Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4468/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmş müddətin bərpası barədə vəsatət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1756/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun övladları - xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 ilə birlikdə cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə 2006cı il tarixdə qeyri-rəsmi nikaha daxil olmuş, sonradan 2009-cu ildə rəsmi olaraq nikaha daxil olmuşlar. Yaşadıqları torpaq sahəsində olan fərdi yaşayış evi 2004-cü ildə öz hesablarına tikdirmişlər. İddia çı və cavabdehin münasibətləri pozulduğundan, iddiaçı 2 il 5 ay olar ki, uşaqları da götürüb evdən çıxıb öz valideynlərinin yanına getmiş və bu günə kimi geri qayıtmamışdır. Aralarındakı nikah Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. O, məhkəmə qətnaməsinə əsasən vaxtı-vaxtında uşaqların alimentini ödəyir. İddiaçının əmlakları yaşadığı evdə yer tutduğundan məhkəmə qaydasında çıxarılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2943/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1756/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2943/2022 saylı, 23 noyabr 2022- ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmiş, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilmişdir.
6. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1756/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1756/2023 saylı, xx.xx.2023-cü il tari xli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.
8. Qərardaddan iddiaçının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən kassasiya şikayəti vermişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2903/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1756/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılmışdır.
10. Bundan sonra iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1756/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən yenidən kassasiya şikayəti vermiş, həmçinin ərizə ilə məhkəməyə müraciət e dərək, həmin qətnamədən şikayət verilməsi üçün müddətin buraxılması səbəbinin üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
11. Müddətin bərpa edilməsinə dair ərizə belə əsaslandırılıb ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi hüquqlarını müdafiə etdiyi şəxsə rəsmi qaydada verilməmiş, müddət vəkilin elektron kabinetinə sənədin yerləşdiyi tarixdən hesablanmış, Ali Məhkəməyə bununla bağlı şikayət verilsə də, şikayətin bu dəlilinə münasibət bildirməmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə qətnaməsi şikayətçiyə vaxtında təqdim olunmamış, eyni zamanda vəkil müdafiə etdiyi şəxslə bağlı olduğundan, şikayətçi ilə 16 may 2023-cü il tarixdə şikayətçinin iradəsi və istəyinə uyğun olaraq, kassasiya şikayəti vermək üçün müqavilə bağlanmış, 16 may 20 23-cü il tarixdən sonrakı gün 17 may 2023-cü il tarixdə kassasiya şikayəti verilmişdir. Məhkəmənin vəkilin şikayət verməyə borcu olduğu fikri ilə bağlı qeyd edir ki, uzun müddətdir, şəxsi həyatı ilə bağlı- anasının səhhəti ilə bağlı problemi vardır. Belə ki, iş materiallarına əlavə etdiyi epikrizlərdən də, göründüyü kimi, anası X4, düz bağırsağın bədxassəli yenitörəməsi diaqnozu ilə 23 fevral 2022-ci il tarixdən başlayaraq, 26 sentyabr 2022-ci il, hazırki, məhkəmə getdiyi müddət ərzində 25 may 2023-cü il, 07 iyun 2023-cü il tarixləri ərzində cərrahi əməliyyatlar keçirmiş, əməliyyatlardan qabaq müddətlərdə kimyalardan sitifadə olunmuş, şüa terapiyalardan keçmiş, bu vaxtlarda övlad olaraq anasını xəstəxanalara vaxtında catdırmağa borclu olmuşdur. Həmin vaxtlarda müddətə nəzarət edə bilməyə rək kassasiya şikayətini 1-2 gün müddətini ötürmüşdür.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1756/2023 saylı xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi qətnamənin şikayətçiyə vaxtında təqdim olunmaması və Ali Məhkəməyə bununla bağlı verilən şikayətdə heç bir münasibət bildirməməsi barədə dəlillə bağlı qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsində apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tədqiq olunmaması hallarının müəyyən olunmamasının göstərilməsi ərizəçinin göstərdiyi hala münasibət bildirməsi deməkdir.
14. Bundan başqa, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçının nümayəndəsi-vəkili Nümayəndə elektron kabinetinə 15 mart 2023-cü il tarixdə, saat 16:17-də yerləşdirilmiş, lakin kassasiya şikayəti iddiaçının nümayəndəsi-vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinetinə yerləşdirilərək qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Ərizəçinin üzürlü saydığı sadaladığı hallar iddiaçıya münasibətdə mövcud olsa və onun hüquqi biliyi olmadığı və ya əvvəlki instansiyalarda vəkillə təmsil olunmadığı təqdirdə ötürülmüş müddətin bərpa edilməsinə məhz bu kontekslərdən yanaşmaq olardı. Lakin iş materiallarından görünür ki, ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə iddiaçının özü deyil, qətnamənin surəti elektron kabinetinə yerləşdiyi vəkili tərəfindən verilmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, vəkilin ərizəsində xahişini əsaslandırdığı özünə münasibətdə sadaladığı hallar məhkəmə aktından şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz. Kollegiyanın qənaətinə görə vəkilin müdafiə etdiyi şəxslə bağlı olduğundan, şikayətçi ilə 16 may 2023-cü il tarixdə şikayətçinin iradəsi və istəyinə uyğun olaraq, kassasiya şikayəti vermək üçün müqavilə bağlaması kimi ərizəçinin dəlili də kassasiya şikayətinin müddətinin ötürülməsinin üzürlü səbəbi kimi qiymətləndirilə bilməz. Belə ki, kassasiya şikayəti verilməsi müddətinin son günü 16 may 2023-cü il tarixi idi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiy a instansiyası məhkəməsinin qərardadının ləğv olunması və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) prosessual müddətin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Məhkəməyə təqdim olunmuş arayışlar, epikrizlər, xəstəlik kartları ilə təsdiq olunur ki, qətnamə çıxarılan vaxt, şikayət verilməsi nəzərdə tutulan vaxt anasının ağır xəstəliyi ilə əlaqədar əməliyyatlar keçirdiyi, onunla əlaqədar ona zəruri qulluq göstərilməsi, daim həkimə aparıb gətirilməsi ilə əlaqədar dövrlə üst-üstə düşmüşdür. Göründüyü kimi, müddətin 1 gün bu raxılması, üzrlü səbəblərdən baş vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərard adını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
23. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər.
24. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bər pa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
28. Maddə 418.1. Maddi və prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
30. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlı qları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
31. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
32. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlan ır.
33. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçının nümayəndəsi-vəkili Nümayəndə elektron kabinetinə 15 mart 2023-cü il tarixdə, saat 16:17-də yerləşdirilmiş, lakin kassasiya şikayəti iddiaçının nümayəndəsi-vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinetinə yerləşdirilərək qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır.
34. Apelyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.
35. Kassator müddətin ötürülməsinin səbəbi k imi vəkilin ailə üzvünün həmin ərəfədə xəstə olması və cərrahi əməliyyat olunduğunu bildirmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi bununla bağl bildirmişdir ki, vəkilin ərizəsində xahişini əsaslandırdığı özünə münasibətdə sadaladığı hallar məhkəmə aktından şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz. Həmçinin vəkilin müdafiə etdiyi şəxslə bağlı olduğundan, şikayətçi ilə 16 may 2023-cü il tarixində şikayətçinin iradəsi və istəyinə uyğun olaraq, kassasiya şikayəti vermək üçün müqavilə bağlaması kimi ərizəsinin dəlili də kassasiya şikayətinin müddətinin ötürülməsinin üzürlü səbəbi kimi qiymətləndirilə bilməz. Belə ki, kassasiya şikayəti verilməsi müddətinin son günü 16 may 2023-cü il tarixi idi.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası mə hkəməsinin gəldiyi nəticə ilə razılaşır. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahiz ələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
38. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
39. Bundan başqa, ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.
40. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
41. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi təl əbinin inkar edilməsilə nəticələnə bilər.
42. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərə fli yoxlanılmasına xidmət edir.
43. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133-cü maddəsinə istinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1756/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.