Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4458/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, İddiaçı və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1650/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 04.02.2008-ci il tarixdə Protez X3 Gəncə filialına komyuter-operator işinə daxil olmuş və 01.07.2020-ci il tarixə qədər həmin işdə işləmişdir. Əlil olan vətəndaş Verdiyeva Hicran Həmid qızına protez verilməsinə görə iddiaçının ondan pul a lması əsası ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01.07.2020-ci il tarixdə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz hesab edərək hazırkı mübahisənri başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.2020-ci il tarixli, **********9 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: 09.01.2020-ci il tarixdə yıxılaraq başın ənsə nahiyyəsinin çapılmış yarası L-5 fəqərəsinin sol yan çıxıntısının qapalı travması, çana ğın qapalı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, L-5 fəqərəsinin çapılmış yarası xəsarətlərini almışdır. Bunun əsasında 10.01.2020-ci il tarixdən 19.01.2020-ci il tarixədək Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada yataq şəraitində müalicə almışdır. 22.01.2020-ci il tarixdə işə çıxmışdır. Ancaq səhhəti həddindən artıq pis idi. Çətinliklə 18.03.2020-ci il tarixədək işləmişdir. Ondan sonra Novruz bayramı və hamıya bəlli olduğu kimi pandemiya ilə əlaqədar sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi ilə bağlı may ayının 26-dək işə çıxmamışlar. 26.05.2020-ci il tarixdən sonra işə çıxmışlar. Qısa müddət işlədikdən sonra isə 02.06.2020-ci il tarixdə yenidən əməliyyat keçirmişdir. 02.06.2020-ci il tarixdən 20.06.2020-ci il tarixədək işə çıxmamışdır. Bununla bağlı olaraq əmək qabiliyy ətinin olmaması barədə vərəqə verilmişdir. Qeyd olunan tarixdə işə çıxmışdır. İşə çıxarkən rəhbərlik tərəfindən ona qarşı münasibət tamamilə dəyişmişdir. Onlardan bunun səbəbini soruşduqda 01.07.2020-ci il tarixdə ona bildirdilər ki, Azərbaycan Respubikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad olunmuşdur. İşdən çıxması qanunsuz və əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, cavabdeh orqanın onu işdən azad etməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinin kobud pozulması ilə nəticələnmişdir. Çünki cavabdeh orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilir ki, İddiaçı işdən çıxmasının səbəbi vətəndaş Ve rdiyeva Hicran Həmid qızının 29.06.2020-ci il tarixdə verdiyi ərizə olmuşdur. Həmin ərizədə isə Verdiyeva Hicran Həmid qızı göstərmişdir ki, “Protez X3 Gəncə filialının komyuter operatoru İddiaçı 14.01.2019-cu il tarixdə Gəncə ortopedik bərpa mərkəzinə süd vəzi protezi üçün müraciət etmiş və Rəna ondan 30 manat pul alıb protez satıb”. Cavabdeh orqanın təbirincə deyilsə, bu intizam xətasıdır. İntizam pozuntusu isə 14.01.2019-cu il tarixdə baş vermişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndində göstərilir ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Cavabdeh orqan isə inzibati tənbehi 1 il 6 ay sonra vermişdir. Bundan başqa, o, heç vaxt Verdiyeva Hicran Həmid qızından pul istəməmişdir və ona 30 manat pul verilməmişdir. Yaln ız 14.01.2019-cu il tarixdə onunla ünsiyyətdə olmuş və gedərkən stolunun üstünə pul atmışdır. Həmin vəsait isə 30 manat yox, 5 manat olmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4274/2020 saylı iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 01.07.2020-ci il tarixli, **********9 nömrəli əmri ləğv edilsin, 01.07.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez X3 Gəncə filialının İqtisadiyyat və istehsalın təşkili şöbəsinin komputer operatoru vəzifəsinə bərpa edilməsi qət edilmişdir.
6. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri; Əmək Məcəlləsinin 70, 71, 76.2, 80, 83.1, 84, 186, 187, 189, 300-cü maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Vahidov, iş No 2(103)1650/2021 saylı mülki iş) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apelyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4274/2020 saylı iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi kasasiya şikayəti ver ərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır: qətnamə çıxararkən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, işəgötürən faktiki olaraq işçinin korrupsiya ilə bağlı hüquqpozma əməlini törətməsini əsas gətirərək əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, bununla bağlı cinayət təqibinin həyata keçirilməsi barədə və ya inzibati xəta haqqında icraata dair hər hansı qərar göstərməmişdir. Yəni vətəndaşın şikayəti, bununla bağlı xidməti məruzə (təqdimat) şəxsin həmin əməli törətməsini sübut edən hal hesab edilə bilməz. Bununla bağlı cinayət qanunvericiliyində təqsirsizlik prezumpsiyası nəz ərdə tutulmuşdur. Halbuki işçinin törətdiyi iddia edilən hərəkət, yəni işçinin rüşvət tələb etməsi və ya alması cinayət əməlidir və bu əməlin sübut edilməsi cinayət təqibini həyata keçirən orqanın səlahiyyətindədir. İşin hallarından da göründüyü kimi, bu barədə hər hansı qərar yoxdur, yəni əmək müqaviləsinə xitam verilərkən əmək məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan rəsmi sənədlərə istinad olunmamışdır.
13. İddiaçı barəsində tərtib edilmiş əmrdən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, əlilliyi olan vətəndaş Verdiyevə Hicran Həmid qızının müraciəti zamanı aşkar edilmişdir ki, 14.01.2019-cu il tarixdə süd vəzi protezini alan vaxtı Gəncə filialının kompyuter operatoru vəzifəs ində çalışan İddiaçı xidməti səlahiyyətlərinin İcrası ilə əlaqədar paltar dəyişmə otağında protez məmulatının vətəndaş H.H.Verdiyevanın ölçülərinə uyğun olub-olmamasını yoxlayan vaxtı ondan bu protez məmulatının ona verilməsi üçün 50 manat məbləğində pul tələb edib, vətəndaşın həmin məbləği verməyə imkanı olmadığından protezin ona verilməsi üçün 30 manat məbləğində pulu xəsətədən almışdır. Protez məmulatı əlilliyi olan Hicran Verdiyevaya dövlət büdcəsi vəsaiti hesabına pulsuz verilir. İddiaçı tərəfindən Hicran Verdiyevaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin yaranması üçün maddənin dispozisiyasında qeyd olunan tələblər mövcud olmalıdır. Bunların mövcud olmaması İddiaçı cəzasız qalması üçün əsas deyil. Ona gör ə də işəgötürən tərəfindən haqlı olaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Əgər işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 72-ci maddəsinin f) bəndinə əsasən yəni, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsinə görə ləğv edilsəydi, o zaman məhkəmə cinayət təqibini həyata keçirən orqanın qərarının olmamasının əmrin həmin sənədlərlə əsaslandırılmadığı tələbində haqlı olardı. Hazırki vəziyyətdə isə qeyd olunan qərarın mövcudluğuna və istinadına zərurət yoxdur. Pozuntu 29 iyun 2020-ci il tarixdə aşkar edilmiş, 01 iyul 2020-ci ildə yəni pozuntunun aşkar edildiyi gündən bir ay keçməmiş İddiaçı intizam tənbehi verilmişdir. Əgər intizam xətası işəgötürənə məlum olduğu halda intizam xətasının törədildiyi gündən altı ay keçərdisə o halda işçiyə intizam tənbehi verilə bilməzdi. Hazırkı halda Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndi deyil 2-ci bəndi tətbiq edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayənəsi X6 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
16. İddiaçı məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin;
17. Maddə. 70. “Ç” bəndi. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
18. Maddə. 71. 2-ci bəndi. bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüq uqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndində qeyd olunmuşdur ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
19. Maddə.
80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqd imatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
20. Maddə. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsində qeyd olunmuşdur ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10- cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70- ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
21. Maddə.
84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
22. Maddə
187. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.
23. Maddə. 189. 2 və 3-cü bəndləri. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
24. Maddə. 300. 1-ci bəndi. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını p ozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 01.07.2020-ci il tarixli **********9 nömrəli əmri ilə Əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez X3 Gəncə filialının İqtisadiyyat və istehsalın təşkili şöbəsinin komputer operatoru İddiaçı 01.07.2020-ci il ta rixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Protez X3 direktoru A.Məcidovun 01.07.2020-ci il tarixi **********9 nömrəli xidməti məruzəsi göstərilmişdir.
31. A.Məcidovun təqdimatından görünür ki, əlil olan vətəndaş Verdiyeva Hicran Həmid qızının müraciəti zamanı aşkar edilmişdir ki, 14.01.2019-cu il tarixdə süd vəzi protezini alan vaxtı Gəncə filialının kompyuter operatoru vəzifəsində çalışan İddiaçı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar paltar dəyişmə otağında protez məmulatının vətəndaş H.H.Verdiyevanın ölçülərinə uyğun olub-olmamasını yoxlayan vaxtı ondan bu protez məmulatının ona verilməsi üçün 50 manat məbləğində pul tələb edib, vətəndaşın da həmin məbləği verməyə imkanı olmadığından protezin ona ver ilməsi üçün 30 manat məbləğində pulu İddiaçı verib. Göstərilənlərə əsasən İddiaçı barəsində tədbir görülməsi xahiş edilmişdir.
32. X8 X4 Komitəsi İdarə Heyəti üzvlərinin yığıncağının 09 saylı, 01.07.2020-ci il tarixli Protokolun surətindən görünür ki, X8 Mərkəzi Gəncə filialının direktoru Anar İsgəndərovun 30.06.2020- ci il tarixli xidməti məruzəsi İddiaçı 30 iyun tarixli izahatı, zərərçəkən Verdiyeva Hicran Həmid qızının əriəsi və X5 Qurbanovun izaladıqları akta və zərərçəkən İİ qrup əlil Verdiyeva Hicran Həmid qızının və cavabdeh X1 yazısındakı etiraflara əsaslanaraq İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı, əlillərə qarşı göstərdiyi kobud rəftar və əmək intizamını dəfələrlə pozaraq əvvəllər də eyni xarakterli əməllərlə məşğul olduğundan, onun haqqında intizam tənbeh tədbirlərin görülmə si üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilmişdir.
33. Gəncə “Asan xidmət” mərkəzində notarial qaydada təsdiqlənmiş Verdiyeva Hicran Həmid qızının 14.09.2020-ci il tarixli ərizəsindən görünür ki, Protez X3 Gəncə filialının istehsalat sahəsinin tibb qeydiyyatçısı İddiaçı barəsində 29.06.2020-ci il tarixdə şikayət ərizəsi yazmışdır. Həmin vaxt ərizəni yazmasına səbəb xəstəxnadan çıxması, həddindən artıq əsəbi və gərgin olması olmuşdur. Çünki onkoloji xəstədir və protezinin cırılması onu daha da əsəbləşdirmişdir. Əslində isə işin mahiyyəti o olmuşdur ki, o, Rəna xanıma özü 5 manat hörmət edərək, stolunun üstnə qoyub çıxmışdır. Rəna xanım ondan 30 manat pul istəməmiş və o, 30 manat pul verməmişdir. İddiaçı hər hansı şikayəti və tələbi yoxdur.
34. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən müvafiq əmr əsaslandırılmamışdır. Belə ki, həmin əmrin verilməsinə əsas kimi Protez X3 direktoru A.Məcidovun 01 iyul 2020-ci il tarixli **********9 nömrəli xidməti məruzəsi göstərilmişdir. Lakin əmrin verilməsi üçün əsas olmuş rəsmi sənədlər qeyd edilməmişdir. İşəgötürən faktiki olaraq işçinin korrupsiya ilə bağlı hüquqpozma əməlini törətməsini əsas gətirərək əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, bununla bağlı cinayət təqibinin həyata keçirilməsi barədə və ya inzibati xəta haqqında icraata dair hər hansı qərar göstərməmişdir. Yəni vətəndaşın şikayəti, bununla bağlı xidməti məruzə (təqdimat) şəxsin həmin əməli törətməsini sübut edən hal hesab edilə bilməz. Bununla bağlı cinayət qanunvericiliyində təqsirsizlik prezumpsiyası n əzərdə tutulmuşdur. Halbuki işçinin törətdiyi iddia edilən hərəkət, yəni işçinin rüşvət tələb etməsi və ya alması cinayət əməlidir və bu əməlin sübut edilməsi cinayət təqibini həyata keçirən orqanın səlahiyyətindədir. İşin hallarından da göründüyü kimi, bu barədə hər hansı qərar yoxdur, yəni əmək müqaviləsinə xitam verilərkən əmək məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan rəsmi sənədlərə istinad olunmamışdır.
35. Eyni zaman məhkəmə haqqlı olaraq qeyd etmişdir ki, işəgötürən əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, işəgötürənin intizam tənbehi verilməsi üçün əsas hesab etdiyi intizam xətasının törədilməsindən 6 aydan artıq müddət keçdikdən sonra əmr vermişdir. Yəni işəgötürən 14.01.2019-cu ildə baş verdiyini hesab etdiyi int izam xətasına görə 01 iyul 2020-ci ildə intizam tənbehi vermişdir. Halbuki Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normasından da göründüyü kimi, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə kollegiyası bu yerdə, cavabdehin hazırkı tələbə xətanın aşkar edildiyi vaxtdan bir aylıq müddətin tətbiq edilməsi barədə normanın (187-ci maddənin 2-ci bəndinin) tətbiq olunması barədə dəlili ilə razılaşmır. Xətanın baş verməsi və onun aşkar edildiyi vaxtdan bir aylıq müddətin keçməməsi ümumilikdə altı ayın çərçivəsində baş verməlidir. Həmin müddət keçdikdən sonra intizam tənbehnin görülməsinə yol verilmir.
36. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1650/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.