Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4432/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul" tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1104/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X12 xx.xx.2021-ci il tarixdə, saat 02:50 radələrində idarə etdiyi “LEXUS GS 350” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1küçəsində “Göyərçin” parkı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürətini kəskin olaraq azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almağın mümkün olması üçün ara məsafəsi seçməli olduğu halda və avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km sürətdən artıq idarə etməməli olduğu halda buna riayət etmə yərək və hadisənin qarşını almağa texniki imkanı olduğu halda tədbir görməyərək avtomaşını saatda 100 km sürətlə idarə edərək irəlidə hərəkətdə olan X4 idarə etdiyi “xxx” markalı **SK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi avtomobilin ön hissəsi ilə arxadan vurmuş və nəticədə ehtiyatsızlıqdan X1 ağır zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmişin ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuş, “xxx” markalı, **-SK*** dövlət qeydiyyat nişanlı avtomobilin bəzi hissələrini yararsız hala salmaqla 4800 manat məbləğində maddi ziyan vurmuş, yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım g östərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmaqla yol hərəkəti qaydalarını pozmuşdur.
2. Sumqayıt ŞPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli qərarına əsasən həmin iş üzrə Cavabdeh1 zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır.
3. Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli **********993 saylı ərizəyə əsasən Cavabdeh1 X7 törətdiyi avtoqəza nəticəsində vəfat etmiş X4 hüquqi varisi olaraq bildirmişdir ki, X12 ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmamışdır.
4. Zərərçəkmiş şəxsin hüquqi varisinin dindirilməsi protokoluna əsasən xx.xx.2021ci il tarixdə Cavabdeh1 X7 qohumlarının ondan üzrxahlıq etdiklərini və buna görə də onun Elşənə qarşı heç bir şikayəti, iddiası və tələbinin olmadığını bildirmişdir.
5. İddiaçı nümay əndəsi Vəkil1 Sumqayıt ŞPİ-nin İŞ-nə ünvanlanmış və xx.xx.2021ci il tarixdə idarəyə daxil olmuş ərizəsinə əsasən o, zərərçəkmiş şəxs X4 qanuni rəsmi nikahda olduğu arvadı İddiaçı zərərçəkmişin hüquqi varisi kimi tanınmağını xahiş etmişdir.
6. Sumqayıt ŞPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, Cavabdeh1 isə zərərçəkmişin hüquqi varisi kimi fəaliyyətinə xitam verilmişdir.
7. Zərərçəkmiş şəxsin hüquqi varisinin dindirilməsi protokoluna əsasən xx.xx.2022ci il tarixdə İddiaçı X6 hər hansı şikayət və tələbinin olmadığını, sürücünün yaxınları tərəfindən qayınanası Firuzəyə ödənilmiş olan 30000 manat məbləğində pulu mülki qaydada qayınanasından məhkəmə yolu ilə tələb edəcəyini bildirmişdir.
8. Cavabdeh1 Azərbaycan Respublika sı Daxili İşlər Nazirliyinə xx.xx.2022-ci il tarixdə, Birinci vitse-prezidentin Katibliyinə xx.xx.2022-ci il tarixdə və Azərbaycan Respublikası Prezident Administrasiyasına xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizələrinə əsasən un qohumları tərəfindən ona 30000 manat məbləğində pulun təklif edildiyi, dəfələrlə onunla danışıqlar aparıldığı, onun heç bir şəkildə təklif olunan pulu qəbul etmədiyini, sonradan qəzaya səbəb olan un anasız-atasız, himayəsində 6 aylıq körpəsinin olduğunu bildikdən sonra şikayətini geri götürərək sonuncuların təklifi ilə barışıq imzaladığını, həmçinin həmin 30000 manat pulun Sumqayıt şəhər 4 saylı notariat kontorunun bank hesabına yoldaşı Cavabdeh2 adına köçürüldüyünü, bir neçə gün sonra pulun yoldaşı tərəfindən çıxarıldığını bildirmişdir. Həmçinin o, pul ona veri lərkən pulun mərhum oğlunun yas mərasiminə görə verildiyi də bildirmişdir.
9. Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli **********368 saylı ərizəyə əsasən İddiaçı X7 törətdiyi avtoqəza nəticəsində vəfat etmiş X4 hüquqi varisi olaraq bildirmişdir ki, X12 ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmamışdır.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclasının protokoluna əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı qaynanası Cavabdeh1 barışdığını gördükdən sonra onun da qarşı tərəflə barışıq əldə etdiyini, Cavabdeh1 kompensasiya alıb, amma nəvələri ilə bölüşmədiyini demişdir. Cavabdeh1 kompensasiya kimi alınan pulun oğlunun ilinə xərcləndiyini bildirmişdir. Cavabdeh1 30000 manat pulu ald ığını, uşağının yas mərasiminə xərclədiyini, o puldan gəlinə və nəvələrinə heç nə vermədiyini və pulun hamısının xərcləndiyi demişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-503/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən X12 CM-nin 263.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
12. Həmin hökm ilə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs X12 ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmamışdır. Məhkəmə X7 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 manat məbləğində pulun və 180 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü ildə X9 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X13 və X8 adlı iki uşaqları var. X9 xx.xx.2021-ci il tarixdə idarə etdiyi “xxx” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin X7 idarə etdiyi “LEXUS GS 350” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vəfat etmişdir. X2 təqsiri nəticəsində baş vermiş və o, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-503/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinmişdir.
15. Cavabdehlər iddiaçının qayınanası və qayınatasıdır. Onlar yol-nəqliyyat hadisəsi baş verəndən sonra özlərini zərərçəkmiş şəxsin hüquqi varisi kimi təqdim edərək, təqsirkar şəxs la barışmaq, ondan şikayətçi olmamaq üçün onun ailə üzvlərindən 30000 manat pul alaraq mənimsəmiş və aldıqları kompensasiya məbləğini iddiaçıya və onun iki azyaşlı övladına verməli olduqları halda verməmişlər.
16. Sumqayıt Şəhər Məhkəməsində cinayət işinə baxılarkən c avabdeb Cavabdeh1 qarşı tərəfdən 30000 manat kompensasiya aldığını və həmin məbləğdən iddiaçıya və onun övladlarına bir qəpik də olsun vermədiyini etiraf etmişdir. Bu barədə məhkəmə iclas protokolu və audio-video çəkiliş mövcuddur.
17. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi iddiaçı tanınmış və iddiaçı cavabdehlərin təqsirləndirilən şəxsdən 30000 manat alaraq şikayətçi olmamaları barədə ərizə verdiklərini nəzərə alaraq, humanistlik göstərərək, təqsirləndirilən şəxsdən şikayətçi olmamışdır. Göründüyü kimi cavabdehlər iddiaçının və onun övladlarının almalı olduqları kompensasiyanı almaqla əsassız varlanmış və iddiaçını həmin məbləğdən məhrum etmişlər.
18. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 1091 və 1092-ci maddələrinə istinad etmişdir.
19. Birinci instansiya mə hkəməsində iddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, bildirmişdir ki, ilk növbədə alınan pulun statusu müəyyənləşdirilməlidir. Verilən pul kompensasiya xarakteri daşımışdır. İddiaçı 30000 manat pul tələb etsə də, bu pul tərəflər arasında bərabər şəkildə bölünməlidir. Həmin puldan vəfat etmiş şəxsin övladlarına xərclənməmişdir. İddiaçı müəllimə işləyir və maddi imkanı pisdir. İddiaçı vəfat edən şəxsin 1-ci dərəcəli qanuni vərəsəsidir və buna görə də onun hazırki iddianı irəli sürməyə subyektiv hüququ vardır. Cavabdehə verilmiş pul kompensasiya hesab olunduğundan vərəsəlik hüququ yaranmışdır. Odur ki, şəhid ailələri üçün nəzərdə tutulmuş 11000 manat məbləğindəki birdəfəlik ödəməyə tətbiq olunan qaydaya uyğun cavabdehlər tərəfindən alınmış kompensasiya da vərəsələr ar asında bölünməlidir.
20. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, o, təqsirləndirilən şəxsin ailəsindən pul almamış, 30000 manat pulu təqsirləndirilən şəxsin ailəsi yas mərasimlərinə, qəbir üstü işlərə, baş daşına sərf etmişdir. O, cinayət işində 8 ay zərərçəkmişin hüquqi varis olmuş, sonradan dəyişdirilərək iddiaçı hüquqi varis kimi tanınmışdır. Yas mərasimlərində siyahı tutulmamış, iddiaçının atası təqsirləndirilən şəxsin ailəsindən 20000 manat pul aldığından, iddiaçı şikayətçi olmaması barədə ərizə vermişdir. İddiaçını evdən qovmağı barədə deyilənlər də yalan olmuşdur. 1 il 8 aydır ki, nəvələrini görmür. Onun iş yoldaşlarının yasa yazdırdığı pulları da iddiaçı götürüb aparmış, iddiaçının evdən getməyinin səbəbi tək qalmağını bəhanə etməsi olmuşdur. Ona pul verilməmişdir. Təqsirləndirilən şəxsin ailəsi yas mərasimini verdikləri və azyaşlı övladları olduğu üçün barışıq ərizəsi vermişdir. 30000 manat pulu görməmişdir. Təqsirləndirilən şəxsin ailəsi xərclədikləri pulun 30000 manat olduğunu bildirmişlər. O, cinayət işinin tədqiqi zamanı pulu aldığını deyil, pulun xərcləndiyini demişdir.
21. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi bildirmişdir ki, iddiaçının məhkəməyə bu iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Hazırki iddia əsassız varlanma hesab edilə bilməz. İddia olunan məbləğ vəfat etmiş şəxsin yas mərasiminin keçirilməsinə və məzar daşına sərf olunmuşdur. Şəhid ailələrinə verilən kompensasiya ilə analogiya aparıla, bu iddiaya vərəsəlik hüququnun normaları tətbiq edilə bilməz. Qanunda pul müqabili ndə barışıq müəyyən olunmamışdır.
22. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-474/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Əfqan Ələkbərov)
23. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, X9 xx.xx.2021-ci il tarixdə idarə etdiyi “xxx” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin X7 idarə etdiyi “LEXUS GS 350” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vəfat etmişdir. X2 təqsiri nəticəsində baş vermiş və o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinmişdir. xx.xx.2021-ci il tarixdə həmin cinayət işi üzrə Cavabdeh1, xx.xx.2022-ci il tarixdə İddiaçı zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmış, Cavabdeh1 isə zərərçəkmişin hüquqi va risi kimi fəaliyyətinə xitam verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən barışıq əldə olunması məqsədilə 30000 manat xərc çəkilmişdir. Zərərçəkmiş şəxsin həm əvvəlki (Cavabdeh1), həm də sonrakı (İddiaçı) hüquqi varisləri təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər.
24. İşin mübahisəli halı olan sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən 30000 manat pulun birbaşa yas mərasiminə və bununla əlaqəli digər işlərə sərf olunması, yoxsa cavabdehlərə ödənilməsi ilə əlaqədar birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, göstərilən məbləğ Cavabdeh2 adına notariat ofisinin bank hesabına qoyulmaqla təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Belə ki, pulun ödənilməsini Cavabdeh1 istintaq zamanı verdiyi ifadələrində göstərməm iş, məhkəmə iclaslarında isə ümumi şəkildə demiş, yalnız cinayət işi materiallarına əlavə olunmuş müxtəlif qurumlara ünvanlanmış ərizələrində bu barədə müfəssəl yazmışdır. Həmin ərizələrdən isə aydın olur ki, sözügedən məbləğ təqsirləndirilən şəxs (və ya ailə üzvləri, yaxud yaxınları) tərəfindən Cavabdeh2 adına notariat ofisinin bank hesabına qoyulmuşdur.
25. Həmin müraciətlərin Cavabdeh1 tərəfindən sərbəst şəkildə, hər hansı qurumda və vəzifəli şəxsin yanında olmadan rahat şəraitdə yazıldığını nəzərə alaraq, birinci instansiya məhkəməsi onları bu halı aydınlaşdırmaq üçün daha mötəbər sübut kimi qiymətləndirmişdir.
26. Eyni zamanda Cavabdeh1 zərərçəkmişin hüquqi varisi qismində tanınması (xx.xx.2021-ci il), onun təqsirləndirilən şəxslə barışması barədə yazdığı ərizə (xx.xx.2021- ci il), həmçinin avtoqəzanın baş verməsi (xx.xx.2021-ci il) tarixlərinə əsasən birinci instansiya məhkəməsi məhkəmə hesab etmişdir ki, həmin məbləğ göstərilən qaydada Cavabdeh1 zərərçəkmişin hüquqi varisi olduğu zaman ödənilmişdir.
27. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1-ci maddələrinə, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1-ci bəndinə istinadən belə nəticəyə gəlmişdir ki, cavabdehlərin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliklərinin yaranması üçün qanunvericilik də nəzərdə tutulmuş müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud olmamışdır.
28. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin cavabdehlərin əsassız varlanmalarına görə irəli sürülməsi, eləcə də şəhid ailələri üçün nəzərdə tutulmuş 11000 manat məbləğindəki birdəfəlik ödəməyə tətbiq olunan qaydaya uyğun kompensasiyanın bölgüsü dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, işin faktiki hallarına əsasən cavabdehlərə ödənilmiş pul iddiaçının əmlakı olmamış, ödəniş zamanı Cavabdeh1 zərərçəkmiş şəxsin hüquqi varisi olmuş, eyni zamanda cinayət və cinayət prosessual qanunvericilik zərərçəkmiş və təqsirləndirilən şəxslərin barışmalarını hər hansı ödənişlə şərtləndirməmişdir. Şəhid ailələri üçün nəzərdə tutulmuş 11000 manat məbləğindəki birdəfəlik ödəmə müvafiq normativ hüquqi aktla nəzərdə tutulmuş, bu ödəncə hüquqi status verilmişdir. Hazırki iddianın predmeti olan ödənişin statusu, verilməsi və verilmə qaydası isə hər hansı normativ hüquqi aktla müəyyən olunmamış, ümumiyyətlə, indiki işin hallarına uyğun hallarda barışıq şərti kimi nəzərdə tutulmamışdır.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386-cı maddələri, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri belə olub: - məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi əsassız varlanmadan əmələ gəlməmişdir. Belə ki, əsassız varlanan şəxs məhrum olanın hesabına əmlak əldə etməlidir. Cavabdehlərin əldə etdikləri 30 min manat isə iddiaçıya məxsus əmlak deyil; - məhkəmənin bu mövqeyi ilə qətiyyən razılaşmaq olmaz. Əsassız varlanmanın şərti o deyildir ki, əsassız varlanan şəxs məhz məhrum olana məxsus əmlakı əldə etmiş olsun. Məhrum olanın əldə etməli olduğu əmlakı ələ keçirmiş şəxs də əsassız varlanmış şəxs hesab olunur. Çünki əsassız varlanmış şəxs həmin əmlakı əldə etməsəydi onu məhrum olan əldə edəcəkdi. Göründüyü kimi, məhkəmə ciddi hüquqi səhvə yol vermiş maddi hüquq normasını düzgün təfsir etməmişdir; - məhkəmə bu qənaətə gəlmişdir ki, şəhid ailələri üçün nəzərdə tutulmuş 11000 manat məbləğindəki birdəfəlik ödəmə müvafiq normativ hüquqi aktla nəzərdə tutulmuş, bu ödəncə hüquqi status verilmişdir. Hazırki iddianın predmeti olan ödənişin statusu, verilməsi və verilmə qaydası isə hər hansı normativ hüquqi aktla müəyyən olunmamış, ümumiyyətlə, indiki işin hallarına uyğun hallarda barışıq şərti kimi nəzərdə tutulmamışdır. Halbuki, maddi hüquq normasının olmaması, iddianın rədd olunmasına əsas verməmiş, məhkəmə bu halda qanunvericiliyin analogiyasını tətbiq etməli olduğu halda, bunu etməmiş, bununla da maddi hüquq normalarını pozmuşdur.
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(105)-1104/2023 nömrəli, 10 iyul 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18000 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov)
33. Apellyasiya instansiya məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələ r tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Apellyasiya instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə Cavabdeh1 və İddiaçı 1(060)-503/2022 nömrəli cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınması, təqsirləndiriən şəxslə barışmaqla əlaqədar 30 000 manatın Cavabdeh1 (Cavabdeh2 hesabına) ödənilməsi öz təsdiqini tapmışdır. Bu, işin mübahisəsiz halı olmuşdur. Mübahisəli məsələ ödənilmiş 30000 manat pulun Cavabdeh1 tərəfindən oğlunun dəfni üçün xərclənib-xərclənməməsi, həmin puldan zərərçəkmiş şəxsin digər hüquqi varisi hesab edilən arvadı İddiaçı da verilibverilməməsidir.
35. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 ödənilmiş 30000 manat pulun oğlunun dəfni üçün xərclənildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
36. Apellyasiya instansiya məhkəməsi qanunun analogiyasını tətbiq edərək, ölənin uşaqlarının, arvadının, valideynlərinin birinci növbədə olan bərabər pay hüquqlu vərəsə olmasını nəzərə almışdır. Digər tərəfdən cinayət prosessual qanunvericilik cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxsin öldüyü halda mülki iddia vermək hüququnun onun varislərinə keçməsini nəzərdə tutmuşdur.
37. İddiaçı ölmüş zərərçəkmiş şəxs X4 hüquqi varisi olduğundan və himayəsində iki uşağının olması nəzərə alındığından apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, törədilmiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxs tərəfindən barışıq əldə olunması məqsədilə ödənilmiş 30000 manatın zərərçəkmiş şəxsin valideynləri və iki uşağı himayəsində saxlayan arvadı (ümumilikdə 5 nəfər) arasında bərabər bölünməsi (hər birinə 6000 manat) məqsədəmüvafiqdir.
38. Apellyasiya insta nsiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 11, 21, 1096, 1121, 1159-cu, Cinayət Prosessual Məcəllənin 181.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Şikayətin belə əsaslandırılmışdır: - məhkəmənin Mülki Məcəllənin 11.1, 11.2, 11.5-ci maddələrinə müraciət edərək iddianı təmin etməsindən müəyyən edilir ki, guya məhkəmə bu münasibətləri tənzimləyən maddi normalar olmadığı üçün vərəsəliyə dair normaların tələblərini tətbiq etmişdir. Məhkəmənin gəldiyi bu nəticə və bu zaman tətbiq etdiyi maddi normalarının bu mübahis əyə hər hansı bir aidiyyəti olmamışdır. Burada mübahisə iddiaçının ərindən qalma mülkiyyətdən və ya ona çatası vəsaitdən getmir. Məsələ zərərçəkmişin təqsirləndirilən şəxslə barışığından gedir və bu mübahisə edilən vəsaitin cinayət işinə və iddiaçının ərinə hər hansı bir aidiyyətı olmamışdır. Qanunvericilikdə barışıq üçün hansısa məbləğin ödənməsi şərt kimi göstərilməmişdir. Sadəcə olaraq cinayət işinin istintaqı zamanı cavabdeh barışdığına görə təqsirləndirilən şəxs ona pul vermiş, iddiaçı barışdıqda isə pul verməmiş (hansı ki, ona da 20.000 manat vermişdir), iddiaçı da rəsmi olaraq nə istintaq zamanı, nə də məhkəmə gedişi zamanı təqsirləndirilən şəxsdən pul tələb etməmiş, sadəcə olaraq barışdığını bildirmişdir. Bu işdə qanunun və ya hüququn hər hansı bir analogiyasını tətbiq etməyə zər urət və hüquqi əsas olmamışdır. Bu işdə iddiaçı nə özünə, nə də ərinə məxsus olmayan pul vəsaitini təmin etmişdir ki, bu halda onun iddiası sadəcə olaraq rədd edilməli idi. Çünki onun bu pul vəsaitinə dair hər hansı bir hüququ olmamış, bu zaman onun hər hansı bir hüququ pozulmamış və bu halda iddiaçının bu iddianı vermək üçün subyektiv hüququ olmamışdır. Məhz bu əsaslarla birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmiş, amma apellyasiya instansiyası məhkəməsi heç bir hüquqi əsas olmadan bu iddianı təmin etmişdir ki, bu halda məhkəmə qətnaməsi ləğv edilməlidir; - məhkəmə iddianı təmin edərkən Cinayət Prosessual Məcəlləsinin 181.5-ci maddəsini səhv tətbiq etmişdir. Belə ki, bu norma cinayət mühakimə icraatı zamanı zərərçəkmişin hüquqi varisinə mülki iddia vermək hüquqlarını nəzə rdə tutmuşdur. Bu qətnamə isə mülki mühakimə icraatının nəticəsidir. Şəxsin cinayət icraatı zamanı istifadə etmədiyi hüququ indi mülki icraat zamanı tətbiq etmək tam qanunsuz olmuşdur. Çünki mülki işə baxarkən məhkəmə yalnız mülki hüquqa dair maddi normaları tətbiq edə bilərdi. Bundan əlavə, hazırkı iddia təqsirləndirilən şəxsə qarşı cinayət nəticəsində vurulmuş ziyana dair mülki iddia deyildir. Belə olan halda məhkəmənin bu maddi normaya istinad etməsi tam qanunsuz olmuşdur və bu əsasla da iddianın təmin edilməsi qətnamənin maddi hüquq normalarının pozulması və səhv tətbiq edilməsi ilə qəbul edilməsini təsdiq edir, bu hal isə qətnamənin ləğvini tələb edir; - məhkəmə Mülki Məcəllənin 1159.1.1-ci maddəsini də səhv tətbiq etmişdir. Çünki mübahisə edilən pul vəsaiti miras əmlak deyil və bu za man vərəsəliyə dair maddi normanı tətbiq etməkdə məhkəmə kollegiyası haqlı olmamışdır. Məhkəmə bu maddi normanı tətbiq edərək belə hesab etmişdir ki, İddiaçı ölmüş zərərçəkmiş şəxs X4 hüquqi varisi olduğundan və himayəsində iki uşağının olması nəzərə alındığından törədilmiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxs tərəfindən barışıq əldə olunması məqsədilə ödənilmiş 30000 manatın zərərçəkmiş şəxsin valideynləri və iki uşağı himayəsində saxlayan arvadı (ümumilikdə 5 nəfər) arasında bərabər bölünməsi (hər birinə 6000 manat) məqsədəmüvafiqdir. Məhkəmənin gəldiyi bu nəticə tam səhv olmuşdur. Belə ki, cinayət işində mülki iddia yalnız vurulmuş maddi və ya mənəvi ziyana görə verilir və məhkəmədə həll edilir. Bu işdə isə iddiaçı cinayət işinin məhkəmədə baxılması zamanı da hər hansı bir mülki id dia irəli sürməmiş, ona hər hansı bir maddi və ya mənəvi ziyan dəyməsini irəli sürməmiş, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Həmin məhkəmə zamanı da məlum olmuşdur ki, təqsirləndirilən şəxs ona pul vermişdir, hətta bu zaman da iddiaçı həmin pulu tələb etməmiş və ya təqsirləndirlən şəxsdən ona da pul verilməsini tələb etməmişdir. Çünki ona artıq istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən 20.000 manat verilmişdir. Əgər iddiaçının cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxsdən maddi tələbləri olmasaydı, o heç vaxt şikayət edib onun hüquqi varisliyini ləğv etməz və özünü hüquqi varis təyin etdirməzdi. Məhz bundan sonra iddiaçı barışmaq üçün təqsirləndirilən şəxsdən pul tələb etmiş, sonuncu da məcbur olub tutulmaması üçün yenidən 20.000 manat vermişdir. Bu hallar i sə düzgün qiymətləndirilməmiş və nəticədə iddiaçıya və mərhuma aid olmayan bir pul vəsaitinin “miras əmlak” kimi bölünməsi qət edilmişdir ki, bu da qanunsuz və əsassız olmuşdur, ona görə də hazırkı qətnamə ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Azərb aycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya inst ansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəm əsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəlmişdir.
46. İddia tələbi cinayət işi üzrə zərərçəkmişin hüquq varisinə ödənilən zərərin geri istənilməsi barədədir. İşin müəyyən edilmiş hallarına görə iddiaçının ərinin yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı cinayət işi olmuş, əvvəlcə ölən şəxsin anası olan Cavabdeh1 zərərçəkmişin hüquq varisi kimi tanınmış, sonradan Cavabdeh1 hüquq varisliyinə xitam verilmiş, zərərçəkmişin hüquq varisi qismində iddiaçı tanınmışdır. İddiaçının hüquq varisi qismində tanınmasına qədər olan müddət ərzində cinayət işi üzrə təqsirləndirilən şəxs (onun ailəsi və ya yaxınları) ilkin olaraq hüquq varisi kimi tanınmış Cavabdeh1 30000 manat pul vermişdir.
47. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
48. Məhkəmə kollegiyası işin müəyyən edilmiş halları və Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbi baxımından qeyd edir ki, Cavabdeh1 30000 manat pulu təqsirləndirilən şəxsdən almaqla, həmin məbləğin iddiaçıya və onun iki uşaqlarına düşən hissəsi miqdarında əsassız varlanmışdır.
49. Məhkəmə kollegiyası hazırki işin hal larına vərəsəlik hüquq normalarının tətbiq edilməsini düzgün saymasa da və bu barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etsə də, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1121.1.1-ci maddəsinə görə zərərçəkənin (ailə başçısının) öldüyü halda onun himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ vardır.
50. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1121.1.1-ci maddəsinə istinadən Cavabdeh1 prosessual hüquq varisi kimi təqsirləndirilən şəxsdən aldığı 30000 manata münasibətdə ölənin uşaqlarının da payını nəzərə almaqla iddianı yuxarıda qeyd edilən nisbətdə təmin etməsi mahiyyətcə düzgün olmuşdur.
51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1104/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.