Məhkəmə qərarları › İş №2(102)-4459/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4459/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4459/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın geri qaytarılması, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3458/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. " xxxx" MMC ilə İddiaçı arasında 0403 saylı xx.xx.2018-ci il tarixli "xxxx" müqavilə bağlanmış, MMC İddiaçı pambıq istehsalı məqsədi ilə toxum və digər vasitələr, həmçinin avans şəklində pul verməyi, İddiaçı isə 16 hektar sahədə pambıq əkilməsini, torpaq şumlanmasından pambıq yığımınadək bütün aqro-texniki tədbirləri optimal müddətlərdə keyfiyyətlə aparmağı, hər hektardan minimum 25 sentner pambıq istehsal etməyi "xxxx" MMC-dən aldığı avansı və hər hansı formada ona göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2019-cu il tarixədək ödəməyi və s. öhdəsinə götürmüşdür. 2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının güzəştlə satılması barədə 12 mart 2019-cu il tarixli, 57-GS/19 saylı müqavilə ilə, “Kənd təsərrüfatına dövl ət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, satıcı "xxxx" ASC idxal olunmuş kənd təsərrüfatı texnikalarını yerli istehsal olduqda alış, idxal texnika olduqda isə gömrük dəyərinə 40 faiz həcmində güzəşt tətbiq etməklə alıcı İddiaçı satmağı, alıcı isə həmin güzəşt tətbiq edildikdən sonra texnikanın qalıq dəyərini əvvəlcədən ödəməyi və onu qəbul etməyi üzərinə götürmüşdür. Texnikaların adları: traktor pambıqçılıq Belarus – 80x, qalıq dəyəri – 23207,89 manat; kultivator 4 cərgəli – gübrəsəpənlə AzerCansa; qalıq dəyəri – 7121,60 manat; çiyidsəpən –dərmanlayan – CanT.S.P.D4P.Ü.L, qalıq dəyəri – 8209,60 manat. Müqavi ləyə əsasən texnikanın güzəşt tətbiq edildikdən sonra 38539,09 məbləğində qalıq dəyərinin satıcının hesabına tam ödənilməsini alıcı öz üzərinə götürmüşdür.

3. Paşa Bank” ASC ilə "xxxx" MMC arasında 27 mart 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, "xxxx" MMC borcalan İddiaçı "xxxx" ASC qarşısında xx.xx.2019-cu il tarixli K3086 saylı kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəliklərin icrası üçün borcalanla birlikdə məsuliyyəti öhdəsinə götürmüşdür.

4. AZ 017428 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Belarus 80X markalı, ******* ban nömrəli traktor İddiaçı mülkiyyətindədir.

5. AQ 011945 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Azercansa 4 cərgəli markalı, zavod nömrəsi 1917 olan kultivator İddiaçı mülkiyyətindədir.

6. AQ 011951 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cansa CAN-T.S.P.D markalı, zavod nömrəsi 969 olan çiyidsəpən İddiaçı mülkiyyətindədir. 7. xx.xx.2019-cu il tarixdə tərtib olunmuş akta əsasən İddiaçı ona məxsus 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivatoru (zavod nömrəsi 1917 olan) saz vəziyyətdə Cavabdeh təhvil verməyi, Cavabdeh texnikalara dair "xxxx" ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, K3086 nömrəli müqavilə üzrə yaranmış öhdəlikləri icra etməyi öz üzərinə götürməyi barədə razılığa gəlmişlər. 8. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə yə əsasən mülkiyyətçi İddiaçı dövlət qeydiyyat nişanı AZ49BA021 olan MTZ80X markalı traktoru idarə etmək hüququnu 8 il 3 ay 3 gün müddətinə X2 etibar etmişdir. 9. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdən görünür ki, xx.xx.2019-cu il tarixli K3086 saylı kredit müqaviləsinə əsasən borcalan İddiaçı tərəfindən may-oktyabr 2021-ci il tarixlərində kredit borcu ödənilmədiyindən, ödənişlər zamin qismində çıxış edən "xxxx" MMC-nin AZ91PAHA40070AZNHC********** saylı bank hesabından akseptsiz qaydada silinməklə, borcalanın kredit borcunun ödənilməsi təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "xxxx" ASC-ni cəlb etməklə ) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh istifadəsinə verilmiş 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivator (zavod nömrəsi 1917 olan) Cavabdeh tərəfindən istismarına qadağan edilməsi və cavabdehdən alınaraq saz və işlək vəziyyətdə ona təhvil verilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixdə "xxxx" ASC-nin “Azər Gəncə” filialından 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivator (zavod nömrəsi 1917 olan) götürmüşdür. Qeyd olunan texnikalar lizinq müqaviləsinə əsasən onun mülkiyyətindədir. 2019-cu il tarixdə ürəyindən cərrahiyyə əməliyyatı olunmağı səbəbindən səhhətində ciddi problem yaşamışdır. xx.xx.2019-cu il tarixdə lizinq müqaviləsinə əsasən mülkiyyətində olan texnikaları aktla cavabdeh Saatlı rayonu Qırağlı kənd sakini Cavabdeh təhvil vermişdir. Həmin akta əsasən cavabdeh iddia ərizəsində qeyd olunan texnikaları İddiaçı saz və işlək vəziyyətdə təhvil almış, lizinq müqaviləsinə əsasən kredit üzrə öhdəlikləri yerinə yetirməyi öz üzərinə götürmüşdür. Belə ki, cavabdeh Saatlı rayonu Qırağlı kəndində fəaliyyət göstərən "xxxx" ASC-də “Saatlı Pambıq” zavodunun müdiri vəzifəsində işləyir. Texnikanın idarə olunması üçün xx.xx.2019-cu il tarixdə zavodun fəhləsi işləyən X1 adına etibarnamə vermişdir. Həmin etibarnaməni xx.xx.2021-ci il tarixdə notarial qaydada ləğv etdirmişdir. Lizinq müqaviləsi əsasında onun mülkiyyətində olan texnikaları cavabdehdən geri almaq üçün ona müraciət etmişdir. Lakin cavabdeh ondan müvəqqəti istifadə aldığı üçün texnikalarını geri qaytarmaqdan qətiyyətlə imtina etmişdir. Həmin texnikalar hal-hazırda cavabdehin qanunsuz olaraq girovluğunda saxlanılır.

12. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı lizinq müqaviləsi üzrə ödənilmiş 8883 manat və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə ödənilmiş 15.000 manat, ümumilikdə 8883 manat pulun və gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1194 manat pul alınaraq Cavabdeh ödənilməsi, texnikaların saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı veilməsi və qarşılıqlı iddia tələblərinin eyni zamanda icra edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş akta əsasən Cavabdeh texnikanı geri qaytarmaq şərti ilə deyil, xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsinə əsasən zavod qarşısında yaranmış öhdəliyinin və iddia ərizəsində göstərdiyi kimi lizinq müqaviləsi əsasında bank qarşısında olan öhdəliyinin əvəzləşdirilməsi şərti ilə birdəfəlik təhvil vermişdir. xx.xx.2018ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsinə görə İddiaçı p ambıq zavodundan aldığı avansı və hər hansı formada ona göstərilən xidmətlərin dəyərini istehsal etdiyi pambıqla ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin öz öhdəliklərini lazımınca icra edə bilməməsi səbəbindən zavoda 15.000 manat borcu yaranmışdır. Bu səbəbdən də həmin borcun qarşılığında texnikaları Cavabdeh verməyə razılaşmışdır. Cavabdeh da xx.xx.2019-cu il tarixdə İddiaçı zavoda olan 15.000 manat borcunu tam şəkildə öz hesabına ödəmişdir. Bundan başqa "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı lizinq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsi üçün məsuliyyəti "xxxx" MMC öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktdan sonra aralarında olan razılığa əsasən Cavabdeh A.Həsənovun əvəzinə xx.xx.201 9-cu il tarixdən 2021-ci ilin iyul ayınadək, ümumilikdə 8883 manat pul ödəmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, mülki işin materiallarında olan mühasibat sənədlərinə əsasən 2019-cu təsərrüfat ilində xam pambığın istehsalı və alışı üçün İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" MMC tərəfindən İddiaçı 18.278 manat məbləğində nağd pul avansı verilmişdir. Təqdim olunan mühasibat sənədlərinə əsasən İddiaçı tərəfindən 2019-cu təsərrüfat ilində "xxxx" MMC-yə 1818+ kq çəkidə, 11785,16 manat dəyərində xam pambıq satılmışdır. Cavabdeh ilə İddiaçı arasında olan texnikaların alqı-satqısına dair yazılı razılaşması əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı şəxsi hesabındakı 18.278 manat borc məbləğindən 15.000 manat məbləği Cavabdeh şəxsi hesabına keçirilmişdir. Belə olan halda, İddiaçı "xxxx" MMC-yə olan 18278 manat borcu 15000 manat azaldığından onun cəmi 3278 manat məbləğində borcu olduğu müəyyən edilir. Qeyd edildiyi kimi, İddiaçı 2019-cu təsərrüfat ilində "xxxx" MMC-yə cəmi 11.785,16 manat dəyərində 18.189 kq çəkidə xam pambıq satmışdır. İddiaçı satdığı pambığın 11.785,16 manat pulundan 3278 manatı onun müəssisəyə olan qalıq avans borcuna, 420 manatı kombaynla onun əkin sahəsindən xam pambığın maşınla yığılması xərcinə tutulmuşdur. Yəni: 11.785,16-3278-450=8087,16 manat. Həmin 8087,16 manat məbləğində nağd pul vəsaiti İddiaçı tərəfindən "xxxx" MMC-nin kassasından nağd pul şəklində alındığı müəyyən edilir. Təqdim edil ən mühasibat sənədlərində Cavabdeh "xxxx" MMC-də olan şəxsi hesabından İddiaçı şəxsi hesabına pul köçürüldüyü müəyyən edilmir. Belə ki, qeyd edildiyi kimi Cavabdeh İddiaçı "xxxx" MMC-də olan şəxsi hesabında yaranmış 18.278 manat avans borcundan 15.000 manatını ondan aldığı texnikaların müqabilində öz şəxsi hesabına köçürməklə İddiaçı “Cəmiyyət”ə olan borcunu bu məbləğdə azaltdığı müəyyən edilir.

15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) ilk iddia qismən təmin edilərək xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh istifadəsinə verilmiş, 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən Ca n T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivatorun (zavod nömrəsi 1917 olan) Cavabdeh alınaraq saz və işlək vəziyyətdə İddiaçı təhvil verilməsi; qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı 27 mart 2019-cu il tarixli K3086 saylı kredit müqaviləsi üzrə ödənilmiş 8883 manat pul və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə ödənilmiş 15000 manat, ümumilikdə 21883 manat pulun tutularaq Cavabdeh ödənilməsi; texnikaların saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı təhvil verilməsi və pul tələbinə dair qarşılıqlı iddia tələbinin eyni anda icra olunması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həm ilkin, həm də qarşılıqlı iddia ərizəsində İddiaçı ilə "xxxx" ASC arası nda lizinq müqaviləsi bağlandığı qeyd edilsə də, mülki işin materialları ilə ilkin iddia üzrə iddiaçı ilə bank arasında lizinq deyil, kredit müqaviləsinin bağlandığı, mübahisə predmeti olan texnika vasitələrinin isə kredit öhdəliklərinin icrası məqsədilə girov qoyulduğu təsbit edilmişdir. İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh və mexanizator X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağlanmış akt texnikaların saz vəziyyətdə cavabdehə təhvil verildiyini, cavabdehin isə kredit müqaviləsi üzrə iddiaçının kredit öhdəliklərini yerinə yetirməsini öhdəsinə götürdüyünü təsbit edir. Məhkəmə araşdırması zamanı iddiaçı xəstəliyi ilə əlaqədar olaraq texnika vasitələrini müvəqqəti olaraq cavabdehin istifadəsinə verdiyini, cavabdeh isə qarşılıqlı iddia ərizəsində bunun müvəqqəti deyil, ödəliklərin qarşılıqlı əvəzləşdirilməsi qaydasında və daimi xarakter daşıdığını, məhz bu niyyətlə “Akt”ın imzalandığını bildirmişdir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Xam pambığın istehsalı və tədarükü” müqaviləsinə əsasən "xxxx" MMC-yə yaranmış borcundan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 15.000 manat silinməsi faktı 08 iyul 2022-ci il tarixli, 9/4421 №-li ekspert rəyi ilə öz təsdiqini tapır. 27 mart 2019-cu il tarixli kredit müqaviləsi əsasında İddiaçı hər ay "xxxx" ASC-yə ödəməli olduğu 423 manat məbləği 2019-cu ilin sentyabr ayından 2020-ci ilin may ayınadək (19 ay) ödənildiyi məhkəməyə təqdim edilmiş çeklərlə təsbit olunur. Həmin çeklərin böyük əksəriyyətinin kim tərəfindən ödənildiyi çeklərdən aydın görünməsə də (milliön aparatları vasitəsilə ödənildiyi üçün), çeklərin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili tərəfindən məhkəməyə təqdim edilməsi, iddiaçının bu faktı mübahisələndirməməsi məhkəməyə bu nəticəyə gəlməyə əsas vermişdir ki, ödənişlər həqiqətən, Cavabdeh tərəfindən həyata keçirilmişdir.

18. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Xam pambığın istehsalı və tədarükü” müqaviləsinə əsasən "xxxx" MMC-yə yaranmış borcundan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 15.000 manat silinməsi faktı 08 iyul 2022-ci il tarixli, 9/4421 №-li ekspert rəyi ilə öz təsdiqini tapmışdır.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6, 157.2, 287.1, 284.2, 425.1, 448.1, 431.1, 431.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mübahisə üzrə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsi mülkiyyət hüququnun təsbit olunması və qorunmasına dair normaların və tərəflərin bağlamış olduğu 27 mart 2019-cu il tarixli, K3086 saylı kredit müqaviləsi, xx.xx.2018-ci il tarixli "Xam pambığın istehsalı və tədarükü" müqaviləsi və Lizinq müqaviləsinin şərtlərinin pozuntusuna yol verməsində ifadə olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi mübahisə predmeti olan texnikalar mülkiyyət də olan əmlakdır və heç bir müqavilə üzrə ödəniş təminatı olaraq da girov qoyulmamışdır. Cavabdehin qeyd etdiyinin əksinə olaraq onun mübahisə predmeti olan texnikaları hər hansı bir borcun qarşılığında Cavabdeh verməyə dair razılaşması olmamış və bununla bağlı işdə heç bir sübut mövcud deyildir. Qeyd olunmuş əsasa uyğun olaraq hesab etmişdir ki, məhkəmə mübahisə üzrə yekun nəticəyə gələrkən pozuntuya yol vermişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3458/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər– C.Musayeva (sədrlik edən və məruzəçi), F.Babayev və G.Axundova) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2022 nömrəli 5 noyabr 2022-ci il tarixli qətnaməsi qismən - qarşılıqlı iddi aya aid hissədə ləğv edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı 27 mart 2019-cu il tarixli, K3086 saylı kredit müqaviləsi üzrə ödənilmiş 8.883 manat pul və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə silinmiş 15.000 manat, ümumilikdə 23.883 manat pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia digər hissədə rədd edilmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kolllegiyası qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə iddia qismən t əmin edilməlidir.

24. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normala rının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

26. Məhkəmə kollegiyasının qənaətinə görə hazırda məhkəmə araşdırması predmeti olan hallar xx.xx.2019-cu il tarixli akt üzrə texnikanın cavabdehin daimi və ya müddətli istifadəsinə verilməsi, bunun müqabilində cavabdehin üzərinə götürdüyü öhdəliyin nədən ibarət olması və cavabdehin iddiaçıdan tələb etdiyi pulun nəyin müqabilində ödənilməsi məsələləri təşkil edir. 27.

43. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı (bundan sonra - iddiaçı) mübahisə p redmeti olan texnika vasitələrinin mülkiyyətçisidir. O, qarşı tərəflə xx.xx.2019-cu il tarixdə bağladığı akta əsasən sözügedən texnika vasitələrini Cavabdeh (bundan sonra - cavabdeh) təhvil verməyi, sonuncu isə iddiaçının əvəzinə onun tərəf olduğu kredit müqaviləsi üzrə müvafiq ödənişləri etməyi öhdəsinə götürmüşdür. 28. xx.xx.2019-cu il tarixli, K3086 saylı kredit müqaviləsinə əsasən borcalan İddiaçı tərəfindən may-oktyabr 2021-ci il tarixlərində kredit borcu ödənilmədiyindən, ödənişlər zamin qismində çıxış edən "xxxx" MMC-nin bank hesabından akseptsiz qaydada silinməklə, borcalanın kredit borcunun ödənilməsi təmin edilmişdir. 27 mart 2019-cu il tarixli, K3086 saylı kredit müqaviləsi üzrə may-oktyabr 2021-ci il tarixlərinə qədər 8883 manat məbləğində pulun ödənilməsi İddiaçı və "xxxx" MMC yox, cavabdeh tərəfindən həyata keçirilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə İddiaçı şəxsi hesabındakı 18.278 manat borc məbləğindən 15.000 manat məbləğinin Cavabdeh şəxsi hesabına keçirildiyi faktı işin araşdırması zamanı öz təsdiqini tapmışdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları üzrə apardığı araşdırmanın nəticəsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. 30. xx.xx.2019-cu il tarixli aktın təsdiq edilən tarixdən sonrakı gün Cavabdeh tərəfindən İddiaçı zavoda 0403 saylı, xx.xx.2018-ci il tarixli "xxxx" müqaviləyə əsasən yaranmış borc üzrə öz şəxsi vəsaiti hesabına 15.000 manat məbləğində pulun ödənilməsi və ödənilmiş bu məbləğin iddiaçının akt tərtib edilənə qədər texnikanın əldə edilməsi üçün ödədiyi pul məbləği ilə tə xmini üst-üst düşməsi, həmçinin həmin tarixdən sonra cavabdehin iddiaçının əvəzinə xx.xx.2019-cu il tarixli K3086 saylı kredit müqaviləsinə əsasən aylıq ödənişləri zavodun direktoru olaraq yox, öz adından həyata keçirməsi, iddiaçının “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnaməyə əsasən özünə məxsus dövlət qeydiyyat nişanı AZ49BA021 olan MTZ80X markalı traktoru idarə etmək hüququnu 8 ildən artıq müddətə verməsi mübahisə predmeti olan əmlakın cavabdehin daimi istifadəsinə verildiyi barədə nəticəyə üstünlük verən faktlardır.

31. Bununla da məhkəmə kollegiyası İddiaçı mübahisə predmeti olan əmlakı faktiki olaraq qarşı tərəfə satması, lakin həmin əmlaka dair müqavilə münasibətlərini, kredit müqaviləsi üzrə ödənişlərin tam həyata keçirilmədiyi səbəbindən rəsmiləşdirə bilməmə si qənaətinə gəlmişdir. İddiaçı qeyd olunan halları təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və bununla da Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

32. Bununla belə məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında (rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əmlakın özgəninkiləşdirilməsinə dair) etibarlı müqavilə münasibətləri yaranmadığından, hər iki tərəf əvvəlki vəziyyətə qayıtmalı, tərəflərdən hər biri aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Belə olan halda qarşılıqlı iddianın “pul” tələbinə dair hissəsinin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinin tələbləri daxilində aparılmalıdır.

33. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin m övcudluğu müəyyən olunur. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.

34. Məhkəmə kollegiyası tərəflər arasında etibarlı müqavilə münasibətlərinin yaranmadığını, daşınar əmlakın mülkiyyətçisinə qaytarılmalı olduğunu və beləliklə də iddiaçının cavabdehin hesabına yuxarıda göstərilən məbləğdə varlandığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı əldə etdiklərini cavabdehə qaytarmalıdır.

35. Lakin, məhkəmə kollegiyası qarşılıqlı iddianı n “qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması” hissəsi üzrə təmin olunması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki halda iddiaçının mülkiyyət hüququnun həddən artıq məhdudlaşdırılması üçün hər hansı qanun norması mövcud deyildir və qətnamənin icrasına çatma vasitəsi kimi hüququnun bu dərəcədə məhdudlaşdırılması həmin məqsədə uyğun deyildir və mütənasiblik prinsipi baxımından iddiaçının həddən artıq məhrumiyyətə məruz qalmasına səbəb ola bilər. Nəzərə alınsa ki, mübahisə predmeti olan texnika vasitələrinin təyinatı kənd təsərrüfatı sahəsində işlədilərkən gəlir əldə edilməsindən ibarətdir, iddianın bu hissədə təmin olunması əksinə qarşılıqlı iddia üzrə tutulması qət edilən məbləğin qaytarılmasında iddiaçının çətinlik çək əcəyi, hətta maddi maraqlarına əsaslı dərəcədə zərər dəyəcəyi ilə nəticələnməsi ehtimalı yüksəkdir.

36. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçının tələbinin Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir (iddiaçı mübahisəli əmlakın mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehin faktiki sahibliyindədir, onun isə öz növbəsində əşyaya sahiblik hüququ yoxdur) və cavabdehin həmin əmlakın hər hansı məqsədlə sahibliyində saxlaması da əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüququnun sərbəst surətdə həyata keçirilməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

37. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan məbləğin cəmini hesablayarkən texniki səhvə yol vermişdir. Belə ki, 27 mart 2019-cu il tarixli K3086 saylı kredit müqaviləsi üzrə ödənilmiş 8.883 manat pul və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə silinmiş 15.000 manat, ümumilikdə 23.883 manat pulun tutulmalı olması əvəzinə 21.883 manat məbləğində pul tutulmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh (vəkil-X5) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3458/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddianın rədd edilən hissəsində, “qətnamənin hər iki t ərəf üçün eyni vaxtda icra edilməli olunması” hissəsində ləğv olunması və həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassator, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, texnikanın verilməsi icra mərhələsində an məsələsi olduğu halda, pul tələbinin icra olunması ağır çoxmərhələli məcburi icra tədbirlərindən keçir. Həmçinin texnikanın dəyərinin hazırkı vəziyyətdə zamin tərəfindən ödənilməyə davam edilməsi İddiaçı maddi rahatlıq və arxayınlıq yaradır və bu hal onun hazırkı pul tələbinin icra edilməsindən yayındıra bilər. Eyni zamanda məhkəmə qərarının icra olunmasına nəzarəti ilk növbədə həmin qərarı q əbul etmiş məhkəmə nəzarət etməlidir. Lakin hazırkı vəziyyətdə qərarın müxtəlif vaxtlarda icra olunması dövlətin adından çıxarılan məhkəmə qərarının məcburi icra olunma mexanizminə dair konstitusion norma və qanunların tələbinə zidd olmaqla, əlçatanlılıq baxımından tərəfin hüququnun bərpa olunmasını həddən artıq gözləntiyə məruz qoya bilər. Hər kəsin məhkəmədə müdafiə olunması hüququ qanunla qorunur. Bu isə özlüyündə təkcə irəli sürülmüş iddiaların məhkəmədə təmin olunmasını deyil, həmçinin qəbul edilmiş məhkəmə qərarlarının vaxtında və həddən artıq gözləntilərə məruz qalmadan icra olunmasını ehtiva edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamşdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 157.2. M ülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

43. Maddə.

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

44. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası o lmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

45. Maddə 1092.1 əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə qismən mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

55. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, apellyasiya şikayət i təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.

56. Belə ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

57. İdd ia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

58. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, hazırda məhkəmə araşdırması predmeti olan hallar xx.xx.2019-cu il tarixli akt üzrə texnikanın cavabdehin daimi və ya müddətli istifadəsinə verilməsi, bunun müqabilində cavabdehin üzərinə götürdüyü öhdəliyin nədən ibarət olması və cavabdehin iddiaçıdan tələb etdiyi pulun nəyin müqabilində ödənilməsi məsələləri təşkil edir.

59. Belə ki, işin birinci instansiya məhkəməs i tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı (bundan sonra- iddiaçı) mübahisə predmeti olan texnika vasitələrinin mülkiyyətçisidir. O, qarşı tərəflə xx.xx.2019-cu il tarixdə bağladığı akta əsasən sözügedən texnika vasitələrini Cavabdeh (bundan sonra-cavabdeh) təhvil verməyi, sonuncu isə iddiaçının əvəzinə onun tərəf olduğu kredit müqaviləsi üzrə müvafiq ödənişləri etməyi öhdəsinə götürmüşdür. 60. xx.xx.2019-cu il tarixli, K3086 saylı kredit müqaviləsinə əsasən borcalan İddiaçı tərəfindən may-oktyabr 2021-ci il tarixlərində kredit borcu ödənilmədiyindən, ödənişlər zamin qismində çıxış edən "xxxx" MMC-nin bank hesabından akseptsiz qaydada silinməklə, borcalanın kredit borcunun ödənilməsi təmin edilmişdir. 27 mart 2019-cu il tarixli, K3086 saylı kredit müqaviləsi üzrə may -oktyabr 2021ci il tarixlərinə qədər 8883 manat məbləğində pulun ödənilməsi İddiaçı və "xxxx" MMC yox, cavabdeh tərəfindən həyata keçirilmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixdə İddiaçı şəxsi hesabındakı 18.278 manat borc məbləğindən 15.000 manat məbləğinin Cavabdeh şəxsi hesabına keçirildiyi faktı işin araşdırması zamanı öz təsdiqini tapmışdır.

61. Apellyasiya instansiyası məhkəməsi, mülki iş materiallarını araşdıraraq qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli aktın təsdiq edilən tarixdən sonrakı gün Cavabdeh tərəfindən İddiaçı zavoda 0403 saylı xx.xx.2018-ci il tarixli "xxxx" müqaviləyə əsasən yaranmış borc üzrə öz şəxsi vəsaiti hesabına 15.000 manat məbləğində pulun ödənilməsi və ödənilmiş bu məbləğin iddiaçının akt tərtib edilənə qədər texnikanın əldə edilməsi üçün ödədiyi pul məblə ği ilə təxmini üst-üst düşməsi, həmçinin həmin tarixdən sonra cavabdehin iddiaçının əvəzinə xx.xx.2019-cu il tarixli K3086 saylı kredit müqaviləsinə əsasən aylıq ödənişləri zavodun direktoru olaraq yox, öz adından həyata keçirməsi, iddiaçının “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnaməyə əsasən özünə məxsus dövlət qeydiyyat nişanı AZ49BA021 olan MTZ80X markalı traktoru idarə etmək hüququnu 8 ildən artıq müddətə verməsi mübahisə predmeti olan əmlakın cavabdehin daimi istifadəsinə verildiyi barədə nəticəyə üstünlük verən faktlardır.

62. Bununla da məhkəmə kollegiyası İddiaçı mübahisə predmeti olan əmlakı faktiki olaraq qarşı tərəfə satması, lakin həmin əmlaka dair müqavilə münasibətlərini, kredit müqaviləsi üzrə ödənişlərin tam həyata keçirilmədiyi səbəbindən rəsmiləşdir ə bilməməsi qənaətinə gəlir.

63. İddiaçı qeyd olunan halları təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və bununla da Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

64. Bununla belə məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında (rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əmlakın özgəninkiləşdirilməsinə dair) etibarlı müqavilə münasibətləri yaranmadığından, hər iki tərəf əvvəlki vəziyyətə qayıtmalı, tərəflərdən hər biri aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Belə olan halda qarşılıqlı iddianın “pul” tələbinə dair hissəsinin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinin tələbləri daxilində aparılmalıdır.

65. Hazırkı işdə də qeyd olunan maddənin dispoz isiya şərtlərinin mövcudluğu müəyyən olunur. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.

66. Məhkəmə kollegiyası tərəflər arasında etibarlı müqavilə münasibətlərinin yaranmadığını, daşınar əmlakın mülkiyyətçisinə qaytarılmalı olduğunu və beləliklə də iddiaçının cavabdehin hesabına yuxarıda göstərilən məbləğdə varlandığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı əldə etdiklərini cavabdehə qaytarmalıdır.

67. Lakin, məhkəmə kollegiyası qarşılıqlı iddianın “qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması” hissəsi üzrə təmin olunması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı halda iddiaçının mülkiyyət hüququnun həddən artıq məhdudlaşdırılması üçün hər hansı qanun norması mövcud deyildir və qətnamənin icrasına çatma vasitəsi kimi hüququnun bu dərəcədə məhdudlaşdırılması həmin məqsədə uyğun deyildir və mütənasiblik prinsipi baxımından iddiaçının həddən artıq məhrumiyyətə məruz qalmasına səbəb ola bilər. Nəzərə alınsa ki, mübahisə predmeti olan texnika vasitələrinin təyinatı kənd təsərrüfatı sahəsində işlədilərkən gəlir əldə edilməsindən ibarətdir, iddianın bu hissədə təmin olunması əksinə qarşılıqlı iddia üzrə tutulması qət edilən məbləğin qaytarılmasında id diaçının çətinlik çəkəcəyi, hətta maddi maraqlarına əsaslı dərəcədə zərər dəyəcəyi ilə nəticələnməsi ehtimalı yüksəkdir.

68. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçının tələbinin Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir (iddiaçı mübahisəli əmlakın mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehin faktiki sahibliyindədir, onun isə öz növbəsində əşyaya sahiblik hüququ yoxdur) və cavabdehin həmin əmlakın hər hansı məqsədlə sahibliyində saxlaması da əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüququnun sərbəst surətdə həyata keçirilməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

69. Gö stərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan qarşılıqlı iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 iyul 2023-cü il tarixli, 2(103)-3458/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar