Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4431/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4431/2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkilin iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli 2(103)4034/2018 nömrəli qərardadından iddiaçı Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsitərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ünvan 1 ünvanında yerləşən 0,412 ha torpaq sahəsinə dair verilmiş sənədlərin (Bakı şəhər icra Hakimiyyəti Başçısının 198 saylı 24 dekabr 1997-ci il tarixli sərəncamı, 10222 nömrəli inşaat pasportu və keçmiş Dövlət Torpaq və xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş torpaqdan daimi istifadə hüququna dair 01.05.2003-cü il tarixli Dövlət Aktı) etibarsız hesab edilməs i barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 2(004)11538/2017 saylı qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Sənan Firudin oğlu Hacıyevin sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və Raqib Əliddin oğlu Qurbanov) 14.03.2018-ci il tarixli 2(103)-4034/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh MTK-nə 0,412 hektar torpaq sahəsinə dair verilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun verilməmişdir və həmin sənədlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyildir. Buna görə də müvafiq torpaq sahəsinə dair verilmiş sənədlər etibarsız hesab edilməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin 24 dekabr 1997-ci il tarixli 1398 saylı sərəncamına əsasən müvafiq torpaq sahəsi Cavabdeh MTK-nın mülkiyyətinə deyil, istifadəsinə ayrılmışdır və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 01 may 2003-cü il tarixdə verilmiş JN 952 saylı dövlət aktında da müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququ deyil, daimi istifadə hüququnun qeydə alınması qeyd olunmuşdur. Mövcud qanunvericiliyin tələblərinə əsasən yerli (rayon və ya şəhər) icra hakimiyyətləri tərəfindən torpaq sahələri mənzil-tikinti kooperativlərinin mülkiyyətinə deyil, yalnız daimi istifadəsinə verilə bilər. Həmçinin, torpaq qanunvericiliyinin tələbinə əsasən kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə torpaq sahələri yalnız bələdiyyələr tərəfindən yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından qeyd olunan məqsədlər üçün v erilir. Bundan başqa, İdarənin elektron baza məlumatlarına əsasən müvafiq torpaq sahəsinin bir hissəsində paylı mülkiyyətdə olan(yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyətin növü-dövlət,hüququn növüistifadə olmaqla) və 1/6 hissəsi X6, 1/8 hissəsi X4,1/8 hissəsi X5, 1/8 hissəsi X8, 1/18 hissəsi X2, 1/18 hissəsi X7, 1/18 hissəsi X3, 1/16 hissəsi X12,1/8 hissəsi(açıq qalır) X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi yerləşir. Lakin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunan hallar nəzərə alınmadan qanunsuz olaraq digər fiziki şəxslərin qanuni istifadəsində olan torpaq sahəsinə dair Cavabdeh MTK-na sənədlər verilmişdir. Bununla da həmin şəxslərin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Müvafiq işə apellyasiya instansiya məhkəməsində baxıla rkən müvafiq iş üzrə məhkəmə bildirişi məhkəmə tərəfindən İdarəyə gec göndərildiyindən məhkəmə bildirişi İdarəyə iş üzrə qərar qəbul edildikdən sonra yəni 19.03.2018-cil il tarixdə daxil olmuşdur. Bu səbəbdən də, İdarənin müvafiq məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Odur ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Digər proses işti rakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etm əkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 14.03.2018-ci il tarixli qərardadı ilə tərəflərin subyektiv tərkibi və tələbi baxımından hazırki işə ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmaması nəticəsinə gəlməkdəhaqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli 2(103)-4034/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Elşanə Vəliyeva Hakimlər: Qürbət Əsgərov Ənvər Şadiyev
Məhkəmə qərarları › İş №2(102)-4431/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4431/2018
05.07.2018 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver