Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-445/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: “xxxx” (Azərbaycan) ASC Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-445/21 (Açar sözlər: mənzildən çıxarılma) 09.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5827/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıl arı müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, 17 saylı evin 36/37 saylı mənzilindən məcburi qaydada çıxarılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim M.A.Bağırova) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdeh həmin mənzilə olan hüquqlarını itirib. İddianın təmin edi lməsi üçün əsaslar vardır. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apel yasiya şikayətinə əsasən qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “xxxx” (Azərbaycan) ASC, Cavabdeh və vəkili V əkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 205.2-ci maddəsində göstərilir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənz ilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoulmuş olsun (Qanunun 59.3.1-ci maddəsi); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar (Qanunun 59.3.2-ci maddəsi). İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü m addəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiya sı məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxıliması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq norm alarının tələblərini pozmasını, iddianın rədd edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə borclu “xxxx” MMC-dən 1.461.043,89 manat pulun tutulub tələbkar “xxxx” (Azərbaycan) ASC verilməsi, tutmanın digər əmlaklarla yanaşı ipoteka qoyan Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, 17 saylı evin 36/37 saylı mənzilə yönəldilməsi qət edilib. Digər tərəfdən işdən görünür ki, “Hərracın yekunları haqqında” xx xxxxxx 2015-ci il tarixli Protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mən zil 194.460 manata “xxxx” (Azərbaycan) ASC satılıb və xx xxxxxx 2016-cı il tarixli Çıxarışa əsasən həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ipoteka qoyulmuş sözügedən mənzilə tutma yönəldiyindən, həmin mənzil qətnamənin icrası qaydasında “hərracın yekunları haqqında” protokola və “alqı-satqı müqaviləsi”nə əsasən iddiaçının mülkiyyətinə keçdiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi və prosessual hüquq normalarının t ələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyindən, kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti təm in edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5827/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-445/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-445/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver