaydasında ərizə verməsi, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi eyni tərəflər arasında, eyni predmet barəsin də və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamənin olması halını istisna edən hal kimi qəbul edilə bilməz.

38. Müllki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin dispozitiv şərtinə görə iş üzrə icraata xitam verilməsi üçün əsas eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır.

39. İşin müəyyən edilmiş hallarından görünür ki, əvvəlki işdə iddiaçı, hazırki işdə isə ərizəçi olan Ərizəçi eyni şəxsin onun bacısı olması faktının müəyyən edilməsini xahiş etmiş və onun iddiası sonda təmin edilməmişdir. Nəzərə almaq lazımdır ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə bağlı xüsusi icraat işlərində (və ya hüquq haqqında mübahisə olduğu halda iddia icraatı qaydasında) faktın özünə münasibətdə xahişin (tələb in) eyni olub-olmaması əsas şərtdir və bu işlərdə maraqlı şəxsin və ya cavabdehin fərqli olması Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələbləri baxımından əhəmiyyət kəsb etmir. Başqa sözlə, analoji işlərdə faktın ya mövcud olması, ya da mövcud olmaması müəyyən edilir. Bu baxımdan, maraqlı şəxsin (və ya cavabdehin) fərqli olması həmin fakta münasibətdə heç nəyi dəyişmir. Əks halda, bu cür yanaşma ərizəçilərin eyni faktın müəyyən edilməsi üçün müxtəlif şəxs və ya orqanları maraqlı şəxs (və ya cavabdeh) qoymaqla məhkəməyə təkrar-təkrar müraciət etməsinə şərait yaradar.

40. Həmçinin istinad edilən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-2041/2020 saylı qətnaməsindən görünür ki, məhkəmə mərhum Enfira Hümbətovanın adına verilmiş doğum şəha dətnaməsinin surəti olduğuna görə iddiaçının (Ərizəçi) mərhum Enfira Hümbətova ilə bacı olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyacın olmadığını qeyd etməklə hazırki iş üzrə ərizəçinin ümumi iddia qaydasında verdiyi iddianı təmin etməmişdir.

41. Hazırki ərizə üzrə əsasın fərqli olmasına gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu hissədə istinad etdiyi dəlilləri də əsaslı saymır. Belə ki, istinad edilən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-2041/2020 saylı qətnaməsində iddianın rədd edilməsi əsası kimi mərhum Enfira Hümbətovanın adına verilmiş doğum şəhadətnaməsinin surətinin olmasına (həmin şəhadətnamənin doğruluğunun cavabdehlər tərəfindən mübahisələndirilməməsinə) və bu səbəbdən həmin faktın mə hkəmə qaydasında müəyyən edilməsinə ehtiyacın qalmamasına istinad edilib.

42. Hazırki işə baxan apellyasiya instansiyası məhkəməsi isə ərizəçinin hüquqi əhəmiyyəti olan faktla bağlı məlumatların əldə edilməsi üçün yenidən X24 və Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət etməsini, hər iki müraciətlə bağlı qeyd olunan orqanlardan müsbət cavab verilməməsini yeni əsas kimi qəbul etmişdir. Halbuki istinad edilən hal, yeni əsas yox, yeni sübut kimi qiymətləndirilə bilərdi. Çünki ərizəçi əvvəl qaldırdığı iddiada da eyni əsasa söykənirdi, hazırki ərizə də eyni əsasa söykənir. Qeyd edilməlidir ki, iddianın əsası dedikdə, irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar başa düşülür. İşdən də görünür ki, ərizəçinin hazırki ərizəsində əsaslandığ ı hüquqi faktlarla əvvəlki iddiasında əsaslandığı faktlar eynidir. Buna görə də ərizəçinin sonradan eyni hüquqi faktlarla bağlı yeni sübut təqdim etməklə məhkəməyə müraciət etməsi yeni əsas kimi qiymətləndirilə bilməz.

43. Bu baxımdan, qətnamə ləğv edilməli, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə uyğun olaraq, yuxarıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir.

44. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

45. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1526/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar