Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4469/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ 2(102)-4469/22 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, prosessual müddətin ötürülməsi) Bakı şəhəri, 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-862/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 avqust 2022-ci il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1.490 manat məbləğində maddi zərərin, 500 manat məbləğində mənəvi zərərin, cəmi 1.990 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.
2. Ağsu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(016)- 65/2022 saylı qətnаməsi ilə (hakim Anar Əsgərov) iddia qismən təmin edilərək 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
3. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir
4. Şə ki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-862/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Günay Cavadova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə 28 fevral 2022-ci il tarixli 2(016)65/2022 saylı qətnaməsi iddiaçının qeydiyyatda olduğu ünvana-ünvan 1, 12 aprel 2022-ci il tarixdə iddiaçı tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. 29 aprel 2022-ci il tarixdə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Ağsu Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(016)- 65/2022 nömrəli qərardadı ilə iddiaçı tərəfindən apel lyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İddiaçı 26 may 2022-ci il tarixdə Ağsu Rayon Məhkəməsinin 04 may 2022- ci il tarixli 2(016)-65/2022 nömrəli qərardadında qeyd edilən nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti vermişdir.
6. İddiaçı birinci instansiyası məhkəməsinin hazırki iş üzrə 28 fevral 2022-ci il tarixli 2(016)-65/2022 saylı qətnaməsini 12 aprel 2022-ci il tarixdə qəbul etdiyindən onun həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş son müddət 12 may 2022-ci il tarix olmuşdur. İddiaçı tərəfindən ikinci dəfə verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
7. Göründüyü kimi iddiaçı tərəfin dən verilmiş apellyasiya şikayəti 14 gün müddət ötürlüməklə verilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Prosessual Məcəllənin 363.1, 363.1.3-cü maddələrinə, “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti geri qaytarılmamalı idi. Belə ki, onun tərəfindən prose ssual müddət ötürülməmişdir. Çünki o, birinci dəfə apellyasiya şikayətini 28 aprel 2022-ci il tarixdə yəni, qətnamə ona rəsmi qaydada çatdığı gündən 16 gün sonra vermişdir. Həmin apellyasiya şikayəti düzgün formada tərtib olunmadığı üçün 04 may 2022-ci il tarixli qərardad ilə geri qaytarılmışdır. Həmin qərardad isə ona 23 may 2022-ci il tarixdə rəsmi qaydada çatmışdır. Onun apellyasiya şikayətini düzgün formada tərtib etməməsindən 23 may 2022-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, maddi baxımdan imkansız olduğu üçün bütün sənədləri özü tərtib etmişdir. Həmin qərardadla tanış olduqdan sonra yeni formada dərhal apellyasiya şikayətini tərtib etdirərək Ağsu rayon məhkəməsində elektron məhkəmə sistemi mövcud olmadığı üçün şəxsən öz nəqliyyat vasitəsi ilə məhkəməyə çatdırmışdır. Göründüyü k imi 04 may 2022-ci il tarixdə qəbul olunmuş qərardad barədə məlumatı həmin gün olsaydı, o, həmin vaxt yeni formada apellyasiya şikayətini tərtib edərək məhkəməyə yenidən müraciət edərdi. 12 may tarixinə kimi kifayət qədər vaxtı olmuşdur. O, bu iş üzrə iddiaçıdır. Onun bu şikayəti ləngitmək məqsədi ilə verməsi də heç bir məntiqə uyğun deyil.
11. Kassator şikayətində MPM-in 360, 363-cü və maddələrinin tələblərinin pozulması və düzgün tətbiq edilməməsinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
14. Maddə 364.1. Birinci instansiy a məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
15. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır.
17. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.
19. Qərardaddan kassasiya şikayəti verən iddiaçı onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və apellyasiya mümkünlüyünün yenidən yoxlanılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir.
21. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı xx.xx.2022-ci il tarixdə almış və ilk dəfə xx.xx.2022-ci il tarixdə (iş v.47, poçt zərfinin üzərində xx.xx.2022 ştampı vurulub) apellyasiya şikayəti vermiş, bu zaman apellyasiya şikayətinin verilməsi müddətinin bitməsinə 13 gün qalmışdır.
22. Birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin formasının Mülki Prossesual Məcəllənin 2 saylı Əlavəsinə uyğun olmaması na görə xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarılmış, bu qərardadı iddiaçı xx.xx.2022-ci il tarixdə almış və 3 gün ərzində nöqsanları aradan qaldırılmaqla, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir.
23. Bu dəfə apellyasiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin xx.xx.2022-ci il tarixdə bitməsini göstərərək, xx.xx.2022-ci il tarixdə verilmiş apellyasiya şikayətinin müddət buraxılmaqla verildiyinə görə qaytarılması nəticəsinə gəlmişdir.
24. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu zaman apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 363.4-ü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olmasını, iddiaçının bu hüquqdan istifadə edərək qısa müddət ərzində, yəni 3 gün müddətində bu nöqsanı aradan qaldırmasını nəzərə almamış, həmçinin onun ilk dəfə apellyasiya şikayəti verilərkən apellyasiya şikayətinin verilməsi müddətinin bitməsinə 13 gün qaldığını, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ona qanunla müəyyən edilən müddətdə göndərilmədiyi üçün onun müddət çərçivəsində nöqsanı aradan qaldırmaq imkanından məhrum olunduğunu nəzərə almamışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin prosessual tələblərinə formal yanaşılmış, müvafiq normalar ciddi şəkildə tətbiq edilmiş və nəticədə iddiaçının məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur. 2
6. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.
27. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərh ələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı).
28. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə ba ğlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).
30. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.
31. Məhkəmə kollegiyası qe yd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, kassasiya şikayəti təmin olunmalı, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya mümkünlüyünün yenidən yoxlanılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 414.1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-862/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının apellyasiya şikayəti üzrə apellyasiya mümkünlüyünün yenidən yoxlanılması üçün iş apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.