Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4462/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun təmin edilərək mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun təmin edilərək mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4020/2023 nömrəli, 2 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh (alıcı) arasında xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, S.S.Axundov küçəsi, 3132 məhəllədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tikilməkdə olan binasında 18 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, 7-ci mkr, ev 3C, mənzil 18 (yeni qaydalarla: AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, 263, M4, m6) xüsusi mülkiyyət hüququ ilə hüquqların dövlət qeydiyyatı ha qqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron qeydiyyatdan keçməklə çıxarışa əsasən Cavabdeh məxsusdur. Qeydiyyat tarixi xx.xx.2021-ci ildir. 3. “Prestij İnşaat’’ MMC tərəfindən verilmiş arayışlara əsasən Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə 17.700, xx.xx.2006-cı il tarixdə 3.000, xx.xx.02006-cı il tarixdə 3.000, xx.xx.2007-ci il tarixdə 2000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2000, xx.xx.2007-ci il tarixdə 1500 və xx.xx.2007-ci il tarixdə 1515 ABŞ dolları məbləğində pul MMC-yə ödənilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8866/2021 saylı qərardadı ilə, iddiaçı Cavabdeh Azərbaycan Respubiikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı İddiaçı və onunla birlikdə olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, 7-ci mkr, ev 3C, mənzil 18 (yeni qaydalarla: AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, 263, M4, m6) ünvanından qeydiyyatdan çıxarılmaları haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1439/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8866 /2021 saylı qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun təmin edilərək mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları xx.xx.2017-ci il təvəllüdlü X5 ilə xx.xx.2018-ci il təvəllüdlü X3 ünvan 2 ünvanına istifadə hüquqlarının təmin edilərək onların həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2006-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan övladları: X5 xx.xx.2007-ci il tarixdə və X8 xx.xx.2008-ci il tarixdə anadan olmuşlar. xx.xx.2022-ci il tarixli 2(001)-735/2022 saylı qətnamə ilə onların nikahı pozulmuş və hər iki övladı onun himayəsində qalmışdır. Nikahları pozulduqdan sonra keçmiş qaynanası və keçmiş həyat yoldaşı tərəfindən onun və övladlarının qanunla müəyyən olunmuş mənzildən faktiki olaraq istifadə və ya yaşama hüquqları pozulmuşdur, ona görə də onlar, hal-hazıradək məcburi olaraq anasının yanında, onun mənzilində yaşayırlar. 2006-cı ilin yay fəslinin sonunda keçmiş qaynanası Cavabdeh ilə anası Nümayəndə Həttamxan qızı arasında belə bir söhbət yaranmışdır ki, yeni tikilən binalardan birində onlar övladları və nəvələri üçün bir mənzil alınsın. Həmin vaxtlar keçmiş qaynanası Cavabdeh Moskva şəhərində yaşayırdı, eyni zamanda Rusiya vətəndaşı idi. Növbəti telefon danışıqlarının birində razılığa gəlindi ki, bu məsələni anası Nümayəndə həll etsin. Anası əvvəlcədən tanıdığı "xxxx" MMC-nin Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C mənzil 18 (Yeni qaydalarla: Azl 115, Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi 263, M4, m6) ünvanında tikilməkdə olan binadan mənzil seçmiş, bu barədə MMC-nin rəhbərliyi və müvafiq şəxsləri ilə danışıqlar aparmış, müəyyən razılığa gəlmişlər, bundan sonra Moskvaya keçmiş qaynanası Cavabdeh zəng vuraraq bu barədə məlumat vermişdir. O həmin vaxtlar Moskvada yaşayırdı. Bu faktı Binəqədi Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin verdiyi xx.xx.2022-ci il tarixli 33/2371 saylı Arayış da təsdiq edir. Kifayət xanım o zaman deyirdi ki, mehriban qohumdurlar, onun da övladıdı və nəvəsidi, MTK ilə danışıqları başa çatdır, müqavilə bağla, ilkin ödəniş et və mənzili al. Anası razılaşmış və soruşmuşdur ki mənzili kimin adına alınsın? O anasına demişdi ki, elə onun adına alsın, o da Bakıya gələndə köməkləşərlər, o da ödəniş edər, gələcəkdə övladları və nəvələri köçüb orada yaşayarlar. Bu razılıqdan sonra anası 17.700 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" MMC-nin əməkdaşı Əliağa Hüseynova vermiş, o müqaviləni Cavabdeh adına yazaraq, xx.xx.2006-cı il tarixli maliyyə arayışını və eyni zamanda həmin mənzili almağı barədə xx.xx.2006-cı il tarixli müqaviləni təqdim etmişdir. Müqaviləni anası və Əliağa Hüseynov imzalamışlar. Beləliklə, yuxarıda qeyd edilən həmin mənzil yuxarıda qeyd edilən tarixdə keçmiş qaynanası Cavabdeh adına anası tərəfindən ilkin ödəniş edilərək alınmışdı. Bundan sonra anası həmin MMC-yə üç dəfə olmaqla xx.xx.2006-cı il tarixdə üç min dollar, sonrakı və ya əvvəlki tarixlərdə isə 2 dəfə üç min ABŞ dolları məbləğində, cəmisi 26700 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Bu faktı MMC-nin əməkdaşı Əliağa Hüseynov da təsdiq edir. Bundan sonra keçmiş qaynanası Cavabdeh Azərbaycana, Bakıya qayıtmış və həmin mənzilin ödənişinin sonrasını o icra etmişdir. Keçmiş həyat yoldaşı X2 nikahları pozulduqdan sonra azyaşlı övladları: X5 (xx.xx.2007) və X8 (xx.xx.2008) (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(001)735/2022 saylı qətnaməsi ilə, onun öhdəsində qalması qət edilmişdir) keçmiş qaynanası Cavabdeh adına anasının aldığı Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C, mənzil 18 (Yeni qaydalarla: Az 1115, Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, 263, M4, m 6) ünvanındakı mənzildə daimi pasport qeydiyyatdadırlar. Hal-hazırda onun iki azyaşlı uşağı ilə birlikdə anası tərəfindən pulunun böyük hissəsinin ödənildiyi və Cavabdeh formal olaraq mülkiyyətində olan yuxarıda adı çəkilən mənzildə yaşamaqlarına ehtiyacı vardır. Ona görə də hesab edir ki, o, iki azyaşlı uşaqları ilə bərabər mülkiyyət və yaşamaq hüququ olan mənzilə köçürülmək tələbində haqlıdır. Onu da qeyd etmək lazımdır ki, həmin mənzilə dair keçmiş qaynanası Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı xx.xx.2021-ci il tarixli çıxarış da verilmişdir. Odur ki, əvvəlki iddia ərizəsi qüvvədə qalmaqla, ona əl avə olaraq yuxarıda qeyd etdiklərini nəzərə almağı, əvvəlki iddia ərizəsində qeyd etdiyi kimi onun və övladları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008 təvəllüdlü X3 anasının keçmiş qaynanası Cavabdeh adına aldığı Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C mənzil 18 (Yeni qaydalarla: Az 1115, Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, 263, m4, m 6) ünvanına isifadə hüquqlarının təmin edilərək onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbindən yaşayış sahəsinə istifadə hüququnun təmin edilərək hissəsinin iddia tələbindən çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdə n mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Artıq onun mübahisəli mənzilə istifadə hüququnun olması mübahisə yaratmır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunlarda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. 10. 11.04.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzili cavabdeh öz hesabına almış, iddiaçı həmin mənzildə yaşamamışdır. İddiaçının həmin mənzilə istifadə hüququ yoxdur.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(001)-1518/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin oğlu X7 ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, iddiaçı mübahisəli mənzilə pasport qeydiyyatına alınmış, lakin mənzilin mülkiyyətçisi – iddiaçının qaynanası ilə onun arasında mənzilə istifadə hüququnun yaranmasına əsas ola biləcək notariat qaydasında razılaşma bağlanmamışdır. Daha sonra iddiaçı cavabdehin oğlu ilə nikahı məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir.
13. İddiaçı cavabdehin oğlu X7 ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzildə yaşamalarını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı qaynanasının evində formal olaraq pasport qeydiyyatına düşmüşdür.
14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C mənzil 18 (Yeni qaydalarla: AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, 263, m4, m 6) ünvanına istifadə hüququ yaranmadığına görə və uşaqların yaşayış yeri məhkəmə qətnaməsinə əsasən onun yanında müəyyən edildiyinə görə onun həmin mənzilə himayəsində olan uşaqları ilə birlikdə köçürülmələri tələbinə dair iddiası təmin edilə bilməz.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 228.1, 228.2 və 228.5-ci maddələinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbini n təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyаsiyа şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə, iddiaçının və övladlarının istifadə hüquqularını pozmuş, həmin hüququn reallaşması ilə bağlı köçürülmə tələbini təmin etməmişdir. Məhkəmə işin hallarını araşdırarkən, iddiaçının mübahisə predmetini təşkil edən mənzildə hansı tarixdən yaşadığını və bundan irəli gələrək onun istifadə hüququnu aydınlaşdırmamışdır. İddiaçının mənzildən istifadə hüququnun olubolmaması iddianın əsaslılığı baxımın ən əhəmiyyətli haldır. Məhkəmə, iddiaçının istifadə hüququnun olmadığını cavabdeh tərəfindən sübut edilmədiyinə düzgün qiymət verməmişdir. İddianın əsaslı olduğu, yəni iddiaçının işdə olan sübu tlarla təsdiq edilmiş, lakin məhkəmə aşkar surətdə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasia şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) 2(103)-4020/2023 saylı 02 avqust 2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1518/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
21. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehin oğlu X7 ilə nikaha daxil olmuş, iddiaçı mübahisəli mənzilə pasport qeydiyyatına alınmış, lakin mənzilin mülkiyyətçisi – iddiaçının qaynanası ilə onun arasında mənzilə istifadə hüququnun yaranmasına əsas ola biləcək notariat qaydasında razılaşma bağlanmamışdır. Daha sonra iddiaçı cavabdehin oğlu ilə nikahı məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir.
22. İddiaçı cavabdehin oğlu X7 ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzildə yaşamalarını bildirsə də, bununla bağlı hər hansı sübutu nə birinci instansiya məhkəməsinədə, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. İddiaçı qaynanasının evində formal olaraq pasport qeydiyyatına düşmü şdür.
23. Həmçinin apellyasiya icraatı zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş iddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və digərləri) “qeydiyyatdan çıxarılma” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)360/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı, X5 və X3 Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, 7-ci mkr, ev 3C mənzil 18 (yeni qaydalarla: AZİ 115, Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, 263, M4, m 6) ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binqədi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4020/2023 saylı iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün Apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. Kass asiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz göndərərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4020/2023 saylı iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
27. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 28. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
29. Ma ddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
30. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xi tam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə dəyərləndirməyə zərurət görmür.
40. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməd ən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4020/2023 nömrəli iş üzrə 2 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.