Məhkəmə qərarları › İş №2(102)-4437/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4437/2022

01.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4437/2022 01.08.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3134/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh Şahbazov Cavid Hüseyn oğlunun kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Cavabdeh Şahbazov Cavid Hüseyn oğlu (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3134/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddia tələbin təmin edilməməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, cavabdeh kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Kassasiya şikayətində Mülki Məcəllənin 1096.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88 və 2171.-ci maddələrinin yalnız məzmunu qeyd edilib, qeyd edilən maddi və prosessual hüquq normasının düzgün tətbiq edilməməsinin nədən ibarət olması şərh edilməyib, işin faktiki hallarına, q anuni qüvvəyə minmiş başqa bir məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların düz olmamasına istinad edilib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayəti verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Şahbazov Cavid Hüseyn oğlunun (Vəkil) Bakı Apellya siya Məhkəməsinin 2(103)-3134/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar