Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4420/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4420/2017 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı2, iddiaçıların və 3-cü şəxslərin vəkili X1, Cavabdeh4 və vəkili X5 iştirakı ilə, İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxslər X10 və X21 Cavabdeh1, X7, Bakı şəhəri 11 saylı notariat kontoruna, 51 saylı Dövlət notariat kontoruna, Azərbaycan Respublikası V ergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında dövlət reyestrində aparılmış qeydlərin və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və payların müəyyən edilərək mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-588/18 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsindən iddiaçılar və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bakı şəhəri 11 saylı notariat kontoruna, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanı nda Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə X8 da cavabdeh qismində göstərdikləri, habelə X24 və X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxslər qismində işə qoşulduqları iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yerləşən mənzili üzrə Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 13 mart 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestr nömrəsi 2V-15) və "xxxx" Firmasının nizamnamə kapitalındakı 100% pay üzrə həmin notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 10 noyabr 2014-cü il tarixli q anun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestr nömrəsi 2V-138), həmin şəhadətnamələr əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlərin və Cavabdeh1 adına verilmiş hüquqmüəyyənedici sənədlərin (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 18 aprel 2009-cu il tarixli ********** nömrəli çıxarış; Kommersiya hüquq şəxslərinin Dövlət reyestrindən çıxarış və "xxxx" Firmasının nizamnaməsində dövlət qeydiyyatına alınmış dəyişikliklər), Cavabdeh1 ilə X17 arasında bağlanmış Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mən zilinin 11 mart 2011-ci il tarixli alqısatqı müqaviləsinin (müqavilə həmin tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda rəsmiləşdirilmişdir, reyestr nömrəsi 4Ə-04-417), həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh4adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (Seriya MA, Ne 0191591; reyestr nömrəsi **********69-05101-093003, qeydiyyat nömrəsi 111102910, qeydiyyat tarixi 14 aprel 2011-ci il, Daşınmaz əmlakın üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 938 nömrəli reyestr kitabında 87053 nömrəli vərəqində qeydiyyata alınmışdır) etibarsız hesab edilməsi, İddiaçı1 nikah dövründə əldə edilmiş ümumi əmlakın, yəni, Bakı şəhər i, ünvan 1 ünvanda yerləşən mənzilinin və "xxxx" firmasının nizamnamə kapitalındakı 100 % payın ½ hissəsinə mülkiyyət hüququnun tanınması, buna dair müvafiq şəhadətnamələrin verilməsinin Bakı şəhərinin 11 saylı notariat kontoruna, müvafiq dövlət reyestrlərində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsi, həmçinin Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinin qalan ½ hissəsi və "xxxx" firmasının nizamnamə kapitalındakı qalan 50%-lik pay üzrə iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin paylarının İddiaçı1 1/5, X8-ə 1/5, X15 1/5, X25 1/5 hissələrdə müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin verilməsinin Bakı şəhərinin 11 saylı notariat kontoruna, müvafiq dövlət reyestrlərində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı1 09 dekabr 1972-ci il tarixdə X29 ilə nikaha daxil olmuş, həmin nikahdan X8, X24 və X31 dünyaya gəlmişlər. X24 və X31 fəaliyyət qabiliyyəti olmayan şəxsl ər olmaqla anaları İddiaçı1 ilə birlikdə yaşayırlar və onun himayəsindədirlər. İddiaçı1 və X9 birgə nikah dövründə "xxxx" firmasının nizamnamə kapitalındakı 100% payı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 10 mart 1994-cü il tarixli 7282 nömrəli Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamə), firmaya məxsus ünvan 1 ünvanında yerləşən "xxxx" kommersiya mağazasını və Bakı şəhəri, ünvan 2 ünvanda mənzilini (3 otaq, ümumi sahəsi 60,5 m2, yaşayış sahəsi 38,71 m2) əldə etmişlər. X906 oktyabr 2001-ci ildə vəfat etdikdən sonra onlar - İddiaçı1 və qızları "xxxx" firmasına və firmaya məxsus ünvan 1 ünvanındakı "xxxx" kommersiya mağazasına sahiblik etməyə, onları idarə etməyə faktiki başlamışlar. X20 Məmmədov onları aldadaraq hər iki əmlak üzrə qanun üzrə və rəsəlik hüququ şəhadətnamə və həmin şəhadətnamələr əsasında hüquqmüəyyənedici sənədləri almış, bununla da hüquqlarını kobudcasına pozmuşdur. Bakı şəhəri 11 saylı notariat kontoru da qeyd olunan şəhadətnamələri verərkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Həmin şəhadətnamələr və onların əsasında Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı idarəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş hüquq müəyyənedici sənədlər, əqdlər etibarsız hesab edilməli, İddiaçı1 nikah dövründə əldə edilmiş ümumi əmlakın, yəni ər-arvadın ümumi əmlakının yarısına (1/2 payına) mülkiyyət hüququ tanınmalı, buna dair müvafıq şəhadətnamələr və hüquq müəyyənedici sənədlər verilməli, hər əmlakın qalan 1/2 hissəsi isə 5 vərəsə arasında bölünməli, yəni hər vərəsənin hər əmlakın 1/2 hissəsinin 1/5 payına mülkiyyət hüququ tanınmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Ş.Məhərrəmova) 11 noyabr 2016-cı il tarixli 2(001)-679/2016 saylı qətnaməsi iləiddia tələbləri təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 2(103)-2016/2017 saylı qətnaməsi ilə (hakimlər M.Bağırova, M.Məmmədov və S.Məmmədov) apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli 2(102)6228/2017 saylı qərarı ilə (hakimlər İ.Dəmirov, A.İsgəndərov və Ə.Əhmədov) iddiaçıların və müstəqil tələb irəl i sürən 3-cü şəxslərin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2(103)-588/2018 saylı qətnaməsi ilə hakimlər X2 (sədrlik edən və məruzəçi), X13 və X26) apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-679/2016 saylı iş üzrə 11 noyabr 2016-cı il qətnaməsi "xxxx" firmasının nizamnamə kapitalındakı 100% pay üzrə Cavabdeh1 adına verilmiş 10 noyabr 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı1 həmin firmanın nizamnamə kapitalındakı 100 % payın yarı hissəsinə (1/2) mü lkiyyət hüququnun tanınması, nizamnamə kapitalındakı qalan 50%-lik pay üzrə iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin paylarının müəyyən edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin verilməsinin Bakı şəhərinin 11 saylı notariat kontoruna və müvafiq dövlət reyestrində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsi” tələblərinin təmin edilməməsi hissəsində ləğv olunması, həmin iddia tələblərinin təmin edilməsi, "xxxx" firmasının nizamnamə kapitalındakı 100% pay üzrə Cavabdeh1 adına verilmiş 10 noyabr 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız h esab edilməklə, həmin firmanın nizamnamə kapitalındakı 100 % payın yarısına (1/2 hissəsinə) İddiaçı1 pay hüququ tanınması, "xxxx" firmasının nizamnamə kapitalındakı qalan 50% payın 1/5 hissəsinə İddiaçı1, 1/5 hissəsinə X8nın, 1/5 hissəsinə X12, 1/5 hissəsinə X21 və qalan 1/5 hissəsinə isə Cavabdeh1 vərəsəlik payının müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin verilməsinin Bakı şəhəri 11 saylı notariat kontoruna, kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydlərin aparılması və hüquqmüəyyənedici sənədlərin verilməsinin isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsi, qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətini n verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilməsi qət edilmişdir. İddiaçılar və mübahihisə predmeti üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxslər, onların vəkili X4 eləcə də, cavabdehlərdən Cavabdeh1 və vəkili X30 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01.2018-ci il tarixli 2(104)-588/2018 nömrəli qətnaməsindən kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: İddiaçılar və mübahisə predmeti üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxslər, onların vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil üzrə iddia tələbləri tam qanuni və əsaslıdır. Mənzil də İddiaçı1 və X29 birgə nikah dövründə əldə edilmiş ər-arvadın ümumi əmlakdır. İddiaçı1 mənzilin, yəni ərarvadın ümumi əml akının (nikah dövründə əldə edilmiş ümumi əmlakın) yarısına (1\2 payına) mülkiyyət hüququ tanınmalı, buna dair müvafiq şəhadətnamə və hüquq müəyyənedici sənədlər verilməlidir. Mənzilin qalan ½ hissəsi 5 vərəsə arasında bölünməli, yəni hər vərəsənin Mənzilin qalan ½ hissəsinin 1/5 payına mülkiyyət hüququ tanınmalı, buna dair da müvafiq şəhadətnamələr və hüquq ümüəyyənedici sənədlər verilməlidir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak onların birinin vəfatından sonra, bütünlüklə mirasın kütləsinə daxil edə bilməz, mirasdan sağ qalmış ərin (arvadın) əmlakdakı payı çıxılmaqla, yerdə qalan əmlak qanunun tələbi üzrə bərabər surətdə bütün vərəsələr arasında sağ qalan ər (arvad) daxil edilməklə bölünməlidir. Apellyasiya instansiya məhkəmə si mübahisələndiridən hissədə MPM-nin 420-ci maddəsinin tələblərini pozmuş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2017-ci il tarixli 2(102)-6228/2017 saylı qərarında mənzil üzrə şərh edilən göstərişləri yerinə yetirməmişdir. Onlar "xxxx" firmasına və ona məxsus kommersiya mağazasına, yəni mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqlarına görə mirası tamamilə, yəni mənzilin ½ hissəsini də qəbul etmişlər. Mənzilin digər ½ hissəsi İddiaçı1 məxsusdur ona görə ki, mənzil də birgə nikah dövründə əldə edilmiş ərarvadın ümumi əmlakıdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli qətnaməsini qismən, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilinə dair iddia tələbi hissəsində ləğv edib həmin hissədə yeni qərar qəbul edilməs i xahiş edilmişdir. Cavabdehlərdən Cavabdeh1 və vəkili X30 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar əsasında mülki işin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verməmiş və nəticədə mahiyətcə və qəbul olunma qaydası ilə yuxarıda göstərilən müddəaların tələblərinə zidd olan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçılar atasından qalan mirasın qəbul edilməsi üçün MM 1246-cı maddəsində qeyd olunan hərəkətlərdən heç birini etməmişdilər. O, bütün keçirilmiş məhkəmə iclaslarında bildirmişdir ki, atasından miras qalmış əmlak – Bakı şəh., ünvan 1 ünvanda yerləşən mənzil və "xxxx" firmasının əmlakı, onun Azərbaycan Respublikasından kən arda yaşadığı müddət ərzində qazandığı və onun üçün əmlak alınması məqsədi ilə atasına göndərdiyi pul vəsaiti hesabına alınmış və tikilmişdir. İddiaçıların bunu bildiyini, fakt kimi qəbul etdiyini və özlərinin bu əmlaka vərəsə olmadığını hesab etdiyini təsdiq edən hal onların öz təşəbbüsü ilə ona müraciət edərək Bakı şəh., ünvan 1 ünvanda yerləşən mənzili vərəsə kimi qəbul edib satdığını bilərək "xxxx" firmasının nizamnamə kapitalındakı 100% payı onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmiləşdirməsi üçün öz adına etibarnamə götürməsi və özləri onun iştirakı olmadan Bakı şəhəri 11 saylı notariat kontorunda 10 noyabr 2014-cü il tarixində qeyd olunan şəhadətnamənin alınmasıdır. Notariat kontoruna İddiaçı1 tərəfindən verilmiş ərizədə o özünü vərəsə hesab etməmiş, onun yeganə vərəsə olduğunu və ondan savayı vərəsə olmadığını göstərmişdir. Həmin ərizə digər iddiaçı X8nın iştirakı ilə tərtib edilmişdir. Bu hərəkətlərlə onlar onun atasının adına rəsmiləşdirilmiş və miras qalmış əmlakı qəbul etmədiklərini və qəbul etməkdən imtina etdiyini göstərmişdilər. Onlar ondan yalnız "xxxx" firmasının əmlakından özlərinin pulsuz istifadə etməsinə icazə verməsini xahiş etmişdilər. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 24.01.2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı2 və iddiaçıların vəkili X4 özlərinin kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Cavabdeh4 və vəkili X18 qarşı iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş, cavabdehin kassasiya şikayətinin həllini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 06.10.2001-ci il tarixdə vəfat etmiş X29 ilə X10 09.12.1972-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 11.05.1973-cü il tarixdə X28, 14.03.1974-cü il tarixdə X24, 08.09.1977-ci il tarixdə X31 dünyaya gəlmiş, X19 X3 ilə əvvəlki nikahından isə xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1 adlı övladı da olmuşdur. X24 və X9i qüvvəsini almış məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilmiş və İddiaçı1 onların üzərində qəyyum təyin edilmişdir; həmin şəxslərin anaları ilə birlikdə yaşadıqları və onun himayəsində olduqları işin mübahisələndirilməyən halıdır. Apel lyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə həmçinin müəyyən etmişdir ki, "xxxx" Firması 10.03.1994-cü il tarixdə mərhum X19 təsisçiliyi ilə dövlət qeydiyyatına alındıqdan sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 23.03.1994-cü il tarixli 453 saylı sərəncamı əsasında həmin firmaya mərhumun adına olan ünvan 2 ünvanda yerləşən qarajdan “kommersiya mağası kimi istifadə edilməsinə” icazə verilmişdir; həmin qarajın hal-hazırda da iddiaçıların sahibliyində olduğu, ondan “mağaza” kimi istifadə etdikləri müəyyən edilmişdir. Həmçinin, işin materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 46 saylı mənzil 07.12.1994-cü ildən (alqı-satqı müqaviləsinə əsasən) mərhum X19 mülkiyyətində olmuş, onun vəfatından sonra həmin mənzildə Cavabdeh1 və onun arvadı X27 yaşamışlar. A pellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə daha sonra müəyyən etmişdir ki, X9un vəfatından sonra (mirasının açıldığı məqamda) onun miras əmlakı olaraq Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yerləşən ümumi sahəsi 60,5 m2, yaşayış sahəsi 38,71 m2 olan 3 otaqdan ibarət 46 saylı mənzil və mərhumun təsisçiliyi ilə 10.03.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" firmasının nizamnamə kapitalındakı 100% pay qalmış, 11-ci Dövlət notariat kontoru tərəfindən Cavabdeh1 13.03.2009-cu il tarixdə qeyd edilən mənzil barədə, 10.11.2014-cu il tarixdə isə firmanın nizamnamə kapitalındakı 100% pay barədə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yerləşən ümumi sahəsi 60,5 m2, yaşayış sahəsi 38,71 m2 olan 3 otaqdan i barət 46 saylı mənzil barədə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən onun adına 18.04.2009-cu il tarixdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, Cavabdeh1 notarial qaydada təsdiq edilmiş 10.03.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən miras kimi əldə etdiyi həmin mənzili Cavabdeh4 Bəhərçin qızına 55440 manata satmış, sonuncunun mənzil üzərindəki mülkiyyət hüququ 14.04.2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmişdir. İşin materiallarından görünür ki, "xxxx" firmasının nizamnamə kapitalındakı 100% pay barədə Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən daha əvvəl, yəni 14.06.2013-cü il tarixdə İddiaçı1 44 saylı notariat konturana ərizə ilə müraciət edərək, qeyd edilən nizamnamə payı barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, həmin ərizədə həmçinin İddiaçı2 də miras üzrə vərəsə olduğu barədə qeyd düşmüşdür. İşin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin iş materiallarında olan və qanuni qüvvəsini alaraq icra edildiyi mübahisələndirilməyən 11 iyun 2012-ci qətnaməsindən müəyyən edilmişdir ki, Cavabdeh1la Cavabdeh4 arasında sözügedən mənzillə bağlı məhkəmə mübahisəsi yaranmış, həmin qətnamə ilə Cavabdeh1 və X14 ünvan 3, 46 saylı mənzildən çıxarılmaları qət edilmişdir. İddiaçılar, miras olaraq Cavabdeh1 tərəfindən qəbul edilmiş həmin miras əmlaklarının birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olmasını, əmlakların 1/2 hissəsinə münasibətdə İddiaçı1 mülkiyyət hüququnun mövcudluğunu, qalan 1/2 hissənin isə miras əmlak olduğunu, mirasın onlar (həmçinin müstəqil tələb irəli sürən 3-cü şəxslər) tərəfindən sözügedən firmaya məxsus kommersiya mağazasına faktiki sahiblik etməklə və onu faktiki idarə etməklə qəbul edilməsini, bu baxımdan qeyd edilən əmlakların yarısını (1/2 hissəsini) təşkil edən mirasın 5 nəfər vərəsə (mərhumun əvvəlki nikahından olan oğu Cavabdeh1, arvadı İddiaçı1 və sonuncudan olan 3 qızı) arasında bölünməli olduğunu iddia edərək hazırkı iddia tələblərini irəli sürmüş, tələblərinin qanuni əsası kimi Ailə Məcəlləsinin 32.1-ci, 32.2-ci və 32.3-cü, Mülki Məcəllənin isə 225.1-ci, 1133.2-ci, 1134.1-ci, 1145-ci, 1146-cı, 1147-ci, 1159-cü, 1162-ci, 1243.2-ci, 1243.3- cü, 1244-cü maddələrinə istinad etmişdir. Əvvəlki kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, “... hazırkı iş üzrə mübahisələndirilən əmlaklar-"xxxx" firması və həmin firmaya məxsus mağaza mərhum X9dan miras qalan əmlak kimi dəyərləndirilmiş və Cavabdeh1 da həmin əmlaklara dair notariat kontorundan qanun üzrə vərəsəlik hüququ şəhadətnamələri və həmin şəhadətnamələr əsasında hüquqmüəyyənedici sənədləri əldə etmişdir....İşdən görünür ki, mərhum X9dan həmçinin Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzili də miras qalmış və həmin mənzil də cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəmə kollegiyası iddiaçılar tərəfindən mərhum X9dan miras qalmış əmlakların faktiki olaraq q əbul edilməsi və idarə olunmasına dair məhkəməyə hər hansı bir sübutun təqdim olunmamasını göstərsə də, işin hallarından bu xüsusatın kifayət qədər əsaslandırılmadığı görünür ki, bu da iddiaçıların iş üzrə obyektiv və ədalətli araşdırma hüququnun pozulmasına dəlalət edir. Yuxarıda qeyd olunanlarla əlaqədar həmçinin İddiaçı1 və mərhum X9un birgə nikahları dövründə əldə edilmiş mübahisəli mənzilə payların müəyyən edilməməsinin hüquqi əsasları düzgün göstərilməmişdir”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin və firmanın nizamnamə kapitalındakı payın qanunvericiliyin tələblərinə görə birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olub-olmamasını araşdırmaqla düzgün olaraq bu nəticəyə gəlmi şdir ki, iddiaçıların (əslində sadəcə İddiaçı1) birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu irəli sürdükləri mənzil və firmanın nizamnamə kapitalındakı payın İddiaçı1 ilə mərhum X9un birgə nikahı dövründə əldə edildiyi işdəki mövcud sübutlarla təsdiq olunmaqdadır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi İddiaçı1 ilə mərhum X909.12.1972-ci il tarixdə nikaha daxil olmuş və mirasın açıldığı məqamadək rəsmi nikah münasibətində qalmış, "xxxx" firması onların nikahda olduqları dövrdə, yəni 10.03.1994-cü il tarixdə mərhum X9un təsisçiliyi ilə dövlət qeydiyyatına alınmış, ünvan 3, 46 saylı mənzil də 07.12.1994-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə olunaraq mirasın açıldığı məqamadək mərhumun mülkiyyətində qalmışdır. İddiaçılar (əslində sadəcə İddiaçı1) birgə nikah dövründə əldə olunmuş həmin əmlakların (mənzil və firmanın nizamnamə kapitalındakı 100 % payın) yarısına (1/2 hissəsinə) İddiaçı1 mülkiyyət hüququnun tanınmasını və buna dair hüquqmüəyyənedici sənədlərin verilməsinin səlahiyyətli orqanlara həvalə edilməsini xahiş etsələr də, birinci instansiya məhkəməsi həmin tələblərə ümumiyyətlə hüquqi qiymət vermədiyindən X9dan qalmış miras əmlakın kütləsinə Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yerləşən mənzilin və "xxxx" firmasının nizamnamə kapitalındakı 100% payın yarısı (həmin əmlakların 1/2 hissəsi) daxil olmaqla həmin miras əmlakına münasibətdə hazırkı mübahisə onun arvadı (İddiaçı1) və övladlarının (birinci nikahından olan oğlu Cavabdeh1, İddiaçı1 olan qızları İddiaçı2, X11in vəX12nin) vərəsəlik münasibətləri ilə bağlı hazır ki mübahisəyə vərəsələr tərəfindən mirasın qəbul edilməsi hissəsinə apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətlə məhkəmə kollegiyası razılaşır. Belə ki, X9un mirasının açıldığı 06.10.2001-ci il tarixdə onun adına olan (baxmayaraq ki, həmin ev İddiaçı1 ilə birgə nikah dövründə alınmışdır) yuxarıda qeyd edilən mübahisəli mənzildə birinci nikahdan olan oğlu Cavabdeh1 yaşadığı və məhz onun miras əmlaka faktiki sahiblik, habelə onu faktiki idarə etməklə mirası qəbul etsə də, eləcə də, 11-ci Dövlət notariat kontorunun 13.03.2009-cu il tarixdə verdiyi vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh1 daha əvvəldən miras kimi faktiki olaraq qəbul etdiyi həmin mənzil üzərində, 10.11.2014-cu il tarixdə verilən vərəsəlik şəhadətnaməsinə əsasən isə digər miras əmlak - yəni "xxxx" firmasının nizamnamə kapitalındakı pay üzərində vərəsəlik hüquqlarının tanınsa da, mirasqoyanın digər qanun üzrə vərəsələrinin (iddiaçıların və müstəqil tələb irəli sürən 3-cü şəxslərin) də mirası faktiki qəbul etmələri apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoru na mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sah ib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, X9un qanun üzrə digər vərəsələrinin (iddiaçıların və müstəqil tələb irəli sürən 3-cü şəxslərin) də mağaza ilə bağlı mirası qəbul etdikləri barədə apellyasiya instansiyası məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, işin müəyyən edilm iş hallarından görünür ki, "xxxx" firmasının faktiki olaraq daşınar və ya daşınmaz hər hansı bir əmlakı olmamış və firma məhz həmin mağazada (qarajda) fəaliyyət göstərmişdir. İddiaçılar (qəyyumları vasitəsi ilə həmçinin müstəqil tələb irəli sürən 3-cü şəxslər) məhz mirası qəbul etmək niyyəti və məqsədilə “Rafıs” kommersiya mağazasına sahib durmuşlar və mağaza hal-hazırda onlar tərəfindən təyinatı üzrə işlədilməkdədir. Cavabdeh1 isə firmanın nizamnamə kapitalı barədə vərəsəlik hüququ haqqında şəhadətnamə alsa belə, mağazanın fəaliyyətində iştirak etmir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin İddiaçı1 və mərhum X9un birgə nikahları dövründə əldə edilmiş mübahisəli mənzilə payların müəyyən edilməməsinin hüquqi əsasları düzgün göstərilməməsi ilə bağlı kassasiya inst ansiyasının qərarında şərh edilmiş göstərişlər əsasında işin araşdırılmış halları ilə mübahisəli mənzillə bağlı gəldiyi hüquqi mövqe ilə də razılaşır. Belə ki, işin materiallarından görünür ki, iddiaçılar mübahisəli mənzili miras olaraq qəbul etdiklərini (nə rəsmi, nə də faktiki) ümumiyyətlə irəli sürməmiş, digər miras əmlakı təşkil edən "xxxx" firmasının nizamnamə kapitalındakı payı isə həmin firmaya məxsus kommersiya mağazasına faktiki sahiblik etməklə və onu faktiki idarə etməklə qəbul etdiklərini bildirməklə mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq bütünlüklə qəbul etdiklərini iddia etmişlər. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh4 onu vicdanlı əldə etməsi və onun mənzil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqısatqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcud olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr də qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şə xs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə kollegiyası həmçinin iddiaçıların, habelə müstəqil tələb irəli sürən 3-cü şəxslərin ər-arvadın birgə mülkiyyətinin hüquqi rejimindən yaranan hüquqları və vərəsəlik hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli mənzili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 a vqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Kollegiya qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki pro sessual qanunvericiliyin normalarının təhlili zamanı müəyyən olunur ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan, xüsusən də iddia tərəfinin iddia tələbini əsaslandıracaq sübutlarından istifadə etməklə müəyyən nəticəyə gəlir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə nəticəyə gələrkən hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmişdir. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi miras əmlak olan "xxxx" fir masının nizamnamə kapitalındakı 100% payın yarısına (1/2 hissəsinə) İddiaçı1, qalan 50% payın 1/5 hissəsinə İddiaçı1, 1/5 hissəsinə X8in, 1/5 hissəsinə X12, 1/5 hissəsinə X21 və qalan 1/5 hissəsinə isə Cavabdeh1 vərəsəlik payının olmasını, digər miras əmlakı olan mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh4 onu vicdanlı əldə etməsini müəyyən etməklə nə maddi, nə də prosessual hüquq normalarının tələblərinin pozulması hallarına yol verməmiş, əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə MPM-nin 420-ci maddəsinin tələblərinə uyğun əməl etmiş, bir sözlə, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar və mübahisə predmeti üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxslər, onların vəkili X4 tərəfindən və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-588/18 saylı, 24 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4420/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4420/2018
05.07.2018 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver