Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4455/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1889/2020 saylı qətnaməsindən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.R.Səmədov, iş № 2(008)-6368/2019) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək İddiaçı mülkiyyətində olan N saylı mənzildə Cavabdeh istifadə hüququnun olmaması müə yyən edilmişdir. Həmin qətnamə ilə Cavabdeh İddiaçı və X4 qarşı evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N saylı fərdi yaşayış evi xx xxxxxxxx 2009-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. xx xxxx 2008-ci il tarixdə mülkiyyətçinin oğlu X1 N qızı ilə rəsmi nikaha daxil olmuş və qaynanasına məxsus evə qeydiyyata alınmış, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tari xli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar Cavabdeh yanında saxlanılmaqla onlara görə Tağı Babazadədən onun xeyrinə aliment tutulmuşdur. 2019-cu ilin sentyabr ayında mübahisəli evin mülkiyyətçisi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu ilə Cavabdeh arasında olan nikahın pozulmasını və sonuncunun evi könüllü tərk edərək valideynləri ilə birlikdə yaşamasını, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən evdən istifadə hüququnu əldə etməməsini və s. əsas göstərməklə Cavabdeh ona məxsus evə istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək mübahisəli evdə uzun illər ərzində yaşamaqla ora istifadə hüququnu əld ə etməsini əsas göstərməklə Mülki Məcəllənin 27.1, 158, 165-ci maddələrinə əsasən mübahisəli evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək onun mübahisəli evə dair qeydiyyat vəsiqəsində göstərilməyən özbaşına tikiliyə köçüb, orada yaşamasını İddiaçı heç bir aidiyyətinin olmamasını, məhkəmənin işin həmin hallarına qiymət vermədən iş üzrə düzgün olmayan nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli yaşayış sahəsi İddiaçı mülkiyyətində olmaqla 4 otaqdan ibarətdir. Evin sol tərəfində yerləşən 2 otaqda Cavabdeh məxsus əml aklar yerləşməklə həmin otaqlarda yaşamışdır. Digər 2 otaqda isə mülkiyyətçinin digər oğlunun əmlakı yerləşməklə o, həmin otaqlarda ailəsi ilə birlikdə yaşayır. Cavabdeh kassasiya şikayətində İddiaçı mülkiyyətində olan evdə deyil, həmin ünvanda yerləşən özbaşına tikilidə yaşamasını göstərsə də, məhkəməyə bunu təsdiq edə bilən heç bir sübut təqdim etməmişdir. Məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində və məhkəmə instansiyalarında verdiyi izahatlarında Cavabdeh mübahisəli evdə deyil, özbaşına tikilidə yaşamasını və İddiaçı həmin evə heç bir aidiyyətinin olmamasını göstərməmişdir. Əksinə, onun ərizəsindən və izahatından məlum olur ki, o, uzun illər qaynanasına məxsus evdə yaşamış və cavabdehlər onu evdən qovduqlarına görə valideynlərinin yanına getmişdir. Göstərilənlərlə əlaqədar kas sasiya kollegiyası kassasiya şikayətinin bu barədə olan dəlillərini əsassız sayır. Kollegiya hesab edir ki, Cavabdeh məhz qaynanasına məxsus evdə yaşamış və həmin evə olan hüquqlarını iddia edir. Evdən istifadə ilə əlaqədar mübahisəli hüquq münasibəti, işdən göründüyü kimi tərəflər arasında 2008-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi y olu ilə xitam verilə bilər. Cavabdeh evin mülkiyyətçisinin oğlunun keçmiş arvadı olmaqla onların arasında yaşayış sahəsindən istifadə hüququ ilə əlaqədar notariatda təsdiqlənmiş yazılı razılaşma olmadığından onun mübahisəli evə istifadə hüququnu əldə etməsi barədə nəticəyə gəlmək üçün əsaslar olmamışdır. Cavabdeh mənzilə qanunla müəyyən olunmuş qaydada istifadə hüququ əldə etməsi müəyyən olunmadığından apelyasiya instansiyası məhkəməsi iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini qanuni və əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə işdə olan sübutlara düzgün qiymət verilməklə və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğ un həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4455/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4455/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver