Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4458/2024 29.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit fa izlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2024-cü tarixli, 2(103)-4922/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15306,97 ABŞ ABŞ dolları əsas, 159,06 ABŞ dolları faiz, cəmi 15466,03 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan ** RZ *** dövlət qeydiyyat nişanlı, «Hyundai Veloster» markalı avtomaşına yönəldilməsi, həmin avtomaşının hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2563/2014 saylı işi üzrə xx.xx.2014-cü il tarixli (hakim E.B. İsayev) qətnaməsi ilə, iddia tələbinin təmin edilərək Cavabdeh 15306 (on beş min üç yüz altı) ABŞ dolları 97 (doxsan yeddi) sent əsas borc, 159 (bir yüz əlli doqquz) ABŞ dolları 06 (altı) sent məbləğində faiz borcu, cəmi 15466 (on beş min dörd yüz altmış altı) ABŞ dolları 03 (üç) sent məbləğinə kredit borcunun qətnamə icra olunan vaxt manata uyğu n məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun tutularaq iddiaçıya ödənilməsi; tələbin Cavabdeh məxsus ** RZ *** dövlət nömrə nişanlı, «Hyundai Veloster» markalı, buraxılış ili 2012, gümüşü metal rəngli avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması; həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən 15466 (on beş min dörd yüz altmış altı) ABŞ dolları 03 (üç) sent məbləğində kredit borcunun qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi; qalan məbləğin isə Cavabdeh qaytarılması qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin e-2(006)2563/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinin ləğv edilməsinə d air qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4922/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov, İ.S.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(006)2563/2014 saylı işi üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri.
5. Qətnamədən narazı qalan cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsi 2(103)-4922/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üç ün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:... 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;
7. Maddə 402.1 mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
8. Maddə 404-1.1. Kassasi ya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
9. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
10. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun:
12. İş üzrə məhkəmə yə iddia verilən 2014-cü ildə qüvvədə olan 8.1 və 8.1.3-ci maddələrinə əsasən maddəyə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu tutulur.
13. Qeyd edilən tarixdə qüvvədə olan 8.4 və 8.4.1-ci maddələrinə əsasən apellyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.
14. Həmin Qanunun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
15. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kass asiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. İş materiallarından müəyyən olunur ki, iddiaçının iddia ərizəsi əmlak bölgüsü tələbinə dair qiymətləndirilən iddia ərizəsidir və iddianın qi yməti 15466,03 ABŞ dollar təşkil edir.
18. Belə olan təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun hazırkı iş üzrə iddia ərizəsinin məhkəməyə verildiyi vaxt (2014-cü il) qüvvədə olan 8.1, 8.1.3, 8.4 və 8.4.1-ci maddələrinə əsasən, iddia qiyməti 500 manatdan çox olduğuna görə kassasiya şikayəti verilərkən 15 manat dövlət rüsumu ödənilməli olduğu halda 8 manat dövlət rüsumu (**********40 nömrəli qəbz) ödənilmişdir.
19. Beləliklə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməyərək Azərbaycan Respublikasının MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl etməmişdir.
20. Şərh edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 409cu maddəsinin tələbinə zidd olaraq kassasiya şikayətini iş materia lları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
22. Məhkəmə kollegiyası yuxa rıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2024-cü tarixli, 2(103)4922/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.