Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4456/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: Qiymətləndirmə rəyinin ləğv edilməsi Açar sözlər: əmlakın qiymətləndirilməsinə dair hesabatla bağlı mübahisələrə məhkəmədə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2447/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı) ilk iddiası qismən təmin olunaraq, sonuncuya məxsus olan və Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən mağaza binasının cavabdehlər X1 və X4 tərəfindən boşaldılması qət edilmiş, G.XXXdən 3300 manat pulun tutulması hissəsində iddia təmin olunmamış, G.XXXin qarşılıqlı iddiası qismən təmin olunaraq iddiaçıdan 4000 ABŞ dolları məbləğində pulun alınaraq G.XXXə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmiş, iddiaçıdan 8000 ABŞ dollarının manatla məzənnəsinin alınaraq G.XXXə verilməsi, qətnamənin Şama xı rayonu, N.Nərimanov küçəsindəki mağazanın boşaldılması barədə ilk iddia tələbi hissəsində, habelə qarşılıqlı iddia tələbinin təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamənin icrası ilə bağlı Şamaxı rayon İcra və probasiya şöbəsi tərəfindən iddiaçıya məxsus Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən 1 mərtəbəli 12,9 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının (bundan sonra – mübahisəli qeyriyaşayış binası) qiymətləndirilməsi ilə əlaqədar Cavabdeh MMC-yə müraciət olunmuş və həmin MMC-nin xx xxxx 2019-cu il tarixli, QR-2407 saylı rəyi ilə əmlakın bazar dəyəri 5000 manat müəyyən edilmişdir. Mübahisəli qeyri-yaşayış binasına dair sifarişçi qismində Şamaxı rayon İcra şöbəsinin və hərracın təşkilatçısı qismində “X2 Mərkəzi” MMC-nin iştir akı ilə G.XXXlə xx xxxxxx 2015-ci il tarixli hərracın yekunları barədə protokol və əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. İddiaçı həmin sənədlərin etibarsız hesab olunması barədə iddia qaldırmış, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə isə İddiaçı iddiası qismən təmin edilmiş və yuxarıda qeyd olunan sənədlər etibarsız hesab olunmuşdur. Ali Məhkəmənin xx xxxxxx 2017 tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx xxxx 201 9-cu il tarixli, QR-2407 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş rəylə mübahisəli qeyri-yaşayış binasının bazar dəyəri 5000,00 manat müəyyən edilmişdir. Həmin qiymət real deyil, əmlakın əmlakın yenidən qiymətləndirilməsinə ehtiyac vardır və təkrar qiymətləndirmənin başqa qiymətləndirici tərəfindən aparılması vacibdir. Əmlakının real dəyərindən aşağı qiymətləndirilməsi həmin əmlakın mülkiyyətçisi kimi onu əmlakın satışından əldə edilə biləcək pul məbləğindən məhrum edir. Qiymətləndirmənin keçirilməsindən onun ümumiyyətlə məlumatı olmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-5914/2019 saylı iş üzrə xx xxxxxxx 201 9-cu il tarixli qətnaməsi (hakim Əşir Səmədov) ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-2447/20 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici borclunun əmlakının qiymətləndirməsi üçün müvafiq qiymətləndiriciyə sifariş vermək səlahiyyətini icra məmuruna vermişdir. Bununla əlaqədar münasibətlər borclu ilə icra məmuru arasında bir tərəfdən və icra məmuru ilə qiymətləndirici arasında digər tərəfdən yaranır. Borclu əmlakın qiymətləndirilməsindən narazı olduğu halda öz tələbini əvvəlcə icra məmuruna yönəltmək, sonradan isə sonuncunun hərəkətlərindən (hərəkətsizliyindən) qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırkı iş üzrə iddiaçı əmlakın qiymətləndirilməsindən narazı olduğu halda, yenidən qiymətləndirmənin həyata keçirilməsi və yeni qiymətin müəyyən edilməsi ilə əlaqədar sifariş verən icra məmuruna müraciət etmədən bilavasitə birinci instansiya məhkəməsinə müraciət etdiyindən hazırkı vəziyyətdə işə məhkəmədə baxıla bilməz. Bu səbəbdən iş üzrə üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (b undan sonra – MPM) 261.0.1-ci maddəsinə əsasən xitam verilməli və iddiaçıya qiymətləndirmənin ləğvi ilə əlaqədar icra sənədini icra edən icra məmuruna, sonuncunun hərəkətlərindən isə aidiyyəti məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gələrkən “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin tələblərini pozmuşdur. Onun əmlakı qiymətləndirilməsi üçün İcra məmuruna müraciət etmədən birabaşa məhkəməyə müraciət etmək hüququ vardır. Lakin məhkəmə maddi hüquq normasının tələbi pozaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır (maddə 8). “İcra haqqında” Qanun Maddə 51.1 Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir (xx xxxxxx 2018-ci il tarixdə edilmiş yeni redaksiyada). Kassasiya instansiya sı məhkəməsinin mövqeyi MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qiymətləndirici hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi mümkünlüyü birbaşa göstərilmişdir. Eyni zamanda əmlakın icra məmuru tərəfindən qiymətləndirilməsi qaydasını tənzimləyən “İcra haqqında” Qanunun 51.1-ci maddəsində belə hesabatın maraqlı şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsini qadağan və ya istisna edən hal nəzərdə tutulmamışdır. Mübahisələndirilən hesabatla iddiaçıya məxsus əmlak qiymətlən dirilmişdir və iddiaçı hesabatda müəyyən edilmiş qiymətlə razı deyil. Apelyasiya instansiyası məhkəməsi istinad olunan maddi hüquq normalarını səhv təfsir etməklə belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Eyni zamanda uzun illərdir formalaşmış məhkəmə təcrübəsində məhkəmələr tərəfindən oxşar mübahisələrə mahiyyəti üzrə baxılmışdır. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. MPM-in 418.2-ci maddəsinə görə, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzg ün tətbiq olunmamış hesab edilir. MPM-in 386-cı maddəsinə müvafiq olaraq maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.3 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2447/2020 nömrə li iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4456/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4456/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver