Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4438/2022 07.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X3rşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, əmək müqaviləsinin müddətli bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh AR ƏƏSMN-nin tebeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X3rşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, müqavilənin müddətsiz hesab edilməsi, qanunsuz işdən çıxarılma müddətində ödənilməmiş əmək haqqının verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2973/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2017-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir.
2. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən iddiaçının işlədiyi tədris mərkəzi ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2019cu il tarixli Fərmanı və Fərmanın icrası olaraq Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmaqla, Observatoriyanın Nizamnaməsi və strukturu təsdiq edilmişdir.
3. İddiaçı 29 mart 2020-ci ildə işdən azad edilməsi və eyni zamanda yeni yaradılmış Milli Observatoriyaya işə qəbulla bağlı ərizə yazmışdır. İddiaçı ilə 30 mart 2020-ci ildə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır.
4. Observatoriyanın idarə heyətinin sədri vəzifəsini icra edən Elşən Əsədovun 30 iyun 2020-ci il tarixli əmri ilə iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğv edilməsi, Observatoriyada əmək bazarının təhlili və monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşüraların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 №-li Fərmanının 2.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 04 iyun tarixli, 775 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 №-li Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. ETTM-in ləğvi ilə bağlı iddiaçı 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edilərək (pandemiya şəraiti ilə əlaqədar işçilərə evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur edilb ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də iddiaçıya yeni yaradılmış Observatoriyada işlə təmin olunmağına dair ərizə yazdırıblar. İddiaçı 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 №-li sənədə əsasən 2020-ci il 29 mart tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar iddiaçı evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildiriblər. İşdən azad o lunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində işləmiş və həmin qurum ləğv edildiyi ərəfədə ona və qurumun digər işçilərinə öz xahişləri ilə işdən azad edilmələri barədə ərizə yazdırmışlar. Sonradan pandemiyanı bəhanə edərək onlara 2 saatlıq sms icazə götürüb təcili olaraq işə gəlmələrini və məzmunu ilə tanış olmadıqları sənədlərə imza etdirmişlər. Sonradan məlum olmuşdur ki, onlarla müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddəti bitdikdən sonra onlara sadəcə deyilmişdir ki, rəhbərlik onlarla yeni yaradılmış idarədə işləmək istəmir. Bunu eşitdikdən sonra onlar dərhal aidiyyəti qu rumlara şikayət etməyə başlamış, lakin bu, heç bir nəticə verməmişdir. İddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanunsuz idi. Belə ki, iddiaçının işinin xüsusiyyətlərinə görə bunun üçün heç bir əsas olmamışdır.
7. Cavabdeh təşkilatın nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitmişdir. Hal-hazırda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz hesab ediləcəyi təqdirdə, bu işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnəcək.
8. X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1733/2021 saylı, 02 aprel 2021ci il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbi t əmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X7 xx.xx.2020-ci il tarixli, **********5 nömrəli əmri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi və onunla 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, 30 iyun 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi işin hallarını, o cümlədən iddi açının işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürərək hesab etmişdir ki, iddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Həmçinin işçinin əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olmuş və iddiaçının əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, yeni əmək müqaviləsini müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. Belə ki, İddiaçı 2020-cin ilin mart ayınadək əmək haqqı aldığı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzindən öz xahişi ilə işdən azad edildiyindən sonra xx.xx.2020-ci il tarixdə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observat oriya” publik hüquqi şəxşə müddətli əmək müqaviləsinə əsasən işə qəbul edilməsi nəzərə alınarsa, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması şübhə doğurur.
11. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və nəticədə Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən a sılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsi, 35-ci, Əmək Məcəlləsinin 43, 47, 68.2-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli Qərаrına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək qanu nvericiliyi heç də əmək müqaviləsinin müddətli bağlanmasını təkcə işçinin əmək funksiyalarının icrasının müddətli və ya müvəqqəti xarakter daşıması ilə şərtləndirməmiş, hətta işçinin əmək funksiyalarının icrasının mütəmadi xarakter daşıması halında da tərəflərin qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanmasını mümkün və qanuni hesab etmişdir (Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi). Tərəflər arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanılmış, iddiaçı tərəfindən bu halı istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilmiş dir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə səhv hüquqi nəticəyə gələrək iddia tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Sözügedən əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmiş, təsadüfi deyildir ki, iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı bir məhkəmə icraatında mübahisələndirməmişdir. Həmçinin məhkəmə iddia tələbindən kənara çıxaraq nəticə etibarilə tərəflər arasında 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin etibarlılığına hüquqi qiymət vermiş və faktiki olaraq iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilməmiş müqavilə müddəasının doğurduğu hüquqi nəticələri ləğv etmişdir. Halbuki iş üzrə materiallardan göründüyü kimi tərəf əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndini heç vaxt qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir. Halbuki, əqdin özü mübahisələndirilmədən onun doğurduğu hüquqi nəticələr ayrıca və müstəqil mübahisə predmeti ola bilməz.
15. İddiaçının əvvəlki iş yeri olan ləğv edilmiş Əmək və Sosial Problemlər üzrə ElmiTədqiqat və Tədris Mərkəzi isə Milli Observatoriyadan tamamilə fərqli olaraq müvafiq sahələrdə elmi tədqiqatlar aparan və nazirlik sistemində avtomatlaşdırılmış idarəetmə sistemləri yaradılması və mütəxəssislərin ixtisasının artırılmasını həyata keçirən əsas və əlaqələndirici təşkilat kimi ixtisaslaşdırılmış, tərkibində məşvərətçi hüquqa malik Elmi Şura fəaliyyət göstərmiş, müxtəlif ölkələrin elmi-tədqiqat təşkilatları ilə yaradıcılıq əlaqələri olan, aspirantura və dissertantura vasitəsilə müvafiq sahələrd ə mütəxəssislər hazırlayan elm və tədris mərkəzi olmuşdur. Qeyd olunan funksiyaları Azərbaycan Respublikasının təhsil sisteminə daxil olan digər təhsil müəssisələri həyata keçirdiyindən Mərkəzin perspektiv fəaliyyətinə lüzum qalmamış və Mərkəz ləğv edilmişdir. Yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti tamamilə fərqli xarakter daşımış, Mərkəz sırf nəzəri, elmitədqiqat və kadr hazırlığı müəssisəsi kimi fəaliyyət göstərsə də, Milli Observatoriya müvafiq sahədə empirik və praktiki fəaliyyət göstərən, bu sahədə monitorinq və sorğuların təşkili kimi tətbiqi fəaliyyətlə məşğul olan publik hüquqi şəxs qismində yaradılmışdır. Ləğv edilmiş Mərkəzin sərbəstləşən işçiləri, o cümlədən iddiaçı Milli Observatoriyaya ərizə ilə müraciət edərək işlə təmin olunmalarını xahiş etmiş, Milli Observatoriya da öz növbəsində faktiki olaraq sınaq müddəti məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 3 aylıq müddətli əmək müqaviləsi bağlanılmaqla onları işlə təmin etmiş, həmin müddət ərzində ləğv edilmiş Mərkəzin işlə təmin edilmiş sərbəstləşən işçilərinin fəaliyyətinin təhlili və qiymətləndirilməsi aparılmış, qiymətləndirmənin nəticələri həmin əməkdaşların birbaşa struktur bölmə rəhbərlərinin şifahi rəyləri, işə davamiyyəti, nizam-intizam qaydalarına riayət etmələri, ünsiyyət və kommunikasiya, həmçinin komandada işləmək potensialları və s. keyfiyyətləri nəzərə alınmaqla müəyyən edilmiş və bir sıra əməkdaşların əmək müqavilələrinin müddətinin uzadılmaması məqsədəuyğun hesab edilmi şdir. Həmin əməkdaşlardan biri də iddiaçı olmuşdur. İşəgötürən ləğv edilmiş Mərkəzin sərbəstləşən işçilərini faktiki olaraq sınaq müddəti üçün yeni yaradılmış quruma işə götürmüş, onlarla bağlanan əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş, bunu istisna edən hər hansı bir fakt və ya sübut mövcud olmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6974/2021 nömrəli 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Emin Mehdiyev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1733/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.
17. Apellyasiya məhk əməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbi nin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
18. Apellyasiya məhkəməsi iddiaçının onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması dəlilinə münasibətdə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır.
19. Apellyasiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsi, 43-cü maddəsinin 1-ci hissəsi, 45-ci maddəsinin 1-ci və 4-cü hissələri, 47-ci maddəsi, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı ka ssasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təyin olunduğu vəzifə üzrə əmək funksiyası və göstərilən xidmətlərin daimi xarakter daşıması cavabdehə qabaqcadan bəlli idi. Bu səbəbdən iddiaçı ilə əmək müqaviləsi müddətli bağlana bilməzdi. Həmçinin əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi əmək müqaviləsinin məhz Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun bağlandığını birinci instansiya məhkəməsində göstərməmişdir. Ümumiyyətlə apellyasiya instansiyası məhkəməsi sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra kassasiya instansiyası məhkəməsi) 2(102)-301/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X1 və Şamayev Elşad Yaquboviç) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6974/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
23. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür, ap ellyasiya məhkəməsi də buna hər hansı aydınlıq gətirməmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Barəsində kassasiya şikayəti verilən qətnamədən isə görünür ki, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən işin bu halına apellyasiya məhkəməsi qiymət vermədən, iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 45ci m addəsinin 4-cü hissəsinə, 47, 68-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 218.1, 407.2, 416.1, 416.2, 417.1.1, 417.1.2, 417.1.3, 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2973/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və İlham Kərimli) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1733/2021 saylı qətnaməsi dəyişdirilmədə n saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, əmək müqaviləsinin müddətli bağlanması əsası mövcud olmaması səbəbindən müqavilənin müddətsiz bağlanması Əmək Məcəlləsinin tələbi olduğundan xx.xx.2020-ci il tarixli, **********5 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi və onunla 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, 30 iyun 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənil məsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
28. Belə ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür.
29. Kollegiya iddia tələbinin məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinin məzmunundan görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, MPM-in 385.2, 387.1, 402.1, 420-ci maddələrinə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Milli Observatoriyadan əvvəl əmək fəaliyyəti ilə məşğul olduğu Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində (bundan sonra – Mərkəz) müddətli əsaslarla işləmişdir. Belə ki, Məhkəmə Kolle giyası işə o qədər səthi və tələsik yanaşmışdır ki, İddiaçı ilə onun Milli Observatoriyadan əvvəl fəaliyyət göstərdiyi Mərkəzlə aralarındakı 09 yanvar 2017-ci il tarixli Əmək müqaviləsi (Kontraktı) ilə və onun şərtləri ilə ümumiyyətlə tanış olmamışdır. Belə ki, həmin Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi müddətli bağlanmış, həmin müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi 09 yanvar 2017ci il tarixindən 09 yanvar 2018-ci il tarixinədək 1 (bir) il müddətinə bağlanmışdır. İşin halları ilə müəyyən edilir ki, iddiaçının cavabdeh Milli Observatoriyadan əvvəlki işəgötürəni ilə (Mərkəz) əmək müqaviləsi müddətli əsaslarla olmuş (1 il müddətinə), burada cəmi 3 il fasiləsiz əmək stajı olmuş, beləliklə onunla bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün zəruri fasiləsiz 5 ildən artıq əmək stajına malik olmamışdır. Göründüyü kimi, iddiaçının Mərkəzlə bağladığı əmək müqaviləsinin müddətsiz hesab olunması üçün nə müqavilə əsası, nə də qanuni əsas olmamışdır. Ona görə də Milli Observatoriyanın iddiaçının müddətsiz olmayan əmək müqaviləsini müddətli əmək müqaviləsinə keçirməsindən söhbət gedə bilməzdi. Məhkəmə Kollegiyası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələbini pozaraq fasiləsiz olaraq cəmi 3 il davam etmiş müddətli əmək müqaviləsini müddətsiz əmək müqaviləsi kimi qiymətləndirmişdir.
33. Bundan başqa məhkəmə kollegiyası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində müəyyən edilmiş halı nəzərə almamış, qanunu səhv təfsir edərək belə qənaətə gəlmişdir ki, əmək funksiyaları daimi olduğu halda hətta tərəflər arasında sərbəst i radə ifadəsinə əsaslanan qarşılıqlı razılıq olsa belə əmək müqaviləsi müddətli əsaslarla bağlanıla bilməzdi. Halbuki, məsələyə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin kontekstində yanaşdıqda müəyyən olunur ki, hətta işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aid olduğu halda belə tərəflər əmək müqaviləsini qarşılıqlı razılıq əsasında müddətli bağlaya bilərlər. İş üzrə materiallardan göründüyü kimi iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndini heç vaxt iddia tələbində mübahisələndirməmişdir. Halbuki, iddiaçı həm fiziki formada olan əmək müqaviləsi, həm də AR Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “esosial” portalı, my.gov.az, e-gov.az portalları vasitəsilə şəxsi elektron kabi netindən əmək müqaviləsinin mühüm şərtəri ilə tanış olmaq imkanına malik olmuşdur. Bununla yanaşı, iddiaçı nəinki Observatoriya ilə, eyni zamanda Mərkəzlə 2017-ci ildə bağladığı əmək müqaviləsinin müddətlə bağlı şərtlərini işlədiyi dövrdə heç vaxt mübahisələndirməmişdir. Bu isə onun qeyd olunan şərtlə razı olduğunu, məhz əmək müqaviləsinin müddətinin başa çatması ilə əmək müqaviləsinə xitam verildikdən sonra hüquqlardan sui-istifadə edərək işə bərpa olunmaq üçün əvvəllər razılaşdığı müqaviləni sonradan mübahisələndirdiyini göstərir.
34. Bununla yanaşı iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməklə məhkəməyə müraciət etsə də apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir.
35. Məhkəmə təcrübəsinin vahi dliyi baxımından qeyd edilməsi zəruri hesab edilmişdir ki, eyni cavabdehə (Milli Observatoriyaya) qarşı eyni tələbə dair 2 iş üzrə məhkəmə qətnamələri qanuni qüvvəyə minmişdir (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)4346/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(103)-6561/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnamələri). Həmin işlər üzrə iddiaçıların iddia tələbləri təmin edilməmiş və Məhkəmə Kollegiyası tərəfindən tərəflər arasında əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə müvafiq olaraq hüquq bərabərliyinə əsaslanan qarşılıqlı razılıq əsasında müddətli əsaslarla bağlandığı, həmin müddətin başa çatması ilə əmək müqaviləsinə xitam verilməsinin qanuni olması müəyyən edilmişdir.
36. Həmçinin Ali Məhkəmənin analoji işlər üzrə qərarlardakı hüquqi mövqe v ə müddətli əmək müqaviləsinin bağlanması məsələsinə yanaşma hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hüquqi mövqeyindən əsaslı surətdə və kəskin şəkildə fərqli olmuşdur. Belə ki, istinad olunan məhkəmə qərarlarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, tərəflər arasında əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə müvafiq olaraq müddətli əsaslarla bağlanması mümkündür və bununla bağlı hər hansı bir əlahiddə şərtin (işçinin əmək müqaviləsi bağlanarkən motivi, işçinin iradə ifadəsinin xüsusi formada həyata keçirilməsi və s.) müəyyən edilməsinə zərurət yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
38. Maddə 35. (Vİ) Hə r kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsi
39. Maddə 45 (1) Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
40. Maddə 45 (4) Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
41. Maddə 45(5) Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 42. 47 (f) Tərəflərin hüquq b ərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
43. Maddə 68.(2 “b”) Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər
44. Maddə 73 (1) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
45. Maddə 296 (2) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnu n pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
46. Maddə 296 (3) Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
47. Maddə 300 (1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam ve rmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.4 Kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qəra rdadının ləğv edilməsi üçün əsasdır. 58. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
62. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. (51-52)
63. İşə sonuncu dəfə baxmış apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmu nu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür.
64. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə əvvəllər bağlanmış əmək müqaviləsinin müddətsiz olduğunu vurğulasa da bu hal iş materialları ilə öz təsdiqini tapmamış, iddiaçı qeyd edilən halla bağlı iş materiallarına hər hansı mötəbər sübut əlavə etməmişdir.
65. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və e tirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. 66. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işi n faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
67. Bununla yanaşı işin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2017-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində (bundan sonra Mərkəz) müxtəlif vəzifələrdə işləmişdir.
68. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən iddiaçının işlədiyi tədris mərkəzi ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2019cu il tarixli Fərmanı və Fərmanın icrası olaraq Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmaqla, Observatoriyanın Nizamnaməsi və strukturu təsdiq edilmişdir.
69. İddiaçı 29 mart 2020-ci ildə işdən azad edilməsi və eyni zamanda yeni yaradılmış Milli Observatoriyaya işə qəbulla bağlı ərizə yazmışdır. İddiaçı ilə 30 mart 2020-ci ildə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır.
70. Göründüyü kimi iddiaçının əvvəlki əmək müqaviləsi üzrə cəmi 3 il fasiləsiz əmək stajı olmuş, beləliklə əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün zəruri fasiləsiz 5 ildən artıq əmək stajına malik olmamışdır.
71. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən onun Mərkəzlə bağladığı əmək müqaviləsinin müddətsiz olması barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün qanuni əsas (5 il fasiləsiz staj) olmadığından apellyasiya instansiya məhkəməsinin iddiaçının əmək müqaviləsinin əvvəl müddətsiz olması barədə gəldiyi qənaəti qanuni və əsaslı hesab edilə bilməz.
72. Kollegiya qeyd edir ki, nə qədər ki tərəflər arasında daha əvvəl müddətsiz əmək münasibətləri olmamışdır, onunla sonradan eyni, yəni Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanması tərəflərin hüquq bərabərliyi prinsipinə zidd hal kimi qəbul edilə bilməz.
73. Odur ki, tərəflərin qarşılıqlı razılığına əsasən iddiaçının əvvəlki hüquqi vəziyyətindən fərqlənməyən formada müddətli əmək müqaviləsinin bağlanmasında qanunvericiliyin hər hansı pozuntusuna yol verməsi halı mövcud olmadığından, bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq xitamın verilməsi də qanuni hesab edilməlidir.
74. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamışdır.
75. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
76. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
77. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X4 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2973/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X3rşı barəsində qəbul edilmiş əmrin ləğv edilməsi, Milli Observatoriyada əmək bazarının təhlili və monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.