Məhkəmə qərarları › İş №2(102)-447/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-447/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-447/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Nümayəndə1, Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh2 X vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4526/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətna məsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir.

2. İpoteka saxlayan İddiaçı ASC ilə, satıcı X5 və alıcı ipoteka qoyan Cavabdeh1 arasında 26 dekabr 2012-ci il tarixli 100.CL.261212.00002/a saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanılmışdır. Həmin müqavilələrdən görünür ki, X5 özünə məxsus olan Xxx küçəsi, ev 56 A, mənzil 91 ünvanında yerləşən ümumi sahəsi 101.7 kv. m, o cümlədən yaşayış sahəsi 58.1 kv.m olan mənzili Cavabdeh1 satmış, və həmin mənzil Cavabdeh1 kredit öhdəliyinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Evin satış qiyməti 72000 manat müəyyən edilmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3058/2014 saylı 23 oktaybr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə cavabdehlər X2, X4, X7 və X6 qarşı “birgə nikah dövründə əldə edilmiş daşınar əmlakın digərin razılığı olmadan bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bərabər paylara müəyyən edilməsi, daşınmaz əmlakın ilkin ödənişi olan 15% və 19 mart 2014-cü il tarixə qədər tərəflər arasında payların müəyyən olunması, bank əmanətlərinin paylara bölünməsi, pul məbləğinin mülkiyyət payla rına uyğun olaraq payçılar arsaında 2/1 bölünməsi, cavabdehin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və özünə məxsus olan cehiz əmlak əşyalarının mənzildən çıxarılması” barədə ilk iddiasının təmin edlməməsi, Cavabdeh2 Cavabdeh1 və 3-cü şəxs "xxxx" ASC-yə qarşı “birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlakların bölünməsi, mülkiyyətinə verilməsi, ipoteka kreditinin ödənilməsi qaydalarının müəyyən olunması və s.” tələbə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri xxx küçəsi 56 a saylı evin 91 saylı mənzilinə Cavabdeh2 60%, Cavabdeh1 isə 40% payları müəyyən edilməklə onların mülkiyyətinə verilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə ipoteka müqaviləsi üzrə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 60%, Cavabdeh1 tərəfidən isə borcun 40% İddiaçı ASC-yə ödənməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri 1 ədəd “BOSH” markalı qabyuyan maşın, 2 ədəd paltar şkafı, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 1 ədəd “Samsunq” markalı plazma televizor, 1 ədəd LG markalı kondisioner Cavabdeh2, birgə nikah dövründə əldə olunmuş digər əmlak yəni, 1 ədəd mətbəx mebeli, 1 ədəd stol, 4 ədəd stul, 1 ədəd "Bosh" markalı soba, 1 ədəd "LG" markalı plazma televizor, 1 ədəd yazı stolu və 1 ədəd "LG" markalı kondisionerin Cavabdeh1 verilməsi, ünvan 1-də yerləşən birgə nikah dövründə əldə olunmuş mənzildə olan Cavabdeh2 məxsus cehiz əmlakları, yəni, 1 ədəd “Bosch” markalı soyuducu, 1 ədəd “Bosch” markalı paltar yuyan maşın, 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd servant qork a, 1 ədəd Çexiya istehsalı billur 12 şamdan ibarət çilçıraq və 1 ədəd xrustal çilçıraq, 4 ədəd xalça, 1 ədəd stol, 7 ədəd vazalar, yataq dəsti, 13 ədəd pərdələr, 1 ədəd dini məzmunlu şəkillər, 73 ədəd kitablar, 1 ədəd "Sony" markalı televizor, uşaq yataq məstləri, 1 ədəd “LG” kondisioner, 1 ədəd Tefal ütü, 1 ədəd stol, 1 ədəd polüstü saat, 1 ədəd divan, 1 ədəd 5 sürməli paltar komod, 1 ədəd pultlu çilçıraq, 1 ədəd 6 qapılı şifoner, 2 ədəd güzgülü komod, 1 ədəd pufık, 2 ədəd yataqyanı tumboçka, müxtəlif yataq dəstləri və mətbəxə mənsub olan qazanlar, tavalar, qaşıqlar, qaşıqlar, bıçaqlar, stəkanlar, nəlbəkilər, vazalar, servizlər və digər qab-qacaqların Cavabdeh2 qaytarılması, iş üzrə ilk iddia üzrə idiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilk iddia izrə iddiaçıya aid edilməsi, ilk iddia ü zrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ödənilmiş 20,40 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələblərinin digər hissələrdə rədd olunması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 2(103)-2055/2015 saylı 29 oktyabr 2015-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı - qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı X1 apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktaybr 2014-cü il tarixli qətnaməsinin Cavabdeh1 iddia tələbinin təmin olunmayan – “Hyundai 20” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış al qı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və kreidt müqavilələri üzrə qalıq borcunun tərəflərə aid edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi qismən təmin olunması, “Hyundai İ 20” markalı xxxx dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 ilə X8 arasında 16 aprel 2014-cü il tarixdə DYPİ-də bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə tərəflərin ½ paylarla mülkiyyət hüquqlarının müəyyən edilməsi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən 651 manat borc, 01.01.2012-ci il tarixdə "xxxx" İKB ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən 1834 borc və “X” BOKT ilə bağlanmış 08 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 550 manat ödənilməmiş borcun tərəflər in birgə borcu hesab edilməsi, Cavabdeh2 1517,50 (min beş yüz on yeddi manat əlli qəpik) aid edilməsi, qətnamə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiasının mənzilə və mənzilə görə görülmüş kredit borcunda payların müəyyən edilməsi hissəsində dəyişdirilməsi, xxx küçəsi 56 a saylı evin 91 saylı mənzilinə Cavabdeh2 qızının 3/5, Cavabdeh1 isə 2/5 hissədə paylarının müəyyən edilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 3/5 X tərəfindən isə 2/5 hissələrlə İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.04.2017-ci il və 14.11.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 3/5 hissəsi üzərində Cavabdeh2, 2/5 hissəsi üzərində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 6. 30.04.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə 3708,06 manat əsas borc üzrə, 19282 manat faiz borcu üzrə, cəmi 22990,06 manat ödəniş edilmişdir. Kredit müqaviləsi üzrə 30.04.2018-ci il tarixinə iddiaçıya 46291,94 manat əsas, 1489,17 manat faiz borcu və 3,61 manat hesablanmış artırılmış faiz borcu, cəmi 47784,72 manat məbləğində borcu yaranmışdır.

7. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı ASC-nə və Cavabdeh2 qzına qarşı “kredit müqaviləsinə dəyişiklik edilməsi” barədə tələbi rədd edilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-542/2018 saylı, 16 may 1018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin “19 mart 2014-cü ildən etibarən 2017-ci ilin oktyabr ayı daxil olmaqla, Cavabdeh2 mənzil payına düşən 3/5 hissəsi İddiaçı ASC-yə 11661,58 (on bir min altı yüz altmış bir manat əlli səkkiz qəpik) manat pulun reqres qaydasında tutulmasının qism ən təmin edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi, Cavabdeh2 11369,59 (on bir min üç yüz altmış doqquz manat əlli doqquz qəpik) manat alınaraq iddiaçı Cavabdeh1 verilməsi, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməsi, qətnamənin Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması, ekspertiza tədqiqatının dəyəri120 (yüz iyirmi) manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin AZ. MEM, VÖEN ********** AZ41NABZ0 **********000003944 X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesabına köçürülməsi qət edilmişdir. 9. "xxxx" MMC-nin 15 dekabr 2012-ci il tarixli MB 05/1241 saylı qiymətləndirmə hesa batından görünür ki, xxx küçəsi, 56a nömrəli yaşayış binasında yerləşən, 3 otaqlı, 91 nömrəli mənzilin 15 dekabr 2012-ci il tarixinə olan bazar dəyəri 72000 manat, likvid dəyəri isə 68400 manat təşkil edir. Proqnoz (növbəti 1 il müddətinə) dəyəri 73800 manat təşkil edəcəkdir. 10. "xxxx" MMC-nin 24.06.2019-cu il tarixli 01/06 saylı Daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən, Cavabdeh1 xüsusi mülkiyyətində olan, **********05-05301-093058 reyestr nömrəli, əmlakın 101,7 kvadrat.metr sahəsinin hazırkı bazar qiyməti 142400 (bir yüz qırx iki min dörd yüz) manat təşkil edir. 11. "xxxx" MMC-nin daşınmaz əmlakın (mənzilin qiymətləndirilməsi barədə 11.12.2019-cu il tarixli H/03-PLS hesabatından g örünür ki, xxx küçəsi, 56a nömrəli evi 91 saylı mənzilinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində real bazar qiyməti 130000 manat təşkil edir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “X" ASC-nin xeyrinə 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki xxx küçəsi, ev 56 A, mənzil 91-ə yönəldilməsi, əmlakın açıq hərrac da satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarını itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ASC tərəfindən illik 8 %-lə 300 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 xxx küçəsi, ev 56 A, mənzil 91, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002/a saylı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 30 aprel 2018-ci il tarixə Cavabdeh1 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir.

14. İddiaçı ASC Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin artırılması barədə ərizə verərək qeyd etmişdir ki, məhkəməyə təqdim olunan iddia ərizəsində texniki səhv olmuşdur. Belə ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. Odur ki, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki xxx küçəsi, ev 56 A, mənzil 91-ə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1 və Cavabdeh2 X tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2020 saylı, 30 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən 46291,94 ma nat əsas borc, 1489,17 manat faiz borcu və 3,61 manat cərimə borcu olmaqla, cəmi 47784,72 manat məbləğində kredit borcun və 30 manat dövlət rüsumunun 2/5 hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 (2/5 hissəsi) və Cavabdeh2 X (3/5 hissəsi) birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmetinin 130000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən borcun çıxılması, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin 3/5 hissəsi Cavabdeh2 X və qalan 2/5 hissəsi isə Cavabdeh1 qaytarılması, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc tam ödənilməd ikdə qalıq borcun 2/5 hissəsi Cavabdeh1 ümumi qaydada tutulması, mənzilə tutmanın yönəldilərək satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Füzuli qızının ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilməsi, mənzilə tutmanın yönəldilərək satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X ünvan 1 ünvanında yerləşən mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılması, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X tutularaq "xxxx" MMCnin hesabına ödənilməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 100.LN.1501.261212.00002 saylı 26 dekabr 2012-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 50000 manat məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 300 (üç yüz) ay müddətinə, illik 8 faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə borcu yaranmışdır.

17. Məhkəmə hesab etmişdir ki, borclu Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. İş materiallarında olan 30.04.2018-ci il tarixli 05/362 maliyyə arayı şına əsasən 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə 47784,72 manat məbləğində ödənilməmiş borc vardır.

19. Məhkəmə hesab etmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzili 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinin təminatı olaraq 25 il, yəni 300 ay müddətinə ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi hazırkı vaxtadək qüvvədədir. Həmçinin 2017-ci il tarixli çıxarışda qeyd edilməməsindən asılı olmayaraq həmin əmlak üzərində yüklülük götürülməmişdir (yüklülüyün götürülməsi barədə iş materiallarında, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş sənədlərdə hər hansı sübut yoxdur).

20. Bundan başqa ümumi əmlak bölünərkən ər-arvadın ümum i borcları onun payına uyğun olaraq müəyyən edilir. Cavabdeh2 qızı və Cavabdeh1 xxx küçəsi 56 a saylı evin 91 saylı mənzili birgə nikah dövründə ipoteka müqaviləsi ilə əldə etmişlər. Belə olan halda mənzilə dair ipoteka ödənişləri də onlar tərəfindən həyata keçirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş xxx küçəsi 56 a saylı evin 91 saylı mənzili Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyəti hesab edilmiş və mənzilə Cavabdeh2 qızının 3/5, Cavabdeh1 isə 2/5 hissədə payları müəyyən edilmişdir.

21. Ona görə də 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə borcun 2/5 hissəsi Cavabdeh1 aid edilməlidir.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı ASC tərəfindən qeyd olunan borca münasibətdə Cavabdeh2 qarşı hər hansı bir tələb olmadığından borcun ona aid olan hissəsinə münasibət bildirilmir.

23. Məhkəmə hesab etmişdir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyəti olan xxxx küçəsi, ev 56 A ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m olan 91 saylı mənzilinə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır.

24. Ekspert qiymətləndirilməsi prosesi zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyəti olan xxxx küçəsi, 56a nömrəli evi 91 saylı mənzilinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində real bazar qiyməti 130000 manat müəyyən edildiyindən ipoteka predmeti olan mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 130000 manat müəyyən edilməlidir.

25. Məhkəmə həmçini n qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borc ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsait hesabına tam ödənilmədikdə borcun qalan hissəsi paylara münasib olaraq 2/5 hissəsi Cavabdeh1 tutulmalıdır.

26. Bundan başqa 26.12.2012-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsinin 2.4.16cı bəndində də göründüyü kimi Cavabdeh1 ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqda yəni sahib tərəfindən tələb irəli sürüldüyü tarixdən etibarən 1 (bir) ay ərizəndə onunla yaşayan ailə üzvləri və digər şəxslərlə ipoteka predmetini boşaltmağa və ev qeydiyyatından çıxacağına dair notarial qaydada öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, mənzilə tutma yönəldilərək satıldıqdan sonra ipoteka qoyan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 6 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilməli və onlar mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılmalıdırlar.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 279, 295, 296.1, 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 448.1, 448.2-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 34.1.3, 39.1, 39.3.3, 47.4, 59.3, 59.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4526/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) Cavabdeh1 apellyasiya şikayəti təm in edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehə hesablanmış borc məbləği iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş maliyyə arayışına əsasən hesablanmışdır. Qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut cavabdeh tərəfindən təqdim edilməmişdir.

31. Kollegiya qeyd etmişdir ki, müqavilə şərtlərinə əsasən, birinci instansiya məhkəməsi cərimə borcunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir.

32. Kollegiya həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xxx mənzilinə Cavabdeh2 qızının 3/5, Cavabdeh1 isə 2 /5 hissədə paylarının müəyyən edilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 3/5 Cavabdeh1 tərəfindən isə 2/5 hissələrlə İddiaçı ASC-yə ödənilməsi) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə borcun 2/5 hissəsi Cavabdeh1 aid edilməlidir. Eyni zamanda İddiaçı ASCnin borcun tutulması hissəsində Cavabdeh2 qarşı hər-hansı tələbi olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq borcun ona aid olan hissəsinə münasibət bildirməmişdir.

33. Apellyartor Cavabdeh1 apellyasiya şikayətində hazırkı kredit müqaviləsi üzrə tam borc məbləğinin ondan tələb edilməsinə istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə borc məbləğinin 2/5 hissəsi Cavabdeh1 aid edilmişdir. İddiaçı ASC isə qeyd olunan qətnaməni mübahisələndirməmiş, bununla da qətnamə ilə razılaşmasına dair öz iradə ifadəsini bildirmişdir. Belə olan halda borc tam məbləğdə X tələb edilə bilməz. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri apellyatorun subyektin mülahizələrinə əsaslanır və formal xarakter daşıyır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

38. Cavabdeh2 X vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

39. Cavabdeh1 və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın t əmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri

40. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

41. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

44. Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov sa xlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (maddə 269.1)

45. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. (maddə 269.4)

46. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (maddə 295)

47. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (maddə 319.1)

48. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifay ət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. (maddə 319.6)

49. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

50. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

51. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

52. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

53. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

54. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

55. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. (maddə 462.1)

56. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)

57. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

58. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2) “İpoteka haqqında” Qanun

59. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)

60. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipot eka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

61. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

62. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (maddə 41.1).

63. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdə lik götürdükdə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (maddə 59.3) Mülki Prossesual Məcəllə

64. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

65. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

66. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)

67. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həm in sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

68. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

69. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

70. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4526/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar