Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4438/2020 17.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: X14 Cavabdeh İddia tələbi: əmlak əldə edilməsi üçün ödənilmiş pulların qaytarılması Açar sözlər: mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərər, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının, onun vəkili Nümayəndə, cavabdehin vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1823/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” Mənzil Tikinti Kooperativi (bundan sonra – MTK ) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 000864 nömrəli payçı müqaviləsinə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, XXX XXX prospekti, B binasında, blok 1, 16 mərtəbə, 1 nömrəli, 2 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, payçı isə mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya verməyi öhdələrinə götürmüşlər. Həmin müqaviləyə görə mənzilin ümumi sahəsi 68,2 kv.m, mənzilin ümumi dəyəri 119350 manat təşkil edir, müqavilənin ilkin ödənişi 10,05%, yəni 12000 manat təşkil edir. Payçı müqavilə qiymətinin qalan 89,95 faiz, yəni 107350 manat olan məbləğini payçı, MTK və “xxxxxxxxx xxxxxxxxxxxxxxxxxx” X9 Abşeron filialı arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. “xxxx” MTK ilə X14 (bundan sonra – iddiaçı) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 1048 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı - “xxxx” MTK Bakı şəhəri, Yasamal rayonu, XXX XXX prospekti, 3166 məhəllə ünvanında B binasında, 16 mərtəbə, 6№-li 2 otaqlı mənzili sifarişçiyə təhvil verməyi, sifariçi isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 110000 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 367-xx-xx-2016-HR-FE saylı təminatlı kredit müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal ra yonu, XXX XXX prospekti, 3166 məhəllə ünvanında B binasında, 16 mərtəbə, 6 №-li 2 otaqlı mənzilinə görə borcalan 107350 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Abşeron filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışa görə cavabdeh xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 107350 manat məbləğində borcunu tam ödəmiş və Bank qarşısında həmin kredit müqaviləsi üzrə heç bir ödənilməmiş öhdəliyi qalmamışdır. xx.xx.2016-cı il tarixli, ********* nömrəli mənzilin təhvil-təslim aktına görə "MTK” ilə alıcı qismində cavabdeh arasında bağlanmış xx.xx.2016 tarixli, 000864 saylı alğı-satqı müqaviləsinə əsasən “MTK” Bakı şəhəri, Yasamal rayonu, H.XXX prospekti, 3166-cı məhəllə ünvanında yerləşən 190B-M16-m1 saylı mənzili 3 ədəd açarı ilə birlikdə “Alıcı”nın istifadəsinə verdi, “Alıcı” isə təhvil aldı. “Alıcı”nın təhvil verilən mənzilin müqavilə ilə müəyyən edilmiş şərtlərə tam uyğun olması, mənzilin ümumi vəziyyəti, mənzilin təmiri, mənzildə quraşdırılmış avadanlıqlar və təmir zamanı istifadə edilmiş materialların keyfiyyəti və kəmiyyəti ilə bağlı hər hansı bir iddiası, etirazı, pretenziyası və tələbi yoxdur. ünvan 3 ünvanında yerləşən mənzil (bundan sonra – mübahisəli mənzil) xx xxxxxx 2017-ci il tarixdə tam mülkiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində 2591 nömrəli reyestr kitabının 241337 nömrəli vərəqində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. X4 mülkiyyətində olan XXXqəsəbəsi, “XXX” b/y-nın 11-ci bölmə, 14-cü cənub küçəsi, 30/31 saylı bağ sahəsinin bir hissəsi ünvanınd a yerləşən 0.05 hektar torpaq sahəsi və XXX oğlunun mülkiyyətində olan XXXqəsəbəsi, 14-cü cənub küçəsi, XXX” b/y-nın 11-ci bölmə, 14-cü cənub küçəsi, 30/31 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.05 hektar torpaq sahəsi alqı-satqı müqavilələri əsasında xx.xx.2017-ci il tarixdə “XXX" b/y-nın 30 nömrəli bağ sahəsi kimi (yeni ünvan) (bundan sonra – mübahisəli bağ sahəsi) cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. xx.xx.2018-ci il tarixdən “Chevrolet Spark S” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına qeydiyyatdadır. “Mercedes Benz ML 350” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu il tarixli şəhadətnaməyə əsasən X2 adına qeydiyyata alınmış, o, xx.xx.2016-cı il tarixdə al qı-satqı müqaviləsinə əsasən həmin avtomaşını cavabdehə satmış, xx.xx.2016-cı il tarixdə həmin avtomaşına dair cavabdehin adına şəhadətnamə verilmiş, xx.xx.2016-cı il tarixdə cavabdeh iddiaçıya həmin avtomobilə dair etibarnamə vermiş, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh həmin avtomaşını X1 və həmin tarixdə X5 adına şəhadətnamə verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1168/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)9442/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində i craat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən mübahisəli mənzil və bağ sahəsinə görə 147350 manat və “Mercedes Benz ML 350” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə 14500 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq) Azərbaycan manatı ilə 24650 manat, ümumilikdə 172000 manat məbləğində vurulmuş zərərin tutularaq ona ödənilməsi və tələbin cavabdehin mülkiyyətində olan əmlaklara yönəldilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mülkiyyətində olan mənzili, bağ sahəsini və avtomobili əslində özü üçün alıb və dəyərini özü ödəyib. Lakin əcnəbi olduğu üçün yaxın tanışı olan cavabdehə etibar edərək, onu n adına sənədləşdirmək məcburiyyətində qalıb. Lakin sonradan cavabdeh razılaşmaların şərtlərinə əməl etməyərək həmin əmlakları qaytarmaqdan imtina edib. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsi əsassızdır, iddia ərizəsinin əsaslı olduğuna dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Cavabdeh iddiaçı qarşısında heç bir öhdəlik daşımadığından iddia rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, avtomaşınların alqı-satqısı ilə məşğul olur, iddiaçını təxminən 3 ildir ki, tanıyır. “Mercedes Benz ML 350” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomaşın Türkiyə Respublikası vətəndaşı X19 arvadı Türkan Abbasovanın mülkiyyətində olmuşdur. X12 tanışıdır, sonuncu ona maşını satmaqda kömək etməyi xahiş etmişdir. “M ercedes Benz ML 350” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomaşını o, iddiaçıya satmışdır. Cavabdehi əvvəllər görməmiş, maşının alınması ilə bağlı bütün danışaqlar iddiaçı ilə aparılmış, cavabdehi bir dəfə sənədləri təqdim edərkən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, “xxxx” MTK-də satış meneceri işləyir. Adını sonradan bildiyi iddiaçı 2016-cı ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən “xxxx” MTK-nə yaşayış binasına yaxınlaşmış və mənzil almaq istədiyini bildirmişdir. O, da satış meneceri olduğundan binada olan mənzilləri göstərmişdir. İddiaçı həmin vaxt bütün məbləği tam ödəyə bilməyəcəyi üçün mənzilin ona kreditlə satılmasını onlardan xahiş etmiş, şirkət isə əcnəbilərə daxili kreditlə mənzil sata bilməyəc əklərini, yalnız Azərbaycan Respublikası vətəndaşı olan şəxs bankla ipoteka müqaviləsi bağladığı təqdirdə mənzili əldə etmək mümkün olduğunu bildirmişdir. Bir müddət sonra iddiaçı tanışı olan cavabdehlə şirkətə gələrək payçı müqaviləsini cavabdehlə bağlamağı xahiş etmiş, iddiaçı 12000 manat olan ilkin ödənişi vermiş, cavabdehlə müqavilə bağladıqdan sonra “Azərbaycan Beynəlxalq Bank”-ın Abşeron filialında ipoteka müqaviləsi imzalanmış, təxminən 3-4 gün ərzində Bank mənzilin dəyərinin qalan məbləğini MTK-ya ödəmişdir. Həmin mənzilə görə pulu iddiaçı ödəmiş, lakin mənzilə dair payçı müqaviləsi cavabdehin adına qeydiyyata alınmışdır. Sonradan ona məlum olmuşdur ki, iddiaçı qısa bir müddətdə banka olan borcu da qaytarmışdır. Şahid qeyd etmişdir ki, mənzili iddiaçı bəyənmiş, 16-cı mərtəbədəki mə nzili özü seçmiş, cavabdeh mənzillə maraqlanmamış, mənzilin seçilməsində iştirakı olmamış, MTK-ya iddiaçı özü gəlmiş, cavabdeh yalnız müqaviləni imzalamaq üçün iddiaçı ilə birgə MTK-ya gəlmişdir. Cavabdeh mənzilə baxmamış, hansı mənzilin alınmasından xəbəri olmamışdır. İddiaçı MTK-dən ikinci mənzili alanda onunla daxili kredit müqaviləsi bağlanmışdır. Çünki iddiaçı həmin binada sakin idi və birinci mənzili alarkən qısa müddətdə banka pulu ödədiyinə görə müştərini qaçırmamaq üçün ona daxili kredit şərtləri ilə ikinci mənzil də satılmışdır. Şahid qeyd etmişdir ki, əvvəllər iddiaçını tanımamış, onunla mənzil alarkən 2016-cı ilin avqust ayında tanış olmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2044/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.Şükürova) iddia qismən təmin edilmiş, cavabdehdən mübahisəli mənzilə görə 119350 manat və mübahisəli bağ sahəsinə görə ödənilmiş 24000 manat, ümumilikdə 143350 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, “xxxx” MTK tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli kassa mədaxil orderinə görə, iddiaçı tərəfindən mübahisəli mənzilə qazın çəkilməsinə görə 84,87 manat pul ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili tərəfindən məhkəməyə təqdim olunmuş “Whatsapp” mobil proqramı vasitəsilə aparılan yazışmalardan - iddiaçı ilə 051 *** ** ** mobil nömrəli abonentin sahibi arasında mübahisəli bağ sahəsinin alınmasına və pul un verilməsinə dair yazışmaların olduğu müəyyən olunur. Məhkəmənin sorğusuna əsasən “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli cavaba görə, 051 *** ** ** mobil nömrəsi xx.xx.1957-ci il təvəllüdlü ünvan 5 mənzil 2 ünvanında qeydiyyatda olan X8 məxsusdur. Həmçinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri X13 Departamenti tərəfindən verilmiş arayışa görə, xx.xx.2019-cu il tarixə olan vergi ödəyicilərinin dövlət reyestrində cavabdehin vergi ödəyicisi kimi qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə “evdən çıxarılma” tələbi ilə 2019-cu ilin yanvar ayında müraciət etdiyi zaman iddiaçıya məlum olmuşdur ki, cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi əmlakı qaytarmaq niyyəti o lmamış və bu səbəbdən 2019-cu ilin iyun ayında hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt: cavabdehin əmlak əldə etməsi, bunu iddiaçının əmlakı hesabına əldə etməsi və bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması müəyyən edilməlidir. Məhkəmə sərbəst daxili inamına, həmçinin işin müəyyən edilmiş hallarına, məhkəmə iclasında tərəflərin verdiyi izahatlar və şahid ifadəsinə əsasən hesab etmişdir ki, mübahisəli mənzilin və bağ sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq həmin daşınmaz əmlaklar formal olaraq cavabdehin adına rəsmiləşdirilmiş və bununla da cavabdeh iddiaçını əmlakından məhrum etmiş və onun hesabına əsassız varlanmış, onun hüququnu pozmaqla ona torp aq sahəsinin və mənzilin dəyəri miqdarında maddi zərər vurmuşdur. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil və torpaq sahəsi alınarkən iddiaçıya bildirilmişdir ki, əcnəbi olduğu üçün mənzilin kreditlə ona satılması qanunvericiliklə mümkün deyildir. Torpaq sahəsi isə əcnəbilərin mülkiyyətində ola bilməz. Yalnız evin ödənişi ya tam edilməlidir və ya hansısa Azərbaycan vətəndaşının adına kreditə verilə bilər və məbləğ tam ödəndikdən sonra mənzil onun adına keçirilə bilər. İddiaçının məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçı mənzilin təmirinə vəsait xərcləmiş, həmin mənzilin sahibi odur və sadəcə mənzil kredit yolu ilə alındığı üçün zərurətdən cavabdehin adına sənədləşdirilmiş və çıxarış alınmışdır. Burada iddiaçının sözügedən ev və torpağı özü üçü n almaq istədiyi, cavabdehin isə onun bu güvənindən sui-istifadə etdiyi ifadə edilmiş, çünki qeyd olunan bu əşyalar bağışlamaq niyyəti ilə cavabdehin adına rəsmiləşdirilməmişdir. İddiaçı öz vəsaiti hesabına əldə etdiyi əmlakların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını cavabdehə vermək niyyətində olmamışdır, eləcə də cavabdehin həmin mənzilin əldə edilməsində heç bir formada iştirak etməməsi aydındır. Cavabdehin heç bir xüsusi gəlir gətirən bir fəaliyyətlə məşğul olduğunu təsdiq edən sübut olmadığı kimi, belə fəaliyyətlə məşğul olduğuna dair ümumiyyətlə hər hansı bir iddia da yoxdur. Yəni cavabdehin xüsusi gəlir gətirən bir fəaliyyətlə məşğul olmadığı işin mübahisəsiz halıdır. Faktiki vəziyyət belə olduğu halda 1 ildən də az bir müddət ərzində cavabdehin ev, torpaq və avtomobil almas ı iddiaçının iddialarının doğruluğuna dəlalət edir. Üstəlik nəzərə alınsa ki, bu qədər qısa müddət ərzində əmlakların əldə edilməsi məhz tərəflər arasında yaxın münasibətlər başladıqdan sonra baş vermişdir, onda iddia tələbinin işin halları ilə uyğunluğu daha bariz halda görünür. Bundan başqa, iddiaçı cavabdehin atası Əhməd Həsənova mübahisəli bağ sahəsinin alınması üçün 28000 manat pul vermiş və həmin pulun verilməsi iddiaçı ilə sonuncu arasında aparılmış “Whatsapp” yazışmaları ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının hüququnun pozulması nəticəsində o, özü üçün əldə etdiyini düşündüyü evdən və torpaq sahəsindən məhrum olduğundan ona vurulmuş zərər həmin ev və torpaq sahəsinə bərabər əmlakı əldə etməsi üçün zəruri olan miqdara bərabərdir. Məhkəmə araş dırması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən məhkəməyə təqdim olunmuş alqı-satqı müqavilələrinə əsasən mübahisə predmeti olan və cavabdehin mülkiyyətində olan mübahisəli mənzilin alqı-satqı qiymətinin 119350 manat və mübahisəli bağ sahəsinin alqı-satqı qiymətinin 24000 manat təşkil etməsi göstərilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin məbləğdə pul vəsaitləri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının “Mercedes Benz ML 350” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə 14500 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq) Azərbaycan manatı ilə 24650 məbləğində pulun ona qaytarılması hissəsində rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, iddiaçı həmin hissədə tələbini əsaslandıracaq hər hansı mötəbər sübutu mə hkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının gətirdiyi dəlillər cavabdehin avtomaşın hissəsində əsassız varlanmasına dəlalət etmir və iddiaçı xarici vətəndaş olmasına baxmayaraq nəqliyyat vasitəsini öz adına almaq imkanı olmuşdur. İddianın tələbin cavabdehin mülkiyyətində olan əmlaklara yönəldilməsi hissəsi ilə bağlı məhkəmə vurğulamışdır ki, tələbə məhkəmə qaydasında baxılmalı olmadığından icra icraatı qaydasında baxılıb həll edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1823/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Əliyev) iddiaçının apellyasiya şikayəti rədd edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 6, 9, 14, 16-18, 21, 135-158-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 77, 88, 217-ci maddələrinə istinadla hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlar əsasında tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilməmişdir və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə nəzərə almışdır ki, iddiaçı mötəbərliyi baxımından tərəflər arasında başqa sübut növü ilə təsdiq edilməsi mümkün olmayan müqavilə, qəbz və ya digər yazılı sübut təqdim etməmiş, cavabdehin cinayət təqibi qaydasında təsbit olunan və ya mülki münasibətlərdən irəli gələn təqsirli və hüquqa zidd əməllərinə dair sübutlara istinad etməmişdir. Həmçinin iddiaçı mübahisəli əmlaklara dair hüquq müəyyənedici sənədləri mülki icraat qaydasında mübahisələndirməmiş və onların cavabdehin adına rəsmi reyestrdə qeydiyyatının etibarsızlığı müəyyən edilməmişdir. İddianın təmin olunması üçün məhkəmənin ehtimallara və yalnız daxili inama əsasən qənaətə gəlməsi mülki hüququn prinsiplərinə ziddir. İddiaçının mübahisəli əmlakların heç birinə aid hissədə pul ödənişi sübut olunmadığı halda, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına zidd olaraq və yalnız şahid ifadələrinə istinadən, tərəflərin öz risk dairəsi nə aid şəxsi hüquqlarına və mülki dövriyyənin azadlığına əsassız müdaxilə yolverilməzdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə heç bir halı araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi porsessual qanunvericiliyin tələblərinə uyğun kifayət qədər əsaslandırılmamış, işdə olan sübutlara düzgün qiymət verilməmişdir. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iş tirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qi ymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçiril məmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegi yası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı öz tələbini cavabdehin adına alınmış daşınmaz əmlakların və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyanın dəyərinin onun tərəfindən ödənildiyi ilə əsaslandırır. İddiaçı həmin əmlakların əldə olunması barədə əqdləri mübahisələndirmir və ya əmlakların ona verilməsi tələbini irəli sürmür. Azərbaycan R espublikasının mülki qanunvericiliyində belə əmlakların əldə edilməsinin, özgəninkiləşdirilməsinin və qeydə alınmasının xüsusi qaydası müəyyən edildiyi üçün əldə etməyə əsas olan əqd etibarsız hesab olunmadan və ya ləğv edilmədən həmin əmlakların hüququ rəsmi reyestrdə qeydə alınmış şəxslər tərəfindən qanuni əsaslarla əldə olunduğu prezumpsiyası qüvvədədir. Eyni zamanda iddiaçı həmin əmlakların dəyərinin onun tərəfindən könüllü ödənildiyini bildirir və hal-hazırda ona vurulmuş zərər qismində cavabdehdən tutulmasını tələb edir. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin dispozisiya şərtlərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını, həmçinin onunla əsaslandırmışdır ki, iddiaçı iş üzrə cavabdehin cinayət təqibi qaydasında təsdiq olunan və ya mülki münasibətlərdən irəli gələn təqsirli və hüquqa zidd əməllərinə dair sübutlara istinad etməmişdir. Eyni zamanda daşınmaz əmlaklara və rəsmi reyestrə qeydə alınmalı olan daşınar əşyalara dair qanunvericinin yuxarıda istinad olunan mövqeyi nəzərə alınmaqla tərəflər arasında yaranmış əmlakların dəyəri qismində iddiaçının cavabdehə pul verməsinin maddi hüquqi əsası kimi borc müqaviləsi (Mülki Məcəllənin 739-cu maddəsi) və ya bağışlama müqaviləsi (Mülki Məcəllə nin 666-cı maddəsi) çıxış edə bilər. Bu hüquq münasibətlərin hər ikisi müqaviləyə əsaslandığına görə baxılan iş üzrə əsassız varlanma qaydaları tətbiq oluna bilməz. Çünki Mülki Məcəllənin həmin hüquq münasibətini tənzimləyən 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Kassasiya şikayətinin apelyasiya instansiyası məhkəməsinin aktının prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq kifayət qədər əsaslandırılmadığı barədə dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 418.3-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X22 Ersan tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1823/2 020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4438/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4438/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver