Məhkəmə qərarları › İş №2(102)-4437/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4437/2021

17.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4437/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Abdurəhman oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4437/21 (Açar sözlər: torpaq sahəsindən çıxarma) Bakı şəhəri, 17 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Abdurəhman oğlunun və vəkili Vnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-22/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi X1 tərəfin dən verilmiş kasasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən məcburi qaydada çıxarılması, həmin torpaq sahəsinin naturada ölçülərək on a təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş indində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi onun qanuni mülkiyyətindədir. Lakin sözügedən torpaq sahəsinin bir hissəsi qanunsuz əsaslarla Qax rayonunun Qaxbaş kənd sakini Cavabdeh tərəfindən zəbt edilmişdir. Bununla da o, qanuni mülkiyyətinin bir hissəsindən məhrum edilmişdir. Dəfələrlə cavabdehə tərəfindən qanuni mülkiyyəti olan torpaq sahəsindən çıxmasını tələb etsə də, o buna məhəl qoymamışdır. Cavabdeh ona məxsus olan torpaq sahəsini boşaltmalı, onun dövlət tərəfindən müdafiə olunan və qorunan mülkiyyət hüquqları bərpa olunmalıdır. Qax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 aprel 2019-cu il tarixli 2(024)-209/2019 nömrəli qərardadı ilə (hakim Malik Qarayev) məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 04.07.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, tərtib olunmuş texniki pasportda, torpaq sahəsinin plan ına əsasən göstərilmiş ölçülərlə koordinatlara uyğun olaraq, Qax rayonu Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin naturada ölçülərək yerində göstərilərək iddiaçıya verilməsi mümkündür. Birinci instansiya məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2(024)-209/2019 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia tələbi təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən məcburi qaydada çıxarılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə uyğun olaraq naturada ölçülərək İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, N° ******* saylı Çıxarışdan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı sözügedən torpaq sahəsinin bir hissəsini qanunsuz əsaslarla Qax rayonunun Qaxbaş kənd sakini Cavabdeh tərəfindən zəbt edildiyini göstərərək məhkəmədən cavabdehin həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, həmin torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında mübahisəli torpaq sahəsinə dair İddiaçı adına Çıxarış verilsə də, həmin torpaq sahəsinin özünə məxsus olduğunu, həmin Çıxarışı əsassız hesab etdiyini və hazırda torpaq sahəsindən istifadə etdiyini göstərmişdir. İş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş və mübahisəli torpaq sahəsinə mütəxəssis tərəfindən baxış keçirilmiş və ölçü i şləri aparılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin tərəfindən 04.07.2019-cu il tarixli mütəxəssis rəyi verilmiş, həmin rəydə tərtib olunmuş texniki pasportda, torpaq sahəsinin planına əsasən göstərilmiş ölçülərlə koordinatlara uyğun olaraq, Qax rayonu Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin naturada ölçülərək yerində göstərilərək İddiaçı verilməsinin mümkün olduğu göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.2, 157.4, 164.1, 165.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 14.2, 76.1, 77.1, 119.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh Abdurəhman oğlu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov- sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 2(107)-2767/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizsı təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDKnin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəf indən verilmiş 27.10.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh torpaq sahəsi ilə hər hansı bir mərz nişanı və ya fiziki sərhədi mövcud olmadığına görə həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Həmin torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikilinin inşa edildiyini müəyyənləşdirmək idarənin səlahiyyətləri xaricindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 01.02.2021-ci il tarixli, 10/3720 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan R eyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi E.Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh torpaq sahəsi ilə hər hansı bir mərz nişanı və ya fiziki sərhədi mövcud olmadığına görə həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Həmin torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikilinin inşa edildiyini müəyyənləşdirmək idarənin səlahiyyətləri xaricindədir. Mülki iş materiallarında baza məlumatları olmadığından, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların, baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli- sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 2(107)-222/2021 saylı, 04 mart 2021-ci il tarixli qərardadı ilə cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Qax Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tаrixli, 2(024)-209/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin naturada ölçülərək iddiaçıya təhvil verilməsi hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli- sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 2(107)-222/ 2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Qax Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tаrixli, 2(024)-209/2019 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılmasına dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə keç irilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Məhkəmə kollegi yası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşır. Belə ki, iş materiallarında olan 01 fevral 2021-ci il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə cavabdehin həmin torpaq sahəsini zəbt etməs i sübut olunmur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı hüquqi varisi X1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, əri 3011.2020-ci il tarixdə vəfat etmişdir. X3 Məhkəməsi onu hüquqi varis olaraq mərhum əri ilə əvəz etməmişdir. Həmçinin Cavabdeh özü birbaşa izahat verərək və sədrlik edən hakimin sualına cavab olaraq bildirmişdir ki, mübahisəli ərazi faktiki olaraq onun istifadəsindədir və oranı zəbt edərək iddiaçını həmin yerdən istifadə etməyə qoymur. Apelyasiya kolle giyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı hüquqi varisi X1 və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Abdurəhman oğlu və vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-222/2 021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiy a məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Şəki Apell yasiya Məhkəməsi Mülki kolegiyasının 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası iddianın rədd edilməsi qənaətinə gələrkən əldə etmiş olduğu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27.10.2020-ci il tarixli mütəxəssis rəyinə və həmin rəy əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 01.02.2021-ci il tarixli ekspert rəyinə istinad etmişdir ki, həmin mütəxəssis və eksert rəyində konkret olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, yəni istifadə edilib-edilməməsi göstə rilməmişdir. Həmin rəylərdə göstərilmişdir ki, ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh torpaq sahəsi ilə hər hansı bir mərz nişanı və ya fiziki sərhədi mövcud olmadığına görə həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Apelyasiya kollegiyası bu cür natamam rəylərə sübut kimi qiymət verib istinad etməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə əsasən ekspert rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspert rəyinin natamamlığı onda ifadə olunur ki, ekspert və ekspert rəyinə əsas olmuş mütəxəssi rəyində İddiaçı mülkiyyətində olan Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh torpaq sahəsi ilə hər hansı bir mərz nişanı və ya fiziki sərhədi mövcud olmadığı əsası ilə həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etməyin mümkün olmaması göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən istifadə edilməsinin müəyyən edilməməsinin səbəbi kimi göstərilmiş hal o demək deyildir ki, iddiaçının torpaq sahəsindən cavabdeh istifadə etmir. Belə olan halda, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası iş materiallarında olan iddiaçı və cavabdehə məxsus, yəni onl arın xüsusi mülkiyyətlərində olan torpaq sahələri ilə bağlı çıxarışın olmasını nəzərə almamış, yəni həmin çıxarış əsasında məhkəmə araşdırmasını tam olaraq həyata keçirməmişdir. Çünki hər hansı şəxsə torpaq sahəsi ilə bağlı çıxarış verilərkən şəxsin mülkiyyətinə verilən torpaq sahəsinin sərhədləri və hüdudları müəyyən edilir. Bu hal da həmin hüdudlar əsasında, həmin hüdudlara istinadən ədalətli məhkəmə araşdırmasının aparılmasının zəruriliyini ifadə edir ki, məhkəmə bu hala əhəmiyyət verməmiş, yəni tərəflərə məxsus torpaq sahələrinin dəqiq koordinatları üzrə (çıxarışa əsasən) rəy əldə edə bilmədiyi halda, natamam rəyə istinad etməklə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, bu kateqoriya işlər üzrə tam məhkəmə araşdırmasının həyata keçirilməməsi tə rəflərdən birinin mülkiyyət hüquqlarının pozuntusuna rəvac verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanu nsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin, ədalətli məhkəmə araşdırmasının, dövlət təminatı verilən mülkiyyət hüququnun qorunmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2021-ci il tarixli, 2(107)-22/2021 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquqi varisi X1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04.03.2021-ci il tarixli, 2(107)-22/2021 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar