Məhkəmə qərarları › İş №2(102)-4469/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4469/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4469/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı və Cavabdeh1 x qızının qarşılıqlı iddialarına dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin və maliyyə arayışının etibarsızlığı) 04.11.2020 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X1 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi x oğlunun, nümayəndəsi və vəkili Ukalayev İlkin Ramazan oğlunun, Cavabdeh1 x qızının, nümayəndəsi və vəkili xoğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x0 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1x xxxxxxxx 2005-ci il tarixdə “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə görə, ünvan 1 ünvanda inşa etdiyi yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində yerləşən, sahəsi 96,4 kv.m. olan 78 saylı mənzili İddiaçı satılmış, həmin tarixdə sonuncunun adına mənzilin pay haqqının tam ödədilməsinə dair maliyyə arayışı verilmişdir. 2. 1x xxxxxx 2006-cı il tarixdə “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanda inşa etdiyi yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində yerləşən, sahəsi 96,4 kv.metr olan 85 saylı mənzili Cavabdeh1 satılmış, xx xxxxxx 2009-cu il tarixdə mənzilin pay haqqının tam ödənilməsinə dair sonuncunun adına maliyyə arayışı verilm işdir.

3. İddiaçı, “xxxx” MMC-nin xx.xx.2014-cü il tarixli arayışına istinadən bildirmişdir ki, müqavilədə mənzilin nömrəsinin yanlış olaraq 78 kimi göstərilmiş, əslində ona satılmış mənzilin nömrəsi 85-dir və həmin mənzil ona məxsusdur.

4. Cavabdeh1 isə mənzilin 2011-ci ildə ona təhvil verildiyini, qapı qoyaraq təmir etdiyini və orada yaşadığını, mənzilin ona məxsus olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində ilk icraat

5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ”xxxx ”MMC tərəfindən inşa edilmiş, xxx lində Cavabdeh1 tərəfindən aparılan qanunsuz təmirin dayandırılması, onun mənzildən çıxarılması, Cavabdeh1 ilə ”xxxx” MMC arasında ünvan 1 evin 96.4 kv.m. sahəsi olan, 85 saylı mənzilinə dair bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə nin və 21800 manat ödənilməsinə dair maliyyə arayışının ləğv edilməsi, həmin mənzilə dair özünün mülkiyyət hüququnun tanınması və cavabdeh ”xxxx” MMC tərəfindən həmin mənzilin təmir üçün ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6. 24.09.2014-cü il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ”xxxx” MMC-nin komendantına saxta müqavilə və Maliyyə Arayışı təqdim edərək MMC tərəfindən ünvan 1 ünvandakı 85 saylı mənzilin ona məxsus olmasını bildirmiş, komendantın və polisin qanuni tələblərinə məhəl qoymadan həmin mənzilə girmiş və qanunsuz olaraq təmir işləri aparmışdır. Həmin mənzil ona məxsusdur. Belə ki, ”xxxx” MMC-ilə aralarında xx.xx.2005-ci il tarixdə, ünvan 2 evin 13-cü mərtəbəsində 96.4 kv.m sahəsi olan 78 saylı mənzilə da ir 34704 ABŞ dolları ödəməklə alınması barədə müqavilə bağlanmış, tam ödənişə dair maliyyə arayışı verilmişdir. Sonradan dəqiqləşdirmə aparılarkən MMC-nin direktoru xxx ona bildirmişdir ki, aldığı mənzilin nömrəsi 78 deyil, 85-dir və tam dəqiqləşdirmədən sonra müqaviləyə müvafiq dəyişiliklər aparılmalıdır. Son vaxtlar MMC-də müvafiq yoxlamalar getdiyindən MMC-nin möhürü götürülmüş və müqavilənin təzələnməsi mümkün olmamışdır. Bundan istifadə edən Cavabdeh1 ”xxxx” MMC-yə məxsus olmayan müqavilə formasını saxtalaşdıraraq, qanunsuz olaraq sözügedən mənzilə daxil olmuş və təmir işləri aparmışdır. O, MMC-nin komendantına xx.xx.2006-cı il tarixli saxta müqavilə və 21800 manat ödənilməsinə dair saxta maliyyə arayışı təqdim etmişdir. Müqavilədə və arayışda olan göstəricilərin hamısının üzərində dü zəlişlər edilmiş, müqavilədə icraçı əvəzinə ”xxxx” MMC deyil, hansısa “xxxx” MTK qeyd olunmuş, n imzası saxtalaşdırılmışdır. ”xxxx” MMC-nin direktoru xxx in xx.xx.2014-cü il tarixli, 03 saylı arayışına əsasən dədiqləşdirmə aparılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə ”xxxx” MMC arasında ünvan 2 ünvanda inşa olunan yaşayış binasına dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə mənzilin nömrəsi yanlış olaraq 78 kimi göstərilsə də, əslində qeyd olunan mənzilin nömrəsi 85-dir. Qeyd olunan mənzilə dair hazırda iddia edən Cavabdeh1 adlı şəxslə ”xxxx” MMC arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır.

7. Cavabdeh1 iddiaya etiraz edərək, xx.xx.2006-cı ildə Cavabdeh2 MMC-yə göstərilən ünvanda tikilən çoxmərtəbəli binada ev almaq üçün müraciət etmiş və həmin tarixdə də mübahisələndi rilən mənzil barəsində müqavilə bağlamıasını bildirmişdir. Mənzilin dəyərini tam ödədikdən sonra, ona maliyyə arayışı verilərək ödəmə qəbzləri MMC tərəfindən geri alınmışdır. Mübahisəli mənzil 2011-ci ildən Cavabdeh1 sahibliyində və istifadəsindədir. İş üzrə keçirilən ekspertiza ilə 78 və 85 saylı mənzillərin eyni mənzillər olmadığı müəyyən olunduğundan İddiaçı həmin müqaviləni mübahisələndirmək hüququ yoxdur.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) xx xxxxxx 2015-ci il tarixli, 2(011)-255/2015 nömrəli qətnaməsi ilə iddia rədd edilərək, İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulmuşdur.

9. Məhkəmə, İddiaçı satılan mənzilin nömrəsinin 85 olmasına dair sübut növü olaraq məhkəməyə təqdim etdiyi “xxxx” MMC-nin xx.xx.2014-cü il tarixli arayışın a və Ekspert LTD müəssisəsinin xx.xx.2015-ci il tarixli, 18/E saylı rəyinə münasibət bildirəkrək qeyd etmişdir ki, İddiaçı ilə müqavilə bağlandıqdan sonra hansı dəqiqləşdirməni apararaq 9 il əvvəl bağladığı müqavilədə mənzilin nömrəsinin düz qeyd edilməməsi arayışda öz əksini tapmadığından, rəydə isə hansı əsaslardan iddiaçıya satılan mənzilin nömrəsinin 85 olması əsaslandırmadığından məhkəmə bu sübut növlərini iddia tələbinin təmin edilməsi üçün əsas saymamışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və S.Hacıyev) xx xxxxxx 2015-ci il tarixli, 2(103)-7241/15 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin xx.xx.2015-c i il tarixli qətnaməsi ləğv edılmiş, iddianın təmin edilməsi, ünvan 1 evin 96.4 kv.m.sahəsi olan, 85 saylı mənzilinə dair Cavabdeh1 ilə “xxxx” MMC” arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin və mənzilə görə 21800 manat ödənilməsinə dair maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh1 tərəfindən aparılan təmir işlərinin dayandırılması, onun mənzildən çıxarılması, mənzilin boşaldılması, mənzilə iddiaçının istifadə və sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və “xxxx” MMC tərəfindən həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 adına olan müqavilə və maliyyə arayışında düzəlişlər edildiyinə görə həmin məlumatların düzgünlüyü qəbul edilə bilməz. Həmçinin “xx xx” MMC-nin xx.xx.2014-cü il tarixli arayışında göstərilmişdir ki, ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasında 85 saylı mənzilə dair Cavabdeh1 adlı şəxsə “xxxx” MMC arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Mübahisəli mənzilə dair Cavabdeh1 adına olan xx.xx.2016-cı il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun deyil. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və V.İbayev) x nömrəli iş üzrə xx xxxx 2016-cı il tarixli qərarı ilə Cavabdeh1 x qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

13. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları “xxxx” MMC ilə bağladığı müqavilə ilə deyil, sonuncu tərəfindən 9 ildən sonra verilmiş hər hansı möhürsüz arayışla (məktubla) sübut etməyə çalışması prosessual qanunvericiliyin tələblərinə uyğun sayıla və 78 saylı mənzilə dair müqavilə bağlandıqdan 9 il sonra “xxxx” MMC-nin sədri xxx tərəfindən verilmiş möhürsüz xx xxxx 2014-cü il tarixli arayış 85 saylı mənzilə İddiaçı sahiblik, istifadə hüququnun tanınması üçün əsas hesab edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi qətnamədə mübahisəli mənzilin yerləşdiyi binanın 2-ci blokunun 13-cü mərtəbəsində sahəsi 96,4 kv.metr olan 3 otaqlı mənzildən 1 ədəd olmasını göstərsə də, işdə, bu halı təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur və iş üzrə keçirilmiş ekspert rəylərində də bu hal təsdiq olunmamışdır. Əksinə, ekspert rəyləri ilə də təsdiq olunmuşdur ki, İddiaçı ilə bağlanmış müqavilədə göstərilən 78 saylı mənzilin ümumi sahəsi 96,4 kv.metr olmaqla 3 otaqdan ibarətdir. Apelyasiya instansiyası məhkəməsi bu hala da aydınlıq gətirməmişdir. Apelyasiya instansiyası məhkəməsi 85 saylı mənzilə dair Cavabdeh1 bağlanmış müqaviləni daha çox təftiş etməyə çalışsa da, İddiaçı həmin mənzil üzərində hüququnun hansı əsasa görə əmələ gəlməsinə diqqət yetirməmişdir. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-A.Hüseynov (sədrlik edən və məruzəçi), İ.Şirinov və İ.Xəlilov) xx.xx.2016-cı il tarixli, 2(103)-7591/16 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Xət ai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş, iddianın təmin edilməsi, ünvan 4 evin 85 saylı mənzilinə dair Cavabdeh1 x qızı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə və həmin mənzilə görə 21800 manatın ödənilməsi barədə xx.xx.2009-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh1 x qızı tərəfindən aparılan qanunsuz təmirin dayandırılması, onun həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, İddiaçı ünvan 4 evin sahəsi 96,4 kvadrat metr olan 85 saylı mənzilinə istifadə və sahiblik hüququnun tanınması, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maneələrin aradan qaldırılaraq həmin mənzilin İddiaçı təhvil verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarına görə Cavabdeh1 x qızından 173 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi işdə olan sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlmişdir ki, İddiaçı istinad etdiyi müqavilədəki mənzillə mübahisəli mənzil eynidir. Cavabdeh1 adına olan müqavilə və maliyyə arayışında düzəlişlər edildiyinə görə həmin məlumatların düzgünlüyü qəbul edilə bilməz. Həmçinin, müqavilə qanunvericiliyin tələblərinə uyğun deyil. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), İ.Dəmirov və İ.Xələfov) 2(102)-2148/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Kassasiya instansiyası məhkəməsi apelyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırılma ilə razılaşmışdır. e) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı ilə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş aidiyyəti üzrə yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmişdir.

19. Qərar belə əsaslandırılmışdır ki, Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli sənədlərin texniki ekspertizasının rəyinə əsasən İddiaçı “xxxx” MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilədə olan “İcraçı” qrafasındakı möhür əksinin başqa sənəddə olan möhür əkslərindən rəqəmsal texniki qurğu vasitəsilə kompüterə köçürülməsi, qrafiki proqram təminatı vasitəsilə emal edilərək axınlı çap qurğusunda çap edilməsi, Cavabdeh1 x qızının “xxxx” MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı”qrafasında olan möhür əksinin relyef klişe vasitəsilə birbaşa vurulması halı işə məhkəmələr tərəfindən baxılarkən məhkəməyə məlum olmayan həlledici material olmuşdur və məhkəmə aktları çıxarılana qədər məlum deyildi, iş üzrə iddianın qismən təmin olunması barədə q ərarların çıxarılmasına əsas olmuş İddiaçı “xxxx” MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlanmasını kifayət qədər şübhə altına alır. ə) Birinci instansiya məhkəməsində ikinci icraat

20. Bu icraat zamanı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsindəki 20 saylı evin 13-cü mərtəbəsindəki, ümumi sahəsi 96,4 kv. metr olan mənzilə dair cavabdehlər arasında bağlanılan xx.xx.2005-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsindəki 20 saylı evin 85 saylı mənzili ona satılmış və o, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Buna baxmayaraq, İddiaçı məhkəmədə iddia qaldıraraq, qeyd olunan mənzilin xx.xx.2005-ci il tarixli müqavilə əsasında ona satıldığını göstərmiş, xx.xx.2006cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi və sair barədə qətnamə çıxarılmasını tələb etmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi xx.xx.2005-ci il tarixli müqavilə sonradan saxta yolla və arxa tarixə yazılmaqla tərtib edilmişdir. Bu fakt Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən rəylə də təsdiq olunur. Ali Məhkəmənin Plenumu məhz həmin rəyə istinad edərək, İddiaçı Cavabdeh1 x qızına və "xxxx" MMC-yə qarşı irəli sürdüyü iddia tələbləri üzrə çıxarılmış məhkəmə qərarlarını yeni açılmış hal üzrə ləğv etmiş və işi yenidən baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2017-ci il tarixli rəylə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilədə olan "İcraçı" qrafasındakı möhür əksi başqa sənəddə olan möhür əkslərindən rəqəmsal texniki qurğu (skaner) vasitəsi ilə kompüterə köçürülmüş, qrafiki proqram təminatı vasitəsi ilə emal edilərək, axınlı çap qurğusunda (ptinterdə) çap edilmişdir. Cavabdeh1 x qızının "xxxx" MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilədə "İcraçı" qrafasında olan möhür əksi isə relyef klişe vasitəsi ilə bir başa vurulmuşdur. Ekspert rəyind ən göründüyü kimi, "xxxx" MMC-nin möhürünün əksi həmin müqavilənin üzərinə texniki vasitələrin köməyi ilə, başqa sənəddə olan möhür əkslərindən istifadə etməklə, saxta üsullarla köçürülmüşdür. Müqavilənin üzərinə möhürün saxta üsullarla köçürülməsi həmin vaxt "xxxx" MMC-nin təsisçisi və sədri olan X2 və digərləri barədə 2011-ci ildə açılmış cinayət işi ilə əlaqədar olaraq, həmin MMC-yə məxsus olan möhürün istintaq orqanı tərəfindən götürülməsi ilə bağlıdır. Yəni İddiaçı adına arxa tarixə saxta müqavilə hazırlanan vaxt MMC-nin möhürü istintaq orqanında olduğu üçün, həmin saxta müqaviləyə möhür vurulması mümkün olmamış, buna görə də həmin müqavilənin üzərinə möhürün əksi skaner vasitəsi ilə, saxta üsullarla köçürülmüşdür. Bundan başqa, İddiaçı ilə bağlandığı iddia edilən xx.xx.2005-ci il tar ixli müqavilənin və onun adına verilmiş eyni tarixli maliyyə arayışının saxta olması işdə olan digər faktlarla da təsdiq olunur. Birinci fakt ondan ibarətdir ki, İddiaçı adına verilmiş maliyyə arayışının tərtib olunduğu blankda, həmin blankın 2010-ci ildən sonrakı dövrdə hazırlandığı aydın şəkildə görünür. Belə ki, "xxxx" MMCyə aid olan həmin blankın yuxarı-sol küncündə, sənədin tərtib olunma tarixi qrafasında, çap üsulu ilə "201 rəqəmi qeyd olunmuşdur. Bu faktla təsdiq olunur ki, həmin blank 2010-cu illərdə hazırlanmışdır. Belə olan halda, 2005-ci ildə həmin blankdan istifadə oluna bilməzdi. Deməli, həmin maliyyə arayışı 2010-cu illərdə hazırlanmış, lakin saxtakarlığa yol verilərək, arayışda onun verilmə tarixi "10.İX.2005" kimi göstərilmişdir. Həmin maliyyə arayışının saxta olduğunu təsd iq edən ikinci fakt ondan ibarətdir ki, arayışın tərtib olunduğu blankın yuxarı-sağ küncündə "xxxx" MMC-nin "055 397-20-60" mobil telefon nömrəsindən istifadə etdiyi qeyd olunmuşdur. Lakin "xxxx" MMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2015-ci il tarixli, CEO/L-2207 saylı cavab məktubunda həmin telefon nömrəsinin xx.xx.2006-cı ildə, yəni qeyd olunan maliyyə arayışının verildiyi tarixdən təqribən 13 ay sonra satıldığı qeyd olunmuşdur. Deməli maliyyə arayışının verildiyi vaxt həmin telefon nömrəsi ümumiyyətlə istifadədə olmamışdır. Buna görə də 2005-ci ilə aid olan blankda həmin telefon nömrəsi qeyd oluna bilməzdi. Yuxarıda qeyd etdiyi hallar İddiaçı adına olan həmin sənədlərin, yəni həm xx.xx.2005-ci il tarixli müqavilənin, həm də eyni tarixli maliyyə arayışının sonradan, arxa tarix göstərilməklə, saxta üsullarla tərtib olunduğunu təsdiq edir. Buna görə də həmin sənədlər etibarsız hesab edilməlidir.

22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək cavabdehlər İddiaçı ilə “xxxx” MMC arasında Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsindəki 20 saylı evin 13-cü mərtəbəsindəki, ümumi sahəsi 96,4 kv. metr olan mənzilə dair bağlanılan xx.xx.2005-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlər “xxxx” MMC-dən və İddiaçı alınıb Cavabdeh1 x qızına ödənilməsi, ekspertiza təqdiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manatın qarşılqlı iddia üzrə cavabdehlər “xxxx” MMC-dən və İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

23. Məhkəmə bu nəticəyə gələrkən nəzərə almışdır ki, ilk iddia üzrə iddiaçı cavabdehə satılan 85 saylı mənzilin ona satılmış 78 saylı mənzillə eyni mənzil olmasını, onun müqaviləsində mənzilin nömrəsinin 85 əvəzinə 78 yazılmasını, bu səbəbdən cavabdehlə bağlanan müqavilənin etibarsız olmasını bildirsə də məhkəmə tədqiqatı zamanı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya satılan 78 saylı mənzil onun müqaviləsinə qeyd edildiyi kimi 13-cü mərtəbədə deyil, 12-ci mərtəbədə yerləşir. İddiaçının ona satılan mənzilin nömrəsinin 85 olmasına dair sübut nö vü olaraq məhkəməyə təqdim etdiyi “xxxx” MMC-nin xx.xx.2014-cü il tarixli arayışına və “Ekspert LTD” müəssisəsinin xx.xx.2015-ci il tarixli 18/E saylı rəyinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı ilə müqavilə bağladıqdan sonra hansı dəqiqləşdirməni apararaq 9 il əvvəl bağladığı müqavilədə mənzilin nömrəsinin düz qeyd edilməməsi arayışda öz əksini tapmadığından, rəydə isə hansı əsaslardan iddiaçıya satılan mənzilin nömrəsinin 85 olması əsaslandırılmadığından məhkəmə bu sübut növlərini ilk iddia tələbinin təmin edilməsinə əsas ola biləcək mötəbər, təkzib olunmaz sübut növü kimi qəbul etmir. Həmçinin nəzərə alınmışdır ki, “xxxx” MMC-nin xx.xx.2005-ci il tarixli maliyyə arayışının çap olunduğu blankın yuxarı-sol küncündə, sənədin tərtib olunma tarixi qrafasında, çap üsulu ilə "201 rəqəminin, yuxarı-sağ küncündə "Cavabdeh2" MMC-nin mobil telefon nömrəsi kimi xx.xx.2006-cı il tarixdə satılmış "055 397-20-60" telefon nömrəsinin qeyd olunması İddiaçı adına olan xx.xx.2005-ci il tarixli müqavilənin və tarixli maliyyə arayışının sonradan, arxa tarix göstərilməklə tərtib olunduğunu təsdiq edir. f) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

24. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev) xx.xx.2020-ci il tarixli, 2(103)-2080/20 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin xnömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəl diyi nəticə və əsaslandırılma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan X2 tərəfindən saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən də görünür ki, “xxxx” MMCnin direktoru kimi fəaliyyət göstərdiyi dövrdə Cəmiyyətin inşa etdiyi ünvan 4 ünvandakı 15 mərtəbəli yaşayış binasında Cavabdeh1 x qızına mənzil satılması barədə müqavilə bağlamamış və imza etməmişdir, ondan hər hansı bir məbləğdə pul almamış və maliyyə arayışı verməmişdir. Eyni zamanda bildirmişdir ki, ‘'Birlik- İnşaat” MMC-nin ünvan 4 ünvandakı inşa etdiyi yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində sahəsi 96,4 kv.m. olan 3 otaqlı 85 saylı mənzilin satılmasına dair müqavilə xx.xx.2005-ci il tarixdə yalnız İddiaçı ilə aralarında hər ikisi tərəfindən imzalanmaqla bağlanılmış və həmin tarixdə mənzilin dəyəri tam ödənildiyindən maliyyə arayışı verilmişdir. Müqavilədə mənzilin nömrəsinin 78 olması sonradan isə dəyişdirilərək 85 olması ilə bağlı izahat verərək bildirmişdir ki, müqavilədə mənzilin nömrəsi əvvəllər yanlış olaraq 78 kimi göstərilmiş lakin sonradan dəyişdirilərək 85 olması barədə arayış verilmişdir. İş üzrə alınmış rəyin ikinci səhifəsində yazılmışdır ki, “bu rəyin tərtibində səhvə yol verildiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 5.37-ci bəndinə əsasən xx xxxxxxx 2019-cıı il tarixli 986 nömrəli məktubla müraciət olunaraq rəyin geri göndərilməsi xahiş olunmuş və yeni rəy tərtib edilmişdir. Bu rəy 20385 nömrəli rəyi əvəz edir ” sözləri yazılmışdır. Rəyin sonradan təcili dəyişdirilərək başqa rəylə əvəz edilməsi rəyin sonradan saxtalaşdırıldığına əsaslı şübhələr yaratdığından Xətai rayon Məhkəməsində vəsatət qaldıraraq tərtib edilmiş ilkin rəyin məhkəməyə göndərilməsini xahiş etmişlər. Məhkəmənin sorğusuna Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Hamlet Musayevin imzası ilə verilmiş cavabda göstərilmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixli, 20385 nömrəli ekspert rəyi etib arsız hesab edilərək xx xxxxxxxx 2019-cu il tarixli 20385/REV-01 nömrəli ekspert rəyi təqdim edilmişdir. Odur ki, etibarsız hesab edilmiş ekspert rəyinin təqdim olunması mümkün hesab edilmir. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin adına olan müqavilədəki saxtalıqları nəzərə almalı olduğu halda bunu görməzdən gəlmiş və ümumiyyətlə bu məsələ ilə bağlı bir cümlə də olsun belə qətnamədə qiymət verilməmişdir. Məhkəmə iclasında dəfələrlə vurğulanırdı ki, cavabdehə aid müqavilə başdan ayağa saxtalıqlarla doludur, sonradan edilmiş düzəlişlər göz önündədir. Bunu məhkəmə kollegiyası özü də vurğulasa da, lakin qətnamədə buna heç bir hüquqi qiymət verməmişdir. Halbuki, cavabdeh özü də qarşılıqlı iddia üzrə iddiaçıdır və onun subyektiv hüquqa sahib olub olması məsələsi aydınlaşdırılmalı idi. Cavabdeh 1 x qızının adına olan xx.xx.2006-cı il tarixli müqavilədə kifayət qədər saxtakarlıqlar tapmaq olar və bunun üçün hər hansı ekspertə ehtiyac da yoxdur. Müqavilənin tarixi yazılan qrafada 2006 yazısında 6 rəqəminin üzərində sonradan əl ilə düzəliş edildiyi görünür, müqavilənin “xxxx” Mənzil Tikinti Kooperativi ilə bağlandığı görünsə də, xxxx sözünün üzərindən xətt çəkilərək Cavabdeh2 MMC sözləri yazılmışdır. Müqavilənin predmeti yazılan hissədə isə Bakı şəhəri İH başçısının sərəncamının tarixi və nömrəsi “xxxx” MMC-nin bağladığı digər müqavilələrdə olan sərəncamın tarixi və nömrəsi ilə uyğunsuzluq təşkil etdiyi, sözügedən mənzilin yerləşdiyi binanın Xətai rayonu, R.Məmmədov küçəsində inşa edildiyi halda küçənin adının Məhəmməd Hadi küçəsi kimi göstərilməsi və mənzilə aid digər rəqəmlərin so nradan pozularaq yazılması və əvvəlki rəqəmlərin nədən ibarət olmasının müəyyən edilməməsi, həmçinin həmin saxtakarlıqların maliyyə arayışında da olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. “xxxx” MMC-nin sədri n və digərlərinin məhkum edilməsinə dair cinayət işi üzrə müəyyən edilmiş və baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olan faktlar ondan ibarətdir ki, Cavabdeh1 "xxxx” MMC-nin rəhbəri n və digər vəzifəli şəxslərinin dələduzluq cinayət əməlinin qurbanı olmuş, onunla etibardan istifadə etmə yolu ilə saxta müqavilə bağlanılaraq pul vəsaiti qanunsuz ələ keçirilmişdir. Qeyd olunan faktlar isə bir daha cavabdehlər arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız olduğunu təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh1 kassasiya şikayətin ə etiraz verərək şikayətin onun rədd edilməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi x oğlu, nümayəndəsi və vəkili Ukalayev İlkin Ramazan oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdilər.

30. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 x qızı, nümayəndəsi və vəkili xoğlu kassasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək şikayətin rədd olunmasını xahiş etdilər.

31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçü n məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

33. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

34. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 337.2. Əq d barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

38. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıya n hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

39. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli “Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını mü dafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə tək zib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

47. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində göstərdi ki, “xxxx” MMC-nin direktoru kimi fəaliyyət göstərdiyi dövrdə Cəmiyyətin inşa etdiyi ünvan 4 ünvandakı 15 mərtəbəli yaşayış binasında Cavabdeh1 x qızının bacısına iki mənzil satmışdır. Eyn i zamanda “xxxx” MMC-nin ünvan 4 ünvandakı inşa etdiyi yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində sahəsi 96.4 kv.m olan 3 otaqlı 85 saylı mənzili X satmışdır.

48. İş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, “xxxx” MMC Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı ünvanda inşa etdiyi yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində sahəsi 96,4 m2 olan 78 saylı mənzili 34704 ABŞ dollarına İddiaçı satmışdır.

49. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2005-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı ünvan 5 ünvanda inşa olunmuş yaşayış binasının 2-ci blokunun 13cü mərtəbəsində ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı mənzilin dəyərini tam olaraq MMC-yə ödəmiş, borcu yoxdur. Maliyyə a rayışının çap olunduğu blankın yuxarı-sol küncündə, sənədin tərtib olunma tarixi qrafasında, çap üsulu ilə "201 rəqəmi, yuxarı-sağ küncündə "xxxx" MMC-nin mobil telefon nömrəsi kimi "055 397-20-60" qeyd olunmuşdur.

50. Birinci instansiya məhkəməsinin sorğusuna "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, CEO/L-2207 saylı cavab məktubundan görünür ki, "055 397-20-60" telefon nömrəsi xx.xx.2006-cı il tarixdə satıldığı qeyd olunmuşdur.

51. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2014-cü il tarixli arayışından müəyyən olunur ki, dəqiqləşdirmə aparılarkən İddiaçı ilə Cavabdeh2 MMC arasında ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasına dair xx.xx.2005-ci il tarixli müqavilədə mənzilin nömrəsi yanlış olaraq 78 kimi göstərilsə də, əslində qeyd olunan mənzilin nömrəsinin 85 olduğu müəyyən olunmuşdur. Qeyd olunan mənzilə hazırda iddia edən Cavabdeh1 adlı şəxslə “xxxx” MMC arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır.

52. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7210 saylı xx.xx.2015-ci il tarixli rəyindən müəyyən olunur ki, ünvan 6 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 13-cü mərtəbəsində faktiki olaraq 85 saylı mənzilin yerləşdiyi, həmin binanın 12-ci mərtəbəsində isə 78 saylı mənzilin yerləşdiyi müəyyən edilmişdir. Lakin İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə İddiaçı satılan 78 saylı mənzilin yerləşdiyi mərtəbənin 13-cü mərtəbə olduğu göstərildiyindən, o cümlədən həmin mənzilə dair plan-sxem müqaviləyə əlavə olunmadığından İddiaçı satı lan mənzilin yerini müəyyən etmək mümkün olmamışdır.

53. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “Ekspert LTD” müəssisəsinin xx.xx.2015-ci il tarixli 18/E saylı rəyindən müəyyən olunur ki, ünvan 1 ünvandakı “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli yaşayış+1 mərtəbə qeyri-yaşayış sahəsi binasının 12ci mərtəbəsinin B (2) blokunda yerləşən ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı 78 saylı mənzillə həmin binanın 13-cü mərtəbəsinin B (2) blokunda yerləşən ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı 85 saylı mənzil eyni mənzillər deyildir. İddiaçı satılan mənzil 85 saylı mənzildir, həmin mənzil 13-cü mərtəbədə B (2) blokunda yerləşir və sahəsi: 96,4 m2-dir.

54. İş materiallarında olan “xxxx” MTK ilə Cavabdeh1 x qızı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən müəyyən olunu r ki, Xətai rayonu, M.Hadi küçəsi, 2942 saylı məhəllədə inşa olunan yaşayış binasının 13-cü mərtəbəsində sahəsi 96,4 m2 olan 85 saylı mənzil 27000 ABŞ dollarına Cavabdeh1 satılmışdır.

55. Müqavilədən daha sonra müəyyən olunur ki, “xxxx” MTK sözlərinin üzərində “xxxx” MMC sözləri yazılmış, müqaviləyə xxxx MMC-nin möhürü vurulmuş, X2 tərəfindən imzalanmışdır. “xxxx” MMC-nin xx.xx.2009-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 x qızı ünvan 7 ünvanda inşa olunmuş yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı 85 saylı mənzilin dəyərini tam olaraq MMCyə ödəmiş, borcu yoxdur.

56. İşə əlavə edilmiş digər sübutlardan, o cümlədən Azərbaycan Respublikasının Baş Prokuroru X cinayət işinin başlanması haqqında xx.xx.2011-ci il tarixli qərarınd an, Cavabdeh1 xx.xx.2011-ci il tarixli ərizəsindən, Cavabdeh1 şahid qismində dindirilməsinə dair xx.xx.2012-ci il tarixli protokoldan, xx.xx.2012-ci il tarixli ittiham aktından, eləcə də həmin cinayət işi üzrə qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasınınm xx.xx.2016-cıl tarixli qərarından görünür ki, istintaq orqanı tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsləri, o cümlədən Cəmiyyətin sədri X barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313cü maddələri üzrə cinayət işi başlanmış və həmin cinayət işi üzrə 85-ci mənzilə münasibətdə zərərçəkən qismində məhz Cavabdeh1 tanınmışdır.

57. Qanuni qüvvəyə minmiş həmin məhkəmə hökmünün nəticə hissəsindən görünür ki, zərərçəkmiş Cavabdeh1 85 saylı mənzillə təmin olunub, təqsirləndirilən şəxslərdən şikayətlərinin olmaması nəzərə alınaraq, təqsirləndirilən şəxslərə, o cümlədən x ittiham olunduqları maddələrin sanksiyaları həddində cəza təyin edilmişdir.

58. Eyni zamanda işdən görünür ki, xx.xx.2011-ci il tarixdə Cavabdeh1 ərizə ilə Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edərək "xxxx" MMC tərəfindən ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasından xx.xx.2006-cı il tarixli müqavilə əsasında ilkin olaraq ona satılmış İİ blok, 13-cü mərtəbədə yerləşən 85 saylı mənzili aldığı üçün, həmin binanı inşa edən "xxxx" MMC-nin direktoru x qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir.

59. Daha sonra işə əlavə edilmiş sözügedən binada mənzil almış şəxslərin "xxxx" MMCnin sədri xxx tərəfindən t əsdiq edilmiş siyahısından da görünür ki, qeyd olunan binanın 13-cü mərtəbəsində yerləşən, sahəsi 96,4 kv.metr olan 85 saylı mənzil xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1 satılmışdır.

60. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı ilə xxxx MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə “İcraçı Birik-İnşaat MMC” sözlərinin altında olan qrafada “direktor” sözlərinin qarşısındakı imzanın və Cavabdeh1 ilə xxxx MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı xxxx Mənzil Tikinti Kooperativi” sözlərinin altında olan qrafada “ x sözlərinin qarşısındakı imzanın X2 tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir.

61. İş materiallarında ol an Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 20385/REV-1 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh1 ilə xxxx MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı xxxx Mənzil Tikinti Kooperativi” yazılarından aşağıda “ x qrafasındakı imza X2 tərəfindən icra olunmuşdur. İddiaçı ilə xxxx MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə “İcraçı Birik-İnşaat MMC” yazılarından aşağıda “direktor x qrafasındakı imza X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

62. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən hüquq normalarına və Konstitusiya Məhkəməsinin qərarlarına istinad edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzr ə İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Xətai rayonu, R Məmmədov küçəsi, 20 saylı evin 78 saylı mənzilinə xx.xx.2005-ci il tarixli müqavilənin qanunvericiliyin tələbləri pozulmaqla bağlanmasını, təqdim olunmuş ekspert rəylərinə əsasən İddiaçı “xxxx” MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilədə olan “İcraçı” qrafasındakı möhür əksinin başqa sənəddə olan möhür əkslərindən rəqəmsal texniki qurğu vasitəsilə kompüterə köçürülməsi, qrafiki proqram təminatı vasitəsilə emal edilərək axınlı çap qurğusunda çap edilməsi, Cavabdeh1 x qızının “xxxx” MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı”qrafasında olan möhür əksinin relyef klişe vasitəsilə birbaşa vurulması, Cavabdeh1 ilə xxxx MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı xxxx Mənzil Tikinti Kooperativi” yazılarından aşağıda “ x qrafasındakı imza X2 tərəfindən, İddiaçı ilə xxxx MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə “İcraçı Birik-İnşaat MMC” yazılarından aşağıda “direktor x qrafasındakı imzanın X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmasını, ilk iddia üzrə iddiaçı tərəfindən onunla “xxxx” MMC arasında bağlanmış müqavilənin predmetinin Bakı şəhəri, Xətai rayonu, R Məmmədov küçəsi, 20 saylı evin 78 saylı yox, 85 saylı mənzilin olmasına dair mötəbər sübutların təqdim edilməməsini, bununla da, ilkin iddia üzrə iddiaçının hazırki tələblə Cavabdeh1 qarşı iddia tələbini qaldırmaqda subyektiv hüququnun olmamasını nəzərə alaraq ilkin iddianın rədd, qaşılıqlı iddianın isə təmin edilməsi nəticəsinə gəlmişdir.

63. Məhkə mə bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, ilk iddia üzrə iddiaçı cavabdehə satılan 85 saylı mənzilin ona satılmış 78 saylı mənzillə eyni mənzil olmasını, onun müqaviləsində mənzilin nömrəsinin 85 əvəzinə 78 yazılmasını, bu səbəbdən cavabdehlə bağlanan müqavilənin etibarsız olmasını bildirsə də, məhkəmə tədqiqatı zamanı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

64. Apellyasiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin prosessual pozuntuya yol verilərək icraata qəbul edilməsi barədə dəlilə münasibətdə bildirmişdir ki, hazırkı dəlilin yoxlanılması, yəni qarşılıqlı iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyünün yoxlanılması apellyasiya icraatı çərçivəsində yoxlanıla bilməz.

65. İddiaçı digər dəlillərinə münasibətdə isə apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizaya rəyində müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş Cavabdeh1 ilə xxxx MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı xxxx Mənzil Tikinti Kooperativi” yazılarından aşağıda “ x qrafasındakı imza X2 tərəfindən icra olunmuşdur. İddiaçı ilə xxxx MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə “İcraçı Birik-İnşaat MMC” yazılarından aşağıda “direktor x qrafasındakı imza X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu isə o deməkdir ki, İddiaçı ilə xxxx MMC arasında müqavilədəki imza və möhür saxta olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq həmin müqaviləni etibarsız hesab etmişdir.

66. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, iddiaçıya satılan 78 saylı mənzi l onun müqaviləsinə qeyd edildiyi kimi 13-cü mərtəbədə deyil, 12-ci mərtəbədə yerləşir. İddiaçının ona satılan mənzilin nömrəsinin 85 olmasına dair sübut növü olaraq məhkəməyə təqdim etdiyi “xxxx” MMC-nin xx.xx.2014-cü il tarixli arayışına və “Ekspert LTD” müəssisəsinin xx.xx.2015-ci il tarixli 18/E saylı rəyinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı ilə müqavilə bağladıqdan sonra hansı dəqiqləşdirməni apararaq 9 il əvvəl bağladığı müqavilədə mənzilin nömrəsinin düz qeyd edilməməsi arayışda öz əksini tapmadığından, rəydə isə hansı əsaslardan iddiaçıya satılan mənzilin nömrəsinin 85 olması əsaslandırılmadığından məhkəmə bu sübut növlərini ilk iddia tələbinin təmin edilməsinə əsas ola biləcək mötəbər, təkzib olunmaz sübut növü kimi qəbul etmir. Həmçinin nəzərə alınmışdır ki, “xxx x” MMC-nin xx.xx.2005-ci il tarixli maliyyə arayışının çap olunduğu blankın yuxarı-sol küncündə, sənədin tərtib olunma tarixi qrafasında, çap üsulu ilə "201 rəqəminin, yuxarı-sağ küncündə "Cavabdeh2" MMC-nin mobil telefon nömrəsi kimi xx.xx.2006-cı il tarixdə satılmış xxxx telefon nömrəsinin qeyd olunması İddiaçı adına olan xx.xx.2005-ci il tarixli müqavilənin və tarixli maliyyə arayışının sonradan, arxa tarix göstərilməklə tərtib olunduğunu təsdiq edir.

67. Həmçinin, Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin “xxxx” MTK-ya aid blankda bağlanması həmin müqavilənin saxta müqavilə olması kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən x bildirmişdir ki, onun ofisində bir çox şirkətlərə məxsus çox sayda blanklar olmuş və müqa vilə bağlanan tarixdə “xxxx” MMC-yə aid blank qalmadığından, müqavilələrin bağlanmasında “xxxx” MTK-ya aid blanklardan istifadə olunmuş və onların üzərində düzəlişlər edilmişdir.

68. O da nəzərə alınmışdır ki, məhkəmənin sorğusuna əsasən “xxxx” MMC tərəfindən məhkəməyə göndərilmiş “Məlumat” adlandırdıqları məktubda qeyd olunmuşdur ki, xxx əllədə, 81 mənzilli çoxmərtəbəli binanı tikən “xxxx” MTK 2008-ci ildə bu binanı tərk edib getmişlər. Hazırda bina sakinlərindən təşkil olunmuş “xxxx” MMC tərəfindən idarə olunur. Sorğuya cavab olaraq bildirmişlər ki, xxx əllədə tikilən 14 mərtəbəli binada Cavabdeh1 x qızının adına heç bir mənzil yoxdur.

69. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan kassasiya məhkəməsi həmin dəlillərə dair apelyasiya inst ansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

70. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

71. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x0 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar