Məhkəmə qərarları › İş №2(102)-4450/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4450/2020

22.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4450/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı Xüsusi Notariusa qarşı vərəsəlik hüququna daxil olması müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadından üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kasasiya şikayətin ə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.Qafarova) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X1 xx xxxxxx 2018-ci il tarixdə vəfatından sonra ondan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilmiş və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova, E.Həsənov) qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Maraqlı şəxs verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş onun apelyasiya şikayəti vermək hüquq una malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Üçüncü şəxs Maraqlı şəxs kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixliqərardadının ləğv edilməsini və işin apelyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Hüquq i məsələlər: İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı Xüsusi Notariusa qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi üçün müddət gecikdirilməsi üzürlü hesab edərək uzadılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X1 xx xxxxxx 2018-ci il tarixdə vəfatından sonra ondan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilmiş və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmışdır. Maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməs ini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi Maraqlı şəxs mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, habelə, işdə iştirak etməyə cəlb edilməmişdir. Belə olan halda, onun apelyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Həmçinin, Maraqlı şəxs İddiaçı və mirasqoyan X2 ilə qohumluq əlaqəsinin olmasına dair hər hansı sənəd də apelyasiya şikayətinə əlavə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi bununla bağlı hər hansı sübut təqdim edilmədiyi və qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunduğunu müəyyən etmədiyi halda, onun öz adından verdiyi apelyasiya şikayətini apelyasiya instansiyasına göndərmişdir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qəbul etd iyi qərardadı onunla əsaslandırmışdır ki, Maraqlı şəxs qətnamədən apelyasiya şikayəti vermək hüququ olduğunu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən və birinci instansiya məhkəməsi onun qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə müvafiq qərardad qəbul etmədiyindən, adı çəkilən şəxsin apelyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilərək apelyasiya qeyri-mümkün hesab edilməli və mülki iş qeyd olunan məsələnin həlli üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edi lmədən apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar