Məhkəmə qərarları › İş №2(102)-4431/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4431/2023

29.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4431/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququna xitam verilməsi; ipoteka predmeti əmlakın boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)1436/2023 nöm rəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri 12-ci mikrorayon ev 4, 55 saylı mənzildə qeydiyyatdadırlar. 2. "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli 681/21 №-li protokoluna görə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-227/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X1 məxsus Sumqayıt şəhəri 12-ci mikrorayon ev 4, 55 saylı mənzil (yeni qaydalarla: AZ5011 Sumqayıt şəhəri Koroğlu prospekti 616, M.5, m.2) ipoteka saxlayan İddiaçı BOKT ASC tərəfindən əldə edilmişdir. 3. "xxxx" MMC ilə İddiaçı BOKT ASC arasın da bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X1 məxsus Sumqayıt şəhəri 12-ci mikrorayon ev 4, 55 saylı mənzil (yeni qaydalarla: AZ 5011 Sumqayıt şəhəri Koroğlu prospekti 616, M.5, m.2) ipoteka saxlayan İddiaçı BOKT ASC tərəfindən 44.625 manata əldə edilmişdir.

4. Sumqayıt şəhəri 12-ci mikrorayon 4 saylı evin 55 saylı mənzilinin (yeni qaydalarla: AZ 5011 Sumqayıt şəhəri Koroğlu prospekti 616, M.5, m.2) mülkiyyətçisi İddiaçı BOKT ASC-dir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, cavabdehlərin Sumqayıt şəhəri 12-ci mikrorayon ev 4, 55 saylı (yeni qaydalarla: AZ5011 Sumqayıt şəhəri Koroğlu pr. 616, M5, m2) mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin və icra zamanı mənzildə olan şəxslərin həmin mənzildən çıxarılması, Sumqayıt şəhəri 12-ci mikrorayon ev 4, 55 saylı (yeni qaydalarla: AZ5011 Sumqayıt şəhəri Koroğlu pr. 616, M5, m2) mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1206/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia qismən təmin edilərək, cavabdehləribn mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılmaları, mənzilin tam şəkildə boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İş materiallarından görünür ki, cavabdehlər və onların ailə üzvlərinin mübahisəli mənzildə yaşamasının hər hansı hüquqi əsası mövcud deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisəli əmlak ipoteka ilə yüklü edildiyindən, hazırda həmin mənzil iddiaçının mülkiyyətində olduğundan cavabdehlərin orada yaşaması birincinin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməli və onlar həmin yaşayış sahəsindən çıxarılmalı, mənzil boşaldılmalıdır. Məhkəmə iddianın icra zamanı mənzildə olan şəxslərin həmin mənzildən çıxarılması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, bu hissədə mənzildən çıxarılmalı şəxslər konkret göstərilməmiş, tələb mücərrəd cavabdehlərə qarşı yönəlmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 ondan apellyasiya şikayəti vermişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1436/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətna məsi ilə (hakim İ.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Məmmədov və L.Rəhimlidən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, ““İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun qeyd edilən maddəsinin mənasından belə nəticəyə gəlmək olur ki, tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin daşınmaz əmlakı əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaltmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənz il (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 616, M.5, m.2) tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi Cavabdeh2 münasibətdə qanunidir.Həmin cavabdehin isə həmin daşınmaz əmlaka dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları apelyasiya şikayəti vermiş cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı BOKT ASC-nin Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzilin (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 616, M. 5, m.2) Cavabdeh2 tərəfindən boşaldılmasına, bütün əşyaların çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı BOKT ASC-yə təhvil verilməsinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, göstərdiyi halları təsdiq edəcək heç bir sübut təqdim etməmiş, apellyasiya şikayətini ümumiyyətlə əsaslandırmamış, qətnamənin ləğvi üçün dəlillərini qeyd etməmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.” a) Kassasiya şikayətinin dəlilləri

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan eyni cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlillərinə görə, mübahisəli məsələ ilə bağlı hərracın keçirilməsi ilə əlaqədar bildirişlər iddiaçının ünvanına gəlməmiş, təkrar hərracın keçirilməsindən heç bir xəbəri olmamışdır. Buradan da görünür ki, keçirilmiş hərrac mülki qanunvericiliyin tələblərinə zidd olaraq keçirimiş, cavabdehlər tərəfindən qərəzli şəkildə iddiaçıya məluamat verilməmişdir. Qanunsuz keçirilmiş hərracın nəticəsi olaraq iddiaçı məhkəməyə müraciət etmiş, cavabdehin hüquqlarını məhdudlaşdırıcı qətnamə qət etmişdir. Hal-hazırda da mübahisəli qətnamə həmin o qətnaməyə istinad e dilərək çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğu n olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Madd ə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 17. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; Maddə 59.4 (xx.xx.2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək redaksiyada). Bu Qanunun 59. 3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 233.3. Qətnamə qanuni q üvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya şikayəti bir cavabdeh tərəfindən verildiyi, şikayətdə qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

24. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlilləri qanuni qüvvəyə minmiş qətnamənin qanunsuzluğu ilə bağlıdır. Halbuki, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik kimi keyfiyyətlərini özündə əks etdirir. Məhkəmə qətnaməsinin qətiliyi qətnamənin qanuni qüvvəyə minməsindən sonra ondan şikayət və protest vermək imkanının olmamasından ibarətdir. Məhkəmə qətnaməsinin müstəsnalığı həll olun muş mübahisə üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılmasının, ona baxılmasının və mübahisələndirilməsinin yolverilməzliyində öz əksini tapır. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Məhkəmə qətnaməsinin icraedilənlik xüsusiyyəti ondan ibarətdir ki, qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası məcburidir.

25. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

26. Göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1436/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar