Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4430/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və hərracın yekunları barədə protokolun eti barsız hesab edilməsi! tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2763/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanan 11 noyabr 2014-cü il tarixli 4-G-1-01299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsinin və 22 dekabr 2016-cı il tarixli əlavə sazişin təminatı kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
2. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1553/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı 61731,54 manat kredit borcunun, 35 manat məhkəmə xərcinin tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın yuxarıda göstərilən ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 118000 manat müəyyən olunması, evin İddiaçı tərəfindən boşaldılması və açıq hərracdan satılması, satışdan əldə olunan pulun iddianın təmin edilən hissəsində banka ödənilməsi qət edilmişdir.
3. Hərracın yekunları barədə 29 oktyabr 2021-ci il tarixli, 73/01-2 nömrəli protokola əsasən ipoteka predmeti olan evin ilkin hərrac qiyməti 118000 manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı qiymətlə, yəni 100300 manatla çıxarılmış, təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərr ac qiymətindən 25% aşağı, yəni 75225 manata tələbkar Cavabdeh1 ASC-yə təklif edilmiş və tələbkar həmin qiymətlə əmlakı qəbul etmişdir.
4. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən 19 fərdi yaşayış evi Cavabdeh1 ASC-nin adına qeydiyyatdan keçmiş və hazırda Bankın mülkiyyətindədir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 19 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq e dən dövlət reyestrindən çıxarışın iddiaçıya qayatrılması və "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanan 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsinin və 22 dekabr 2016-cı il tarixli əlavə sazişin təminatı kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü ed ilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1553/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı ümumilikdə 61731,54 manat kredit borcu tutulub, tutma həmin ipoteka predmetinə yönəldilib və ipoteka predmetinin ilkin satış qiyməti 118000 manat müəyyən olunub. İcra sənədi icraya yönəldilmiş və Abşeron rayon İcra Şöbəsi tərəfindən əmlaka qoyulan 118000 manat satış qiyməti ilə "xxxx" MMC Hərrac Mərkəzinə sifariş verilmişdir.
8. Əmlakla bağlı "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən hərraclar keçirilmiş və təkrar hərrac baş tutmadığı üçün ipoteka saxlayana əmlakın əldə edilməsi üçün təklif göndərilmişdir. İpoteka saxlayan Cavabdeh1 ASC tərəfindən xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokol imzalanaraq əmlak əldə edilmişdir. 9. "xxxx" MMC Hərrac Mərkəzi tə rəfindən hərraclar keçirilmiş və təkrar hərracın baş tutmaması barədə 26 oktyabr 2021-ci il tarixdə “Birja yenilikləri” qəzetində elan dərc edilmişdir. Bundan sonra əmlak Hərrac Mərkəzi tərəfindən “İpoteka haqqında” AR Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka predmetinin 30 təqvim günü ərzində əldə olunması üçün ipoteka saxlayana təklif olunmuşdur, ipotekasaxlayan Cavabdeh1 ASC xx.xx.2021-ci il tarixdə hərracın yekunları barədə protokol imzalayaraq əmlakı əldə etmişdir. Halbuki “İpoteka haqqında” qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Yuxarıda adı çəkilən əmlak isə ipoteka saxlayan tərəfindən 33-cü təqvim günündə əldə edilmişdir.
10. Hərrac Mərkəzi tə rəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, ipoteka saxlayan ipoteka predmetini xx.xx.2021-ci il tarixli protokola əsasən əldə etmişdir. Beləliklə, “Birja yenilikləri” qəzetində xx.xx.2021-ci il tarixdə çıxmış elana əsasən təkrar hərrac baş tutmamışdır. Məhz elanın dərc olunduğu tarix xx.xx.2021-ci il olduğu üçün ipoteka saxlayan tərəfindən ipotekanın əldə edilməsi üçün son müddət xx.xx.2021-ci il tarixidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur: 1.Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi; 2.İpoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka predmetinin əldə edilməməsi.
11. Külək MMC tərəfindən Cavab deh1 ASC-yə ipoteka predmetinin əldə edilməsi üçün xx.xx.2021-ci il tarixdə təklif göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş “ipoteka predmetinin əldə edilməsi” termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu, ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Belə ki, "İpoteka haqqında" Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmas ı barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunun tələbindən göründüyü kimi 30 təqvim günü ərzində protokolun imzalanması ipoteka saxlayanın ipoteka predmetini əldə etməsi kimi başa düşülür. Bu barədə də qanunverciliyin mövqeyi birmənalıdır və heç bir sual doğurmur.
12. İddiaçı tələbinin əsası kimi “İpoteka haqqında” Qanunun 43.7.-1, 43.8-ci maddələrinə və “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad etmişdir.
13. Cavabdeh1 ASC-nin nümayəndəsi iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən tərəfindən vəkil sorğusuna cavab məktub unda protokolun tarixində texniki səhv gedib. Əslində, hərracın nəticələrinə dair yekun protokola və alqı-satqı müqaviləsinə əsasən, ipoteka predimeti olan əmlak 26 oktyabr 2021-ci il tarixdə ipoteka saxlayana təklif edilmiş, 29 oktyabr 2021-ci il tarixdə alqısatqı müqaviləsi bağlanaraq əmlak bankın balanasına götürülmüşdür; - ipoteka predimeti əldə edilərkən heç bir müddət pozuntusuna yol verilməmiş, yalnız "xxxx" MMC Hərrac Mərkəzinin məktubunda texniki olaraq protokolun tarixi xx.xx.2021-ci il əvəzinə xx.xx.2021-ci il göstərilmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2(004)757/2022 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim Kərim Xudayev)
15. Birinci instansiyası məhkəməsi işdəki sənədlərə əsasən müəyyən edib ki, "xxxx" MMC Hərrac Mər kəzi tərəfindən təkrar hərracın baş tutmaması barədə 26 oktyabr 2021-ci il tarixdə “Birja yenilikləri” qəzetində elan dərc edilmişdir. Bundan sonra, “Hərrac Mərkəzi "xxxx" MMC xx.xx.2021-ci il tarixdə Banka təklif məktubu göndərmiş, əmlakı 30 təqvim günü ərzində almayacağı təqdirdə icra sənədinin geri qaytarılacağını bildirmişdir. Bank bu təklifi qəbul etmiş və xx.xx.2021-ci il tarixdə müvafiq razılıq məktubunu “Hərrac Mərkəzi "xxxx" MMC-yə göndərmişdir. Nəticədə ipoteka saxlayan ilə hərrac təşkilatı arasında “İpoteka haqqında” Qanunun tələblərinə əsasən 29 oktyabr 2021-ci il tarixdə 73/01-2 saylı hərrac protokolu rəsmiləşdirilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır.
16. Birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd edib ki, iddiaçı cavabdeh Hərrac Mərkəzi tər əfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli a/5022 saylı məktuba əsasən, hərracın yekunlarına dair protokolun xx.xx.2021-ci il tarixdə imzalanmasını qeyd edərək, ipoteka saxlayan tərəfindən ipoteka predimetinin 30 təqvim günü müddətində əldə edilməməsini iddia etsə də, iş materiallarında olan hərracın yekunları barədə protokoldan həmin protokolun 29 oktyabr 2021-ci il tarixdə rəsmiləşdirilməsi, bununla da ipoteka saxlayan tərəfindən ipoteka predmetinin qanunda nəzərdə tutulmuş müddətdə əldə etməsi və qeyd edilən məktubda hərracın yekunlarına dair protokolun imzalanması tarixinin texniki səhv olaraq xx.xx.2021-ci il göstərilməsi təsdiq edilir.
17. Birinci instansiyası məhkəməsi hesab edib ki, bankın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində müəyyənləşdirilmiş 30 günlük müddəti ötür müş olması nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, Qanunun tələbinə uyğun olaraq, 30 gün ərzində, yəni X1 arasında 29 oktyabr 2021-ci il tarixli “hərracın yekunları barədə protokol” rəsmiləşdirilmişdir. İpotekaya xitam verilməsi üçün əsaslar mövcud deyildir.
18. Birinci instansiyası məhkəməsi vurğulayıb ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olur. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də “İpoteka haqqında” Qanunda hərraca dair qayda ların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Məhkəmə araşdırması zamanı hərracın qanunvericliyin tələbinə uyğun keçirildiyi və etibarsızlığı üçün əsasların olmadığı müəyyən edilmişdir.
19. Birinci instansiyası məhkəməsi “ipotekaya xitam verilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin “həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qayatrılması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə iddia tələbinin əsas hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə al araq belə qənaətə gəlib ki, iddia tələbi “həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması” hissəsində də təmin edilə bilməz.
20. Birinci instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun tələblərinə və işin faktiki hallarına əsasən belə qənaətə gəlib k, iddia əsassızdır.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 415.2-ci, 416.1ci, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2-ci, 42.1-ci, 43.1-43.4-cü, 43.7-ci, 43.8-ci və 44-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia ərizə sində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını göstərmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2763/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır, Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2(004)-757/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən-mərizəçi), Şərafət Məmmədova, Fuad Babayev)
25. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qərarını n icrası sahəsində (Sumqayıt Apellyasiya Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirmişdir
26. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nətcəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq göstərib ki, hazırki mübahisə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdən sonra ipoteka saxlayanın 30 təqvim günü ərzində ipoteka predmetini əldə edib-etməməsi ilə bağlı sahədə yaranmışdır. İddiaçının tələbinə görə ipoteka saxlayan qeyd edilən müddət ərzində ipotekanı əldə etməmişdir (ipotekanı 33 gün sonra əldə etmişdir), bu səbəbdən də ipotekaya xitam verilməlidir. Lakin işdə olan sübutlardan açıq-aş kar görünür ki, ipoteka saxlayan (Cavabdeh1 ASC) “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən müddət ərzində ipotekanı əldə etmiş, bu istiqamətdə 29 oktyabr 2021-ci il tarixli 73/01-2 saylı hərrac protokolu rəsmiləşdirilmiş və eyni tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının istinad etdiyi hərrac təşkilatı tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli, a/5022 saylı məktubda hərracın yekunlarına dair protokolun xx.xx.2021-ci il tarixdə imzalanması barədə qeyd isə texniki səhv olmaqla işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. Eyni zamanda, məktubda olan məlumatlar, analoji halları təsdiq edən sənədlərin özündən üstün sübut kimi qəbul edilə bilməz. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbini əsaslandırmamışdır. Bu nunla yanaşı, iddiaçı hərracın yekunları barədə protokolun da qanunsuzluğu (etibarsızlığı) istiqamətində məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, tələbini formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
27. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Məhz bu maddəyə əsasən hərrac protokolu 30 təqvim günü ərzində deyil, 33 təqvim günü ərzində imzalanıb. Və bu da ipoteka predmetinə xitam verilmə üçün əsasdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə bu tələblərə əməl etməmiş, sübutlara qi ymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz verilməyib. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun 43.1-43.4-cü, 43.7-ci, 43.8-ci və 44-cü Maddə 43.8. İpoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsind ə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbləri, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 26-cı bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.
37. Belə ki, iddiaçı tələbinin faktiki əsası kimi ipoteka saxlayanın ipoteka predmetini ikinci hə rrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etməməsinə, bunun sübutu kimi isə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən 29 noyabr 2021-ci ildə əldə edilməsi barədə Hərrac Mərkəzini ona ünvanlanmış məktubuna istinad etmişdir.
38. Tələbin hüquqi əsasını “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi təşkil edir. Həmin normaya görə ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin təmin ediməsi o halda mümkündür ki, ipoteka sa xlayan ipoteka predmetini ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etməsin.
40. İşin məhkəmələr tərəfindən müəyyən erdilmiş hallarına görə isə təkrar hərracın baş tutmaması barədə 26 oktyabr 2021-ci il tarixdə “Birja yenilikləri” qəzetində elan dərc edilmiş, Hərrac Mərkəzi xx.xx.2021-ci il tarixdə Banka (ipoteka saxlayana) təklif məktubu göndərmiş, Bank bu təklifi qəbul etmiş və 29 oktyabr 2021-ci il tarixdə 73/01-2 saylı hərrac protokolu rəsmiləşdirilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır.
41. Göründüyü kimi, iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallar (ipoteka saxlayanın ipoteka predmetini ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etməməsi) müəyyən edilməmiş, əksinə, ipoteka saxlayanın ipoteka predmetini qanunvericlikdə nəzərd ə tutulmuş müddətdə əldə etməsi müəyyən edilmişdir.
42. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normasının dispozitiv şərtlərinə uyğun olmadığından iddia tələbinin təmin edilməsi istisna edildiyi üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2763/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.