Məhkəmə qərarları › İş №2(102)-4437/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4437/2023

05.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4437/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlak üzərində payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X3 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-858/2023 nömrəli, 2023-cü il 18 iyul tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 1982-ci il 4 fevral tarixində X7 ilə rəsmi nikah bağlayıb.

2. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzil 19 avqust 2022-ci il tarixində X4 adına xüsusi mülkiyyəti hüququ əsasında qeydiyyatdan keçmişdir.

3. X7 (miras qoyan) 2020-ci il 19 dekabr tarixində ölmüşdür. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi bina 1-də yerləşən 75 saylı mənzil miras qalmışdır.

4. Miras qoyanın özündən sonra 3 vərəsəsi qalmışdır: arvadı – İddiaçı1, övladları – İddiaçı2 və Cavabdeh.

5. Hazırda vərəsələr arasında payların müəyyən edilməsi və əmlakın bölünməsi ilə bağlı mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, miras əmlak üzərində İddiaçı1 payının 4/6 hissədə (3/6+1\6), digər İddiaçı2 və Cavabdeh hər birinin payının isə 1/6 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu ildə X7 ilə “X11” ASC arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, bina 1-də yerləşən 75 saylı mənzilin alqı-satqısı barədə müqavilə bağlanmış və Tahir Kazımov əmlakı 33.540 manata əldə etmişdir. Hazırda həmin mənzilə dair X4 adında heç bir borc yoxdur. Mənzil əldə edilərkən tam hazır olmamış və bir neçə il orada təmir bərpa işləri görülmüşdür. Həmin mənzil hazırda çıxarışla X4 adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınmışdır.

8. X7 vəfat etdikdən sonra mənzil miras əmlak olaraq qalmış və vərəsələr tərəfindən qəbul edilmişdir. Vərəsələr bunlardır: İddiaçı1, Cavabdeh və İddiaçı2.

9. Hazırda vərəsələr arasında payların müəyyən edilməsi və əmlakın bölünməsi ilə bağlı mübahisə olduğundan, bu tələblərlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

10. İddiaçı Umuküs X1 ilə 04 fevral 1982-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2009-cu ildə müvafiq alqı-satqı müqaviləsi ilə Tahir Kazımov hazırda miras əmlak olan mənzili əldə etdiyindən həmin mənzil üzərində İddiaçı1 ½ hissədə payı vardır. Həmin mənzilin qalan ½ hissəsi isə Tahir Kazımovun payına düşür. Deməli, hazırki mülki iş üzrə miras əmlakın kütləsini mənzilin ½ hissəsi (yarısı) təşkil edir. Mirasın kütləsi üzərində vərəsələrin payları bərabər qaydada müəyyən edilməlidir.

11. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1146, 1147.1, 1151.1, 1159, 1160, 1243, 1255, 1274, 1278, 1279-cu, Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 32.3, 34.1 və 37.1-ci maddələrinə istinad etmişlər.

12. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Lənkəran Rayon Məhkəməsinin 2023-cü il 17 yanvar tarixli, 2(049)-219/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən, 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzil üzərində İddiaçı1 4/6 hissədə, İddiaçı2 1/6 h issədə və Cavabdeh 1/6 hissədə payının müəyyən edilməsi qət edilmişdir. (hakim Rəşad Məmmədov)

14. Birinci instansiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, X7 və X5 xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların Kazımzadə X6 və qızı İddiaçı2 adlı övladları doğulmuşdur. Tahir Kazımov xx.xx.2009-cu il tarixdə (İddiaçı1 ilə birgə nikah dövründə) Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bünyadzadə küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 1-bina, B1-blok, 10-cu mərtəbədə, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzili alqı-satqı yolu ilə əldə etmiş və mənzilin 33.540,00 manat olan dəyərini tam şəkildə ödəmişdir. X7 xx.xx.2020-ci il tarixdə ölmüş, ölümündən sonra qeyd olunan mənzil miras əmlak kimi qalmış və arvadı İddiaçı1, övladl arı – Kazımzadə X6 və İddiaçı2 adlı vərəsələri vardır. İşdə vəsiyyətnamə yoxdur.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Tahir Kazımov xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bünyadzadə küçəsi, 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzilin mülkiyyətçisi olsa da, həmin mənzil arvadı İddiaçı1 ilə birgə nikah dövründə əldə edildiyindən onların payları bərabər olmaqla, ümumi birgə mülkiyyətindədir. Belə olan halda, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bünyadzadə küçəsi, 1-bina, B1-blok, 10-cu mərtəbədə yerləşən, 64,50 m2 ümumi sahəsi olan 75 saylı mənzil üzərində mərhum Tahir Kazımovun və Umukus Kazımovanın ½ hissə mülkiyyət hüquqları mövcuddur. Bu baxımdan mübahisəli mənzilin ½ hissəsi mir as əmlak kütləsinə daxildir.

16. Birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarına əsasən hesab etmişdir ki, miras əmlak olan mənzil üzərində mərhum Tahir Kazımovun mülkiyyətində olan ½ hissəsi üzərində onun vərəsələri – İddiaçı1, Kazımzadə X6 və İddiaçı2 hər birinin 1/3 hissə miras payı vardır.

17. Birinci instansiya məhkəməsi sonda belə nəticəyə gəlmişdir ki, miras əmlak olan mənzil üzərində İddiaçı1 4/6 hissədə (1/2+(1/2x1/3)), İddiaçı2 1/6 və Cavabdeh 1/6 hissə payı müəyyən olunmalıdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 1133.1, 1133.2, 1134.1, 1159.1.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.1, 32.2.2, 32.3 və, 37-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verər ək qətnamənin ləğv edilməsi,miras əmlak üzərində özünün 4/6 hissədə, iddiaçıların isə hər birinin 1/6 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri: - atası hələ sağlığında iddiaçıların bu cür hərəkətlər edə biləcəklərini bildiyindən ölümündən sonra mənzilin cavabdehə qalması ilə bağlı vəsiyyətnamə vermiş, cavabdeh bu halı məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə nəzərə almamışdır; - məhkəmə iş üzrə həqiqətə nail olmaq üçün vəsiyyətnamə ilə bağlı araşdırma aparmalı və yekun qərarını işin faktiki hallarına və sübutlara əsaslandırmalı idi. Mülki Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı olması qeyd e dilsə də, həmin payın qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısının təşkil etməli olduğu göstərilmişdir. Lakin məhkəmə bu maddənin tələbini nəzərə almadan İddiaçı1 payını 4/6 hissə, İddiaçı2 1/6 hissə və Cavabdeh 1/6 hissədə müəyyən etmişdir. Lakin işin faktiki halları ilə bölgü məhkəmənin müəyyən etdiyi kimi yox, yəni Cavabdeh 4/6 hissə payı, iddiaçıların isə hər birinin 1/6 hissə müəyyən edilməli idi.

21. Cavabdeh apellyasiya baxışında göstərmişdir ki, atası xaricdə olarkən “Whatsapp” vasitəsi ilə mesaj göndərək evi onun qızına – X2 vəsiyyət etdiyini bildirmişdir. Lakin anası və digər şəxslər tərəfindən həmin mesajlar silinmişdir. Hansı ki, adıçəkilən mesajları o, vəsiyyətnamə hesab edir. Onun məqsədi mübahisəli evin satılmamasıdır.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 2(106)-858/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Cahid İmanov, İlkin Abdullayev)

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, cavabdehin apellyasiya şikayətində atası X7 tərəfindən mübahisəli mənzilə dair vəsiyyətnamə verilməsi və onun məhkəmə tərəfindən nəzərə alınmaması, habelə məhkəmənin işin faktiki hallarına və sübutlara əsaslanmaması barədə dəlili qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir.

24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli mənzilə dair vəsiyyətnamənin mövcudluğu bar ədə dəlili üzrə qeyd etmişdir ki, iddiaçı bu dəlini təsdiq edəcək heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayətində, eləcə də, məhkəmədə verdiyi izahatında vəsiyyətnamə deyərkən mərhum atası X4 xarici ölkədə olarkən “Whatsapp” proqramı vasitəsilə mübahisəli mənzili gələcəkdə nəvəsinə, yəni onun qızı X2 verəcəyi barədə göndərdiyi mesajı nəzərdə tutmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, vəsiyyətnamənin forması, tərtib edilməsi və s. qaydalar mülki qanunvericiliklə tənzimlənir ki, hazırkı halda cavabdehin göstərdiyi kimi hər hansı mesajın mövcudluğu belə, vəsiyyətnamənin olması və bu barədə hər hansı araşdırmanın zəruriliyi anlamına gəlmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

26. Cav abdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti belə əsaslandırılıb ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdehin atası hələ sağlığında iddiaçıların bu cür hərəkətlər edə biləcəklərini bildiyindən, ölümündən sonra mənzilin Cavabdeh qalması ilə bağlı vəsiyyətnamə vermişdir. Bu hal məhkəmə tərəfindən nəzərə alınmadan, iş üzrə düzgün və obyektiv araşdırma aparılmadan iddia tələbi təmin edilmişdir. Məhkəmə iş üzrə həqiqətə nail olmaq üçün vəsiyyətnamə ilə bağlı araşdırma aparmalı və yekun qərarını işin faktiki hallarına və sübutlara əsaslandırmalı idi. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa g ötürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. M addə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiq i üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.

34. İddia tələbi miras payının müəyyən edilməsindən ibarətdir.

35. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə X7 və X5 xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların Kazımzadə X6 və qızı İddiaçı2 adlı övladları doğulmuşdur. Tahir Kazımov xx.xx.2009-cu il tarixdə miras əmlak olan mənzili alqı-satqı yolu ilə əldə etmişdir. X7 xx.xx.2020-ci il tarixdə ölmüş, ölümündən sonra qeyd olunan mənzil miras əmlak kimi qalmış və iş üzrə tərəflər miras qoyanın vərəsələridir. Mənzil X4 İddiaçı1 ilə birgə nikah dövründə əldə edildiyindən payları bərabər olmaqla, mənzil onların birgə mülkiyyətindədir. Belə olan halda, mübahisəli mənzilin ½ hissəsi miras əmlak kütləsinə daxildir.

36. Məhkəmə kollegiyası miras əmlakda payların müəyyən edilməsi ilə bağlı məhkəmələrin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun olaraq əsaslı və qanuni sayır.

37. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.

38. Cavabdehin iddiaya etirazı və kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, atası tərəfindən onun qızının adına vəsiyyətnamə qoyulub. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır.

39. Əvvəla, kassasiya şikayətinin dəlilləri i lə eynilik təşkil edən apellyasiya şikayətinin həmin dəlillərinə apellyasiya instansiyası məhkəməsi qiymət verib. (bax: 25-ci bənd)

40. Buna baxmayaraq, cavabdeh mərhum atası X4 xarici ölkədə olarkən “Whatsapp” proqramı vasitəsilə mübahisəli mənzili gələcəkdə nəvəsinə, yəni onun qızı X2 verəcəyi barədə göndərdiyi mesajı vəsiyyətnamə kimi nəzərdə tutmaqla yenə də həmin dəlili irəli sürmüşdür.

41. Məhkəmə kollegiyası da öz növbəsində bir daha izah edir ki, vəsiyyətnamənin forması ilə bağlı məsələlər Mülki Məcəllənin 65-ci fəslində müfəssəl nizama salınıb. Həmin fəsildə vəsiyyətnamənin bütün hallarda yazılı olması (istər notariat orqanında, istərsə də ev vəsiyyətnaməsi) müəyyən edilib.

42. İşdən görünür ki, cavabdeh vəsiyyətnamə qoyulmasını bildirsə də, işə mahiyyəti üzrə baxan məhkəmələrə nə inki istinad etdiyi vəsiyyətnaməni, hətta mərhum atası X4 “Whatsapp” proqramı vasitəsilə mübahisəli mənzili gələcəkdə onun qızı X2 verəcəyi barədə göndərdiyi mesajı belə, təqdim edə bilməmişdir.

43. Buna görə də apellyasiya instansiyası məhkəməsinin iş üzrə həqiqətə nail olmaq üçün vəsiyyətnamə ilə bağlı araşdırma aparmalı olması barədə kassasiya şikayətinin dəlili əsassızdır.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(106)-858/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar