Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-446/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk iddia tələbinə, «X13 MMC İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7503/2021 nömrəli iş üzrə 28 iyul 2021 -ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh MMC ilə bağlanmış 25 aprel 2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 083/k saylı əmrlə kiçik tibb bacısı işinə qəbul edilmişdir. Cavabdeh MMC-nin 29 aprel 2017-ci il tarixli 272/k saylı əmri ilə İddiaçı MMC-də assistans xidməti üzrə mütəxəssis köməkçisi işinə keçirilmişdir. İddiaçı Cavabdeh MMC-yə yazdığı 11 iyul 2018-ci il tarixli ərizəsi ilə onu 01 avqust 2018-ci il tarixindən 31 avqust 2018-ci il tarixinədək 30 gün məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC-yə yazdığı 15 oktyabr 2018-ci il tarixli ərizəsi il ə onu 01 noyabr 2018-ci il tarixindən 07 dekabr 2018- ci il tarixinədək 36 gün məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 22 oktyabr 2018-ci il tarixli 268/18k saylı əmri ilə Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisinə Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən 36 təqvim günü müddətinə (30 t/g əsas məzuniyyət və 6 tg əlavə məzuniyyət) olmaqla (2018-2019-ci iş ilinə görə) 01 noyabr 2018-ci il tarixindən 07 dekabr 2018-ci il tarixənədək əmək məzuniyyəti verilməsi, işçinin məzuniyyətdə olduğu müddət 1 gün Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə təsadüf etdiyi üçün məzuniyyət tarixi 08 dekabr 2018-ci il tarixinədək uzadılması, 08 dekabr 2018-ci il tarixində işə başlanılması əmr edilmişdir. İddiaçı Cavabdeh MM C-yə yazdığı 18 avqust 2020-ci il tarixli ərizəsi ilə onun 20192020 il üçün olan məzuniyyətini 01.09.2020-ci ildən çıxmağına icazə verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 25 avqust 2020-ciil tarixli 331/20k saylı əmri ilə Cavabdeh MMCnin Assistans xidməti üzrə mütəxəssis köməkçisinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən 36 təqvim günü müddətinə (30 t/g əsas məzuniyyət və 6 tg əlavə məzuniyyət) olmaqla (2019-2020-ci iş ilinə görə) 01 sentyabr 2020-ci il tarixindən 07 oktyabr 2020-ci il tarixənədək əmək məzuniyyəti verilməsi, 07 oktyabr 2020-ci il tarixində işə başlanılması əmr edilmişdir. 27.03.2017-ci il tarixli, PMA-M/17/01 saylı, 29.12.2017-ci il tarixli N_M-PMA-025 saylı, 28.12.2018-ci il tarixli N_M-PMA-046 saylı, 30.12.2019 -cu il tarixli N_M-PMA-062 saylı, 30.12.2020-ci il tarixli N_M-PMA-102 saylı "xxxx" ASC (Sığorta şirkəti) ilə “X16” (Assistans şirkəti) arasında bağlanmış tibbi sığorta müqavilələri üzrə Assistans xidmətlərinin göstərilməsi haqqında, müqavilələrin predmeti “Assitans şirkəti” 2017-2021-ci illər ərzində "xxxx" ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (bundan sonra SOCAR) qurumlarıarasında bağlanmış Könüllü Tibbi Sığorta Müqavilələrinə əsasən, SOCAR-da çalışan işçilərə (bundan sonra sığorta olunanlara) kommutatorluq və assistans ximətinin təşkil olunması, sığorta olunanlara müxtəlif tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsinin təşkil olunması, SOCAR-ın qurumlarının müxtəlif sahələrində yerləşən tibb məntəqələrində tibbi xidmətin göstərilməsini təşkil etməsi, “Sığorta şirkəti” isə göstərilən xidmətlərin haqqını ödəməsi təşkil edir. İddiaçı dair "xxxx" ASC ilə “X16” MMC arasında bağlanmış həyatın yaşam sığorta şəhadətnaməsinə əsasən, müqavilənin müddəti 31.01.2018-ci il tarixdən 31.01.2021-ci il tarixədəkdir. Sığorta haqqı 3.600 AZN-dir. "xxxx" MMC ilə 15 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı tibb bacısı vəzifəsinə qəbul edilməsi ilə bağlı bu əmək müqaviləsi fəaliyət göstərmə səbəbinə görə 15.10.2020-ci il tarixindən 30.10.2020-ci il tarixədək bağlanmışdır. 26 oktyabr 2020-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02 saylı əlavədəyişikliyə əsasən, "xxxx" MMC-də Tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə 15.10.2020ci il tarixində bağlanılmış əmək müqaviləsinin, 9.2 maddəsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı na əsasən müqaviləyə 30.10.2020-ci il tarixindən aşağıdakı dəyişiklik edilmişdir:
1. Əmək müqaviləsinin 2.3; 4.1-ci bəndləri aşağıda redaksiyada verilir: 2.3. Bu əmək müqaviləsi fəaliyyət göstərmə səbəbinə görə 30.11.2020-ci il tarixinədək bağlanmışdır. 4.1. Əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilir: İşçiyə hər ay 1661 məbləğində tarif maaşı təyin edilir və qanunvericiliklə müəyyən edilmiş ödəmələr tutulduqdan sonra ona xalis məbləğ ödənilir.
2. Bu əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. 30 oktyabr 2020-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02 saylı əlavədəyişikliyə əsasən "xxxx" MMC-də Tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə 15.10.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinin, 9.2 maddəsinə uyğun olaraq tərəflər in qarşılıqlı razılığına əsasən müqaviləyə 30.10.2020-ci il tarixindən aşağıdakı dəyişiklik edilir:
1. Əmək müqaviləsinin 2.3-cü bəndləri aşağıdakı redaksiyada verilir: 2.3. Bu əmək müqaviləsi fəaliyyət göstərmə səbəbinə görə 30.11.2020-ci il tarixinədək bağlanmışdır.
2. Bu əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. 27 noyabr 2020-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 saylı əlavədəyişikliyə əsasən, "xxxx" MMC-də Tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə 15.10.2020ci il tarixində bağlanılmış əmək müqaviləsinin, 9.2 maddəsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə 01.12.2020-ci il tarixindən aşağıdakı dəyişiklik edilir:
1. Əmək müqaviləsinin 2.3; 4.1-ci bəndləri aşağıdakı redaksiyada verilir: 2.3. Bu əmək müqaviləsi f əaliyyət göstərmə səbəbinə görə 25.12.2020-ci il tarixinədək bağlanmışdır. 4.1 Əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilir: İşçiyə hər ay 1326 məbləğində tarif maaşı təyin edilir və qanunvericiliklə müəyyən edilmiş ödəmələr tutulduqdan sonra ona xalis məbləğ ödənilir.
2. Bu əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. “X16” MMC-nin İddiaçı verdiyi 16.02.2018-ci il tarixli 1025 saylı arayışa əsasən, o həqiqətən də 29 Aprel 2017-ci iltarixindən etibarən “X16” nəzdinə olan “Neft daşları” TSHdə tibb bacısı vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 494,54 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22.02.2021-ci il tarixli 05/19-547 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyy əti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə onun praktiki tibb fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiya prosesində iştirak etməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza X28 Şəxsin 10.03.2021-ci il tarixli 08/3873 saylı məktubunda qeyd edilmişdir ki, “X16” MMC-nin özəl və əczaçılıq fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı informasiya aşkar olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21.08.2020-ci il tarixli məktubundan məktubunda qeyd edilmişdir ki, X11, X2, İddiaçı, X8, X9 və X10 “X16” MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinin araşdırması zamanı təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, A.Ələkbərovanın razılığı ilə xadimə vəzifəsinə, digər müraciət müəllifləri isə razılıqlarına əsasən “Assistans xidməti üzrə mütəxəssis” və “Assistent xidməti üzrə mütəxəssis köməkçisi” vəzifələrinə keçirilmişlər. “X16” MMC tərəfindən təqdim edilmiş məktubda müraciət müəlliflərinin koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə cəlb edilmədikləri halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 saylı qərarı ilə onlara şamil edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28.07.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC-nin bir qrup əməkdaşı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış kollektiv şikayət ərizəsi Səhiyyə Nazirliyində araşdırılmasından müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən SOCAR Dövlət Neft Şirkətinin əmə kdaşlarına tibbi koordinasiya xidməti göstərilir, tibbi yardıma ehtiyacı olduğu təqdirdə onlar müvafiq tibb müəssisələrinə göndərilir. Bununla bağlı “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il 112 saylı qərarının onlara şamil edilməsi əsassızdır. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 06.01.2021-ci il tarixli teleqramda onun uzunmüddət işə gəlməməyinin səbəbini bildirməyi üçün, onun İnsan Resurları şöbəsinə yaxınlaşmasının tələb olunması göstərilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müq aviləsinə xitam verilməsi 08.01.2021-ci il tarixində sistemə daxil edilmişdir. Cavabdeh MMC-nin müdir müavini X23, Assistans xidməti üzrə mütəxəssis X3, Neft Daşları NQÇİ-nin Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin rəis müavini X4 12.12.2020-ci il tarixdə tərtib etdikləri akta əsasən 12.12.2020-ci il tarixində saat 15:00 radəsində Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisi Əliyeva X17 Hotelinə katantinə yerləşdirilməli olduğu halda bundan imtina etmişdir. Məlumat üçün bildirirlər ki, Koronavirus (COVİD-19) pandemiyası davam etdiyi müddət ərzində Cavabdeh MMC-nin biznes fəaliyyətinin davamlılığının təmin edilməsi və dənizdə işçi heyətinin müdafiəsi məqsədilə əlavə tədbirlərin görülməsi ilə bağlı gücləndirilmiş karantin tələbləri müəyyən edilmişdir. Bu tədbirlə r çərçivəsində növbəli rejimdə işləmək üçün səyahət etməli olan əməkdaşlar Caspian Hotelində karantin rejimində saxlanılmaqdadırlar. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 17.12.2020-ci il tarixli ərizədə qeyd edilmişdir ki, bütün dünyanı bürüyən, eləcə də Azərbaycandan yan keçməyən COVİD-19 virusu ilə mübarizədə bir tibb bacısı kimi, təqdim etdiyi müqavilə əsasında X20 işləyir (məzuniyyət dövründə). Bu çətin günlərdə xalqın sağlamlığının keşiyində dayanmağı özünə borc bilərək, növbəti məzuniyyətinin (köhnə illərdən qalan və 2020-ci ilin), ona verilməsinə icazə verilməsi xahiş etmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru Nümayəndə yazdığı, 07.01.2021-ci il tarixli izahatda göstərilmişdir ki, o, dekabr ayı üçün məzuniyyət ərizəsi yazmışdır. Məzuniyyətin səbəbi isə COVİD-19 (koronavirus) xəstəl iyinə yoluxmuş xəstələrin müalicəsində iştirak etmək üçün FHN-nin X21 ilə müqavilə bağlamışa və həmin xəstəxanada məzuniyyət zamanı çalışıb xalqa bu çətin vaxtda xidmət edirdi. Məzuniyyət ərizəsini rəhbərliyə çatdırmış və sonrada baş həkimin müavini Qurbanov Eldara zəng edib nə cavab verildiyi ilə maraqlandı. Eldar Qurbanov ona dedi ki, ərizəsini aldılar və dedilər ki özləri məşğul olacaqlar. Bundan sonra ona heç bir zəng və ya heç bir şəkildə xəbərdarlıq olmayıb ki, ərizən qəbul olmur, işə çıxmalısan. O da ərizəsinin qəbul olunduğunu düşündü. Çünki, əks halda ona xəbərdarlıq olunmalı idi. Cavabdeh MMC-nin 08 yanvar 2021-ci il tarixli 009/21/k saylı əmri ilə, koronavirus (COVİD-19) pandemiyası davam etdiyi müddət ərzində Cavabdeh MMC-nin biznes fəaliyyətinin davamlılığının təmin edilməsi v ə dənizdə işçi heyətinin müdafiəsi məqsədilə əlavə tədbirlərin görülməsi ilə bağlı gücləndirilmiş karantin tələbləri müəyyən edilmişdir. Belə ki, növbəli rejimdə işləmək üçün səyahət etməli olan əməkdaşlar Caspian Hotelində karantin rejimində saxlanılmaqdadırlar. 12.12.2020-ci il tarixində Cəmiyyətin Assistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı bu məqsədlə Caspian Hotelində yerləşdirilməli idi. 17.12.2020-cu il tarixində İddiaçı rəhbərliyə ərizə yazaraq işə çıxa bilməyəcəyini bildirdi və başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin surətini təqdim etdi. Məsələ ilə bağlı İddiaçı İnsan Resurslar şöbəsinə dəvət olunaraq müvafiq qaydada izahat yazması tələb olundu. Əməkdaş izahatında dekabr ayı üçün nəzərdə tutulmuş qrafika uyğun işə çıxmadığını təsdiq etdi.Yuxarıda qeyd olunanları n əzərə alıb, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq 08.01.2021-ci il tarixindən Cavabdeh MMC ilə (X12 Quliyev) Assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsində çalışan İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 21 gün pul əvəzi olaraq son haqqhesabında ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas 12.12.2020-ci il tarixdə tərtib edilmiş akt, İddiaçı 17.12.2020-ci il tarixli ərizəsi, başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin və 07.01.2021-ci il tarixli izahatı göstərilmişdir. Azərbaycan Respublikasının M aliyyə Bazarlarına Nəzarət Palatasının Cavabdehnə ********** 08 fevral 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh “Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri”nə daxil edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) baxılmışdır. Bununla əlaqədar bildirirlər ki, Cavabdeh 30 yanvar 2018-ci il tarixdə yardımçı hüquqi şəxs kimi “Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri”nə daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh «X13” MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 08.01.2021-ci il tarixli, 009/21/k saylı əmri ləğv edərək onun tutduğu vəzif əyə bərpa edilməsi, cavabdeh tərəfindən pozulmuş əmək münasibətləri ilə bağlı vurulmuş 50000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixindən Nümayəndə qanuni təmsilçisi olan "xxxx" MMC-də tibb bacısı vəzifəsində çalışmışdır. "xxxx" MMC neft daşlarında olan neftçilərə tibbi xidmət göstərilməsi ilə bağlı "Socar”la müqavilə bağlayırdı və həmin müqavilə üzrə "Azmedicon” MMC-nin tibb işçiləri neft daşlarında olan neftçilərə tibbi xidmət göstərirlər. "xxxx" MMC-də 2012-2017-ci il tarixlərində işlədiyi müddətdə demək olar ki, "xxxx" MMC tərəfindən onun bütün əmək üzrə hüquqları kobud şəkildə pozulmuşdur. "xxxx" MMC tərəfindən pozulmuş hüquqlarını qeyd edilməsi hesab edir ki, işin hərtərəfli və qanuni baxılmas ı üçün vacibdir, çünki "xxxx" MMC-nin qanuni təmsilçisi və bu iş üzrə olan Cavabdeh MMC-nin qanuni təmsilçisi eyni şəxs Nümayəndədur. "xxxx" MMC tərəfindən pozulmuş hüquqları ilə bağlı qeydləri birbaşa Cavabdeh MMC-də də, aidiyyəti olduğunun nəzərə alınmasını xahiş edir və qeyd etmək istəyir ki "xxxx" MMC tərəfindən pozulmuş hüquqlarıyla bağlı artıq Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğuna, X14 və digər dövlət orqanlarına şikayət olunub. "xxxx" MMC 2012-ci il tarixindən 2017-ci il tarixinədək qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan tibb işçisi kimi onu işə qəbul etmişdir. Onunla müqavilənin bağlanmamasını onunla əsaslandırır ki, işə götürən tərəfindən ona əmək müqaviləsinin surəti təqdim edilməmişdir və əmək müqaviləsini qanunvericiliyə uyğun olaraq imzalamamışdır. 2012-ci il tarixindən 2017-ci il tarixinədək, əmək haqqı ona və digər işçilərə əlbəəl verilirdi. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, 2012-ci il tarixindən 2017-ci il tarixinədək gov.az saytında qeyd edildiyinə görə "Azmedicon” MMC tərəfindən işçinin gələcəkdə pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Faktiki olaraq qeyd etmək olar ki, həmin illərdə "xxxx" MMC-də çalışmağına baxmayaraq işəgötürən tərəfindən hüquqlarının pozulması nəticəsində əmək stajı rəsmi olaraq qeyd edilməmişdir. Bundan əlavə olaraq ezamiyyət pulu, məzuniyyət pulu, və digər əlavə ödənişlər "xxxx" MMC tərəfindən ödənilmirdi. 2017ci il tarixində məlum olmayan səbəblərə görə “Azmedicon" MMC-nin bütün işçilərini Cavabdeh MMC-yə keçirdilər. "X13" MMC ilə əmək müqaviləsi bağlansa belə eyni şəkild ə necə ki, "Azmedicon“ MMC tərəfindən müqavilənin bir nüsxəsi ona verilməmişdir. "X13" MMC tərəfindən də nəinki müqavilənin bir nüsxəsini, müqavilə ilə tanış olmağa imkan verilməmişdir və Cavabdeh MMC rəhbərliyi müqavilənin imzalanması üçün onlara təqdim edəndə qeyd edirdilər ki, «imzalayırsınız ya da işsiz qalırsınız». “X13" MMC ilə müqavilə bağlansa belə əmək hüquqlarının pozulması davam edirdi. Əmək kitabçasında və onlara verilən arayışlarda əvvəllər tibbi ixtisasları - həkim, tibb bacısı ixtisası qeyd olunmuşdur. "X13" MMC tərəfindən birtərəfli olaraq dəyişdirilərək, əvəzinə sadəcə mütəxəssis yazıldı. Mütəxəssis yazmaqla ixtisas dərəcələri nəzərə alınmır və bu da öz növbəsində illər keçdikcə maaşlarının donub qalmasına, artmamasına səbəb olur. Əmək məcəlləsinə əsasən əmək müqaviləsində işçinin tutduğu vəzifə dəqiq göstərilməlidir, həmİn vəzifənin dəqiq göstərilməməsi əmək müqavilənin şərtlərini kobud şəkildə pozulması ilə nəticələnir. Qeyd edir ki, Azərbayan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Kollegiyası tərəfindən 19 iyun 2017-ci il tarixində, 8 saylı "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X6”nın təsdiq edilməsi barədə qərarı qəbul edilmişdir. Həmin qərarda səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələri göstərilmişdir və həmin kitabçada mütəxəsis vəzifəsi ümimiyyətlə yoxdur. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Amma bu şirkətlə işlədikləri müddətdə tibb işçisi kimi sertifikasiyadan keçməmişlər. Bu, işəgötürən t ərəfindən çox ciddi qanun pozuntusudur. Baxmayaraq ki, xüsusi rejimli strateji obyektdə hər an təhlükə olan, dəniz sahilindən uzaq, içməli su hövzəsindən uzaq, neftçilərlə, demək olar ki, eyni şəraitdə çalışırdılar, lakin işəgötürən tərəfindən sığorta olunmamışdılar, və hər hansı bir hadisə baş versəydi müalicələrini öz hesablarına məcbur qalaraq ödəməli idilər. Əlavə olaraq qeyd etmək istəyir ki, işəgötürən iş vaxtlarını kobud şəkildə pozurdu və əlavə işlədiyi iş vaxtların, bazar günlərin və bayram günlərin ödənişini etməmişdir. O, faktiki olaraq həm öz əmək funksiyasını həyata keçirirdi, həm də, işçi olmadığına görə digər işçilərinin əmək funksiyalarını. Qeyd etmək istəyir ki, işəgötürən qanunsuz olaraq hər 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edirdi. Onlar dənizin ortasında yeganə tibb məntəqəsidirlər, bir hadisə baş verərsə və tibbi yardım lazım olarsa 1 saatdan tez heç bir yardım gələ bilməz. Belə bir halda minlərlə işçisi olan yerdə hər gün 1 həkim və 1 tibb bacısı bu qədər böyük bir kontingentə tibbi yardım göstərir və üstəlik ambulansla təcili tibbi yardımı həyata keçirir. Yeri gəlmişkən, təcili tibbi yardım fəaliyyətləri olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilmirdi. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyət xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilirdi. Dəyişikliyə əsasən, bu vəsait 15 manata qaldırılmış dır. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minmişdir və cavabdeh bu ödənişləri də həyata keçirməmişdir. Məzuniyyət hüquqları kobud şəkildə pozulur. Belə ki, iş stajına görə əlavə olunan 2-4-6 məzuniyyət günləri onlara verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiqlənməsi barəsindəki 5 iyul 2004-cü il tarixli 92 saylı qərarına əsasən:... Neft çıxarılan adalardakı ambulatoriyalarda və sağlamlıq bölmələrində çalışan, həkim, orta və kiçik tibb işçisi heyyətinə əlavə məzuniyyət kimi 6 gün verilir. Şirkət tərəfindən şərait yaradaraq tibb işçiləri müəyyən müddətdən bir təkmilləşmə kurslarına getməli və attestasiyadan keçərək, bi lik, savad və bacarıqların artırmalıdır, həmçinin ixtisas dərəcələri artırılmalıdır. İşəgötürən tərəfindən bu cür kurslara işçiləri göndərməmişdir. Cavabdehə dəfələrlə müraciət olunsa belə maaş haqda haqqhesab vərəqəsi verilməmişdir və bu səbəbdən cavabdeh tərəfindən, ezamiyyət ödənişlərin məzuniyyət ödənişlərin, əmək haqqına əlavə ödənişlər (gecə saatı, bayram və istirahət günlərin, təcili tibbi yardımın ödənişləri), Covidlə bağlı əmək haqqın artırılması və digər əmək münasibətlərindən irəli gələn ödənişləri ilə bağlı vurulmuş maddi ziyanın dəqiq hesablanması mümkün olmayıb. Baxmayaraq ki, ağır şəraitdə neft daşlarında koronovirus tutmuş şəxslərin müalicəsi ilə bağlı da ilkin tədbirləri görürdülər, bu sərəncama uyğun olaraq onların maaşları artırılmamışdır. Ona vurulmuş maddi ziyandan əla və olaraq həkimlərin sertifikasiya hüququ, tibbi yardımın göstərilməsi ilə bağlı lisenziya alınması, işçilərin tibbi sığortalanması və dövlət sosisal müdafiə fonduna olunan ödənişləri ilə bağlı qanuni pozuntuları da qeyd edir. Əvvəlki işlədiyi illərdə olduğu kimi Cavabdeh MMC-yə məzuniyyətə çıxmağı ilə bağlı yazılı şəkildə müraciət etdi. 2020-ci ildə bir neçə dəfə məzuniyyətə çıxaraq koronaviruslu X21na müvəqqəti olaraq işə düzəlirdi və orda tibbi yardım göstərirdi. İşəgötürən tərəfindən məzuniyyətə çıxmaqla bağlı heç bir problem yaratmırdı və illərlə, məzuniyyət ərizəsini yazandan sonra, həmin gündən işçiləri məzuniyyətə buraxırdılar. Bu dəfə də, onun tərəfindən 2020-ci il üçün istifadə olunmamış məzuniyyət ərizəsi təqdim olundu. O, ərizəni təqdim edəndən sonra əvvəlki məzuniyyət vaxtını istifadə etdiyi kimi, koronoviruslu X21na müvəqəti olaraq işə düzəldi. Bir müddət sonra işəgötürən tərəfindən ona müraciət olundu və bildirdilər ki, işə çıxmamağı ilə bağlı izahat yazmalıdır, o izahatda bildirdi ki, o məzuniyyəti ilə bağlı ərizə ilə müraciət etmiş və əvvəlki kimi məzuniyyətdə olduğu müddətindən istifadə edərək koronoviruslu X21na müvəqqəti olaraq işə düzəlmişdir. Götürdüyü məzuniyyət 2020-ci ilin təqvim ilin məzuniyyəti idi və həmin məzuniyyətlə bağlı 2020-ci ilin təqvim ilin sonunda müraciət etmişdir. Cavabdeh onun izahatını aldı və 08.01.2021-ci il tarixində qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) müqaviləsinə xitam verilmişdir. Beləlikl ə, həm onun məzuniyyət hüququ kobud şəkildə pozulmuşdur, həm də onu qanunsuz olaraq işdən azad etmişdilər. Cavabdeh tərəfindən tərtib edilmiş 08.01.2021-ci il tarixli, 009/21/k saylı əmrə diqqət yetirilsə, istifadə edilməmiş əmək məzuniyyətlə bağlı son haq-hesabına ödəniş barədə qeyd var, halbuki həmin məzuniyyətinin istifadə edilməsi ilə bağlı rəsmi şəkildə işəgötürənə müraciət etmişdi. Bu günə kimi, işəgötürən tərəfindən əmək funksiyalarını yerinə yetirilməməsi ilə bağlı bir dəfə olaraq belə xəbardarlıq, töhmət və ya şiddətli töhmət verilməmişdir. İşəgötürən tərəfindən pozulmuş əmək hüquqları ilə bağlı dəfələrlə həm cavabdehə həm də, əmək müfəttişliyinə və digər dövlət qurumlarına müraciət etmişdi. Bu müraciəti ilə bağlı cavabdeh onu dəfələrlə narahat edib və əmək funksiyalarını yerinə y etirilməsi ilə bağlı maneələr törədib və sonda cavabdeh şəxsi qərəzliyə görə onu işdən azad edib. Uzun illər boyu cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur və son nəticədə qanunsuz və əsassız olaraq məzuniyyət hüququnu pozaraq onu işdən azad etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 08.01.2021-ci il tarixli, 009/21/k saylı əmri ləğv edərək İddiaçı tutduğu vəzifəyə bərpa edilməyi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və cavabdeh tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı vurulmuş 50000 manat maddi ziyanı və 20000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Fərdi əmək mübahisələrinin həlli haqqında” Qanunun 7.3-cü maddəsinə əsasən “İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən, işçiyə dəyən maddi ziyanı ödəməklə yanaşı, mənəvi ziyana, yəni işçinin şərəf və ləyaqətinin ləkələnməsinə, alçaldılmasına görə də maddi məsuliyyət daşıyır. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği respublika üzrə minimum əmək haqqı miqdarının iyirmi beş mislindən az, işçinin hüquqlarının pozulmasında təqsirkar vəzifəli şəxsin (şəxslərin) altı aylıq əmək haqqından çox ola bilməz. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında işin faktiki hallarına uyğun olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.” Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia təl əbi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində dəymiş olan maddi zərər olan 50000 manatın tutularaq Cavabdeh MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onun əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsasız olması qədər həm də, iddiaçının bu günə qədər dəfələrlə ayrı-ayrı instansiyalara əlaqəsi və həqiqiliyi olmayan şikayətləri ilə Cavabdeh MMC-nin işgüzar nüfuzuna zərbələr vurmuşdur. Nəticədə Cavabdeh MMC bu şikayətlərin heç bir əsasının olmadığını bir çox instansiyalarda təsdiq etməli olmuşdur. İddiaçı bu davamlı və əsassız şikayətləri şirkətdən pul qoparmağa hesablanmışdır. Bunların nəticəsidir ki, cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulmu ş və cəmiyyət bu səbəbdən maddi ziyana uğramışdır. İddiaçı altına imza atdığı bir çox şikayət ərizələri və iddia ərizəsində heç bir əsası olmadan işlədiyi cəmiyyətə qara yaxmış, böhtanlar savurmuşdur. Belə ki, o, Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi, əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu, xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığını, işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər i şçilərin əmək funksiyasını həyata keçirdiyini, Cənab Prezident tərəfindən tibb işçilərinə müəyyən edilmiş 20 faiz əmək haqqına əlavə olunan artımları nağd şəkildə aldığını, məzuniyyət hüquqlarının pozulduğunu, maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini, Prezidentin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, zərərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu, şəxsi qərəzliyə görə ona işə gəlməməsi deyildiyini, faktiki olaraq maneələr yaradıldığı üçün əmək funksiyasını yerinə yetirə bilmədiyini, uzun müddətdir ki, işəgötürənin onu işə gəlməyə qoymadığını qeyd etməklə əsassız olaraq cəmiyyətdən pul tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axund ov) 2(004)1903/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Məhkəmə ilk iddia tələbinin işə bərpa hissəsi istisna olmaqla digər tələbləri üzrə hesab etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsi ilə məhkəməyə müraciət etmə müddətləri kimi müəyyən edilib. İddiaçı göstərilən normanın dispozisiya şərtlərini pozmuş, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə və hazırki iddianı qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzürlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hü quqi qiymət verilməsinə zərurət qalmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən müddətlər ötürülməsi halı mövcud olmasa idi belə, iş materiallarında olan sənədlər və təqdim edilmiş sübutlara əsasən ilk iddianın işə bərpa hissəsi istisna olmaqla digər hissələrinin əsaslı sayılmasına dair mötəbər və tutarlı sübutlar təqdim edilmədiyindən bu tələblərin əsaslı sayılması üçün hüquqi əsaslar mövcud olmamışdır. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının işə bərpa istisna olmaqla digər tələbləri əsasən ilk iddiaçının 2012-ci ildən 2017-ci ilədək "xxxx" MMC qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan işə qəbul etməsi, əmək müqaviləsinin surətinin ona təqdim edilməməsi və onun əmək müqaviləsini imzalamaması, həmin vaxtlarda əmək haqqının ona və di gər işçilərə əlbəəl verilməsi, onun pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməməsi, ezamiyyət pulu, məzuniyyət pulu və digər əlavə ödənişlər "xxxx" MMC tərəfindən ödənilməməsi təşkil edir. İddiaçı bu tələblərini həm də iddiaçı üzrə cavabdeh «X13” MMC-nin qanuni təmçilçisi olan Nümayəndə "xxxx" MMC-nin də qanuni təmsilçi olması ilə də əsaslandırır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki prosessul qanunvericiliyə əsasən cavabdeh maddi hüququn subyektidir ki, iddiaçı həmin şəxsi onun hüququnun və qanunla qorunan marağının pozucusu kimi göstərir. Cavabdehin düzgün müəyyən edilməməsi irəli sürülən tələbin sübut edilmədiyini təsdiq edir, belə ki, iş üzrə cavabdeh onun hüquqla rının və qanunla qorunan maraqlarının pozucusu olmur. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur və məhkəmənin, iddiaçının iradə ifadəsi olmadan hər hansı şəxsi cavabdeh qismində cəlb etməsi mümkün deyildir. Lakin hər bir halda iddiaçının 2012-2017-ci illər arası, yəni, "xxxx" MMC-də işlədiyi dönəmə dair pozulmuş hüquqları ilə əlaqədar Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəvyən edilmiş 1 illik iddia müddətini ötürmədən və ən əsası bu tələblərə cavabdeh kimi "xxxx" MMC-yə q arşı iddia qaldırmaq hüququndan istifadə etməmişdir. İşin materiallarından isə görünür ki, "xxxx" MMC-yə qarşı tələb irəli sürülməmiş və sözügedən MMC hazırki iş üzrə cavabdeh deyildir. Nümayəndə isə hazırki iddia üzrə «X13” MMC-nin qanuni təmçilçisi kimi göstərilmişdir. Buna görə də, məhkəmə "xxxx" MMC ilə bağlı iddiaçının irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsini zəruri saymamışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh MMC ilə əmək münasibətləri 25 aprel 2017-ci ildən başlanmışdır. İddiaçı qeyd edilən tarixdən işdən azad edilən tarixə kimi olan dövr üçün də cavabdeh tərəfindən yuxarıda göstərilən hallar üzrə hüquqlarının pozulmasınının davam edilməsini iddia etmişdir. İddiaçı Cavabdeh MMC ilə 25 aprel 2017ci il tarixdə əmək müqaviləsi bağlamış, həmin müqavilə üzrə iddiaçı kiçik tibb bacısı vəzifəsinə qəbul edilmiş, 22 aprel 2017-ci il tarixli ərizəsinə əsasən isə 25 aprel 2017-ci il tarixli əmrlə kiçik tibb bacısı vəzifəsində qəbul edilmişdir. İddiaçının Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin ona verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi kimi tələbini məhkəmə əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən müqavilənin bir surəti işçidə saxlanılır. Müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunan vaxta kimi işçi həmin müqavilə və onun şərtləri ilə razılaşaraq imzalamış, işə başlamış və həmin müqavilə əsasında də əmək haqqı almışdır. Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin ilk iddiaçıya verilməməsi və həmin müqavilə ilə tanış ola bilməməsi ha lı həm inandırıcı deyil, həm də bu halı mövcud olduğu halda belə onun bununla bağlı hüquqlarının pozulmasına dair müvafiq qaydada həmin dövrdə şikayət etmək hüququndan istifadə etmədiyi halda işdən azad olunandan sonra belə bir əsassız dəlil irəli sürməsi anlaşılan və ağlabatan deyildir. Məhkəmə iddiaçının onunla bağlanmış əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, bunun da öz növbəsində maaşının donub qalmasına gətirib çıxarmasına dair dəlilini də əsassız sayaraq qeyd etmişdir ki, qanunvericiliyə əsasən, əmək müqaviləsində hər bir dəyişiklik hər iki tərəf imzalandıqdan sonra qüvvəyə minir. Bu dəyişiklik işçi tərəfindən imzalanaraq qəbul edilir. Lakin müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsindəki dəyişikliyə və buna bağlı olaraq əmək haqqı artımına işdən azad olunandan sonra mübahisələndirilmişdir. Məhkəmə iddiaçının sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olması ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, Əmək Məcəlləsinin 67-1 maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışla rına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir «Əhalinin sağlamlığı haqqında» qanunun 46 və 49-1 maddələrinə əsasən fasiləsiz olaraq 5 il ixtisası üzrə işləmiş həkimlər həmçinin praktiki tibblə məşğul olan şəxslər dövri olaraq 5 ildə bir müvafiq icra hakimiyyəti tərəfindən sertifıkasiyaya cəlb edilirlər. Məhkəmə müəyyən etmişdir ki, normada qeyd edilən müvafiq icra hakimiyyəti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir. İddiaçı Cavabdeh MMC-də 25 aprel 2017-ci ildən 08 yanvar 2021-ci il tarixinə kimi işlədiyi, yəni 5 il belə tamam olmamışdır. İddiaçı qeyd edilən normalarının təsiri altına düşmədiyindən bununla bağlı göstərdiyi dəlili də əsassızdır. Məhkəmə iddiaçının xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığına dair dəlilinə də qiymət verərək qeyd etmişdir ki, iddiaçının bu dəlili əsasszıdır, çünki işdən göründüyü kimi, Cavabdeh MMC işəgötürən olaraq bütün işçiləri, o cümlədən iddiaçını “Paşa sığortada” öz vəsaiti hesabına sığortalamış və iddiaçı ilin əvvəlində sığortadan müəyyən miqdarda vəsait almışdır. Məhkəmə iddiaçının işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edildiyini, həmçinin, təcili tibbi yardım fəaliyyəti olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilməməsinə dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, bu halların mövcud olmasına dair hər hansı sübut növü təqdim olunmadığı üçün bu dəlillə r əsaslı sayıla bilməz. Həmçinin də, iddiaçı irəli sürülən sözügedən tələblərin qanuni əsasını da göstərə bilməmişdir. Belə ki, iddiaçı işin materiallarından göründüyü kimi, nə büdcədən maliyyələşən səhiyyə işçisi, nə təcili tibbi yardım stansiyasının tibb heyəti olmamış, nədə ki, psixi xəstələrə tibbi yardım göstərilməsi sahəsində işləməyib. İddiaçı özəl müəssisədə işləməklə, əmək müqaviləsi ilə müəyyən edilən əmək haqqından əlavəni işəgötürənin öz təşəbbüsü ilə almışdır. Məhkəmə iddiaçının onun məzuniyyət hüquqlarının pozulmasına dair dəlillərini də əsasız hesab edərək qeyd etmişdir ki, "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 05 iyul 2 004-cü il tarixli 92 saylı qərarının 170-ci bəndinə əsasən Neft çıxarılmasının süni adalarındakı ambulatoriyalarda və sağlamlıq bölmələrində həkim, orta və kiçik tibbi heyətinə 6 gün əlavə məzuniyyət verilir. Həmçinin, Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. İşin materiallarından görünür ki, iddiaçı əmək fəaliyyətində olduğu 2017-2018 iş ili üzrə 21 təqvim günü əsas məzuniyyət olmalı olduğu halda 30 təqvim günü, 2018-2019 iş ili üzrə 36 təqvim günü, 2019-2020 iş ili üzrə 36 təqvim günü məzuniyyətə buraxılmışdır. İddiaçı ərizəsində məzuniyyət hüquqlarının pozulduğunu qeyd e tməklə yanaşı 2020-ci ildə bir neçə dəfə məzuniyyətə çıxaraq koronoviruslu X20 işə düzəldiyini işəgötürən tərəfindən məzuniyyətə çıxmaqla bağlı heç bir problem yaradılmamasını və illərlə məzuniyyət ərizəsini yazandan sonra həmin gündən işçiləri məzuniyyətə buraxılmasını da qeyd etmişdir. Məhkəmə iddiaçının Prezidentin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olmasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, sərəncamın da adından göründüyü kimi, bu koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamdır. Lakin müəyyən edilmişdir ki, Cavabdeh MMC koronoviruslu xəstələr üçün ayrılmış xəstəxana olmamışdır. Həmçinin sözügedən sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin 25 mart 2020-ci il 112 saylı qərarının 1-ci bəndinə əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavələr infeksiya ilə əlaqəli dövlət tibb müəssisələrində çalışan işçilərə şamil edilib. Məhkəmə hesab etmişdir ki, iddiaçının 50000 manat məbləğində maddi ziyan və 20000 manat məbləğində mənəvi ziyan vurulmasına dair tələbinin qeyri-müəyyən olmaqla yanaşı, əsaslı sübut növləri ilə təsdiq edilməmişdir. İddiaçıya cavabdeh tərəfindən maddi ziyan vurulmasına dair irəli sürdüyü dəlilləri tam əsassızdır. İddiaçı 20000 manat məbləğində mənəvi ziyan tələbinin maddi əsası kimi “Fərdi əmək mübahisələrinin həlli haqqında” qanunun 7.3-cü maddəsinin tələbi ilə əsaslandırması nəzərə alınmaqa ilk iddia bu hissədə də əsassızdır. Belə ki, həmin normanın məzmunundan görünür ki, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən işçiyə dəyən maddi ziyanı ödəməklə yanaşı, mənəvi ziyana, yəni işçinin şərəf və ləyaqətinin ləkələnməsinə, alçaldılmasına görə də maddi məsuliyyət daşıyır. Başqa sözlə, işəgötürənin işçi qarşısında mənəvi ziyanla maddi məsuliyyəti onun hüquqlarını və qanuni mənafelərini pozmaqla işçiyə dəyən maddi ziyanla yanaşı yaranır. Hazırki iş üzrə isə cavabdehin işəgötürən kimi ilk iddiaçının işçi kimi hüquqlarını və qanuni mənafelərini pozması ilə ona maddi ziyan vurması kimi halları öz təsdiqini tapmamışdır. Məhkəmə ilk iddianın cavabdeh tərəfindən tərt ib edilmiş 08.01.2021-ci il tarixli, 009/21/k saylı əmri ləğv edərək İddiaçı tutduğu vəzifəyə bərpa edilməyi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir: İşin araşdırılmış hallarından göründüyü kimi iddiaçıya sonuncu məzuniyyət 25.08.2020-ci il tarixli əmrlə 2019-2020-ci iş ilinə görə 01 sentyabr 2020-ci il tarixindən 07 oktyabr 2020- ci il tarixənədək, 22.10.2018-ci il tarixli, 268/18/K saylı əmrə əsasən 01.11.2018-ci il tarixdən 07.12.2018-ci il tarixədək əmək məzuniyyəti verilmişdir. 12 dekabr 2020-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin asistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı işə çıxması üçün Caspian Hotelinə karantinə yerləşdirilməli olduğu halda bundan imtina etmişdir. Bundan sonra isə iddiaçı işə çıxmamışdır və işə çıxmamaqda davam edərək 17 dekabr 2020-ci il tarixində Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək X20 işə düzəldiyini, ona təkrarən məzuniyyət verilməsini və məzuniyyət dövründə X20 işləyəcəyini qeyd etmişdir. Müəyyən edilmişdir ki, ilk iddiaçı 15.10.2020-ci il və 30 oktyabr 2020-ci il tarixlərdə "xxxx" MMC ilə bağladığı (sonradan də əmək müqaviləsinə dəyişiklik edilmişdir) 25.12.2020-ci il tarixinədək orada tibb bacısı vəzifəsində işləmişdir. Qeyd edilən müqavilələrin mövcudluğu barədə ilk iddiaçı cavabdehə 17.12.2020-ci il tarixdə növbəti məzuniyyət barədə ərizə verərkən məlumat verərək təqdim etmişdir. İlk iddiaçı 17.12.2020-ci il tarixli ərizəsində köhnə illərdən qalan və 2020-ci il üçün olan məzuniyyətinin verilməsini xahiş etsə də, həm cavabdeh tərəfin izahatları, həm də iş mater ialları ilə təsdiq edilir ki, İddiaçı 2017-2020-ci illər üçün nəzərdə tutulmuş bütün məzuniyyətlərində istifadə etmiş, köhnə illərdən məzuniyyəti qalmamışdır. Cavabdeh tərəf ilk iddiaçıya üzün müddət işə çıxmamasının səbəblərini araşdırmaq üçün 05 yanvar 2021ci ildə teleqramm göndərmiş və 07 yanvar 2021-ci il tarixdə onun müvafiq izahatını almışdır. Bu izahatında ilk iddiaçı FHN-nin X21 ilə müqaviləsinin olmasını və məzuniyyətə dair ərizəsinin qəbul olunmadığına dair ona məlumat verilməməsini onun da ərizənin qəbul olunduğunu düşünməsini göstərmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının "xxxx" MMC-də işləməsi ilə bağlı müvafiq müqaviləsi olsa da, əsas iş yeri olan Cavabdeh MMC-də üzürsüz səbəbdən işə çıxmaqdan imtina etməsi və bunu uzun müddət davam etdirməsi nəticəsində işəgötürənin onu n ilə əmək Müqaviləsinə ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsində haqlı olmuş və bununla bağlı qəbul edilən əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək əsaslandırılmışdır. İddiaçı uzun illər boyu cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulması və son nəticədə qanunsuz və əsassız olaraq onu qərəzli işdən azad etməsini göstərsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı və mötəbər sübut növləri təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd etmişdir ki, qarşılıqlı İddiaçı cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulması və cəmiyyətin bu səbəbdən maddi ziyana uğramasını göstərsə də, bu ziyanın nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, «Vətəndaşların müraciətlərinə baxılması qaydası ha qqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hşüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İşin materiallarından görünür ki, İddiaçı məhkəməyə pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı dövlət orqanlarına və işəgötürənə həmçinin müraciət edərək yalnız onun pozulmuş hüquqların bərpa edilməsini, eləcə də, öz konstitusion hüququndan, müraciət etmək hüququndan istifadə edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının araşdırılmasını dövlət orqanlarından xahiş etmişdir. Bu müraciətləri zamanı İddia çı öz pozulmuş hüquqlarını qeyd edərək və maddi normaları ilə əsaslandıraraq həmin müraciət ərizələri yaymamış, heç bir kütləvi informasiya vasitələrində, internet mənbələrində, tele, radio və digər informasiya platformalarında öz pozulmuş hüquqları ilə bağlı məlumat verməmiş, təhqirə və böhtana yol verməmişdir. Bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malikdirlər və belə müraciət onların məsuliyyətə cəlb olunmasına əsas vermir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və ilkin iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblər ini pozduğunu, iddia müddətini ötürmüş olması ilə bağlı gəldiyi nəticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür. Qətnamədən həmçinin cavabdhin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya ins tansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi və həmin müqavilə ilə tanış ola bilməməsi halı həm inandırıcı deyil, həm də bu halı mövcud olduğu halda belə onun bununla bağlı hüquqlarının pozulmasına dair müvafiq qaydada həmin dövrdə şikayət etmək hüququndan istifadə etmədiyi halda işdən azad olunandan sonra belə bir əsassız dəlil irəli sürməsi anlaşılan və ağlabatan deyildir. Məhkəmə iddiaçının sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olması ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1 maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir «Əhalinin sağlamlığı haqqında» qanunun 46 və 49-1 maddələrinə əsasən fasiləsiz olaraq 5 il ixtisası üzrə işləmiş həkimlər həmçinin praktiki tibblə məşğul olan şəxslər dövri olaraq 5 ildə bir müvafiq icra hakimiyyəti tərəfindən sertifıkasiyaya cəlb edi lirlər. Normada qeyd edilən müvafiq icra hakimiyyəti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir. İşin materiallarından görünür ki, ilk iddiaçı Cavabdeh MMC-də 25 aprel 2017-ci ildən 08 yanvar 2021-ci il tarixinə kimi işlədiyi, yəni 5 il belə tamam olmamışdır. İddiaçı qeyd edilən normalarının təsiri altına düşmədiyindən bununla bağlı qeyd etdiyi dəlili də əsassızdır. İddiaçının maddi ziyan tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, onun irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. İddiaçı ona cavabdeh tərəfindən ona maddi ziyan vurulması barədə heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir. Qeyd olunanlardan əlavə məhkəmə hesab etmişdir ki, ilk iddiaçı göstərilən normanın dispozisiya şərtlərini pozmuş, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə və hazırki iddianı qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzrlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə ilk iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulması və cəmiyyətin bu səbə bdən maddi ziyana uğramasını göstərsə də, bu ziyanın nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən cavabdehin qanunsuz hesab etdiyi hərəkətləri barəsində edilmiş müraciətlər, hətta bu müraciətlərin əsassız olması halında belə, cavabdehin işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndirilə bilməz; əks halda bu, vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmə hüququndan onların məhrum edilməsi və onları təqib etmək demək olardı. Nəzərə alınmalıdır ki, vətəndaş kiminsə hərəkətləri haqqında məlumat və ya şikayət edərkən, bu məlumatın və ya şikayətin təsdiq olunmaması riskini daşımamalıdır. Kollegiyanın belə mövqeyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə də uyğundur. “Zaxarçenko Rusiyaya qarşı” iş üzrə Qərarında həmin məh kəmə qeyd etmişdir ki, dövlət orqanına göndərilmiş məktubda qeyd edilən tənqidi fikirlər söz azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmin qərarda göstərilir ki, “ərizəçinin onun qeyri-qanuni hesab etdiyi məsələni araşdırmalı olan səlahiyyətli dövlət orqanına və ya onun vəzifəli şəxsinə məktubla müraciət etməsi mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların qeyri-qanuni hərəkət hesab etdikləri məsələlər barədə bunu araşdırmağa səlahiyyəti olan dövlət orqanına müraciət etmək nəinki onların hüququ, hətta qanunla nəzərdə tutulmuş vəzifəsidir. Ərizəçi, ərizəsini qanunla müəyyən edilmiş hüdudlarda vermişdir. Ərizə birbaşa dövlət orqanına ünvanlanmış və hər hansı formada dərc edilməmiş və bu ərizədə göstərilən məlumatların geniş kütləyə çatdırılması üçün ərizəçi heç bir hərəkət etməmişdir. Məhkəmə vətəndaşların və vəzifəli şəxslərin diffamasiya və təhqirə məruz qalmamasının vacibliyi ilə yanaşı həmçinin bildirir ki, bu, hər bir işin konkret hallarından asılıdır. Hazırkı işdə ərizəçinin məktubla dövlət orqanına müraciət etməsi məlumatların yayılması kimi qiymətləndirilməmişdir”. İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi MPM 372-ci maddəsinin tələblərinə uyğun işi araşdırmamış, zəruri və obyektiv araşdırma aparmamış, faktlara və sübutlara düzgün qiymət verməmiş və əsassız və qanunsuz məhkəmə aktı qəbul etmişdir. Cavabdeh Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi vətəndaşın müraciət etmə hüququ ilə bilərək böhtan və yalan dolu məlumatları yaymasını bir-birinə qarışdırmış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin əsassız hesab edərək rədd edilməsini xahiş etdilər. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin əsassız hesab edərək rədd edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hər iki tərəfin kassasiya şikayətinə əsasən tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi; Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə
70. Bənd "ç". İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə
71. Bənd
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə
71. Bənd
3. İşəgötürən bu M əcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
72. Bənd “e”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 300.1 Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71,76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddi a ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Maddə 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3 Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 67-1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hər iki kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7503/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.