Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4458/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4458/2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkilin, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” barədə ilkin, Cavabdeh1 X4-ə qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli 2(103)-3591/2018 nömrə li qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı “mənzilə köçürülmə” barədə ilkin, Cavabdeh1 X4-ə qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(011)10041/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2-yə qarşı “mənzilə köçürülmə” barədə ilkin, Cavabdeh1 X4-ə qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli 2(103)3591/2018 nömrəli qətnaməsi ilə ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, qarşılıqlı iddiaçının apel lyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(011)-10041/2017 saylı qətnaməsi qarşılıqlı iddianın rədd edilməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın qismən təmin edilməsi,X2 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququ olmayan hesab edilməsi, qətnamənin X2 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evdən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli 2(103)-3591/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilini sataraq birgə n ikah dövründə əldə edilmiş 12.000 manat məbləğində vəsaiti də qoyaraq hazırki mübahisəli mənzili almaları faktını, hazıradək nikahlarının mövcud olmasını nəzərə almamış, bunları müzakirə etməmiş, obyektiv hüquqi qiymət verməmiş, cavabdehlə iddiaçı arasında hüquq münasibətlərinin 2005-ci ildə yaranmasını nəzərə almamışdır. Buna görə qətnamənin ləğv edilməsi və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun i zahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfındən verilmiş 10.06.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ev Cavabdeh1-in adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş, oğlu Cavabdeh2 ilə İddiaçı 30.04.2005-ci il tarixdə nikaha daxil olmuş və qeyd edilən evə gəlin köçmüşdür. Daha sonra həmin mənzil 62.000 manata satılmış və 74.000 manata Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzili 19.09.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsas Cavabdeh1 adına alınmışdır. İddiaçı ilə Cavabdeh2 birgə təsərrüfat aparmaqla 2012-2017-ci illərdə Bakı şəhəri, ünvan 2 ünvanda yaşamışdır. Daha sonra ailə münasibətləri pozulmuş, 15.09.2017-ci il tarixdən İddiaçı həmin mənzilə buraxılmamışdır. Kassator kassasiya şikayətini n əsas dəlili kimi aralarında hüquq münasibətlərinin 2005-ci ildən yaranmasını göstərsə də, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə düzgün olaraq bu münasibətlərin mübahisəli evə münasibətdə 2009-cu il oktyabrın 1-dən sonra yaranması qənaətinə gələrək aşağıdakı qanunvericilik normalarını işə tətbiq edərək Cavabdeh1-in keçmiş gəlini İddiaçı onun ailə üzvü və ya digər qohumu hesab edilməməsi və sözü gedən mübahisəli mənzildən istifadə hüququ əldə etməməsi və buna görə də ilkin iddia tələbinin əsassız olması nəticəsinə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı na əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış s ahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdurs a, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları əsasında qarşılıqlı iddia üzrə hüquqi mövqeyi ilə də razılaşaraq h esab edir ki, əldə edilməyən istifadə hüququnun itirilməsi yolverilən hesab edilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu baxımdan məhkəmə kollegiyası apellyas iya instansiyası məhkəməsinin cavabdehin həmin mənzildə qeydiyyatda olmasının iddianın rədd edilməsi üçün əsas ola bilməməsi qənaəti ilə razılaşır, çünki pasport qeydiyyatı, öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2 və 157.4-cü maddələrində isə təsbit edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və sadalanan qanunvericilik normalarına əsasən və qanunun qeyd olunan tələ binə uyğun qaydada qarşılıqlı iddia üzrə iddiaçının tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi, onun bu hüquqdan istifadə imkanının qarşılıqlı iddia üzrə cavabdehin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılması və onun mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə qarşılıqlı iddia üzrə cavabdehin həmin mənzildə qeydiyyatda olmasının maneçilik törətməsi və qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4cü maddəsi tətbiq olunmalı olmasına dair düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr tö rədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən edilməsi barədə qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçün tətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdüzgüntətbiqetmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişi klik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkilin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli 2(103)-3591/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-4458/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4458/2018
05.07.2018 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver