Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4436/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin çıxarılma, torpaq sahəsinin qanuni istifadəsinə qaytarılması, mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin çıxarılması, cavabdeh tərəfindən çəkilmiş dəmir çəpərin sökülməsi və həmin torpaq sahəsinin qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir ma neçilik etməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1170/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Heybət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hacıqabul rayonu Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi Yeni qaydalar: ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,12 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) İddiaçı Heyət oğlunun (bundan sonra – iddiaçı) xüsusi mükiyyətindədir.
2. Həmin ərazidə Cavabdeh məxsus (bundan sonra – cavabdeh) iaşə obyekti fəaliyyət göstərir. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmə müraciət edərək cavabdehin zəbt etdiyi ərazidən çıxarılması, cavabdeh tərəfindən çəkilmiş dəmir çəpərin sökülməsi və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir maneçilik etməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin hərəkətlərini son dərəcə qanunsuzluq və özbaşınalıq hesab edir. Onun şəxsi mülkiyyətində olan torpaq sahəsindən istifadədə yaranmış məneə və müdaxilələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. O, mülkiyyətində olan torpaq sahəsindən istədiyi kimi istifa də edə bilmir.
5. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində Bakı-Qazax magistral yolunun kənarında, hazırkı mübahisəli torpaq sahəsinə bitişik olan 03 saylı yeməkxana Azərittifaqın 13 sentyabr 2006-cı il tarixli 202 nömrəli qərarı ilə cavabdehin mərhum atası X1. Həmin yeməkxana təxminən 50 ilə yaxındır ki, cavabdehin atası tərəfindən işlədilmiş və ondan sonra da övladı kimi cavabdeh istifadə etmişdir və hazırda da cavabdehin istifadəsindədir. Yeməkxananın sol tərəfində olan, təxminən 0,15 hektara yaxın torpaq sahəsi də, (hazırkı mübahisəli sahə) yeməkxananın ərazisi olmuş, orada cavabdehin mərhum atası ağaclar əkmiş, abadlaşdırılaraq bağ sahəsinə çevirmiş və yay ayların da yeməkxananın stollarını həmin bağ sahəsinə qoyaraq istifadə etmişdir. Həmçinin həmin bağ sahəsinin qurtaracağında sanitar qovşaq tikdirmiş, sonradan beton plitələrlə fundament düzəldərək yeməkxananı böyütmək istəmişdir, lakin vəfat etdiyindən işlər yarımçıq qalmışdır. Həmçinin hazırkı mübahisəli torpaq sahəsinin qurtaracağından dövlət əhəmiyyətli yeraltı kabellər keçməkdədir. Mübahisəli torpaq sahəsində tikililər olduğundan, həmçinin dövlət əhəmiyyətli yeraltı kabellər keçdiyindən oraya kadastr işlənməsi mümkün deyildir. Buna görə də iddiaçının mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsinin plan-ölçüsündə göstərilən koordinatlar şübhəlidir və mübahisəli torpaq sahəsi ilə plan-ölçüdə göstərilən torpaq sahələri üst-üstə düşə bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair əvvəlcə Bələdiyyə qərar vermiş, sonra onun şikayəti əsasında öz qərarını ləğv etmişdir. Daha sonra bələdiyyə yenidən həmin torpaq sahəsinə dair İddiaçı adına qərar vermişdir. Bu qərar əsasında İddiaçı torpaq sahəsini qanunsuz olaraq öz adına sənədləşdirmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.
7. Cavabdehin vəsatətinə əsasən məhkəmə -tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6761 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəl i çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayonu Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Yeni qaydalar: Hacıqabul rayonu Pirsaat qəsəbəsi Rasim Məmiyev küçəsi 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,12 ha torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin kordinatları üst-üstə düşür. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində yarımçıq tikili mövcuddur. Torpaq sahəsindən yeraltı kabel xətti keçir. Lakin yeraltı kabelin dövlət əhəmiyyətli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
8. Hacıqabul Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(071)-285/2022 nömrəli iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin edilmişdir.
9. Birinci instansiya məh kəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi xx.xx.2020-ci il tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Hazırda həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Cavabdeh torpaq sahəsinin onun mülkiyyətində, qanuni istifadəsində və sahibliyində olmasını təsdiq edən hər hansı bir rəsmi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29cu maddəsinin İV hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh birinci instansiya məhkə məsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə qətnaməsini ekspert rəyi ilə əsaslandırmışdır, halbuki, ekspertizanın rəyində torpaq sahəsinin nə qədər hissəsinin cavabdeh tərəfindən zəbt olunduğu göstərilməmiş, həmçinin mübahisəli torpaq sahəsindən yeraltı kabelin keçdiyi göstərilməmişdir. Məhkəmənin həmin kabelin dövlət əhəmiyyətli olub-olmadığını müəyyənləşdirmək vəzifəsi olduğu halda bunu etməmişdir. Həmçinin ekspert rəyi sırf mütəxəssis rəyinin əsasında verilmiş, mütəxəssis rəyi DƏDRXin 13 saylı Şirvan ərazi idarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuşdur. İddiaçıya mübahisəli torpaq sahəsinə müvafiq çıxarışı verən orqan məhz DƏDRX-nin 13 saylı Şirvan ərazi idarəsidir və belə olan halda, DƏDRX-nin 13 saylı Şirvan ərazi idarəsi özü hazırkı işdə maraqlı olduğundan obyektiv rəy verməsi inandırıcı deyildir. Bu səbəbdən də, mütəxəssis rəyi kifayət qədər şübhəlidir. Məhkəmə tərəfindən bu hal vurğulansa da, məhkəmə bunu nəzərə almamışdır.
12. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmədə izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1170/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Taleh Kərimov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır.
14. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə, 65.1-ci, 67-ci, 68-ci, 111-ci, 139.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Şikayət apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, hər iki məhkəmə tərəfləri yetərincə dinləməmiş, tərəflərin dəlillərini lazımınca araşdırmamış, sadəcə tərəflərin nümayəndələrinin vermiş olduqları izahatlarla kifayətlənmiş, iddiaçının sübutlarının araşdırılmasında, şahidlərinin dindirilməsində maraqlı olmamış, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.
19. Maddə
13. Bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə
29. Bənd İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi
21. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Məcə lləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
24. Maddə
48. Bənd
2. Azərbaycan Respublikasının vətənd aşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
25. Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
26. Maddə
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan k eçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
27. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
28. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəx slər tərəfindən və ya onların hesabına həyata keçirilir.
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəl diyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymtələndirilmişdir.
40. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində və cavabdehin qanunsuz istifadəsində olması öz təsdiqini tapmış, cavabdeh bunu təkzib edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmələr işdə olan sübutlara əsaslanaraq iddianı təmin etmiş, iddianı təmin edərkən maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir.
41. Kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmi n hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1170/2023 nömrəli, 02 avqust 2023 -cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.