Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4438/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4438/21 (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 17 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-5 15/2020 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa edilmə, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 noyabr 2019-cu il tarixli, 2(025)-1455/2019 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi təmin edilməmişdir. b) Apelyasiya instansiyası məhkəm əsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) 12 fevral 2020-ci il tarixli, 2(107)-515/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(025)-1455/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı qətnamədən kasasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)515/2020 saylı, 17.05.2021-ci il tarixli qərardadı ilə kasasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməyərək kasasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizədə İddiaçı və onun vək ili Vəkil1 göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyаsının 12 fevral 2020-ci il tarixli, 2(107)-515/2020 nömrəli qətnaməsindən narazı qaldığı üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmişdir. O, müddətin bərpası ilə bağlı ərizəsində qətnamənin surətini 05 mart 2020-ci ildə alsa da bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar “evdə qal” kampaniyası tətbiq edildiyindən, daha sonra isə özünün sağlamlığında və yeni doğulmuş oğlu Poladın sağlamlığında problemlər olduğu üçün vaxtında kassasiya şikayəti verə bilməmişdir, ona görə də müddətin ötürülməsini üzrlü hesab edərək bərpa edilməsini və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. Hazırki ərizədə göstərilənlər Azər baycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməyəcəyindən, həmçinin ərizəyə buraxılmış prosessual müddətin üzürlü hesab edilməsinə əsas ola biləcək hərhansısa bir sənəd əlavə edilmədiyindən ərizə təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, prosessual müddətin bərpa edilməsini və qətnamədən vermiş olduğu kasasiya şikayətinə baxılmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 202-ci ilin mart, aprel, may aylarındabütün ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar “evdə qal” kampani yası tətbiq edildiyindən, daha sonra isə özünün sağlamlığında və yeni doğulmuş oğlu Poladın sağlamlığında problemlər olduğu üçün vaxtında kassasiya şikayəti verə bilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1, Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbin, 3-cü şəxslər AR Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasa siya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı kasasiya şikayətində də müddətin bərpası barədə ərizəsində müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi səbəbləri kimi istinad etdiyi xüsusatlara əsaslanmış, lakin apelyasiya kollegiyasının hansı prosessual pozuntuya yol verməsini əsaslandıra bilməmişdir. İddiaçı həm üzrlü hal hesab etdiyi xüsusatların təsdiqi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, həm də kasasiya yoxlaması nəticəsində hər hansı pozuntuya yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunm amalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-515/2020 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.