Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4420/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Abşeron rayon İcra Hakimiyyəti, X11 və Sadıxov Nizami Gəncəli oğlu üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4420/22 (Açar sözlər: torpaq sahəsinin boşaldılması, sübutetmə yükü) Bakı şəhəri 14 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Abşeron rayon İcra Hakimiyyəti, X11 və Sadıxov Nizami Gəncəli oğlu üçüncü şəxs qismində cəlb edilməkl ə) qarşı «zəbt edilmiş torpaq sahəsinin və inşa edilmiş özbaşına tikilinin sökülərək boşaldılması və iddiaçının istifadəsinə verilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-139/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs Sadıxov Nizami Gəncəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 376A №-li sərəncamının təsdiq edilmiş surətinə əsasən, Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Abşeron Quşçuluq K T M İ müəssisəsi ərazisində kənd təsərrüfatı məqsədilə 3,20 hektar 99 il müddətinə icarə qaydasında İddia çı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaq ayırma sənədləri təsdiq edilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli rəyin təsdiq edilmiş surətinə əsasən, İddiaçı kənd təsərrüfatı məqsədi ilə icarə qaydasında 3.20 hektar torpaq sahəsi ayrılması haqqında müraciətinə baxılmışdır. İstənilən torpağa komissiya vasitəsilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X12 Fonduna aid olmaqla Abşeron Quşçuluq K T M İ müəssisəsinin ərazisində yerləşməklə, yararsız uqodiyası kimi uçota alınmışdır. Həmin ərazidən İddiaçı 99 (doxsan doqquz) il müddətinə 3,20 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi ver ilməsinə DTXK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlə etiraz etmir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrini geri alınması Dövlət ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və baxılması qaydaları” ilə müəyyən edilmiş qaydada sənədləşmə aparılsın hüququn tam şəkildə rəsmiləşdirilməsi nəzərə alınsın. Fiziki şəxsə tapşırılsın ki, torpaq sahəsi üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin edilsin.
3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin təsdiq edilmiş surətinə əsasən, Abşeron rayonu Hövsan qəsəbəsində 3 2000 kv.m torpaq sahəsi Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 376a nömrəli Sərəncamı və xx.xx.2008-ci il tarixli 176a nömrəli icarə müqaviləsi əsasında tərtib olunmuşdur.
4. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın kserosurətinə əsasən, X2 rayonu Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsini zəbt etmədiyindən X5 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
5. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş arxiv arayışının surətinə əsasən, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında Məmmədov Qafar 22 yaş. Onun qardaşları Əhmədov Qafar - 17 yaş; Səməd Qafar oğlu - 13 yaş; Allahyar Qafar oğlu – 7 yaş, Ağayar Qafar oğlu – 4 yaş. Onların Hövsan kəndində sahəsi 96 kv sajina bərabər olan üzüm sahələri olmuşdur.
6. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş arxiv arayışının surətinə əsasən, Azərbaycan Respubikasının Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında X8 - 30 yaş, Onun oğlanları X6 -13 yaş; Əflatun -7 yaş; Rəbil Əli – 6 yaş, Sadıx bir yaş yarım. Onların Hövsan kəndində sahəsi 120 kv.sajina bərabər olan üzüm sahələri olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Abşeron rayon İcra Hakimiyyəti, X11 və Sadıxov Nizam i Gəncəli oğlu üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Quşçuluq ərazisində yerləşən torpaqda inşa edilən özbaşına tikilinin sökülərək boşaldılması, torpağın əvvəlki vəziyyətə gətirilməsi və onun (iddiaçının) istifadə və sahiblik hüququnun bərpası ilə əlaqədar iddiaçının istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2008-ci ildə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 376A №li sərəncamına əsasən Abşeron rayonu, Quşçuluq ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsi) müvafiq tarixə qədər istifadəsiz qalmış 3.2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Həm in torpaq sahəsi iddiaçının istifadəsinə verildikdən sonra o, torpaq sahəsinə təyinatı üzrə təsərrüfatla məşğul olmaq üçün tez-tez getmişdir. Lakin iddiaçının səhhətində yaranan problemlərə görə o, istifadəsinə ayrılmış torpaq sahəsinə bir müddət gedə bilməmişdir. İddiaçı bir müddət sonra istifadəsində olan torpaq sahəsinə getdiyi zaman tanımadığı şəxslər tərəfindən qanunvericilik tələblərinin pozulması yolu ilə torpaq sahəsinin zəbt edilərək istifadə edildiyini və özbaşına tikililərin inşa edildiyini görmüşdür. Yaranmış vəziyyətlə əlaqədar həmin şəxslərə müvafiq torpaq sahəsinin onun istifadəsində olmasına dair təsdiqedici sənədləri təqdim edərək boşaldılmasını tələb etmişdir. İddiaçı cavabdehlərə Dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnun qanunsuz olaraq pozaraq torpaq sahə sini zəbt etdiklərini, sərbəst mülkiyyət hüquqlarını pozaraq özbaşınalıq və cinayət edərək qanunsuz tikililər inşa etmələri barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlər də, sübut edir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Lakin cavabdehlər iddiaçının istifadəsinə verilmiş torpaq sahəsini qanunsuz zəbt ediblər. Hazırda iddiaçı istifadəsinə verilmiş Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsində əkin biçin və təsərrüfat işləri apara bilmir.
9. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı Suraxanı rayonu Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaqda istifadə və sahiblik hüququnun bərpa olunmasını tələb etməsinə baxmayaraq, onun bu cür tələbi irəli sürmək hüququ mövcud deyil. Belə ki, iddiaçı tərəfindən bağlanması iddia edilən torpaq icarə müqaviləsindən göründüyü kimi müqavilənin 6-cı bəndinin üçüncü hissəsinə əsasən müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alındığı andan etibarlı sayılır, yəni müqavilə dövlət qeydiyyatına alınmayana kimi onun hüquqi qüvvəsi yoxdur. Lakin hazırkı tarixə kimi sözü gedən müqavilə dövlət qeydiyyatına alınmamışdır ki, bu da həmin müqavilənin hüquqi qüvvəsinin olmadığını təsdiq edir.Eyni zamanda qanunvericilik daşınmaz əmlak üzərində hüquqların yaranması üçün bu hüquqların dövlət qeydiyyatına alınmalı olmasını tələb edir. Bununla yanaşı, iddiaçının iddia etdiyi torpağın ərazi sərhədləri də sual doğurur. Belə ki, torpağa dair hüquqlar daşınmaz əmlak ın dövlət reyestrində qeydə alınmadığından onun sərhədlərini də müəyyən olunmuş hesab etmək olmaz. Buna görə də mübahisələndirilən torpaq sahəsinin ərazi sərhədləri yalnız Daşınmaz əmlakın dövlət reyestrində müəyyən edildikdən sonra həmin torpaq sahəsinin hüdudları dəqiqləşdirilə bilər. İddiaçının iddia ərizəsində göstərdiyi kimi sahibsiz torpağı istifadəyə götürməsinə gəlincə, Hövsan kənd sakinləri həmin ərazidə uzun illər babalarından qalmış torpaq sahələrində öz ailələrini maddi cəhətdən təmin etmək üçün kənd təsərrüfatı ilə məşğul olurlar. Həmin ərazidə kənd sakinlərinin babalarının adına olan X1 mövcuddur ki, orada torpaq sahələrinin kim tərəfindən istifadə olması qeyd olunmuşdur. Bu da öz növbəsində iddiaçının iddia etdiyi kimi həmin ərazinin sahibsiz olması və özünün orada kənd təsə rrüfatı ilə məşğul olmasını təkzib edir. Buna görə də iddia tələbi əsassızdır.
10. X11, Sadıxov Nizami Gəncəli oğlu və Abşeron rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi işə cəlb edilmişdirlər.
11. Birinci instansiya məhkəməsində üçüncü şəxs X11 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsində onun yaxın qohumları neçə illərdir ki, əkin işləri ilə məşğul olublar. Həmin torpaq sahəsində nar bağları olmuşdur. Lakin sonradan həmin nar kollarının çox hissəsi məhv edilmişdir.
12. Birinci instansiya məhkəməsində üçüncü şəxs Sadıxov Nizami Gəncəli oğlunun vəkili və nümayəndəsi Vəkil1 göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən Sadıxov Nizami Gəncəli oğluna verilmiş arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında Sadıxov Nizami Gəncəli oğlunun qohumlarının adları qeyd olunmuşdur. Onların həmin sahədə üzüm bağları mövcud olmuşdur. Həmin torpaq sahəsi isə iddiaçının mülkiyyətində deyildir. Hazırda həmin sahədə tikililər mövcuddur və həmin tikililər isə çoxdan tikilmişdir.
13. Birinci instansiya məhkəməsində üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi göstərmişdir ki, Suraxanı rayonu Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla X10 aiddir. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. H əmin 3,2 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron Quşçuluq sovxozunun ərazisində yerləşir. Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 376A №-li sərəncamına əsasən müvafiq tarixə qədər istifadəsiz olan Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən 3.2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçı icarəyə verilmişdir. Lakin cavabdehlər qanunsuz olaraq həmin torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinti işləri aparmışlar. Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən Abşeron RİH tərəfindən torpaq sahəsinə aid icarə müqaviləsi yalnız iddiaçı üçün tanınır. Həmin torpaq sahəsi icarə müqaviləsi ilə icarəyə verilirsə, torpaq sahəsinə nəzar əti icarədar həyata keçirə bilər. İcarədar kənd təsərrüfatı təyinatı ilə icarəyə götürülmüş torpağı yalnız metal tor vasitəsi ilə sərhədləyə bilər, lakin orada tikinti işlərinin aparılması yolverilməzdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsinin koordinatları ilə mübahisələndirilən, iddiaçının iddia etdiyi eyni zamanda cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsi üst-üstə düşür və sxemdə göstərilmişdir. Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarix li 376a nömrəli sərəncamı əsasında verilmiş kadastr nömrəsi 0**********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsindən faktiki olaraq istifadə etmir. Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan planölçüdə göstərilmiş torpaq sahəsində tikililər mövcuddur və “Kadastr və Yerqurulu LayihəTədqiqat Mərkəzi MMC-nin mühəndisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Abşeron rayon İHB-nın xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan planölçüdə göstərilmiş torpaq sahəsində tikililərin sahələri və eyni zamanda faktiki yerləşmə vəziyyəti “Kadastr və Yerqurulu L ayihə-Tədqiqat Mərkəzi MMC-nin mühəndisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Aparılmış tikinti kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatının zədələnməsinə səbəb ola bilər.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan planölçüdə göstərilmiş torpaq sah əsinin koordinatları ilə mübahisələndirilən, iddiaçının iddia etdiyi eyni zamanda cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsi üst-üstə düşür və mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı, hal-hazırda kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsindən faktiki olaraq istifadə etmir. Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli 3 76a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində tikililər mövcuddur və “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin mühəndisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Sözügedən tikiliyə dair mülki iş materiallarında hər hansı bir sənəd olmadığından həmin tikilinin tikinti normalarına və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Abşeron rayon İHB-nin xx.xx.200 8-ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində tikililərin sahələri və eyni zamanda faktiki yerləşmə vəziyyəti "xxxx" MMC-nin mühədisi tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, aparılmış tikinti kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatının zədələnməsinə səbəb ola bilər.
16. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəf indən verilmiş məktuba əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi ünvanında yerləşən nar bağlarının yerləşdiyi əraziyə keçirilən baxış zamanı 80 ədəd nar kolunun və 7 ədəd tut ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən edilmişdir.
17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-148/2020 nömrəli iş üzrə 9 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova) iddia təmin edilmiş, Abşeron rayon İHB-nin xx.xx.2008ci il tarixli 376a nömrəli sərəncamı əsasında İddiaçı kənd təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində inşa edilən və "xxxx" MMC tərəfindən tərtib olunmuş sxemdə göstərilmiş (döngə nöqtələrinin nömrəsi 1-2 olan 255.4 metr məsaf ədə, döngə nöqtələrinin nömrəsi 2-3 olan 141.6 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 3-4 olan 137.9 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 4-5 olan 52.0 metr olan məsafədə, döngə nöqtələrinin nömrəsi 5-6 olan 56.8 metr olan məsafədə, döngə nöqtələrinin nömrəsi 6-1 olan 159.2 metr məsafədə yerləşən və həmin torpaq sahəsinin daxilində yerləşən) tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi, Abşeron rayon İHB-nin xx.xx.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən 3.2 ha (kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş) torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla X10 aiddir. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. Həmin 3,2 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron Quşçuluq sovxozunun ərazisində yerləşir. Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 376A №-li sərəncamına əsasən müvafiq tarixə qədər istifadəsiz olan Suraxanı rayonu, Quşçuluq ərazisində (Hövsan qəsəbəsi) yerləşən 3.2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Lakin cavabdehlər qanunsuz olaraq həmin torpaq sahəsin i zəbt edərək orada qanunsuz tikinti işləri aparmışlar. Cavabdehlərin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehlərin həmin torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici sənədləri mövcud deyildir. İş üzrə araşdırma zamanı mübahisəli torpaq sahəsində lazımı layihə-smeta sənədləri tərtib edilmədən qanunsuz tikililər inşa edilmişdir. Belə ki, məhz cavabdehlər tərəfindən iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Quşçuluq ərazisi (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) verilmiş kadastr nömrəsi 0**********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində qanunsuz özbaşına tikinti işlərinin aparılması faktı məhkəmədə əldə edilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir.
19. Məhkəmə həmin ekspert rəylərini m ötəbər sübut kimi qəbul etmiş və qeyd etmişdir ki, cavabdehlər tərəfindən həmin özbaşına tikinti işlərinin aparılması iddiaçının bir başa maraqlarına toxunur.
20. Məhkəmə hesab etmişdir ki, məhz özbaşına qanunsuz tikililəri aparan şəxslər kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olduğundan, iddia təmin edilməli, iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Quşçuluq ərazisi (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) verilmiş kadastr nömrəsi 0**********0607 olan planölçüdə göstərilmiş torpaq sahəsində inşa edilən tikili - özbaşına tikili sayılaraq sökülməlidir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı istifadəsinə qaytarılmalıdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.8, 180.1, 180.4, 706.1, 706.2, To rpaq Məcəlləsinin 9, 12, 14, 84, 111, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 88, 106.1, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisə üzrə işin faktiki halları nöqteyi-nəzərdən düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddianın təmin edilməsi barədə düzgün olmayan qətnamə çıxarmışdır. İddia ərizəsində tikililərin cavabdehlərin hesabına sökülməsi, tikililərin ölçüsünə, yerləşmə kordinatları olmadığı halda və bun a dair iddia tələbinin dəqiqləşdirilməsinə və ya iddia tələbinin həcminin artırılmasına dair ərizə olmadığı halda, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, həmin tələblərə dair qətnamə qəbul etmiş, lakin iddia tələbindən kənara çıxmaq üçün zəruri olan müstəsna halları qətnamədə əsaslandırmamışdır. İddiaçı torpaq sahəsindən uzun müddət, yəni 11-12 il müddətində istifadə edə bilməməsini səhhətində yaranan problemlərlə izah etsə də, məhkəməyə bunu təsdiq edən dəlilləri təqdim etməmiş, məhkəmə də buna dair iddiaçıdan hər hansı sübut tələb etmədən, yalnız iddiaçının sözlərinə əsaslanmaqla, Cavabdeh1 həmin torpaq sahəsini qanunsuz zəbt etməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən bağlanması iddia edilən torpaq icarə müqaviləsinin 6-cı bəndinin 3-cü hissəsinə əsasən müqavilənin AR DƏDRX-də dövlət qeydiyyatına alındığı andan etibarlı sayıldığını, yəni müqavilə dövlət qeydiyyatına alınmayana kimi onun hüquqi qüvvəsinin olmamasını və bununla da iddiaçının həmin torpaq sahəsinə hüququnun yaranmamasını və hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmamasını nəzərə almamışdır.
24. Üçüncü şəxs X11 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən torpaq sahəsi faktiki onun istifadəsindədir, AR Milli Arxiv İdarəsinin məktubundan da göründüyü kimi mübahisəli torpaq sahəsinə dair Abşeron RİH başçısının xx.xx.2018-ci il tarixli sərəncamı əsassızdır, belə ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamı ilə onun istifadəsində olan torpaq sahəsinin qanunsuz olaraq yararsız torpaq kimi göstərilərək İddiaçı icarəyə verilmişdir. Bundan başqa İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənədinin olmaması və iddia ərizəsində cavabdehlərin və ərazinin dəqiq göstərilməməsi iddia ərizəsinin əsassız olduğunu göstərir.
26. X13 Gəncəli oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayətində X5 apellyasiya şikayətində istinad etdiyi əsaslara istinad etmişdir.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiya məhkəməsi) 2(103)-139/22 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova ) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və birinci instansiya məhkəməsinin mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsini qət etməsi, bununla da iddia tələbindən kənara çıxması barədə dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, iddia tələbində həmçinin mübahisəli torpaqda inşa edilən özbaşına tikilinin sökülərək boşaldılması və torpağın əvvəlki vəziyyətə gətirilməsi xahiş olunmuşdur.
30. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsində olan qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsinə dair gəldiyi nəticə mülki prosessual qanunvericiliyin tələblərinin pozulması və məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilə bilməz. 31. üçüncü şəxslər Sadıxov Nizami Gəncəli oğlu və X11 tərəfindən mübahisəli torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair sərəncam inzibati məhkəmədə mübahisələndirilsə də, həmin iddia Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2-1(118)-982/2021 saylı qərardadı ilə mümkün sayılmamışdır.
32. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.8, 180.1, 180.4, 706.1, 706.2, Torpaq Məcəlləsinin 9, 12, 14, 84, 111, MPM-in 14.2, 77.1, 372, 384 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs Sadıxov Nizami Gəncə li oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 33.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamədə Mülki Məcəllənin 706.1 və 706.2-ci maddələrinə istinad edilməsi əsassızdır. Belə ki, torpaq icarəsinin əsasını təşkil edən icarə müqaviləsi icarəyə götürən tərəfindən imzalanmamışdır. Müqavilə imzalanmadığı təqdirdə hər hansı hüquqi nəticənin yaranması mümkünsüzdür. Bundan başqa icarəyə götürən İddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqdan istifadə edilmədiyi halda icarə müqaviləsinə xitam verilir. Məhkəmə bu məsələlərə hüquqi qiymət verməmiş və icarə müqaviləsi anlayışına ümumi yanaşmışdır. Apellyas iya instansiyası məhkəməsinin Mülki Məcəllənin 157.8-ci maddəsinə istinad etməsi əsassızdır. b)
35. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
37. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır..
38. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almad an və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
39. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
40. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
41. Maddə
9. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.
42. Maddə
12. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
43. Maddə
14. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
44. Maddə
84. Torpaq mülkiy yətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
45. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tiki lilər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəxs tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı ona münasibətdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəliləri ilə bağlı qeyd edir ki, hazırki kassasiya şikayət inin dəlilləri 3-cü şəxsin apelyasiya şikayətinin dəlillərilə eynilik təşkil edir və həmin dəlillərə verilmiş hüquqi qiymətlə kassasiya kollegiyası razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən mübahisəli torpaq sahəsinə 3-cü şəxs N.Sadıxovun hər hansı hüququnun mövcudluğu müəyyən edilməmişdir. Həmin şəxsin Abşeron rayon İcra Hakimiyyətinə qarşı mübahisəli torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair sərəncam inzibati qaydada mübahisələndirlməsi iddiası da Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2-1(118)-982/2021 saylı qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardadla 3-cü şəxs N.Sadıxovun həmin torpaq sahəsinə aidiyyəti və iddianı qaldırmağa subyektiv hüququ müəyyən edilməmişdir.
59. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi 3-cü şəxs N.Sadıxova münsibətdə dəyişiklik edilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs Sadıxov Nizami Gəncəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-139/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi 3-cü şəxs Sadıxov Nizami Gəncəli oğluna münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.