Məhkəmə qərarları › İş №2(102)-4442/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4442/2021

09.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4442/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işdənçıxma müavinətinin və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı1 və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3291/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında 15.04.2019-cu tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu aylıq əmək haqqı 5013 AZN olmaqla partnyorlar üzrə satış meneceri vəzifəsinə təyin olunmuşdur. Müqavilənin 9.1-ci bəndinə əsasən Şirkət bu müqavilənin şərtlərini 15 aprel 2020-ci il tarixinə qədər şərtlər və səbəblərdən asılı olmayaraq pozarsa, işçiyə bir dəfəlik ödəmə şəklində 6 aylıq net əmək haqqının məbləğini kompensasiya edəcəkdir.

2. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı2 arasında 16.05.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, aylıq əmək haqqı 3337 AZN olmaqla əs as müştərilərlə iş üzrə menecer vəzifəsinə təyin olunmuşdur. Müqavilənin 9.1-ci bəndinə əsasən Şirkət bu müqavilənin şərtlərini 17 aprel 2020-ci il tarixinə qədər şərtlər və səbəblərdən asılı olmayaraq pozarsa, işçiyə bir dəfəlik ödəmə şəklində 3 aylıq net əmək haqqının məbləğini kompensasiya edəcəkdir.

3. Eyni zamanda iş materiallarından görünür ki, Cavabdeh MMC-nin 28.02.2020-ci il tarixli 10-/2020 saylı «əmək müqaviləsinə xitam verilməsi barədə» əmri ilə Cəmiyyətin Partnyorlar üzrə satış meneceri İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı 02 mart 2020-ci il tarixdən xitam verilmiş, işçinin 15 aprel 2019-cu il tarixindən 02 mart 2020-ci il tarixinədək olan iş ilinə görə istifadə edilməmiş məzuniyyət günü və son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir.

4. Bununla yanaşı iş materiallarından görünür ki, Cavabdeh MMC-nin 28.02.2020-ci il tarixli 11-/2020 saylı «əmək müqavidəsinə xitam verilməsi barədə» əmri ilə Cəmiyyətin Əsas müştərilər üzrə menecer İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı 02 mart 2020-ci il tarixdən xitam verilmiş, işçinin 16 may 2019-cu il tarixindən 02 mart 2020-ci il tarixinədək olan iş ilinə görə istifadə edilməmiş 25 məzuniyyət gününün və son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə ed ilmişdir. 5. 02.03.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı2 Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi reyestrə daxil edilmişdir. 6. 02.03.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi reyestrə daxil edilmişdir.

7. İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-nin baş direktoru X ünvanladığı 28.02.2020-ci il tarixli eyni məzmunlu ərizələrindən görünür ki, həmin tarixli 11/2020 №-li əmri ilə əmək müqavilələrinə xitam Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilsə d ə, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə uyğun olaraq azı iki həftə qabaqcadan rəsmi xəbərdarlıq yerinə, ona 1 iş həftəsindən az müddətdə qabaqcadan rəsmi xəbərdarlıq edilib. Bununla belə, Məcəllənin 77.3-cü maddəsinin tələblərinə uyğun olaraq bir aylıq orta əmək haqqı məbləğində işdən çıxma müavinəti və 77.4-cü maddəsinin tələblərinə uyğun olaraq ən azı iki təqdim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli məbləğində əmək haqqının bir dəfəyə ödənilməsini xahiş edirlər. 8. "xxxx" MMC-nin direktorunun 16.11.2020-ci il tarixli arayışından görünür ki, MMC 2013-cü il tarixdən Azərbaycanda fəaliyyət göstərir və fəaliyyət göstərdiyi dövrdən 16.11.2020-ci il tarixədək işçilərin ştatlarının ixtisarı ilə bağlı heç bir ixtisar aparılmamış və ixtisara dair müəssisəd ə heç bir hüquqi sənəd yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh MMC-yə qarşı «işdənçıxarma müavinətinin və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh MMC arasında 15.04.2019-cu tarixdə bağlanmış əmək müqaviləsinə 28.02.2020-ci il tarixli 10/2020 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı 02 mart 2020-ci il tarixdən xitam verilərkən ödənilməmiş orta aylıq əmək haqqı miqdarında yəni, 5013 (beş min on üç manat) AZN işdənçıxarma müavinətinin, habelə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli (xəbərd arlıq edilmiş 2 gün nəzərə alınmaqla) miqdarında yəni - 2005,2 (iki min beş manat iki qəpik) AZN kompensasiya məbləği, habelə müqavilənin 9.1-ci bəndinə əsasən 27.000 (iyirmi yeddi min) AZN kompensasiya məbləği olmaqla, cəmi 34,018.2 (otuz dörd min on səkkiz manat iki qəpik) AZN pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi; İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında 16.05.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 28.02.2020-ci il tarixli 11/2020 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı 02 mart 2020-ci il tarixdən xitam verilərkən ödənilməmiş orta aylıq əmək haqqı miqdarında yəni, 3337 (üç min üç yüz otuz yeddi manat) AZN işdənçıxarma müavinətinin, habelə azı iki təqvi m həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli (xəbərdarlıq edilmiş 2 gün nəzərə alınmaqla) miqdarında yəni- 1334.8 (bir min üç yüz otuz dörd manat səkkiz qəpik) AZN kompensasiya məbləğinin, habelə müqavilənin 9.1-ci bəndinə əsasən 9.000 (doqquz min) AZN kompensasiya məbləği olmaqla, cəmi 13671.8 (on üç min altı yüz yetmiş bir manat səkkiz qəpik) AZN pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında 15.04.2019-cu tarixdə aylıq əmək haqqı 5013 AZN olmaqla partnyorlar üzrə satış meneceri vəzifəsinə təyin olunması, digər İddiaçı2 arasında isə 16.05.2019-cu il tarixdə aylıq əmək haqqı 3337 AZN olmaqla əsas müştərilərlə iş üzrə menecer vəzifəsinə təyin olunması barədə oxşar məzmunlu əmək müqavilələri bağlanmışdır. Əmək haqqı üzrə ödənişlər bir müddət stabil olaraq ödənilsə də, sonradan ödəmələrdə azalmalar aparılmış, rəsmi müraciətləri nəticəsində əskik ödənilən aylar üzrə əmək haqqının ödənilməmiş hissəsi bərpa edilərək kart hesablarına otuzdurulmuşdur. Bundan sonra işəgötürən tərəfindən 28.02.2020-ci il tarixli 10/2020 nömrəli əmrlə İddiaçı1 ilə, eyni tarixli 11/2020 nömrəli əmrlə İddiaçı2 ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı 02 mart 2020-ci il tarixdən əmək müqavilələrinə xitam verilmişdir. Əmrdən də göründüyü kimi, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı, həyata keçirilərkən Əmək Məcəlləsində və tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş xəbərdarlıq müddətlərinə riayət olunmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən Şirkət ixtisar səbəbi ilə işçiyə ən azı iki (2) ay əvvəldən yazılı bildiriş təqdim etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsində nəzərdə tutulmuş ödəncləri ala bilmədiklərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsinə rəsmi qaydada müraciət etmiş, nəticədə 05 avqust 2020-ci il tarixli qərarla İXM-nin 192.4cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol v erilməsinə görə-MMC-nin direktoru barəsində yeddi yüz manat inzibati cərimə tətbiq edilmişdir. Hazırda iddiaçılara məzuniyyətə görə pul əvəzi və müvafiq əmək haqqları tam ödənilsə də, qanunla ödənilməli olan məbləğlərin bir hissəsi hələ də ödənilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71, 77.1, 77.3 və 77.4-cü normalarının tələbləri pozulmuş, iddiaçılara azı iki təqvim həftəsi öncədən hər hansı xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilmiş, lakin azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli və orta aylıq əmək haqqı miqdarında ödənişlər aparılmamış, bununla da iddiaçıların əmək məcəlləsində nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Pozulmuş hüquqların bərpası məqsədi ilə iddiaçılar tərəfindən fərdi qaydada 28.02.2020-ci il tarixli ərizələrlə MMC-nin rəhbərliyinə müraciət olunsa da, müsbət nəticə əldə edilməmişdir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbləri baxımından İddiaçı1 Cavabdeh MMC-də bir ilədək stajı olduğundan və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyindən orta aylıq əmək haqqı miqdarında yəni, 5013 AZN işdənçıxarma müavinəti, habelə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli (xəbərdarlıq edilmiş 2 gün nəzərə alınmaqla) miqdarında yəni-2005,2 AZN kompensasiya, İddiaçı2 Cavabdeh MMC-də bir ilədək stajı olduğundan və onunla bağlanmış əmək müqaviləsinə Azər baycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyindən orta aylıq əmək haqqı miqdarında yəni, 3337 AZN işdənçıxarma müavinəti, habelə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli (xəbərdarlıq edilmiş 2 gün nəzərə alınmaqla) miqdarında yəni- 1334,8 AZN kompensasiya məbləği ödənilməli olmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə bildirilməsi zəruridir ki, iddiaçılarla bağlanmış müqavilələrin 9.1-ci bəndində müqavilə şərtlərindən və səbəblərdən asılı olmayaraq müqaviləyə göstərilmiş tarixdən öncə xitam veriləcəyi təqdirdə işçiyə müqavilədə nəzərdə tutulmuş qaydada kompensasiya ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış 15 aprel 2019-cu il tarixli müqavilənin 9.1-ci bəndinə əsasən şirkət tərəfindən müqaviləyə 15 aprel 2020-ci il tarixinə qədər şərtlər və səbəblərdən asılı olmayaraq xitam verilərsə, işçiyə birdəfəlik ödəmə şəklində 6 aylıq net əmək haqqının məbləğini kompensasiya edəcəkdir. Qeyd edilən bəndə əsasən İddiaçı1 əmək müqaviləsinə 15 aprel 2020-ci il tarixinə qədər, yəni 02 mart 2020-ci il tarixində işəgötürən tərəfindən xitam verildiyindən ona aylıq əmək haqqının 6 misli məbləğində (net əmək haqqı 4500 x 6 ay) 27.000 AZN məbləğində kompensasiya ödənilməlidir. İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış 16.05.2019-cu il tarixli müqavilənin 9.1-ci bəndinə əsasən şirkət tərəfindən müqaviləyə 17 aprel 2020-ci il tarixinə qədər şərtlər və səbəblərdən asılı olmayaraq xitam verilərsə, işçiyə birdəfəlik ödəmə şəklində 3 aylıq net əmək haqqının məbləğini kompensasiya edəcəkdir. Qeyd edilən bəndə əsasən İddiaçı2 əmək müqaviləsinə 17 aprel 2020-ci il tarixinə qədər, yəni 02 mart 2020-ci il tarixində işəgötürən tərəfindən xitam verildiyindən ona aylıq əmək haqqının 3 misli məbləğində (net əmək haqqı 3000 x 3 ay) 9000 AZN məbləğində kompensasiya ödənilməlidir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən Şirkət ixtisar səbəbi ilə işçiyə ən azı iki (2) ay əvvəldən yazılı bildiriş təqdim etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Cavabdeh tərəfindən bu müqavilənin 6.3-cü habelə 9.1-ci bəndinin tələbləri pozulmuş iddiaçılara azı iki (2) ay əvvəldən yazılı bildiriş təqdim edilmədən müqavilələrə 9.1-ci bənddə nəzərdə tutulmuş aprel 2020-ci il tarixinə qədər birtəfəfli qaydada xitam verilmişdir. Bu da hə min müqavilələrin 9.1-ci bəndində nəzərdə tutulmuş kompensasiya mexanizminin dövriyyəyə girməsi üçün hüquqi zəmin yaratmışdır. Belə ki, müqavilə şərtləri işəgötürən tərəfindən pozulduğundan onun tərəfindən qeyd olunan kompensasiya məbləğləri ödənilməli olmuşdur.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli e-2(009)2126/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, orta aylıq əmək haqqı miqdarında, yəni 5013 (beş min on üç manat) AZN məbləğində işdənçıxarma müavinəti, azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli miqdarında, yəni 2005,2 (iki min beş manat 2 qəpik) AZN məbləğində pul vəsaiti, əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən cəmi 27.000 (iyirmi yeddi min) AZN kompensasiya məbləği olmaqla, cəmi 34,018.2 (otuz dörd mi n on səkkiz manat 2 qəpik) AZN pul vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, orta aylıq əmək haqqı miqdarında, yəni 3337 (üç min üç yüz otuz yeddi manat) AZN işdənçıxarma müavinəti, azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli miqdarında, yəni 1334.8 (bir min üç yüz otuz dörd manat 8 qəpik) AZN məbləğində pul vəsaitinin, əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən cəmi 9.000 (doqquz min) AZN kompensasiya məbləği olmaqla, cəmi 13671.8 (on üç min altı yüz yetmiş bir manat 8 qəpik) AZN pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər aralarında bağlanmış əmək müqavilələrinə əsasən əmək münasibətlərində olmaqla iddiaçılar a müəyyən vaxta qədər müqavilələrdə öz əksini tapmış əmək haqqı məbləği ödənilmişdir. Cavabdeh tərəf etirazında “MMC-nin direktoru X 2019-cu ilin avqust ayından işçilərin əmək haqqlarının azaldılması barədə, o cümlədən İddiaçı1 əmək haqqının 5013 manatdan 3375 manata və İddiaçı2 əmək haqqının 3375 manatdan 2025 manata salmış və bu barədə 28.10.2019-cu il tarixdə təsisçiyə məlumat vermişdir. İddiaçılar 2019-cu ilin avqust ayından 02.03.2020-ci il tarixə kimi Cavabdeh MMC-də tutduqları vəzifədə çalışmaqla qeyd olunan sonuncu 3375 və 2025 manat məbləğində aylıq əmək haqqını almışlar” kimi hallara istinad etsə də, iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, bununla bağlı onlarla bağlanmış əmək müqavilələrində və elektron informasiya sistemində heç bir dəyişiklik ed ilməmiş, 02 mart 2020-ci il tarixdən əmək müqavilələrinə xitam verilərkən isə onlara həmin vaxta qədər əmək haqqlarının ödənilməmiş hissələri, eləcə də son haqq hesabları əmək müqavilələrində və elektron informasiya sistemində göstərilən məbləğlər əsasında hesablanaraq ödənilmişdir.

13. Cavabdeh MMC-də işçilərin ixtisarı ilə bağlı heç bir ixtisar aparılmaması və direktor S.R.Məmmədovun heç bir iş yeri, işçinin və ya ştatın ixtisarı aparılmadığı halda, heç bir əsas olmadan və qanunsuz olaraq iddiaçıların işdən çıxarılma əmrini ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə rəsmiləşdirməsinə dair etirazın dəlillərinə məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh bu halları qeyd etsə də, faktiki olaraq MMC-nin iddiaçılarla bağlanmış əmək müqavilələrinə 02 mart 2020-ci il tarixdən xitam verilməsinə da ir 28.02.2020-ci il tarixli əmrlərinin qanuniliyini mübahisələndirmədiyindən məhkəmə bu məlumatlar üzrə də müvafiq araşdırma aparılmasında zərurət görməmişdir.

14. Məhkəmə daha sonra qeyd edir ki, ixtisar aparılmamasına əsaslanan cavabdeh iddiaya etirazında eyni zamanda iddiaçılara əmək müqavilələrinə xitam verilməsinə dair 29.01.2020-ci il tarixdə rəsmi xəbərdarlıq edilmələrini, bu əsasla da onlara xəbərdarlıq müddəti ilə bağlı müavinətlərin ödənilməsi tələblərinin əsassız olmasını da vurğulamışdır.

15. Başqa sözlə, cavabdehin MMC-də işçilərin ştatı ilə bağlı heç bir ixtisar aparılmaması ilə yanaşı, iddiaçıların ixtisarla bağlı əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının pozulmamasını göstərməsini nəzərə alaraq, məhkəmə iddiaçıların ixtisarının qanuniliyinə deyil, ixtisarla ba ğlı əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının kobud şəkildə pozulmasına dair iddia tələblərinin əsaslılığına hüquqi qiymət verilməsini zəruri saymışdır.

16. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə - bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi - rəsmi xəbərdar edilməlidir. Bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq - bir ilədək əmək stajı olduqd a - orta aylıq əmək haqqı miqdarında işdənçıxarma müavinəti ödənilir. Bundan başqa, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 mislindən az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

17. İşin materiallarından görünür ki, cavabdehlə aralarında bağlanmış əmək müqavilələrinə uyğun olaraq bir ilədək əmək stajına malik olan iddiaçılara azı iki təqvim həftəsi öncədən hər hansı xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilmiş, aylıq əmək haqqı miqdarında işdənçıxarma müavinəti ödənilməmişdir. Bundan başqa, işçilərin bununla bağlı tələbi olmasına baxmayaraq, azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli məbləğində əmək haqqı da onlara ödənilməmişdir.

18. Bununla da məhkəmə hesab etmişdir ki, iddiaçıların əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur

19. İşin materiallarından həmçinin görünür ki, qanunverici azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 mislinin bir dəfəyə ödənilməsini nəzərdə tutsa da və iddiaçılar da bununla bağlı cavabdehə 28.02.2020-ci il tarixdə rəsmi ərizə ilə müraciət etsələr də, onlar hazırki tələblərində xəbərdarlıq edilmiş 2 gün (28.02.2020-ci il tarixli əmrlə 02.03.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi nəzərə almaqla) nəzərə alınmaqla azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli miqdarında, yəni İddiaçı1 2005,2 AZN, İddiaçı 2 isə 1334,8 AZN ödənilməsi barədə iddia tələbi irəli sürmüşlər.

20. Məhkəmə iddiaçıların onlara xəbərdarlıq edilmiş 2 gün (28.02.2020-ci il tarixli əmrlə 02.03.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi nəzərə almaqla) nəzərə alınmaqla qanunvericiliklə bir dəfəyə ödənməsi nəzərdə tutulan xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 mislinin deyil, azaldılaraq 0,4 misli məbləğində tələb etmələrinin qanunvericiliyin tələblərinə zidd olmamasını qeyd edərək, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri pozulduğu üçün iddiaçıların onlara xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli miqdarında ödəniş aparılmasına dair tələblərini əsaslı saymışdır.

21. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar olunmaqla bağlı 02 mart 2020-ci il tarixdən əmək müqavilələrinə xitam verilərkən cavabdehlə aralarında bağlanmış əmək müqavilələrinə uyğun olaraq bir ilədək əmək stajına malik olan İddiaçı1 ödənilməmiş orta aylıq əmək haqqı miqdarında yəni, 5013 AZN işdənçıxarma müavinətinin, eləcə də İddiaçı2 ödənilməmiş orta aylıq əmək haqqı miqdarında yəni, 3337 AZN işdənçıxarma müavinətinin də ödənilməsi tələbini Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbi baxımından əsaslı saymışdır.

22. Məhkəmə iddia tələblərinin digər hissəsi olan və cavabdehlə aralarında bağlanmış əmək müqavilələrinin 9.1-ci bəndinə əsasən ödənilməli olan kompensasiya tələbi ilə bağlı cavabdeh tərəfin S.Məmmədovun iddiaçılarla əmək müqaviləsi bağlayarkən ƏM-nin tələblərini pozaraq qanunvericiliyə zidd olaraq işçiyə 3 və 6 aylıq net əmək haqqı məbləğində kompensasiya verilməsinə dair müqaviləyə qeyd edilən bəndin (9.1) əlavə etməsinə dair iddiaya etirazın dəlili ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405.1-ci maddəsi nə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

23. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur.

24. Müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməs i və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir.

25. Bu baxımdan, məhkəmə qeyd edir ki, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilələrdə əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri o halda qəbul oluna bilər ki, həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olsun və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etsin.

26. Müəyyən edilmişdir ki, İddiaçı1 15.04.2019-cu tarixdə aylıq əmək haqqı 5013 AZN olmaqla partnyorlar üzrə satış meneceri vəzifəsinə təyin olunması, digər İddiaç ı2 isə 16.05.2019-cu il tarixdə aylıq əmək haqqı 3337 AZN olmaqla əsas müştərilərlə iş üzrə menecer vəzifəsinə təyin olunması barədə oxşar məzmunlu bağlanmış əmək müqavilələrini müqavilə tərəfi kimi Cavabdeh MMC-i mübahisələndirməmiş və həmin müqavilələr hüquqi qüvvəyə malik olmaqla, müqavilələrdə əksini tapmış öhdəliklər tərəflər üçün məcburi xarakter daşıyır.

27. Həmçinin müəyyən edilmşidir ki, əmək müqavilələrini Cavabdeh MMC-nin adından imzalayan X buna səlahiyyəti olmuş və həmin müqavilələrə əsasən tərəflər əmək münasibətlərində olmuşlar.

28. Ona görə də tərəflər arasında bağlanmış əmək müqavilələri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlandığından və müqavilənin 9.1-ci bəndinin əmək qanunvericiliyinə zidd olaraq müqaviləyə əlavə edilməsini təsdiq edən hallar müəyyən edi lmədiyindən, eləcə də cavabdeh tərəfindən buna dair sübutlar təqdim edilmədiyindən cavabdeh tərəfin bu bəndlə bağlı irəli sürdüyü dəlillər əsaslı sayıla bilməz.

29. Məhkəmə əmək müqavilələrinin bağlandığı andan hüquqi qüvvəyə minməklə tərəflər üçün məcburi olmasını nəzərə alararaq hesab etmişdir ki, cavabdeh müqavilələrin 9.1-ci bəndində müqavilə şərtlərindən və səbəblərdən asılı olmayaraq müqavilədə göstərilmiş tarixdən öncə xitam veriləcəyi təqdirdə işçiyə müavilədə nəzərdə tutulmuş qaydada kompensasiya ödəməyi üzərinə götürdüyündən onlara həmin bəndlərdə nəzərdə tutulmuş kompensasiyalar da cavabdeh tərəfindən ödənilməlidir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 390.1, 399.1, 405.1-ci, Əmək Məcəlləsinin 2, 3.5, 42.1, 42.2, 44.1, 44.3, 46, 68.2, 7 0 (b), 77.1, 77.3, 77.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3291/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, e-2(009)- 2126/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qa nuni və əsaslıdır, apelyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur

34. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd etmişdir ki, şikayətdə qeyd edilən Cavabdeh MMC-nin təsisçisi X işçilərə yüksək əmək haqqı təyin etməsinə narazılığın bildirməsi və işçilərin aylıq əmək haqqlarının azaldılmasına dair göstəriş verilməsi, MMC-nin direktoru X 2019-cu iliıı avqust ayından işçilərin əmək haqqlarının azaldılması barədə, o cümlədən İddiaçı1 əmək haqqının 5013 manatdan 3 375 manata və İddiaçı2 əmək haqqının 3375 manatdan 2025 manata salınması və bu barədə 28.10.2019-cu il tarixdə təsisçiyə məlumat verməsi, həmin işçilər 2019-cu ilin avqust ayından 02.03.2020-ci il tarixə kimi Cavabdeh MMC-də tutduqları vəzifədə çalışmaqla qeyd olunaıı sonuncu 3375 və 2025 manat məbləğində aylıq əmək haqqını almaları, İddiaçı1 bu azaldılmış məbləğlə ilk gündən razılaşması, İddiaçı2 isə 12.09.2019-cu il tarixdə bu azalma ilə razılaşmayaraq narazılığını yazılı şəkildə MMC-nin direktoru X bildirməsi və əmək haqqını azaldılmasına dair qərarını təkrar nəzərdən keçirməsini xahiş etməsi, bundan sonra işçilərin aylıq əmək haqqı məsələsinə yenidən baxılmayaraq, həmin əmək haqqı ilə razılaşması və işlərinə davam etməsi, yəni hər ay da azaldılmış əmək haqqı məbləğini almaqla iş fəaliyyətlərini davam etdirməsi, habelə, X vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər- keçmiş i ş yoldaşları üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə saxtakarlığı edib işçilərə azaldılmış əmək haqqı verildiyi halda, DSMF-ııa və Vergilər Nazirliyinə aylıq ödəmələrə dair sənədlərə özünün, İddiaçı1 və İddiaçı2 ilkin əmək haqqı məbləğləri barədə bilə-bilə yalandan artıq məlumatlar mühasibatlığa daxil etdirib həmin məbləğlərə uyğun köçürmələr etdirməklə Şirkətin 22 895.09 manat vəsaitini israf etməsi ilə halları təsdiq edəcək sübutlar nə 1-ci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

37. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. İddiaçı1 və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

40. Cavabdehin vəkili izahat verərək kassa siya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

41. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

42. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

43. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

46. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. (maddə 389.1)

47. Fiziki və hüquqi şəxslər azad surətdə mü qavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (maddə 390.1)

48. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. (maddə 399.1)

49. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. (maddə 405.1) Əmək Məcəlləsi

50. Əmək müqavilələri sərbəst bağlanır, hec kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, d igəri isə işcidir. (maddə 42)

51. Əmək müqaviləsi yazılı formada bağlanır. (maddə 44.1)

52. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işcidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. (maddə 44.3)

53. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (maddə 46.1)

54. Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. (maddə 68.2)

55. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (maddə 70 (b))

56. İşçilərin sayı azaldıqda və ya ştatları ixti sar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. (maddə 77.1)

57. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. (maddə 77.2)

58. Əmək müqavilə si bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında;  on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. (maddə 77.3)

59. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. (maddə 77.4) Mülki Prossesual Məcəllə

60. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

61. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

62. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

63. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

64. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

65. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3291/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar