Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4468/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(107)569/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarı ilə Hüseynov Murad Kamami oğlunun, X1, X7, Məmmədova (Hüseynova) Röya Murad qızının, Alxazova (Hüseynova) Səyalı Murad qızının və Cavabdeh mülkiyyətinə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.
2. Həmçinin Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında X2, X6, X13 və X8 mülkiyyətində olmuş və onlar həmin torpaq sahələrini 18 fevral 2018-ci il tarixli müqavilə ilə İddiaçı satmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 0,5 ha və 1,5 ha torpaq sahələrindən çıxarılması, cavabdehin qərəzli hərəkətlərinə son qoyulması, ona vurulmuş 2420 manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 18 fevral 2018-ci il tarixdə aldığı torpaq sahələrini təmizləyərək, 350 fındıq topası əkmişdir. Cavabdeh həmin torpaq sahələrinin özünün olmasını iddia edərək, iddiaçı ilə dəfələrlə mübahisə etmiş, 2018-ci ilin yanvar ayında xəbərsi z həmin torpaq sahəsinə girərək onun əkdiyi 198 fındıq topasında olan 1386 tingi çıxarıb yandırmışdır. Bununla da, iddiaçıya 970 manat maddi ziyan vurulmuşdur. Bundan başqa, cavabdeh 2018-ci ilin iyul ayında iddiaçıya məxsus torpaq sahəsində olan otu yandıraraq ona 50 manat maddi ziyan vurmuşdur. Daha sonra, ona məxsus torpaq sahəsində əkdiyi yonca sahəsini traktorla şumladaraq ona 1400 manat maddi ziyan vurmuşdur. Yaranmış bu vəziyyət ona öz torpağından istifadə etməyə maneçilik törədir. Nə vaxt öz torpaq sahəsinə getsə cavabdeh ora gələrək nalayiq sözlər işlədərək, onu təhqir edərək dava-şava salır. Bununla da, onun mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur. Bu barədə DİN-in 102 xidmətinə zəng etmiş, Zaqatala rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış və iddiaçıya c əmi 2420 manat məbləğində maddi ziyan vurulması müəyyən edilmişdir. Lakin iş mülki xarakter daşıdığı üçün ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
5. Birinci instansiya məhkəməsi tərəfindən alınan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyinə və məhkəmə mühəndis-texniki ekspertizasının 12 noyabr 2019-cu il tarixli rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında X11, X9, X18 və X12 ümum i birgə mülkiyyət hüququ əsasında məxsus və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,80 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahələrinin DƏDRX-nin tərtib etdiyi RX ******* saylı Çıxarışa əsasən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.80 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
6. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinə və 16 sentyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən: - Azərbaycan Respublikası ƏMDK yanınd a DƏDRX-nin Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında X3, X9, X18 və X12 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2560 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında 0,50 ha torpaq sahəsinin sərhədləri müəyyən olunmuş və tərtib edilmiş sxemdə göstərilmişdir. Ancaq JN-317 kod 40203018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 18 iyul tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır.
7. Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsi ilə (hakim T.H.Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X11, X9, X18 və X12 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 1,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,80 ha hissəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X3, X9, X18 və X12 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 0,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsin in zəbt etdiyi 0,2526 ha hissəsindən çıxarılması, Cavabdeh qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh 2420 manat maddi zərərin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı Zaqatala rayonu Bəhmədli kəndində yerləşən 0,5 ha və 1,5 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahələrinin mülkiyyətçisidir, onun gözlənilən mülkiyyət hüququ var və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,5 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,2526 ha hissəsini, 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 0,80 hissəsini zəbt etmişdir. Cavabdehin torpaq sahələrinin həmin hissələ ri üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahələrindən istifadə edir. Buna görə də, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,5 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,2526 ha hissəsindən və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 0,80 hissəsindən çıxarılmalıdır.
9. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, Cavabdeh tərəfindən İddiaçı həmin torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş 198 fındıq topunda əkilmiş 1386 fındıq tingi çıxarılıb yandırılmaqla 970 manat maddi zərər vurulması Zaqatala rayon Polis Ş öbəsinin 29 mart 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmiş hallarla, cavabdehin iddiaçıya məxsus 20 kip yonca bağlamasını yandıraraq sonuncuya 50 manat maddi zərər vurması Zaqatala rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2018-ci il tarixli qərar ilə və iddiaçıya məxsus torpaq sahəsində əkilmiş 2 illik yonca bitkisini məhv etməklə ona cavabdeh tərəfindən 1400 manat maddi zərər vurması Zaqatala rayon Polis Şöbəsinin 27 aprel 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmiş hallarla öz təsdiqini tapmışdır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı 2420 manat maddi zərər yetirilməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. İddiaçı tərəfindən tələb edilən həmin məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi, Mülki Məcəllənin 21.1, 21.2, 139-1.1.3, 152.1, 152.5, 157.2 157.4, 1096.1, 1096.2 və 1097.1-ci maddələri, Torpaq Məcəlləsinin 111.1, 111.2 və 111.3-cü maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(107)569/2022 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovun və M.A.Əsədlinin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı mübahisələndirdiyi torpaq sahələrini notarial qaydada rəsmiləşdirilmiş alqısatqı müqavilələri əsasında almış, həmin vaxtdan da torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ əld ə etməsinə baxmayaraq, cavabdeh tərəfinin müdaxiləsi ilə qarşılanır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.
14. Cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin özünə məxsusluğunu bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, əksinə iş materiallarında olan sübutlarla müəyyən edilir ki, İddiaçı qanuni sahiblik və istifadəsində olan Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən torpaq sahələri üzərində cavabdehin hər hansı hüquqa malik olmadığı halda, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlər iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də, cavabde hin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır. Çünki mübahisəsi gedən torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında baş verməmiş və iddiaçı tərəfin iradəsinə uyğun almamışdır. Nə birinci, nə də apellyasiya məhkəməsində cavabdeh mübahisəli hissənin onun mülkiyyətində olması barədə hər hansı sənədi məhkəməyə təqdim etməmiş, bu barədə məhkəməyə bildirməmişdir. Belə olan halda, onun kassasiya şikayətində yeni fakta istinad etməsi və mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müvafiq sənədi sübut kimi kassasiya baxışında təqdim etməsi qanunla yolverilməzdir.
15. Apel lyasiya şikayətinin dəymiş ziyanla bağlı hissəsinə münasibətdə apellyasiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq qeyd etmişdir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı 2420 manat maddi zərər yetirilməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi bu hissədə də əsaslıdır. Çünki Zaqatala Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar mübahisələndirilməmiş və hazırda qüvvədədir. Bundan əlavə, cavabdeh özü də kollegiyanın araşdırması zamanı qeyd olunan faktları etiraf etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(107)-569/2022 nömrəli qətnaməsini n ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 152 və 157-ci, Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 88, 217-ci maddələri pozulmuşdur.
18. Belə ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Cavabdeh və onun ailə üzvlərinin adına işlənmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı qüvvədə olduğundan və heç bir dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilmədiyindən onların mülkiyyəti dövlət tərəfindən tanınan və qorunan hüququ olduğu halda məhkəmə bu hüququ pozmuşdur. Həmçinin Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Cavabdeh və ailə üzvlərinin mülkiyyət hüququ X8, X6, X13 və X2 mülkiyyət hüququndan daha əvvəl qeydiyyata alınmışdır. Hazırki vəziyyətdə məhkəmə qətnaməsindən belə başa düşülür ki, qeyd olunan torpaq sahəsi həm İddiaçı, həm də iş üzrə Cavabdeh mülkiyyətindədir. "xxxx" MMC tərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mülki işə əlavə edilmiş suallarla bağlı Zaqatala rayonu Bəhmətli kəndi ərazisində yerləşən iddiaçı X1 və digərlərinin JN-317 dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,26 ha torpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsini n koordinatları qeydə alınmışdır. Qeydə alınan koordinatların hüquq müəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, eləcə də X10 materialında və ortofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Belə ki, ərazinin ümumi xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən cavabdehlərin mülkiyyətinə verilən A seriyalı 246177 nömrəli və A seriyalı 435087 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən naturada torpaq sahələrinin konturları üst-üstə düşür. İşə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiya məhkəmələri həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışlar. Belə ki, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərin də mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 317 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı barədə elektron baza məlumatları olmadığı üçün həmin sənəddə qeyd olunan torpaq sahələrinin yerini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, ekspert tərəfindən həmin xəritələrin mövcud olmaması əsası ilə JN seriyalı 317 kod 40203018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunan 3,26 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsinin mümkün olmaması qənaətinə gəlinməsi qanunsuz və əsassızdır. Lakin, birinci və apellyasiya instansiya məhkəməsi həmin hissədə ekspertin sualları cavablandıra bilməməsinə səbəb olan halları aradan qaldırmaq üçün heç bir tədbir görməmişdir. Məhkəmə işdə olan Zaqatala Rayon M əhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsində istinad olunan "xxxx" MMC-nin 23 oktyabr 2020-ci il tarixli ekspert rəyi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2020-ci il tarixdə verilmiş 10/583 nömrəli ekspert rəyi arasındakı ziddiyyəti araşdırmamışdır.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Kons titusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyə tçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci his səsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən a idiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar a, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfind ən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmən in qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmal ıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
29. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olmasını iddia edir.
30. Belə olan halda, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara əsasən ilk olaraq iddiaçının və cavabdehin mülkiyyətlərində olan torpaq sahələrinin harada yerləşməsini müəyyən etməkdən ibarətdir.
31. Birinci instansiyası məhkəməsi işin həlli ilə bağlı ilkin və əlavə məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və iş üzrə qərarın 5 və 6-cı bəndlərində qeyd olunan məzmunda rəylər alınmışdır.
32. Lakin iş materiallarından müəyyən olunur ki, hər iki dəfə məhkəmə tərəfindən ekspertiza təyin edilərkən cavabdehə və onun ailə üzvlərinə verilmiş 3,26 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tapşırılsa da, birinci rəydə bu suala ümumiyyətlə cavab verilməmiş, 16 sentyabr 2020-ci il tarixli ekspert rəyində isə göstərilmişdir ki, JN-317 kod 40203018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarı ilə 3,26 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır.
33. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, Zaqatala və Xızı rayonları nda Pilot layihə olaraq 1995-1996-cı illərdə torpaq islahatı aparılmışdır. 2003-cü ildə Zaqatala rayonunda aparılmış torpaq islahatında müəyyən səhvlərin aradan qaldırılması məqsədi ilə yerquruluşu sənədlərin dürüstləşdirmə işləri aparılmışdır. Aparılmış islaha zamanı verilən Dövlət Aktlarında müəyyən səhvlər olduğu üçün vətəndaşlardan həmin Dövlət Aktları geri yığılmış, əvəzində 2003-cü ildə aparılmış islahatın nəticələrinə uyğun olaraq yenidən vətəndaşlara Torpaq sahəsinin Planı və Ölçüsü sənədi təqdim edilmişdir. Bu səbəbdən JN-317 KOD 40203018 nömrəli torpağa mülkiyyət hüququna dair X28 Baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrində mövcud deyildir.
34. Göründüyü kimi, ekspert rəyi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya satılan torpaqla üst -üstə düşməməsi müəyyən edilməmişdir. Hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə aparılmış araşdırma nəticəsiz qalmış və buna baxmayaraq apellyasiya məhkəməsi iddianın təmin edilməsini qanuni hesab etmişdir.
35. Bu zaman apellyasiya məhkəməsi cavabdehin birinci və apellyasiya məhkəməsində mübahisəli hissənin onun mülkiyyətində olması barədə hər hansı sənədi təqdim etmədiyini qeyd etsə də, onun torpağa iddia etdiyi mülkiyyət hüququnun təsdiqi kimi Torpağa mülkiyyət hüququna dair JN-317 Kod 40203018 nömrəli Dövlət Aktı birinci instansiya məhkəməsinə verilmişdir.
36. Digər tərəfdən iş materiallarından m üəyyən olunur ki, iddiaçılar X4, X19, X20, X14 və Cavabdeh ayrı icraatda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlər X8, X6, X13 və X2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2 018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız sayılması, iş üzrə cavabdehlər X21, X15, X22 və X5 ilə iş üzrə cavabdeh İddiaçı arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız sayılması (hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “cavabdehlər X21, X15, X22 və X2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli To rpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilmiş, həmin tarixli qətnaməsi ilə isə iddia tələbinin “18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız sayılması” hissəsi rədd edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
37. Həmin iş üzrə alınmış "xxxx" MMC-nin 23 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən Zaqatala rayonu Bəhmətli kəndi ərazisində yerləşən iddiaçı X1 və digərlərinin JN-317 Dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,26 ha torpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları qeydə alınmışdır. Qeydə alınan koordinatların hüquq müəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, eləcə də X10 materialında və ortofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Belə ki, ərazinin ümumi xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən cavabdehlərin mülkiyyətinə verilən A seriyalı 246177 nömrəli və A seriyalı 435087 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən naturada torpaq sahələrinin konturları üst-üstə düşür. Üst üstə düşən mübahisəli torpaq sahələri A rcMap və Autocad proqramı vasitəsilə hazırlanan ortofotoplanda aydın şəkildə göstərilmişdir.
38. Beləliklə, cavabdehin torpaq sahəsi üzrə mülkiyyət hüquqlarını, iddiaçının isə alqı-satqı müqaviləsi üzrə gözlənilən mülkiyyət hüququnu təsdiq edən sənədlər qüvvədə olduğu və cavabdehin mülkiyyətindəki torpağın yerləşdiyi ərazi müəyyən edilmədiyi halda, iddiaçının mülkiyyət hüququnun pozulmasından ibarət olan məhkəmələrin gəldikləri nəticə natamam araşdırmanın nəticəsi olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd olunan hallara istinad etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmamışdır.
39. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
40. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspa niyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
42. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab v ermir.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
44. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
45. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ara şdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
46. Həmçinin iddia tələbi ziyan hissəsində iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmasına əsaslandığından, yuxarıda qeyd olunan məsələlərin həlli nəticəsində bu tələbə də bir daha hüquqi qiymət verilməlidir.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(107)-569/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir