Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4440/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 11 mart 2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-10/2015 saylı işi üzrə xx.xx.2015ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ə.Qəhrəmanov) iddia təmin edilmiş, Cav abdeh Mətləf oğlu Bakı şəhəri, X saylı mənzilindən çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən, məruzəçi), R.Eyvazov və Z.Əliyev, 2(103)-3254/2020 saylı mülki iş) hazırki iş üzrə hüquq və maraqlarına toxunan şəxs X tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)10/2015 saylı işi üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Viktorovna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqdim edərək Cavabdeh Mətləf oğlunun və onunla yaşayan digər şəxslərin Bakı şəhəri, XX nömrəli evin 2 saylı mənzilindən çıxarılması və mənzilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: xx xxxxxxxx 1987-ci il tarixdə uzun müddət neft sənayesində çalışdığı üçün əri X2 Bakı şəhəri, Əzizbəyov rayonu, Damba 2 qəsəbəsi, Kalinin küçəsi 8 saylı evin 3 otaqlı 2 saylı mənzili yaşamaq üçün verilmişdir. Mənzilin sahibləri 1996-cı ildə Rusiyada olarkən cavabdehlər mənzili özbaşına zəbt etmişlər. Əri 1996-cı ildə vəfat etmişdir. Ərinin adına verilmiş orderdə onların adları ailə üzvləri kimi qeyd edilmişdir. Mərhum ərinin birinci növbəli vərəsəsi iddiaçıdır. Qüvvədə olan qanunvericiliyə əsasən mübahisəli mənzil əvəzsiz olaraq onun ailə üzvlərinin mülkiyyətinə keçirilə bilər. Ona görə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarına istinad etməklə cavabdehlərin mənzildən çıxarılmasını tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılm ışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı şəhəri, XX nömrəli evin 2 saylı mənzili dövlət mənzil fondunun yaşayış sahəsi olmaqla Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin mənzilin kirayəçisi order əsasında X1muş və o, xx.xx.1996cı il tarixdə vəfat etmişdir. Onun ailəsi, o cümlədən arvadı İddiaçı Viktorovna 1991-ci il tarixdə ailə üzvləri (uşaqları) ilə sözügedən mənzildən qeydiyyatdan çıxaraq daimi Rusiya Federasiyasına köçmüş və hal-hazırda da, orada yaşamaqla həmin ölkənin vətəndaşlarıdırlar. Sözügedən mənzilin kirayəçisi vəfat etdiyi, ailə üzvləri, o cümlədən İddiaçı Viktorovna daimi başqa yaşayış yerinə köçdüyü üçün yaşayış sahəsinin kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilmişdir. Yaşayış sahəsi boş qalmış, lakin məlum hadisələrlə əlaqədar həmin mənzildə 1996-cı il tarixdə məcburi köçkün ailəsi məskunlaşmışdır. Bununla bağlı məlumatlar sözügedən məhkəmə qərarının əsaslandırma hissəsində iddiaçı və cavabdehin izahatında öz əksini taşmışdır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: İddiaçının nümayəndəsi X4 və maraqlarına toxunan şəxsin nüm ayəndəsi X5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Ape lyasiya instansiyası məhkəməsi işin müəyyən edilən hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş və mübahisə ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. İşə baxan məhkəmələrin mövqeyinə görə Bakı şəhəri, XX saylı evin 2 saylı mənzili İddiaçı Viktorovnanın əri X2 verilmiş, Anikin Aleksandr xx.xx.1996-cı il tarixdə vəfat etmiş, qüvvədə olan qanunvericilik idiaçının mərhumun 1-ci növbəli vərəsəsi kimi tanıdığından iddiaçının mənzili öz adına özəlləşdirməyə hüququ var. Cavabdeh 1996-cı ildən mənzili zəbt etdiyindən iddiaçı hüquqlarından istifadə edə bilmir. İşə baxan məhkəmələr yanlış nəticəyə gəlmişlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydad a xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Qeyd olunan Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəs ini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin müəyyən edilən halı ondan ibarətdir ki, İddiaçı Viktorovna xx xxxxx 1952-ci il tarixdə Krasnodar vilayəti Novokuban şəhərində anadan olmuş, daimi qeydiyyat yeri Krasnodar vilayəti Novokuban şəhəri Lenin küçəsi 28 ünvandır. O, əri ölməmişdən əvvəl Bakı şəhərini tərk etmiş, Rusiya Federasiyası vətəndaşıdır, Bakı şəhərini tərk etdiyi vaxtdan mübahisəli mənzildən pasport qeydiyyatından çıxmış, özünə daimi yaşayış yeri seçmişdir. İşin həmin faktiki halları iddiaçının mənzilə münasibətdə hüquqlarının olmaması qənaətini formalaşdırır. İddiaçı yaşamaq üçün onların ailəsinə verilmiş dövlət fondunda olan mənzili hələ icarədarın sağlığında ailəsi ilə birlikdə tərk edərək daimi yaşamaq üçün başqa ölkəyə köçmüş, həmin ölkənin vətəndaşlığını qəbul etmiş, orada işləmiş, bir daha geri dönməmiş, təqribən 20 ildən sonra nümayəndə vasitəsi ilə dövlət fondunda olan mənzilin ona verilməsini tələb etmişdir. İşin qeyd olunan faktiki halları fonunda İddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüquqlarının olması barədə məhkəmələrin qənaəti tamamilə əsassızdır. Bundan başqa, məhkəmələr iddianı təmin edərkən iddiaçının mərhum Anikin Aleksandrın 1-ci dərəcəli vərəsəsi olması halına da istinad etmişlər. Hansıki, iş materiallarında belə bir sübut mövcud deyil və iddiaçının mərhum Anikin Aleksandrın, yəni keçmiş icarədarın vərəsəsi olması, bununla bağlı qanun və vəsiyyət üzrə miras əmlakı qəbul etməsi, və ya icarədarın hüquqlarının ona keçməsinə dair heç bir sübut təqdim etməmişdir. İşə baxan Apellyasiya Məhkəməsi iş in müəyyən edilən hallarına maddi hüquq normalarını düzgün tətbiq etmək əvəzinə (tələbin qanuni əsasını tapmaq əvəzinə) iddianın təmin olunmasını istisna edən normaları sadalamaqla yekun qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4. maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Məcəllənin 417.2. maddəsinə əsasən bu məcəllənin 417.1.4-c ü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Hazırkı işdə işin müəyyən edilmiş hallarına yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin) tətbiq olunmaqla iddia rədd olunmalı olduğu halda məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməməklə iddianı təmin etmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları maddi hüquq normalarını düzgün tətbiq etməklə yekun qərar qəbul edilməsini şərtləndirdiyi üçün qətnamənin ləğv olunaraq yeni qərar çıxarmaqla iddianın rədd edilməsi məqsədəmüvafiqdir. Nəticə: Maraqlarına toxunan şəxs X-in kassasiya şikayəti təmin edil məli, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlarına toxunan şəxs X-in kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iddia tələbi rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4440/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4440/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver