Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4429/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1790/2019 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin edilmiş, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc, on un tərəfindən notariusun informasiya sisteminə ödənilmiş 92 (doxsan iki) manat, kredit müqaviləsinə görə ödədiyi cəmi 24 (iyirmi dörd) manat və 30 (otuz) manat dövlət rüsumu, cəmi 8146 (səkkiz min yüz qırx altı) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Hüseynov, M.Hüseynov və G.Abbasov) Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1790/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğdə borcun, xx.xx.2018-ci il tarixdə Reyestrdə 3 M-277 nömrə ilə qeyd edilmiş notariusun informasiya sisteminə ödənilmiş 92 (doxsan iki) manatın, “xxxx'’ ASCnə xx.xx.2019-cu il tarix li kredit müqaviləsinə bir qəbz 16 (on altı) manat, 8 (səkkiz) manat olmaqla, cəmi 24 manatın və həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun, cəmi 8146 (səkkiz min yüz qırx altı) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, 8146 manatın bankda cavabdehin adına depozitə qoyulması barədə sübut yoxdur. Ona cəmi 2000 manat pul verilmidir və həmin məbləği qaytarmışdır. Prosessual məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkə mə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut ki mi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə ba ğlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, notarial qaydada təsdiqlənmiş xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi ilə İddiaçı Cavabdeh 8000 manat borc pul vermiş və Cavabdeh borcu xx xxxxxx 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxx 2019-cu il tarixli, 64-150, 64-151, qəbzlərdən görünür ki, İddiaçı “xxxx” ASC-nə 92 manat və 8 manat məbləğində pul ödəmişdir. xx xxxxx 2019-cu il tarixli TT**********179800 və TT**********52716 nömrəli qəbzlərdən görünür ki, İddiaçı 8000 manat və 16 manat məbləğində pulu “xxxx” ASC vasitəsi ilə Cavabdeh hesabına göndərmişdir. Müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 20 19-cu il tarixdə bağlanmış notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabehə müqavilə imzalandığı gündən xx xxxxxx 2019-cu il tarixədək faizsiz olaraq 8000 manat məbləğində borc pul vermişdir. Kredit müaqiləsinə müvafiq olaraq iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinəyetirsə də cavabdeh borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər ə vəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Müqavilə bilavasitə tərəflərin iştirakı ilə bağlanmış və onlar tərəfindən imzalanmışdır. Öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edən Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müəyyən olunduğu kimi, tərəflər arasında onların öhdəliklərini dəqiq müəyyən edən müqavilə bağlanmış və həmin müqavilənin məzmunu belə bir nəticəyə gəlməyə əsas verir ki, müqavilənin predmeti olan 8000 manat pul məbləği Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Apelyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh 8146 (səkkiz min yüz qırx altı) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Cavabdeh öz etirazlarını sübuta yetirə bilməmiş, mübahisə ilə bağlı ziddiyyətli məlumatlar verməklə izahatlarının həqiqiliyini şübhə altına almışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan 8000 manat borc alaraq 6000 manat qaytardığını yazırdı, hazırkı kassasiya şikayətində isə cəmi 2000 manat almasını yazır. Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4429/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4429/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver