Məhkəmə qərarları › İş №2(102)-4449/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4449/2022

24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4449/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, hüquq haqqında mübahisənin olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa (məruzəçı), Vəliyeva Elşanə Raqiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-560/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs xxx oğlunun kassasiya şikayətinə 24 okt yabr 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 4 və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi X7 məxsus olmuşdur. xxx Ərizəçi arvadı olub. 2. xxx xx.xx.2016-cı ildə vəfat edib.

3. Hazırki ərizə xxxdan qalan evin miras olaraq faktiki qəbul edilməsi bağlı verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi (bundan sonra “ərizəçi”) ərizə ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək mərhum arvadı X5 mülkiyyətində olmuş və ondan miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi ərizə üzrə maraqlı şəxsdir.

6. Miras qoyan X5 övladları – Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 birinci instansiya məhkəməsi tərəfindən maraqlı şəxs kimi işə cəlb edilmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəşi xx.xx.1939-cu il tarixdə Oğuz rayonu, Bayan kəndində anadan olmuşdur, hazırda isə Oğuz şəhərində yaşayır. Ərizəçi xx.xx.1965-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. 8. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi ərizəçinin X9ya məxsus olmuşdur. Arvadının vəfatından sonra ərizəçi ondan miras qalan əmlakları faktiki olaraq qəbul etmi şdir. Ərizəçi daimi olaraq həmin evdə yaşamaqla evi və həyətyanı torpaq sahəsini idarə etməyə başlamışdır.

9. Ərizəçi arvadından miras qalan əmlakları öz adına rəsmiləşdirmək üçün Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etsə də, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və həmin məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Hazırda vərəsəlik haqqında şəhadətnamə almaq üçün miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.

10. Ərizəçinin xxx ilə birgə nikahından Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 adlı üç uşağı olmuş, həmin uşaqlar hazırda Rusiya Federasiyasında yaşayırlar. Uşaqları m ərhum analarından qalan miras əmlakları nə faktiki olaraq, nə də vərəsə kimi notariat orqanına rəsmi müraciət etməklə qəbul etməmişlər. Həmin əmlaklarla bağlı hazırda da onların uşaqlarının hər hansı tələbləri yoxdur.

11. Ərizəçi özü mərhum arvadının qanun üzrə birinci növbədə vərəsəsidir və mərhum arvadından miras qalan əmlaklar, o cümlədən, hazırda mübahisə predmetinə aid olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vərəsə kimi yalnız onun özü tərəfindən bütöv şəkildə qəbul edilmişdir. Hazırki vəziyyətdə həmin əmlakların onun adına rəsmiləşdirilməsinə uşaqları da razıdırlar. Ancaq onlar ölkə hüdudlarından kənarda yaşadıqlarına görə onlar notariat orqanına və məhkəməyə gəlməyə çətinlik çəkirlər.

12. Ərizəçi Mülki Məcəllənin 1143.2, 1143.3, 1151, 1159.1, 1243.1, 1243.3, 1246-cı, Mülki Prosessual Məcllənin 307, 308 və 309.1-ci maddələrinə istinad etmişdir.

13. İş üzrə maraqlı şəxslər qismində işə cəlb edilmiş, mərhum X5 uşaqları, yəni birinci növbədə digər vərəsələri - ünvan 2 ünvanında yaşayan Maraqlı şəxs2 və ünvan 3 ünvanında yaşayan Maraqlı şəxs3 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ayrıayrılıqda teleqramlar göndərərək mərhum anaları X6 miras qalan əmlakın hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etdiklərini, həmin əmlakın ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.

14. Birinci instansiya məhkəməsində şahid X10 göstərmişdir ki, o, Oğuz şəhərində yaşayır. Ərizəçi və mərhum X3 yaxın qonşuları olmuşlar. Onların uşaqları uzun müddətdir ki, Azərbaycan Respublikasından kənarda yaşayırlar. Təxminən 5-6 il əvvəl X8 və fat etmiş, ərizəçi onun vəfatından sonra da həmin evdə qalıb yaşamaqda davam etmiş, evi və təsərrüfatı idarə etmişdir. Hazırda da ərizəçi həmin evdə yaşayır.

15. Birinci instansiya məhkəməsində şahid X11 da digər şahidin ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə ki, mərhum X6 miras qalan əmlakın hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktını bildirmişdir.

16. Oğuz Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(054)-18/2022 nömrəli qətnaməsi ilə ərizə təmin olunmuş, Ərizəçi mərhum arvadı X6 miras qalan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsini miras əmlak olaraq onun qanun üzrə birinci növbədə vərəsəsi kimi qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. (hakim K amran Süleymanov)

17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçi xx.xx.1939-cu il tarixdə Oğuz rayonu, Bayan kəndində anadan olmuşdur, hazırda isə Oğuz şəhərində yaşayır. Ərizəçi xx.xx.1965-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş üzrə maraqlı şəxslər qismində cəlb edilmiş Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 ərizəçinin və mərhum X5 uşaqlarıdırlar. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi mərhum X5 xüsusi mülkiyyətində olmuş, ərizəçi özü isə Sumqayıt şəhərində qeydiyyatda olmuşdur. X5 vəfatından sonra hazırki iş üzrə ərizəçi, onların uşaqları Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 birinci növbədə vərəsələr kimi qalmışlar. Əriz əçi miras əmlakların qəbulu ilə bağlı ərizə ilə müvafiq notariat orqanına müraciət etmiş, onun müraciətinə cavab olaraq mirasın notariat qaydasında rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

18. Birinci instansiya məhkəməsi qeyd edib ki, hazırda ərizəçi mərhum arvadı X5 mülkiyyətində olmuş və ondan miras qalan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 da hazırki vəziyyətdə mərhum X2mış mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etir az etmirlər. İş üzrə maraqlı şəxs və Maraqlı şəxs4 məhkəmə iclaslarına gəlməmiş və hazırki tələbə münasibət bildirməmişdir. Maraqlı tərəf Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi də məhkəmə iclaslarında iştirak etməmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, ərizəçi mərhum arvadının vəfatından sonra ondan qalan mirasdan qanunla müəyyən olunmuş müddətdə imtina etməmiş, əksinə, miras qalan əmlakları faktiki olaraq qəbul etməklə idarə etməyə başlamışdır. Bununla da ərizəçi qanun üzrə birinci növbədə vərəsə kimi mərhum arvadından miras qalmış əmlakları qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd edilən əmlaklar hazırda da ərizəçinin faktiki istifadəsindədir. Ərizəçi mərhum X1 üzrə birinci növbədə vərəsəsi kimi miras əmlakın qəbulu ilə bağ lı ərizə ilə müvafiq notariat orqanına müraciət etmiş, lakin mirasın notariat qaydasında rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və müraciətinə cavab olaraq mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. X5 vəfatından sonra onun birinci növbədə digər vərəsələrinin həmin şəxsdən miras qalan əmlakları qəbul etmək üçün qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etməsi halları müəyyən edilməmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən mərhum X6 miras qalan əmlakların ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini qanunauyğun hesab etmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1, 1243.1, 1243.2 və 1246-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Maraqlı şəxs xxx oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

23. Apelyasiya şikayətinin dəlilləri: - məhkəmə onun bildirişi alıb-almadığı barədə heç bir araşdırma aparmamış, onun iştirakı olmadan hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul etmişdir; - məhkəmə qətnamədə əvvəl onun və digər qardaşlarının da Rusiyada yaşadıqları barədə yazsa da, sonradan onların Sumqayıtdan və Gəncədən teleqram göndərərək hazırki iş üzrə ərizəyə etiraz etmədiklərini qeyd etmişdir.

24. Şəki Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(107)-560/2022 saylı qətnaməsi ilə maraqlı şəxs apellyasiya şikayəti təm in edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)

25. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsinin ərizəni təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırmış və ərizəni təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin işə onun iştirakı olmadan baxılması barədə dəlilinə qiymət veərək göstərmişdir ki, mülki işin materialların olan xəbərnamənin kötüyünə əsasən maraqlı şəxslərin məhkəmə icraatına cəlb edilməsi barədə 20 dekabr 2021-ci il tarixli bildiriş 25 dekabr 2021-ci il tarixdə xəbərnaməyə imza edilərək alınmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Maraqlı şəxs xxx oğlu (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, xxx oğlu iş üzrə birinci dərəcəli vərəsədir. Lakin onun iştirakı və xəbəri olmadan qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Ərizəçi və maraqlı şəxsin qardaşlarının təqdim etdikləri bildiriş məhkəmə tərəfindən sübut kimi dəyərləndirilmişdir, halbuki həmin sənəd onun tərəfindən imzalanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əml akı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qimən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mira sın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirib. Bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanunvericiliyin tələblərinə uyğun hesab etmir.

34. Belə ki, ərizəçi mərhum arvadından qalan evin miras əmlak kimi onun tərəfindən faktiki qəbul edilməsini xahiş etmişdir.

35. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır.

36. Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

37. Maraqlı şəxs olan ərizəçinin oğlu Arif Abdurəhmanov həmin qətnamədən apellyasiya şikayəti verərək, faktiki olaraq ərizəçinin mirası qəbul etməsi faktını mübahisələndirmişdir. Bu isə hüquq haqqında mübahisə deməkdir. 38. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3№-li Qərarının 10.1-ci bəndində də qeyd edilib ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməl idir.

39. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında şərh edilən hallara diqqət yetirməmiş, ərizəçi ilə digər vərəsə olan apellyant arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin olmasına baxmayaraq, maraqlı şəxsin apellyasiya şikayəti əsasında işə mahiyyəti üzrə baxıb birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlamaqla səhvə yol vermişdir. Halbuki prosessual qanunvericililiyin tələbinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən Plenum qərarında Plenumun mövqeyinə görə hüquq haqqında mübahi sə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Başqa sözlə, xüsusi icraat işlərində hüquq haqqında mübahisə dedikdə, o başa düşülməlidir ki, ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi eyni hüquqa digər şəxslər də iddia etmiş olsun. Hazırki işdən də görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi eyni hüquqa özünü vərəsə hesab edən maraqlı şəxs də iddia edir.

41. Bundan başqa, apellyasiya instansiyası maddi hüquq normalarına istinad etsə də, xüsusi icraat işlərində prosessual əsas olan prosessual hüquq normalarına, ümumiyyətlə, istinad etməmiş və məhz bu səbəbd ən də səhv nəticəyə gəlmişdir.

42. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

43. Qeyd edildiyi kimi, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyi halda prosessual qanunvericiliyin tələbinə görə iş hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır. Bu baxımdan, qeyd edilən hal hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi yeni apell yasiya baxışına göndərmədən yuxarıda göstərilənlərə əsasən ərizənin baxılmamış saxlanması qənaətinə gəlir.

44. Ərizəni baxılmamış saxlamaqla yanaşı, məhkəmə kollegiyası ərizəçiyə həmin fakt üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunu da izah edir.

45. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsini qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır.

46. Göstərilənləri və MPM-in 416-418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs xxx oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-560/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi “mirasın qəbul edilməsi faktın ın müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar