Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4455/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X2ə qarşı “i şə bərpa və məcburi iş buraxma müddəti üçün pul ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3822/2022 nömrəli iş üzrə 13 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X2 kassasiya şikayətinə dair işə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) 16 oktyabr 2013-cü il tarixdən 30 mart 2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində (bundan sonra – ETTM) müxtəlif vəzifələrdə işləmişdir.
2. Azərbaycan Resp ublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli 480 nömrəli Fərmanına əsasən ETTM-nin ləğv edilməsi ilə bağlı görülən tədbirlərlə əlaqədar iddiaçı 30 mart 2020-ci il tarixdə öz xahişi əsasında ETTM-də tutduğu vəzifədən azad olunmuş, həmin tarixdə onunla yeni yaradılmış “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 (bundan sonra “cavabdeh” və ya “Observatoriya”) arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq “Əmək bazarının montironqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə işə götürülmüşdür.
3. İddiaçı cavabdehin 30 iyun 2020-ci il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin bitməsi əsas göstərilməklə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasə n tutduğu vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Observatoriyada əmək bazarının təhlili və proqnozlaşdırma şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ uyğun 9338,4 manat və mənəvi ziyanın əvəzi olaraq 5000 manat, ümumilikdə 14338,4 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ETTM-də müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət ə həmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur.
6. İddiaçı eynilə Observatoriyada da əmək bazarının təhlili və proqnozlaşdırma şöbəsinin mütəxəssisi vəzifəsində çalışmışdır. Yeni yaradılan Observatoriya da bu qəbildən olan işlərlə məşğuldur.
7. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 nömrəli Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin t əkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ETTM-nin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2019-cu il tarixli, 775 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X3 yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir.
8. Azərbaycan Respublikası Prezidentini n ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Qanunun 8.0.3-cü maddəsinə uyğun olaraq “işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir.
9. ETTM-in ləğvi ilə bağlı yuxarıda sözü keçən Fərmanın icrası üçün iddiaçını 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur ediblər ki, öz xahişi ilə həmin tarixdən işdən azad ol unsun. Elə həmin tarixdən də Observatoriyada işlə təmin olunmağına dair iddiaçıya ərizə yazdırdılar. İddiaçı 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 nömrəli sənədə əsasən 29 mart 2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə iddiaçını işə çağırıb işdən azad olunduğunu ona şifahi olaraq bildirdilər.
10. İşdən azad olunduğu gün iddiaçıya bu barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntu ları ilə əlaqədar 02 iyul 2020ci il tarixdə ƏƏSM Nazirinə kollektiv müraciət etmişlər. Hazırkı vaxta qədər heç bir cavab verilməmişdir.
11. İddiaçı öncə ETTM-in əməkdaşı kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra öz xahişi ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında iddiaçının əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi üçün xitam verilmişdir. Eyni zamanda 3 ayda fəalliyət göstərməyinə baxmayaraq, iddiaçıya əmək haqqı əskik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir.
12. Yuxarıda göstərilənlərə əsasən də görmək olar ki, iddiaçı peşəkar, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hans ı bir əsas mövcud olmamışdır.
13. Bundan əlavə, iddiaçıya təqdim olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və ona imzalatdırılmışdır. Halbuki, qanunvericiliyin bu norması da Observatoriya tərəfindən öncədən pozulmuşdur. Eyni zamanda həmin əmrlərlə, müvafiq sənədləşmə işləri ilə, ümumiyyətlə, tanış olmadığından cavabdehin hazırki addımı atmaqda olan niyyəti iddiaçı üçün anlaşılan deyil. İddiaçının hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi onun üçün mücərrəd olaraq qalmaqdadır.
14. Həmçinin hazırki işə əlavə olunan əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən işəgötürən əmək haqqı ödənməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzər ində əmək haqqı müəyyən etmişdir. Bu isə hüquqların əlavə olaraq kobud pozuntusudur. Cavabdehin hazırki əməlləri nəticəsində iddiaçı bu gün də əmək kitabçasını əldə edə bilməmişdir. Buna görə də hazırki günə qədər başqa bir iş yeri ilə əmək müqaviləsi bağlamaq iddiaçının imkanı xaricindədir. Təbii ki, bu da birbaşa cavabdehin təqsiri ucbatından baş vermişdir.
15. Əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvəlində iddiaçının cədvəlin tərtib olunduğu günə qədər olan ziyanları müəyyən edilmişdir. Nəzərə alınsa ki, hələ də əmək kitabçası təqdim edilməmişdir, buna görə də hazırki gündə qanunvericiliklə nəzərdə tutulmuş cərimə funksiyasında cavabdeh cəzalandırılmalıdır. Bundan əlavə, artıq bir neçə müddətdir işsiz qaldığı üçün iddiaçıya mənəvi ziyan vurulmuşdur. Belə ki, pande miya şəraitində işsiz qalmaq və ailə saxlamaq iddiaçını həqiqətən də çox acınacaqlı vəziyyətə salmışdır. Bu vəziyyət iddiaçıya əsəb-stress və mənəvi iztirablar vermişdir. Buna görə də bu mənəvi ziyanın əvəzi olaraq da 5000 manat pul cavabdehdən tutulmalıdır.
16. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 45, 47, 73-cü, Mülki Məcəllənin 21, 23, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir.
17. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz verərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinin vaxtı bitdiyi üçün müqaviləyə xitam verilmişdir.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1734/2021 saylı, 10 fevral 2021-ci il tarixli, qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Fərid Hətəmzadə)
19. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir k i, hazırki iş üzrə tərəflər arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 30 iyun 2020-ci il tarixdə bitmişdir. Cavabdeh 30 iyun 2020-ci il tarixli, **********3 nömrəli əmr ilə “Əmək bazarının montironqi və təhlili” şöbəsində mütəxəssis vəzifəsində işləyən iddiaçı ilə bağlanan əmək müqaviləsinə 30 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam vermişdir.
20. Birinci instansiya məhkəməsi qeyd edib ki, əmək qanunvericiliyinə görə əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər.
21. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış, işəgötürən əmək müqaviləsinin müddəti başa çatdığından iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermiş, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş və iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Belə olan halda, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmadığından iddia tələbinin “işə bərpa” hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir.
22. Birinci instansiya məhkəməsi iddia tələblərinin “məcburi işəburaxma müddətinə görə əmək haqqı 9.338,4 manat və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 14.338,4 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması” hissələri ilə əlaqədar qeyd edib ki, iddia tələblərinin bu hissələri törəmə tələblərdir və bu tələblərin təmin olunubolunmaması bilavasitə iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bu baxımdan, iddia tələbləri bu hissələrdə də təmin edilməməlidir.
23. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o, işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 42, 43, 45, 47, 68, 73, 83 və 300-cü maddələri ilə əsaslandrımışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, şikayətdə birinci instansiya məhkəməsi tərəfindən mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmamasına, gəlinən nəticənin işin hallarına uğyun olmamasına istinad edilmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(103)-4347/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Rafael Eyvazov)
28. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin verdiyi imkandan istifadə edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir. Hazırda iddiaçı, onunla bağlanmış əmək müqaviləsinin müddətli olmasından xəbərdar olmadığını, bu faktla bağlı aldadıldığını bildirsə də, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci miaddələrinin tələblərinə uyğun məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər və kifayətedici sübut təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində iddiaçı əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Mübahisə predmeti olan əmək müqaviləsinin müddətli bağlanmasına iddiaçının razılığı olmamış, işəgötürənin razılığı isə Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməmişdir. Bu üzdən əmək müqaviləsinin müddətinə dair şərt (2.1-ci bəndi) uydurma sayılır. Mülki Məcəlləsinin 340.1ci maddəsinə görə əmək müqaviləsinin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab edilməli və müqavilə müddətsiz bağlanmış sayılmalıdır. Bu səbəbdən əmək müqaviləsi müddətin bitməsinə görə ləğv edilə bilməzdi.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 aprel 2022-cu il tarixli, 2(102)1410/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
32. Kassasiya instansiyası məhkəməsini mövqeyi: - birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tərəflər arasında müddətli əmək müqaviləsinin bağlanmasına və iddiaçının müqavilənin müddətli olmasından xəbərdar olmamasını təsdiq edən hər hansı mötəbər və kifayətedici sübut təqdim etməməsinə istinad etsə də, işə baxan məhkəmələr bu qənaətə gələrkən işdə olan sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Lakin məhkəmələr nəzərə a lmamışlar ki, tərəflər arasında mövcud olmuş münasibət daimi xarakterə malik olduğundan əmək müqaviləsi müddətli bağlana bilməzdi. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin məzmunundan da görünür ki, onun tutduğu vəzifə daimi xarakterə malik olmuşdur və işin həmin halı cavabdeh mübahisələndirməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3822/2022 nömrəli, 13 may 2022-ci qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, İddiaçı “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X1 əvvəlki vəzifəsinə - Əmək bazarının təhlili və proqnazlaşdırma şöbəsinin mütəxəssi si vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edimiş, iddianın qalan hissəsi təmin edilməmişdir. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Emin Mehdiyev)
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyy ən müddətə bağlana bilər. İşəgötürən əmək müqaviləsinin müddətli bağlanmasını qarşılıqlı razılıq olduğu üçün qanunauyğun hesab etsə də, müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin müddətə (3 aya) münasibətdə motivi yoxdur. Müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz, motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Ona görə də hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Beləliklə, əmək müqaviləsinin müddətə dair şər ti (2.1-ci bəndi) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə və Əmək Məcəlləsinin 300cü maddəsinin göstərişinə əsaslanaraq hesab edib ki, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin maddi və mənəvi zərər tələbi hissəsində mövqeyi belə olub ki, cavabdehin iddiaçıya maddi və mənəvi zərər vurduğu müəyyən edilmir. Buna görə də Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şə rh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında verilən şərhlərə əsasən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb rədd olunmalıdır.
37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45, 47 və 300-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassator Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi, 68 maddəsinin “b” bəndi, 73-cü maddəsi, Mülki Məcəllənin 329.1, 331.1, 406.1, 296-cı, Mülki Prosessual Məcəllənin 217.4, 218.3-c ü maddələrinə və “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarına istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, kəsici müddətin tətbiqi təklif olunsa da apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə buna heç bir münasibət bildirilməmişdir. Bundan əlavə, iddia ərizəsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin və ya onun hər hansı müddəasının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi irəli sürülməmişdir. Başqa sözlə, apellyasiya instansiyası məhkə məsi iddia tələbindən kənara çıxaraq iddiaçının birbaşa tələb etmədiyi halda, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsızlığını (əhəmiyyətsizliyini) irəli sürmüş, lakin bununla belə qətnamədə bunun üçün istinad etdiyi qanunu və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmamışdır. Həmçinin iş üzrə materiallarda əmək müqaviləsindəki imza nümunəsinin iddiaçıya məxsus olduğunu istisna edən hər hansı sübut (xətşünaslıq ekspertizasının rəyi və s.) mövcud olmamış, iddiaçı özü də həmin imza nümunəsinin ona məxsus olduğunu təkzib etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. İddiaçı kassasiya şikayətinə etiraz verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3822/2022 nömrəli iş üzrə 13 may 2022-ci il tarixli qətnaməsinin dəyişdir ilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45. 4-cü hissə. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə
47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfində n icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarm ası əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfində n ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4c ü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhk əməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir
42. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3435-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
49. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
50. Məhkəmə kollegiyası cavabdehin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarına istinadən Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan müddətlərin kəsici müddət olması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, qeyd edilən Qərarda Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsi ilə bağl ı, yəni etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətinin kəsici müddət olmasını qeyd etmişdir.
51. Əmək Məcəlləsinin 296-cı maddəsi isə fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini nizama salır. Maddənin adından da görünür ki, fərdi əmək mübahisələri ilə bağlı müddət iddia müddətidir.
52. Bundan başqa, əmək mübahisələrində Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan müddətin iddia müddəti olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə” dair 30 iyul 2021-ci il tarixli Qərarında da bir daha təsdiqini tapıb.
53. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının birbaşa tələb etmədiyi halda tərəflər arasında bağlanmış əmək müqavil əsinin 2.1-ci bəndinin etibarsızlığını bildirməklə iddia tələbindən kənara çıxması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə iddia tələbləri həddində baxmış, hətta iddianı qismən təmin etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində əmək müqaviləsinin hər hansı bəndinin etibarsız hesab edilməsi barədə nəticə yoxdur.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əm ək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3822/2022 nömrəli iş üzrə 13 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.