Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4431/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi X1 xxx ni maraqlı şəxs kimi cəlb etdiyi iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) 18.11.2020 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs xxx nin vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs xxx tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları
1. Ərizəçi, xx.xx.1980-xx.xx.1993-cü illərdə Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində buldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləməsi faktının müəyyən edilməsini xahiş edir. Ərizəçi bildirir ki, erməni təcavüzü nəticəsində Kəlbəcər rayonu və onun ətraf kəndləri işğala məruz qaldığından 1993-cü ildən məcburi olaraq köçkün düşmüşdür və ona məxsus hüquq müəyyənedici sənədlər orada qalmışdır. Məcburi köçkün kimi Binəqədi rayonun ərazisində məskunlaşmışdır.
2. Maraqlı şəxs isə ərizəçiyə ünvanladığı məktubda bildirmişdir ki, ikinci dərəcəli əlilliyə görə əmək pensiyası hüququ ərizəçinin 54 yaş həddinə görə tələb olunan 13603,60 manat pensiya kapitalı olduqda yaranır. Ərizəçinin əmək kitabçasındakı iş stajı xx.xx.2006-cı il tarixədək 7 il təsdiq oluna raq 4645.55 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarixdən sonrakı dövrü üzrə fərdi hesabı sığorta sığorta hissəsində 4243.81 manat pensiya kapitalı olduğu müəyyən edilmişdir. Nəticədə tələb olunan pensiya kapitalı toplanmadığı üçün ərizəyə imtina cavabı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1980-xx.xx.1993-cü il tarixdə (xx.xx.1984-xx.xx.1986-ci il tarixlərində həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla) Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləyərək əmək stajına malik olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim G.Abbasova) xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-7477/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1980-xx.xx.1993-cü illərdə Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində buldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləməsi faktı öz təsdiqini tapmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sədrlik edən və məruzəçi), E.Kazımov və İ.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və ə saslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. Maraqlı şəxs kassasiya şikayəti verərək qətnamənin ləğv, ərizənin rədd edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, əmək kitabçasının itdiyini qeyd etsə də, bunu təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. Bununla yanaşı, ərizəçi öz tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan hər hansı yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiya məhkəməsi isə buna baxmayaraq yalnız bir şahid ifadəsinə əsasən hüquqi əhəmiyyətli olan fakt kimi ərizəçinin əmək stajı faktını müəyyən etmiş, əlavə şahidlər işə cəlb olunmamış, ərizədə qeyd olunan xüsusatlarla bağlı məhkəmə tərəfindən ətraflı araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
12. Ərizəçi məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
14. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
15. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
16. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məs ələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarı:
19. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
20. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
25. İşdə olan Azərbaycan Respublikası ƏƏSMF yanında DSMF Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Ərizəçinin xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləməsini təsdiq edən sənədi (əmək kitabçasını) şöbəyə təqdim edilmədiyindən əmək pensiyasının təyin edilməsi mümkün deyildir.
26. İşdə olan Azəriittifaq Bakı Biznes və Kooperasiya kolleci tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 112 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Ərizəçi həqiqətən Bakı “Gənc Kooperator” Tədris -Ticarət birliyinin Bakı Biznes və Kooperasiya Kollecinin 2 nömrəli yataqxanasında (Azadlıq pr 161A, otaq 407) ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş hərbi biletin surətindən görünür ki, X2 xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmışdır.
27. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X3 ərizəçinin xx.xx.1980ci il tarixdən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləməsini təsdiq etmişdir. Həmçinin M.Gülməmmədov özünə aid əmək kitabçasını məhkəməyə təqdim etmişdir.
28. İşin hallarından müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1980-xx.xx.1993-cü il (xx.xx.1984xx.xx.1986-ci il tarixlərində həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla) tarix də Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində buldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləmişdir.
29. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Ərizəçi xx.xx.1980-xx.xx.1993-cü il (xx.xx.1984- xx.xx.1986-ci il tarixlərində həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla) tarixdə Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləməsi faktını müəyyən etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
30. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: xxx nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.