Məhkəmə qərarları › İş №2(102)-4446/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4446/2023

13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4446/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: nikahın etibarsızlığı, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2023-cü il tarixli, 2(105)1118/2023 nömrəli qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan R0espublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron rayonu VVAQ şöbəsində 13 yanvar 1987-ci il tarixdə 14 nömrə ilə qeyd edilmiş nikahın bağlanması haqqında akt qeydinə əsasən İddiaçı və MirzəCavabdeh 13 yanvar 1987-ci il tarixdə nikaha daxil olmuş və nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında Abşeron rayon Qeydiyyat Şöbə sində 13 yanvar 1987-ci ildə bağlanan, nikahın bağlanması haqqında qeydlər kitabında 14 nömrəli qeyd ilə daxil edilmiş nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşı deyil, 1986-cı ildən Rusiyada yaşamaqla, Rusiya Federasiyası vətəndaşıdır. 2022-ci il tarixdə iddiaçıya cavabdeh ilə 1987-ci il tarixdə rəsmi nikaha daxil olduğu məlum olmuşdur. Lakin iddiaçı həmin nikahın bağlanmasında iştirak etməmiş və nikahın bağlanması ilə bağlı hər hansı bir sənədi imzalamamışdır. Qeydiyyat orqanında rəsmiləşmə zamanı onun əvəzindən edilən imza həqiqətə uyğun deyil.

4. Birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 26 dekabr 2022-ci il tarixli rəyinə əsasən, ekspe rtizaya təqdim edilmiş Abşeron rayon qeydiyyat şöbəsinə aid 13 yanvar 1987-ci il tarixli 14 nömrəli Nikahın bağlanılması haqqında aktın arxa tərəfində “13. Evlənənlərin imzaları” qrafasında “Məmmədov” soyadından aşağı hissəsində yerləşən imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

5. Abşeron Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, e-2(012)-179/2023 nömrəli qətnaməsi ilə (hakim E.M.Kazımov) iddia təmin edilmiş, İddiaçı ilə Məmmədova (Mirzəməmmədova) Tümən Məmməd qızı arasında 13 yanvar 1987-ci il tarixdə bağlanmış və Abşeron rayonunun VVAQ bürosu tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 yanvar 1987-ci il tarixdə 14 nömrə ilə qeyd edilmiş nikahın etibarsız sayılması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə keçirilmiş ekspert rəyi və Ailə Məcəlləsinin 2, 11.1, 25.1, 25.2, 25.4 və 28.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, e-2(012)-179/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1986-cı ildə iddiaçı və cavabdeh arasında yaxın səmimi münasibətlər yaranmış, 13 yanvar 1987-ci ildə nikahları Abşeron rayon VVAQ şöbəsində bağlanmış, 08 avqust 1987-ci il tarixdə isə toy mərasimi keçirilmişdir. Tərəflərin birgə nikahından 13 may 1988-ci ildə Ruslan Məmmədov, 09 avqust 1989-cu ildə Əlvan Məmmədov, 23 yanvar 1991-ci ildə Nicat Məmmədov adlı övladları anadan olmuşlar. İddiaçı 1994-cü ilin mart ayında ilk dəfə Rusiya Federasiyasının Moskva şəhərinə qardaşı Füzuliyə məxsus univermaqda işləmək üçün getmiş, 1995-ci ildə isə cavabdehi və uşaqlarını özü ilə Moskva şəhərinə aparmışdır. 1996-cı ilin oktyabr ayında cavabdehin atası rəhmətə getdiyi üçün onlar Azərbaycan Respublikasına qayıdaraq Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşamış, 1999-cu ildə isə yenidən Moskva şəhərinə getmişlər. Sonradan iddiaçı Moskva şəhərində başqa qadınla nikaha daxil olmuş, həmin nikahdan da övladlarının olması səbəbindən tərəflər arasında münasibət pisləşmişdir. 28 oktyabr 2021-ci ildən tərəflər arasında Moskva şəhərində əmlakla bağlı məhkəmə mübahisələri başlanmı şdır. Bundan əlavə, 09 oktyabr 2021-ci il tarixdə cavabdeh iddiaçının onunla rəsmi nikahda olduğu halda, ikinci dəfə rəsmi nikaha daxil olması səbəbindən Moskva şəhərinin Kapotnya rayonunun polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, həmin araşdırma məhkəmə mübahisəsi olması səbəbindən dayandırılmışdır. İddiaçı hazırki iddianı cavabdeh tərəfindən əmlak bölgüsü ilə məhkəməyə və iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi üçün polis orqanlarına müraciət etməsi ilə əlaqədar qaldırmışdır. İş üzrə birinci instansiya məhkəməsində alınan ekspert rəyi əsassızdır. Nikah qeydindəki imza 1987-ci ilə aiddir, iddiaçının imza nümunələri və digər nümunələr isə 2022-ci ildə alınmışdır. Müqayisə olunacaq nümunələr arasında 35 illik vaxt fərqi öz təsirini göstərmişdir. Tərəflərin birgə nikahından doğulmuş uşaqların doğum haqqında şəhadətnamələri də iddiaçının məhz özü tərəfindən imzalanaraq təhvil alınmışdır.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2023-cü il tarixli, 2(105)-1118/2023 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər F.İddiaçı və İ.K.Dəmirovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(012)-179/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin nikah bağladığı dövrdə qüvvədə olan ailə qanunvericiliyinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər.

11. Apellyasiya instansiyası məhkəməsi tərəflərin arasında nikahın bağlanıbbağlan ılmaması məsələsini araşdırarkən ilk öncə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, tərəflərin qarşılıqlı münasibətlərini, tərəflərin sonrakı hərəkətlərini nəzərə almışdır. İşin hallarından aydın olur ki, tərəflər könüllülük əsasında sərbəst iradə sərbəstliyini nümayiş etdirməklə 13 yanvar 1987-ci il tarixdə rəsmi nikah bağlayaraq qeydə aldırmış və ailə qurmuş, iddiaçı isə nikahın qeydə alındığı vaxtdan 35 il keçdikdən sonra cavabdehlə ailə qurmaq niyyəti olsa da, cavabdehlə rəsmi nikaha daxil olmaq istəməməsinə, nikahın mövcudluğundan 35 il məlumatlı olmamasına və nikah bağlanarkən nikahın bağlanması haqqında akt qeydində imzanın ona məxsus olmamasına əsaslanmaqla nikahın etibarsız sayılmasını istəmişdir. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilikdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Çünki qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur.

12. Göstərilənlərə əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

13. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 4/1769 nömrəli ekspert rəyinə istinad etmişdir. Ekspert rəyində Abş eron rayon qeydiyyat şöbəsinə aid 13 yanvar 1987-ci il tarixli 14 nömrəli Nikahın bağlanılması haqqında aktın arxa tərəfində “13. Evlənənlərin imzaları” qrafasında “Məmmədov” soyadından aşağı hissəsində yerləşən imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmasının müəyyən olunması ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, nikah qeydindəki imza 1987-ci ilə aiddir. İddiaçı tərəfindən imza nümunələri və digər nümunələr isə 2022-ci ildə təqdim edilmişdir. Bu baxımdan apellyasiya məhkəməsi apellyasiya şikayətinin müqayisə olunacaq nümunələr arasında fərqliliyin mövcudluğunun normal qarşılanması ilə bağlı dəlillərini əsaslı və ağlabatan hesab etmişdir.

14. Məhkəmə, sübut növlərindən biri olan ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək, birinci instansiya məh kəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyi ilə razılaşmamış və həmin rəydə əks olunan məlumatları nəzərə almamışdır. Çünki həmin ekspertiza iddiaçının hazırkı sərbəst xətt və imza nümunələri əsasında aparılmışdır.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfə ona məxsus hər hansı şübhələrdən azad olan məhz 1987-ci ilin və ya həmin dövrə aid sərbəst imza və xətt nümunələrini təqdim edilməsini təklif edilsə də, tərəf həmin dövrə müvafiq sənədlər təqdim etmədiyindən, təkrar ekspertizanın keçirilməsini məqsədəmüvafiq hesab edilməmişdir. 35 il ərzində iddiaçının xəttində və imzasında dəyişiklik olması təbiidir və kifayət qədər uzun müddət keçdiyindən, fərqli dövrə aid imzaların müqayisəli tədqiqatın nəticəsində verilmiş ekspertiza rəyi hazırkı iddianın təmin edilməs i üçün əsas ola bilməz.

16. Belə ki, məhkəmə araşdırması zamanı şahid X2 izahatında bildirmişdir ki, o, şəxsən tərəflər arasında nikahın bağlanmasında Xırdalanda yerləşən Qeydiyyat şöbəsində iştirak etmiş, bacısı Cavabdeh tərəfindən şahid kimi çıxış etmişdir. Qeyd olunmalıdır ki, iş materiallarında olan toy məclisinə dəvətnamədən və tərəflərin birgə yaşadıqları dövrə aid fotoşəkillərindən görünür ki, tərəflər ailə qurmaq niyyətində olmuşlar. Digər tərəfdən işin faktiki hallarından görünür ki, nikahdan sonra cavabdehin soyadı “Mirzəməmmədova”dan “Məmmədova”ya dəyişdirilmiş, tərəflərin birgə nikahdan 3 uşağı olmuş, hər birinin doğumu atanın müraciəti əsasında qeydə alınarkən, nikahdan olan uşaqlar kimi qeydə alınmışdırlar. Beləliklə ki, iddiaçının nikahın bağlanmasından 35 il ərzində məlumat lı olmaması barədə dəlilini məhkəmə kollegiya inandırıcı hesab etməmişdir.

17. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı halda nikahın bağlanmasında tərəflər öz iradələrinə uyğun düşünülmüş şəkildə hərəkət etmiş, nikah isə qeydə alındığı andan həm tərəflərə, həm də dairəsi qeyri-müəyyən üçüncü şəxslərə münasibətdə ciddi hüquqi nəticələr yaradan hüquqi faktdır. Belə olan halda, həmin nikahın etibarsız hesab edilməsi üçün iddiaçı istinad etdiyi hallara dair məhkəməyə biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədən kənar sübut verməlidir. İddiaçı isə belə sübutları təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni A zərbaycan Respublikasının 1969-cu il tarixli Nikah və Ailə Məcəlləsinin 13, 17, 48, 51.1 və 51.2-ci, qüvvədə olan Ailə Məcəlləsinin 11,12, 13, 25.1, 27.1 və 48-ci, Mülki Məcəllənin 5.3, 324.5ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 217.3, 217.4, 384.0.2, 385-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyul 2023-cü il tarixli, 2(105)-1118/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar, bu mümkün olmadığı halda isə, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikasının 1969-cu il tarixli Nikah və Ailə Məcəlləsinin 13, 14-cü, qüvvədə olan Ailə Məcəlləsinin 11 və 13-cü, Mülki Prosessual Məcəllənin 63.1, 97.1, 102.1, 102.2, 102.3-cü maddələrini pozmuşdur. Belə ki, rəsmi nikahın bağlanması üçün evlənmək istəyən şəxslərin hər ikisinin öz imzaları ilə təsdiq olunmuş ərizə ilə şəxsən dövlət orqanına müraciət etməsi və onların şəxsən iştirak ilə və imzaları ilə təsdiq olunması şərti ilə nikahın dövlət orqanında bağlanması məcburidir. Abşeron rayonu VVAQ bürosu tərəfindən verilmiş 13 yanvar 1987-ci il tarixdə 14 nömrə ilə aktın arxa tərəfində isə imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə bu ekspert rəyinə baxmayaraq, heç bir təkrar ekspertiza təyin etmədən hesab etmişdir ki, həmin imza məhz iddiaçıya məxsusdur. İddiaçıya təkrar ekspertiza üçün 1987-ci ilin və ya həmin dövrə aid sərbəst imza və xətt nümunələrini təqdim edilməsini təklif olunmamışdır.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Etiraz apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə uyğun əsaslandırılmış və hesab olunmuşdur ki, həmin qətnamənin qəbulu zamanı maddi və prosessual hüquq normala rı pozulmamışdır. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquq i aktlarına təsir göstərə bilər.

25. Hazırki kassasiya baxışının predmetini kassatorun şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının 01 iyun 2000-ci il tarixədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin: 13-cü maddəsinə əsasən nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanır. 17-ci maddəsinə əsasən ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında, qohumlar (doğma və ögey qardaş və bacılar, övladlığa götürənlər və övladlığa götürülənlər) arasında, ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanan nikahın bağlanmasına yol veril mir. 48-ci maddəsinə əsasən nikah bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər. 51-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 17-ci maddəsində göstərilən hallarda nikah etibarsız hesab edilə bilər. İşə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan ba şqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsa sən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş, sübutetmə yükünü düzgün bölüşdürmüş və işin hallarını tam və hərtərəfli araşdırmaqla, gəldiyi nəticəni qanunvericiliyə uyğun əsaslandırmışdır.

30. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər yalnız nikahın bağlanması barədə mübahisəli akt qeydində olan imzanın iddiaçıya məxsus olmaması və bunun iş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq olunmasından ibarət olmuşdur.

31. Lakin, apellyasiya məhkəməsinin də izah etdiyi kimi, ekspert rəyi sübut növlərindən biri olmaql a, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan sübutları əlaqəli şəkildə qiymətləndirərək, ekspert rəyini mötəbər sübut qismində qəbul etməmiş və iddianın əsassız olması qənaətinə gəlmişdir. Bu zaman məhkəmə, tərəflərin övladlarının doğum akt qeydlərinə, cavabdehin soyadını dəyişməsinə, şahid ifadəsinə istinad etmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

32. İddiaçıdan əlavə imza-xətt nümunələrinin tələb olunmamasına dair kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, iş materiallarında olan apellyasiya məhkəməsinin 24 iyul 2023-cü il tarixli iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi, vəkil X1 edən hakimin sualına cavab olaraq 1987-ci ilə aid imza nümunələrini ekspertizaya təqdim olunmasını və ekspert tərəfindən qiymətləndirilməsini göstərmişdir. Halbuki, iş materiallarından belə nümunələrin iddiaçı tərəfindən təqdim olunması müəyyən olunmur.

33. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2023-cü il tarixli, 2(105)-1118/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar