Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4439/2020 03.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6nə qarşı “pul” tələbinə dair iddiası üzrə Cavabdeh5 və vəkili Vəkil2 apelyasiya şikayəti təmin edilmiş və prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiy a Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, prosessual qanunvericilikdə həmin qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Cavabdeh5 Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyaların ın qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunvericilik barəsində kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının dairəsini dəqiq müəyyən etmiş və bundan hər hansı istisnanı, o cümlədən apelyasiya şikayətinin qaytarılması barədə qərardadlardan şikayət verilməsini nəzərdə tutmamışdır. Həmin qərarların “şikayətin geri qaytarılması” adlandırılması özlüyündə onlardan şikayət verilməsi imkanı vermir. Əsas məsələ həmin qərarın hansı məsələ ilə bağlı qəbul edilməsidir. Əgər qeyd olunan qərar ondan kassasiya şikayəti verilməsini nəzərdə tutmayan məsələ ilə bağlı qəbul edilmişdirsə, həmin şikayətin qaytarılması barə də qərara da kassasiya icraatında baxıl bilməz. Bu baxımdan MPM-nin qeyd edilən maddəsinin tələbinə görə Cavabdeh5 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya şikayətinin qaytarılmasından kassasiya şikayəti verilməsinin istisna olunması hüquq və azadlıqların məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqlarla ziddiyyət təşkil etmir. Çünki apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması məsələsini ilkin olaraq apelyasiya instansiyası məhkəməsi həll etdiyi üçün həmin qərardadların düzgünlüyünü kassasiya instansiyası yoxladığı halda, apelyasiya şikayəti nin qeri qaytarılması barədə qərardadları da ilkin olaraq birinci instansiya məhkəməsi qaytardığı üçün həmin qərardadlardan verilən şikayətlərə də MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada birinci və apelyasiya instansiyaları məhkəmələri tərəfindən təkrar baxılır. Beləliklə, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403.1, 407.3, 408.1.1, 408.1.3 və 408.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Cavabdeh5 Bakı ApelLyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3692/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4439/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4439/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver