Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4442/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı, cavabdeh X1 nümayəndəsi və vəkili X12 qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-7486/2019, hakim Ə.R.Abb asova) İddiaçı Cavabdeh XXX oğlu, X4, X2, X6 və X5 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi, 51 saylı evin, 96 saylı mənzildən çıxarılması, qeyd edilən mənzilin əşyaları ilə bərabər iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1714/2019, hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə də təmin edilmiş, Cavabdeh XXX oğlundan 1800 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, cavabdehlərin apellyasiya şikayət i təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bundan sonra iddia ərizəsinə əlavə də təqdim edərək Cavabdeh XXX oğlu, X4, X2, X6, X3 ona məxsus XXXdən çıxarılmaları, mənzilin əşyaları ilə birlikdə qaytarılması, cavabdehlərin mənzildə qaldıqları müddət üçün 1800 manat kirayə haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izah atları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, tərəflər arasında heç bir kirayə müqaviləsi bağlanması təsdiqlənmədiyi halda, ondan kirayə haqqının tutulması barədə səhv nəticəyə gəlinmişdir. Digər tərəfdən isə, kirayə haqqının məbləği müəyyənləşdirilərkən mənzilin şəraiti, kommunal vəziyyəti nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmiş, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsaslı hesab edərək təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təm in edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, XXX iddiaçının mülkiyyətindədir, o, sadə yazılı formada tərtib edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləyə əsasən həmin mənzili Cavabdeh kirayəyə vermişdir. İddiaçı hazırda cavabdehlərin kirayədə qaldıqları həmin mənzildən çıxarı lmaları, mənzilin əşyaları ilə birlikdə təhvil verilməsi və qaldıqları müddətə görə 1800 manat məbləğində pulun ödənilməsini tələb edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iş materialları ilə tərəflər arasında kirayə müqaviləsinin olması; tərəflər arasında aylıq kirayə haqqının 400 manat olması; xx.xx.2019-cu il tarixdən kirayə haqqının cavabdeh tərəfindən ödənilməməsi təsdiq edilir. İddiaçının cavabdehdən tələb etdiyi 1800 manat kirayə haqqı tələbinin əsasını əldən çıxmış fayda təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulm asın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməliolduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış kirayə müqaviləsinin şərtlərini və iş üzrə alınmış mütəxəssis rəyi ilə Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında M.Hadi küçəsində yerləşən dörd-beş otaqlı, təmirli, əşyalı mənzilin kirayə haqqının 400500 manat təşkil etdiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh Cavabdeh 1.800 manat məbləğində kirayə haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4442/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4442/2020
14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver