Məhkəmə qərarları › İş №2(102)-4436/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4436/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4436/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: evdən çıxarılma, tələbin ixtiyarlı şəxsə icra edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-219/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) paylı mülkiyyət hüququ üzrə X6 (3/4 hissədə) və X1 (1/4 hissədə) adlarına daşınmaz əmlakın Dövlət reyestrində 03 mart 2009-cu il tarixdə qeydiyyata alınmışdır. X10 ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 14 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, mübahisəli evin öz payına düşən 3/4 hissəsini 24000 manata iddiaçıya satmışdır. Bundan sonra mübahisəli evin (yeni qaydalarla Şəki şəhəri, Bağbanlar küçəsi, ev 117) 3/4 hissəsi iddiaç ının adına 04 iyul 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh2 (bundan sonra – cavabdehlər) və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncuların ona məxsus mübahisəli evdən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər siyahısından Cavabdeh3 çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evi alarkən iş üzrə cavabdehlər həmin evdə qeydiyyatda olmamışlar. O, həmin evi alarkən evdə yaşayan Cavabdeh3 da borcunu X10 ondan təl əb etmişdir. Cavabdeh3 borcu ilə əlaqədar X7 1000 manat pul vermişdir. Evi almamışdan əvvəl cavabdehləri tanıyıb. Mübahisəli evlə bağlı alqı-satqı müqaviləsi onunla XXX arasında bağlansa da, o, 25000 manatı cavabdehlərə vermiş, pulu hissə-hissə ödəmişdir. Belə ki, aralarındakı razılaşmaya əsasən pulu 10000 manat, 5000 manat və digər hissələrlə ödəmişdir. Evin pulunu tam şəkildə Cavabdeh1 ödəmişdir. Cavabdeh2 özünə çatacaq pulu Cavabdeh1 almalıdır. Hətta evin alınması üçün razılaşdırılmış 25000 manatdan əlavə olaraq o, cavabdehlərə 3000 manat da ödəniş etmişdir. Mübahisəli evin 3/4 hissəsi onun paylı mülkiyyətində olsa da, həmin evin bölgü sxemi yoxdur. Lakin, ev faktiki olaraq ayrılmışdır. Evin paylı mülkiyyətçisi olan X3 vəfat etmişdir. Cavabdehlər həmin evdə yaşamaqla onun öz mülkiyyətin dən istifadə etməsinə maneələr yaradırlar. Artıq cavabdehlərin evlə bağlı hər hansı hüquqları qalmamışdır. O, evin paylı mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlər qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh1 dəymiş maddi ziyana görə 86500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan cavabdehlər məhkəməyə iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə verərək, iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Cavabdeh1 dəymiş maddi ziyana görə 8500 ABŞ dolları, Cavabdeh2 dəymiş maddi ziyana görə 4400 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək göstərmişdir ki, onun, Cavabdeh3, Cavabdeh2 və digər şəxslərin birgə mülkiyyətlərində olan Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 38 saylı evlərini 45000 ABŞ dollarına satmışlar. Sonra o, Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə X7 məxsus olan mübahisəli yaşayış evini 2009-cu ilin fevral ayında 45000 ABŞ dollarına X5 almışlar və evi aldıqdan sonra orada yaşamağa başlamışlar. Onlar M.Ə.Rəsulzadə küçəsində yerləşən evin satışından əldə edilən 45000 ABŞ dolları pulun 40000 ABŞ dollarını X7 əvvəlcədən vermişlər və ev adlarına sənədləşdirildikdən sonra qalan 5000 ABŞ dollarını ödəməyə söz vermişlər. Həmin 5000 ABŞ dollarının 4000 ABŞ dollarını o, 1000 ABŞ dollarını isə Cavabdeh3 X7 ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 onun qardaşının arvadıdır. İddiaçı da Cavabdeh3 yeznəsidir. O, öz payına düşən 4000 ABŞ dollarını sənədləşmə aparılmamışdan xxxxödəmişdir. Lakin, Cavabdeh3 1000 ABŞ dollarını ödəmədiyinə görə sənədləşmə aparılmamışdır. Onlar həmin evə 03 may 2009-cu il tarixdə köçmüşlər. 2013-cü ildə Cavabdeh3 həmin evdən öz payına düşən hissəni XXXa bağışlamışdır. O isə, 2018-ci ildə həmin evdən özünə düşən hissəni XXXa satmışdır. XXX ona cəmi 23000 manat pul vermişdir. Hazırda XXXona borcu olmasa da, XXXyə borcu vardır. Bundan başqa o, hazırda yaşadıqları mübahisəli evin mətbəxinə xərc çəkmişdir. Cavabdeh2 digər cavabdehlə eyni məzmunda izahat v ermişdir. Məhkəmələr tərəfindən tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş 30 oktyabr 2018-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, Şəki şəhəri, Bağbanlar küçəsi ev 35 küçəsində yerləşən yaşayış evini İddiaçı iyirmi beş min (25000) manata razılaşma yolu ilə satdım və həmin məbləğdən on min (10000) manat beh aldım. Yerdə qalan on beş min (15000) manat razılaşma yolu ilə ödəniləcək.” Həmin ərizənin arxa hissəsində göstərilmişdir ki, Cavabdeh1 15 aprel 2019-cu il tarixdə İddiaçı şahidlərin iştirakı ilə 10000 manat aldığını öz imzasıyla təsdiq etmişdir. Cavabdeh1 29 aprel 2019-cu ildə İddiaçı 2000 manat pul aldığını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh1 06 oktyabr 2019-cu il tarixdə yazdığı notarial qaydada təsdiq edilmiş ərizəsində göstərmişdir ki, Bağbanlar küçəsi ev 35A-da olan yaşa yış mənzilini 08 avqust 2018-ci il tarixdə İddiaçı 25000 manata satmış, həmin məbləğin 5000 manatı Cavabdeh2 xxxxxxqızına düşən pay olmuşdur. Həmin məbləğin, yəni 25000 manatdan qalan 6000 manatı almış, 2020-ci ilin mart ayının axırında 31-ci rayon, Bağbanlar küçəsi ev 35A-da yerləşən evdən və pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürür. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)791/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) hər iki iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 215.5, 220.1, 220.2, 220.3, 221, 228.1, 228.2-ci maddələrini rəhbər tutmaqla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərin əşyalar ı ilə birlikdə çıxarılmalarını tələb etdiyi mübahisəli fərdi yaşayış evi onunla X1 paylı mülkiyyətindədir. Qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Lakin, iddiaçı həmin evdən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmalarını tələb etsə də, bununla bağlı evin digər paylı mülkiyyətçisi olan X2 razılığına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə iclası zamanı iddiaçı digər paylı mülkiyyətçi olan X2 vəfat etdiyini bildirmişdir. X4 vəfat etmişdirsə belə, onun vərəsələrinin dairəsi müəyyən edilməmiş, mübahisə predmeti olan əmlak naturada bölünməmiş və iddiaçının mübahisə predmeti olan əmlakdakı ¾ payının məhz əmlakın hansı hissədə yerləşməsi sə nəd üzrə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin bütünlükdə deyil, ¾ hissəsinin mülkiyyətçisi olduğundan, onun fərdi yaşayış evindəki ¾ payının mübahisə predmeti olan əmlakın hansı hissəsində yerləşməsi sənəd üzrə müəyyən edilmədiyindən, iddia tələbi təmin oluna bilməz. Həmçinin, məhkəmə qarşılıqlı iddia tələblərini də əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, cavabdehlər iddiaçının onlara hər hansı bir məbləğdə borcunun olması və ya onlara hər hansı bir məbləğdə maddi ziyan vurmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər, məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Buna görə də qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, mübahisəli yaşayış evinə dair bölgü sxemi işlənilib hazırlanmışdır. Həmin bölgü sxemi ilə əlaqədar X2 vərəsəsi olan oğlu X11 heç bir şikayətinin, etirazının və əlavəsinin olmadığını bildirmiş və bölgü sxemi tərəfindən imzalanmışdır. Artıq bölgü sxemi üzrə hərənin öz payı tam müəyyən edilmişdir. Onun fərdi yaşayış evindəki ¾ payının mübahisə predmeti olan əmlakın hansı hissəsində yerləşməsi s ənəd üzrə, yəni bölgü sxemi ilə tam müəyyən edilmişdir. Ona görə də, qətnamənin ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər apellyasiya şikayətini qarşılıqlı iddia tələbində göstərdikləri dəlillərlə əsaslandırmışlar və əlavə olaraq qeyd etmişlər ki, 30.10.2018-ci il tarixli ərizə ilə 06.10.2019-cu il tarixli iltizam ziddiyyət təşkil edir. Belə ki, əvvəla, 30.10.2018-ci il tarixdə yazılmış ərizə alqı-satqı müqaviləsi deyil, sadəcə ərizədir. Alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilməlidir. Bundan başqa 30.10.2018-ci il tarixli ərizədən göründüyü kimi, iddiaçı 25000 manat pulu ona verməli idi. Həmin vaxt ərzində 25000 manat pulun içində Cavabdeh 2 payının olduğu qeyd edilməmişdir. Necə ola bilər ki, 30.10.2018-ci il tarixli ərizədə iddiaçı tərəfindən ödəniləcək 25000 manat pulun 5000 manatının Cavabdeh2 düşən pay olması yazılmadığı halda, 06.10.2019-cu il tarixli ərizədə 25000 manat pul məbləğinin 5000 manatının Cavabdeh2 düşən pay olması qeyd edilir? Bundan başqa əgər belə olsaydı, həm ərizəyə, həm də iltizama Cavabdeh2 da imza atardı. Ona görə də, qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı ilə mübahisəli ünvanda yerində baxış keçirərkən müəyyən etmişdir ki, mübahisəli ünvаndа yerləşən bir mərtəbəli ev hüquq müəyyənedici sənədlərə əsаsən pаylı mülkiyyət kimi qeydiyyаtа аlınsа dа, evin ¼ his səsi ilə ¾ hissəsi bir-birindən tаm təcrid оlunmаqlа evlərin bir-birinə heç bir аidiyyəti yоxdur. Hər iki evin giriş qаpısı аyrı-аyrı оlmаqlа evlərin kоmmunаl təchizаtlаrı dа аyrı-аyrıdır. Cаvаbdehlər iddiаçıyа məxsus evdə, yəni evin 3/4 hissəsində yаşаyırlаr. Beləliklə, iddiaçının mülkiyyətində olan yaşayış evi hüquq müəyyənedici sənədlərdə evin ¾ hissəsi kimi göstərilsə də, əslində həmin ev vahid tamdır. Eyni ilə də hazırkı mübahisəyə heç bir aidiyyəti olmayan mərhum X2 mülkiyyətində olan ¾ hissə də yaşayış evi kimi vahid tamdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-219/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) iddiaçı tə rəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, ilk iddianın təmin edilməsi, cavabdehlərin iddiaçıya məxsus Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 35 saylı (yeni qaydalarla Şəki şəhəri Bağbanlar küçəsi ev 117) evdən əşyaları ilə birlikdə çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 4400 ABŞ dolları məbləğində pulun ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq Cavabdeh2 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi yerində baxış zamanı müəyyən olunmuş işin hallarına istinadla gəldiyi nəticəni on unla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin guya mübahisə predmeti olan evin paylı mülkiyyətdə olan evin bir hissəsi olması, mübahisə predmeti olan əmlakın naturada bölünməməsi və iddiaçının mübahisə predmeti olan əmlakdakı ¾ payının məhz əmlakın hansı hissədə yerləşməsinin sənəd üzrə müəyyən edilməməsi barədə gəldiyi nəticə səhvdir. Mülki Məcəllənin 140, 152.1, 155.5, 157.2, 158.4-cü maddələrinə əsasən, iddiaçı öz mülkiyyətində olan yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmalarına dair iddia qaldırmaqda haqlıdır. Ona görə də, ilk iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Qarşılıqlı iddia tələbləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsinin iclasında, həm məhkəmə kollegiyasının iclasında Cavabdeh1 göstərmişdir ki, iddi аçı ona 17000 mаnаt və sоnrа isə 6000 mаnаt olmaqla cəmi 23000 mаnаt pul vermiş, iddiaçıdan götürdüyü pullаrа dаir yаzılаn ərizələrə imzа etmişdir. İddiаçı cavabdeh XXXyа pul verməmişdir. Hаzırdа onun iddiаçıdаn heç bir аlаcаğı və tələbi yоxdur, yəni iddiаçının ona bоrcu qаlmаyıb, lаkin XXXyа 4400 АBŞ dоllаrı bоrcu qаlmışdır. Beləliklə, Cavabdeh1 iddiaçının ona heç bir borcu olmadığını etiraf etmişdir. Onun bu etirafı notarial qaydada verdiyi ərizəsində də göstərilmişdir. Belə olan halda qarşılıqlı iddia Cavabdeh1 aid hissədə əsassız olduğundan təmin edilə bilməz. Qarşılıqlı iddianın iddiaçıdan Cavabdeh2 xeyrinə 4400 ABŞ dollarının alınmasına dair hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, tərəflər yaxın qohumluq münasibətlərində olduğundan mübahisəli evlə bağlı qüvvədə olan mülki və m ənzil qanunvericiliyinin tələblərinə tam riayət etməsələr də, müəyyən razılığa gəlmişlər. Əvvəlcə həmin razılıq hər iki tərəfi qane etsə də, lakin sonradan müəyyən səbəblər üzündən onların qohumluq münasibətləri korlandığından hazırkı mübahisə yaranmışdır. Müəyyən edilmişdir ki, iddiaçı müxtəlif vaxtlarda Cavabdeh1 cəmi 28000 manat pul vermişdir. Məhkəmə, Mülki Məcəllənin 404.1-404.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, Cavabdeh1 yazdığı ərizə və iltizamların məzmunundan İddiaçı ona razılaşdıqlarından artıq məbləğ ödədiyi məlum olur. 06.10.2019-cu il tarixli ərizədə 25000 manat pul məbləğinin 5000 manatının Cavabdeh2 düşən pay olması qeyd edilsə də, həmin məbləğ XXXyə deyil, xxxxxx ödənilmişdir. Odur ki, nə qədər ki, göstərilən məbləğ XXXyə verilməmişdir, sonuncu iddia tələbində haql ıdır. İddiaçı isə gələcəkdə Cavabdeh1 artıq ödədiyi məbləği tələb etmək hüququnu özündə saxlayır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassator göstərmişdir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 177 ünvanında yerləşən 38 saylı paylı mülkiyyətdə olan mənzilin həqiqətən də 45000 ABŞ dollarına satılmasına dair mülki işin materiallarına alqı-satqı müqaviləsi əlavə edilməmişdir. Həmin mənzilin həqiqətən 45000 ABŞ dollarına satılmasına dair hər hansı bir sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmiş və apellyasiya şikayətinə əlavə edilməmiş, bununla bağlı məhkəmə kollegiyası tərəfindən notariusa müvafiq soruğu verilməmiş və notariusdan alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti tələb edilməmişdir. Alqı-satqı müqaviləsi olmadan, həmin mənzilin 45000 ABŞ dollarına satılmasına dair sübut olmadan məhkəmə əsassız olaraq qeyd etmişdir ki, ondan 4400 ABŞ dolları məbləğində pul Cavabdeh2 verilməlidir. Mülki işin materiallarına yaşayış evinin həqiqi satış qiymətinə dair sənəd əlavə edilmədən məhkəmə yanlız cavabdeh tərəfin şifahi fikirləri əsasında yaşayış evinin dəyərini 45000 ABŞ dolları kimi qəbul etmişdir. Beləliklə, məhkəmə sübutları araşdırmadan və sübutlara düzgün hüquqi qiymət vermədən qanunsuz və əsassız nəticəyə gəlmişdir. O, aldığı evin pulunu tam şəkildə Cavabdeh1 və Cavabdeh2 ödəmişdir. Cavabdeh2 özünə çatacaq pulu Cavabdeh1 almışdır. Hətta evin alınması ilə bağlı razılaşdırılmış 25000 manatdan əlavə olaraq onun tərəfindən cavabdehlərə 3000 manat da ödəniş edilmişdir. Onun Cavabdeh2 borcu qalmamışdır. Kassasiya şikayətinin əsası kimi, Mülki Məcəllənin 1091.1, MPM-in 9, 14.2, 77.1, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsində cavabdehlər qarşılıqlı iddia tələblərində qeyd edilən dəlilləri irəli sürərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatl arı Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının qarşılıqlı iddia tələbinin təmin olunan hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhk əmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Maddə 433.1. Bor clu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh2 qarşısında pul öhdəliyinin olduğunu mübahisə etməmiş, kassasiya şikayətində də bu halı təsdiq etmiş və həmin pulu Cavabdeh1 ödədiyini bidirmişdir. Halbuki Mülki Məcəllənin 433.1-cü maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Öhdəliyin icrasını ixtiyarsız şəxsin qəbul etməsi o halda öhdəliyin lazımi qaydada icrası hesab edilir ki, kreditor buna razılıq vermiş və ya bu icradan fayda götürmüş olsun. Mülki qanunvericilik öhdəliyin icrası zamanı borcluya icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb etmək hüququ verir və bu cür tələb irəli sürməməsinin riskini borclunun üzərinə qoyur. Baxılan iş üzrə məhkəmələr tərəfindən iddiaçının Cavabdeh2 olan öhdəliyinin Cavabdeh1 ödənilməsinə razılıq verdiyi və ya həmin icradan fayda götürdüyü müəyyən edilməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması i lə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-219/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - qarşılıqlı iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar