Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4422/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1413/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh doğma qardaşdırlar.
2. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə İddiaçı Şəmkir rayonu Düyərli kəndi ərazisində 0.12 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-164A seriyalı KOD 50400058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhad ətnamə ilə rəsmiləşdirilmişdir.
3. Həmin torpaq sahəsi üzərində tərəflərin atasına məxsus olmuş yaşayış evi vardır. Cavadeh 1960-cı ildə doğulub və indiki iddia ərizəsi icraatadək ailəsi ilə orada yaşamaqda davam edirdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyət hüquqi ilə ona məxsus olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.12 ha h əyətyanı torpaq sahəsindən cavabdeh tərəfindən istifadə edilmişdir. Lakin torpaq sahəsindən istifadəyə dair cavabdehə hər hansı razılıq verməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə istifadə edə bilmir. Bundan əlavə, cavabdehə torpaq sahəsinin zəbtdən azad edilməsi barədə xəbərdarlıqlar etməsinə baxmayaraq, cavabdeh bundan imtina etmişdir.
6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsində olmuşdur. O, həmin sahədə ev inşa etməklə təyinatına uyğun istifadə etmişdir. Hazırda da torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Belə olan halda ona qaldırılmış iddianı əsassız hesab edir və iddianın rədd olunmasını xahiş edir.
7. Məhkəminin qə rardadı əsasında Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 27 dekabr 2022-ci il tarixli 10/5657 nömrəli ekspert rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyi ilə JN-164A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında iddiaçının mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən cavabdeh tərəfindən istifadə olunur. Qeyd olunan həyətyanı torpaq sahəsi JN-164A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsi ilə üst-üstə düşür və bütünlüklə cavabdeh tərəfindən istifadə olunur.
8. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-459/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qətnam əsi ilə (hakim Taleh Musayev) iddia təmin edilərək, JN-164A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi bütünlüklə cavabdehin istifadəsində və sahibliyində olmuşdur. Cavabdehin həmin torpaq üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuz olmuşdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157ci, Azərb aycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti və daha sonra apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Mübahisəli torpaq sahəsi əvvəllər Şamxor rayon Düyərli kənd Əzizbəyov adına kolxoz tərəfindən mərhum ataları X1 verilmiş və onun özü də daxil olmaqla bü tün ailə üzvləri həmin torpaq sahəsinin üzərində yerləşən tikilidə yaşamışlar. Bacı-qardaşları ailə qurduqdan sonra başqa yaşayış yerinə köçərək ayrı yaşamışlar. İddiaçı uzun illər Rusiya Federasiyasında yaşamışdır. O isə həmişə mübahisəli torpaq sahəsində yaşamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmişdir. Özü və ailə üzvləri həmin torpaq sahəsində və onun üzərində yerləşən fərdi yaşayış evində yaşayırlar. Bundan əlavə, aqrar islahat zamanı iddiaçı ilə aralarında şifahi razılaşma olmuşdur ki, mübahisəli torpaq formal əsasla iddiaçının adına olsa da, qardaşı həmin torpağı ona əvəzsiz verir və orada daimi olaraq, o, öz ailə üzvləri ilə birlikdə yaşayacaq, iddiaçı isə həmin torpaq sahəsini ona bağışlayacaq. Qardaşı olduğuna görə iddia çıya inanmış və orada fərdi yaşayış evi inşa edərək ailə üzvləri ilə birlikdə yaşamışdır.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1413/2023 nömrəli mülki iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi və torpaq sahəsinin üzərində 65 kv.m ölçüdə tikili əvvəllər tərəflərin ataları Namaz İsmayılova məxsus olmuşdur. Həmin ev 1960-cı ildə ataları tərəfindən inşa edilmişdir. Atası 1988-ci ildə öldükdən sonra aqrar islahatları zamanı evin yerləşdiyi torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə qardaşı Novruzun adına verilmiş və həmin torpağa dair iddiaçıya müvafiq “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Cavabdeh ev inşa edilən vaxtdan hazırkı vaxtədək mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş 65 kv.m olan köhnə tikilidə yaşayır. Həmçinin müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş 65 kv.m olan tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
15. Məhkəmə Mülki Məcəllənin 152.1-152.5-ci maddələrinə və Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçı mübahisəli t orpağa dair mülkiyyət hüququnu 1998-ci ildə əldə etdiyindən və hazırkı tərəflər arasında mübahisəli hüquq münasibətləri həmin tarixdən yarandığına görə, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının tələblərini, eləcə də cavabdehin mübahisəli torpaq sahəsinin üzərində yerləşən evdən xx.xx.2000-ci il tarixdən əvvəl istifadə etdiyini, həmin evin gözlənilən mülkiyyət olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəli torpağın üzərində yerləşən evə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. 16. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsində gös tərilirdi ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasın da mübahisələr məhkəmə qaydasında həll edilir.
17. Həmin Məcəllənin 53-cü maddəsində isə göstərilirdi ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və on un ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
18. İşin müəyyən edilən və mübahisə olunmayan halıdır ki, mübahisəli torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə iddiaçıya verilmiş və həmin torpağa dair o müvafiq “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə almışdır. Həmçinin işin mübahisəsiz halıdır ki, cavabdeh Şamil İsmayılov ev inşa edilən vaxtdan hazırkı vaxtədək mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş 65 kv.m köhnə tikili olan evdə yaşamaqla həmin ev onun istifadəsində və sahibliyindədir.
19. Göründüyü kimi, cavabdeh ailə üzvü olmaqla mübahisəli torpaq sahəsinin üzərində yerləşən atasına məxsus olmuş 65 kv.m olan evdə 1960-cı ildən hal-hazırkı vaxtadək yaşamağa davam edir. O, mübahisəli to rpaq sahəsinin üzərində yerləşən evdən atasının razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmışlar. Hazırda da həmin ev cavabdehin istifadəsində və sahibliyindədir. Belə olan halda kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən evə dair onun istifadə hüququ yaranmışdır.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsinin üzərində yerləşən evə dair istifadə hüququ var və mübahisəli həyətyanı torpaq sahəsi həmin evin ayrılmaz tərkib hissəsi olmaqla, həmin evə xidmət edir. Ona görə də, cavabdeh Şamil İsmayılovun sözü gedən torpaq sahəsindən çıxarılması qanuni əsaslara söykənmir. Həmçinin cavabdehin mübahisəli torpaq sahəsində yerləşən evdən istifadə hüquququnun olması torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır:
1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin mübahisəli torpağın üzərində yerləşən 65 kv.m olan evə istifadə hüququ olduğundan, onun iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması a ncaq iddiaçının həmin torpaq sahəsi üzərində olan evə də mülkiyyət hüququ əldə etdikdən sonra mümkün ola bilər.
22. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil Nümayəndə) kassa siya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mülkiyyətçi olaraq iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmış, kobud şəkildə pozmuş və mülkiyyətçi olaraq mülkiyyətindən məhrum etmişdir. İddiaçı iddia tələbinin əsası olaraq məhkəməyə mötəbər sübut təqdim etmişdir. Mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş və müvafiq ekspert rəyi ilə təsdiq olunmuşdur ki, cavabdeh həmin torpaq sahəsini tam şəkildə zəbt etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən buna heç bir mövqe bildirilməmiş, çox səthi bir araşdırma aparılmışdır. Cavabdeh iddia tələbinin rədd olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.
25. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152-ci, Torpaq Məcəlləsinin 67-ci, Mülki Prosessual Məcəlləsinin 14, 77, 216218-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
26. Cavabdeh apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında həmçinin bildirmişdir ki, arvadına məxsus başqa yerdə torpaq sahəsi olmuşdur. İddiaçı 2016-cı ildə Bakı şəhərinə köçdüyünü bildirərək ondan xahiş etmişdir ki, torpaq sahələrini dəyişsinlər. Bundan sonra aravadına məxsus torpağı iddiaçıya vermişlər, oda həmin torpağı sataraq pulunu özünə götürmüşdür. Bu danışıqlar 20 il əvvəl olmuşdur. Mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına 130 kv.m ölçüdə yeni ev inşa etdirmişdir. İddiaçı da bundan məlumatı olmuşdur.Torpaq sahəsinin üzərində yerləşən köhnə tikilidə əvvəldən özü, yeni tikilidə isə oğlu yaşayır.
27. Məhkəmə kollegiyasının iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində 2 yaşayış sahəsi var. Könhə tikili tərəflərin atasına xəsus olmuş iddiaçı və cavabdeh ailələri ilə birlikdə yaşamışlar. Cavabdeh yalan danışır. Çünki iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin dəyişdirilməsi ilə bağlı hər hansı razılaşma olmamışdır. Tərəflərin münasibətləri əvvəllər yaxşı olmuş, sonradan isə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbay can Respublikasının Konstitusiyası
29. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır.
31. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
32. Maddə 33.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
33. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
34. Maddə 71.1. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə e tmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
37. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
38. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
39. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilə r və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
40. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləs i
41. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci ildən xx.xx.2009-cu ilədək qüvvədə olmuş)
42. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətənd aşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
43. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi il ə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı 44. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə 1982-ci ildən qüvvədə olan Mənzil Məcəllə sinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması barədədir.
55. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
56. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən sübut kimi JN-164A seriyalı KOD 50400058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə təqdim olunmuşdur. Həmin şəhadətnamə torpaq islahatı zamanı torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə AİK-nin qərarı əsasında hazırlanmışdır. İddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə AİK-nin qərarı və sözügedən şəhadətnamə, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır.
57. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasının müəyyən edilməsindən ibarətdir.
58. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həqiqətən də cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edir.
59. Bundan sonra mübahisənin h əllində növbəti mərhələ, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsindən çıxarılması üçün zəruri hüquqi əsasların təhlil olunmasıdır.
60. Çünki Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
61. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
62. Apelyasiya instansiyası məhkəməsi bu cür təhlil zamanı müəyyən etmişdir ki, cavabdeh həmin torpaq sahəsində tərəflərin atasına məxsus olmuş və cavabdehin 1960-cı ildə doğulandan sonra fasiləsiz yaşadığı ev yerləşir və cavabdeh hazırda da həmin evdə yaşayır.
63. İşin bu halı, iddia tələbinin bəsit məzmunda olan torpaq sahəsindən çıxarılması barədə tələb kimi araşdırılmasını deyil, məsələnin zahiri mənzərəsin i adlayaraq dərinə nəzər salınmasını, tərəflərin arasında mövcud olan vəziyyətin reallıqlarını müəyyən edib təhlil olunmasını tələb edir. Çünki cavadehin mübahisəli torpaqdan istifadə etməsi, həmin torpaq sahəsi üzərində yerləşən evdən istifadə etməsi ilə sıx bağlıdır. Başqa sözlə, iddia tələbinin düzgün həlli üçün həm də cavabdehin mübahisəli evdən istifadə etməsinin hüquqi əsasının olub olmamaması müəyyən edilməlidir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də məhz bu mövqedən çıxış etməklə, cavabdehin evdən istifadə üzrə münasibətlərin yarandığı zaman qüvvədə olmuş (xx.xx.2009-cu ilədək) Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən müəyyən etmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsindən istifadə hüququ vardır.
64. Bu halda, verilmiş iddia tələbinin cavabdehin evdən isti fadə hüququna müdaxilənin yolverilənliyi baxımından təhlili tələb olunur. Apelyasiya instansiyası məhkəməsi də bu cür təhlil aparmaqla o nəticəyə gəlmişdir ki, cavabdehin evdən istifadə hüququna əvəz ödənilməklə xitam verilə bilər.
65. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması və gəldiyi nəticə ilə razılaşır. Çünki cavabdehin mübahisəli torpaq sahəsində yerləşən, atalarına məxsus olmuş evdə daimi yaşaması və təsərrüfat aparması məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi müəyyən olunub. Bu hal, həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən cavabdehin evdən istifadə hüququnun tanınması üçün əsasdır. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi isə həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə e dən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (MM 158.3-cü maddəsi). Baxılan işdə cavabdehin mübahisəli torpaq sahəsində yerləşən evdən qanuni əsaslarla yaranmış istifadə hüququ vardı və torpağa mülkiyyət hüququnun iddiaçıya keçməsi, həmin hüququn aradan qalxmasına əsas vermirdi.
66. Bundan başqa, işin halları ilə cavabdehin mübahisəli torpaq sahəsində yerləşən evdə qanuni əsaslarla 1960-cı ildən yaşayıb istifadə etməklə, sıx təsərrüfat-məişət bağlılığı müəyyən edildiyinə görə, habelə torpaq sahəsinə mülkiyyət hüququ iddiaçıya keçdiyi 1998-ci ildən sonrakı dövrdə (24 il) cavabdehə qarşı iddia qaldırıb torpaq sahəsindən istifadə etməyə son qoymasını tələb etməməsi, işin hallarına həm də Mülki Məcəllənin 560-cı maddəsində bəhs olunan hüquqdan sui-istifadə müddəalarına u yğun yanaşmanı tələb edir. Çünki həmin norma, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsini, hüquqdan sui-istifadə kimi qiymtələndirir və bu əsasa söykənən iddianın yolverilməzliyini müəyyən edir (MM 560.3.4).
67. Baxılan işdə iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcud deyildir və apelyasiya instansiyası məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
69. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki hall arı ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1413/2023 nömrəli, 13 iyun 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar